Şamil Vəliyev – 50
1
Vüqar ƏHMƏD
Elmi-filoloji qaynaqlar, ədəbi simalar
haqqında düşüncələr
BAKI-2010
2
Ön söz əvəzi və ya redaktodan:
Filologiya elmləri doktoru, professor Vüqar Əhməd son illər elmi araşdırmala-
rını bir neçə istiqamətdə quran, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqidə
yeni münasibət bildirməkdən, cənublu qardaşlarımızın elmi və bədii yaradıcılıqlarına
yeni təfəkkürlə yanaşmaqla şərh verməkdən ibarətdir ki, bunu da təsadüfi hesab etmək
olmaz.
Vüqar Əhməd elmə şeirlə gəlmişdir. Dahi Füzulimizin yazdığı bu sözlər bizim bu
fukrimizə necə də gözəl nümunədir: “Aydın məsələdir ki, şeir elmin müstəqil bir
növüdür; həm də mötəbər bir növüdür və kamalın mötəbər növlərindən biridir. Onu
inkar edənlər şeir zövqündən agah olmayan, şeir deməyə qüdrət tapa bilməyənlərdir.”
(H.Araslı “Böyük Azərbaycan şairi Füzuli”, Azərbaycan Uşaq və Gənc Ədəbiyyat
nəşriyyatı, Bakı, 1958, səh-102).
Poetikanı yaxşı bilən və ya elmlə poetikanı birləşdirən alim olmaq missiyasını
daşımaq çox məsuliyyətli bir işdir. Vüqar Əhməd bu missiyanı şərəflə daşıyır. Filoloji
elmi qaynaqların, ədəbi simaların ayrı-ayrı konkret mövzulara çevrilməsi sahəsində
müəllif bu kitabda çox elmi-didaktik məsələlərin şərhini verməyə nail olmuşdur.
Kitabda Ş.M.Xiyabani, M.C.Pişəvəri, Q.R.Mirzəzadə haqqında yeni tədqiqlər, habelə
Cənubi Azərbaycan poeziyası, “Çağdaş Tehran poeziyasında Pişəvəri”, “Mirvarid
Dilbazi”, “Ədəbi qaynaqlar”, “Azərbaycan mübarizləri” mövzularında yazılan yeni
şərhlər oxucuların diqqətini çəkəcəkdir.
Vüqar Əhməd bizim düşüncəmizə görə, Azərbaycan poetik fikir tarixinə bələd
olan, musiqi nəzəriyyəsini, muğam elmini, incəsənət tarixini dərindən bilən və bu
sahədə yeni söz deməyi bacaran tədqiqatçılardandır. Onun Füzuli söz sənətinə hərtərəfli
bələdliyi, fars dilli ədəbi simalarımızı, o cümlədən Füzulinin söz, sənət, müsiqi alətləri
haqqındakı fikirlərinə şərhlər verməsinin bir əsas səbəbi Vüqar Əhmədin kamanın, tarın
imkanlarını gözəl bilməsi, bu kimi daha bir sıra musiqi alətlərində mükəmməl ifalar
3
etmək qabiliyyətini özündə daşıması ilə yanaşı, həm də dinşünas-islamşünas bilici
olması ilə əlaqədardır.
Öz tədqiqlərində və poetik yaradıcılığında Füzulini peyğəmbəri hesab edir və
şeirlərinin birində belə yazır:
Ya Məhəmməd, ya Əli,
Ya Məhəmməd Füzuli,
Ya Peyğəmbər Füzuli!
Ya müqəddəs Kərbəla,
Azərbaycan elindən
uzaq olsun bu bəla!
Məlumdur ki, Füzuliyə iman gətirən bütün şairlər həmişə uğur qazanmış və
qazanırlar. Sənətdə Füzuli eşq yanğısı ilə alışıb yananların həmişə mövqeyi bir mərtəbə
ucalıqda olub.
Vüqar Əhməd çıxışlarını elmi məclislərdə çox dinləmişik. Azərbaycan
muğamlarının fono-poetik əsaslarına onun özündən yaşca çox böyük olan
filoloqlarımızla fikir bölüşməsi həmişə təqdir etmişik.
Ədəbiyyat tariximizdə nəzəriyyəçi simalar çox olub. Lakin onun akademik Vasif
Məmmədəliyevlə söhbətləri daha çox marağımıza səbəb olub. Vasim Məmmədəliyev
fenomenal yaddaşa, biliyə, düşüncəyə və nitqə malik olan mükəmməl insandır. Vüqar
Əhməd belə məclisləri öz nitqi ilə bəzəyir və söhbətə təravət verir.
Beləliklə, bu kitabı nəşrə hazırlayanda elmlər doktoru, qurtaranda həm də
professor diplomu təsdiq edilən Vüqar Əhmədin bu kitabının üstündə prof. Vüqar
Əhməd yazılacaq.
Belə bir alimin, xeyirxah insanın, şeirləri dillər əzbəri nəğməkar şairin sevincinin
hədd-hüdudsuz olduğu 47 yaşlı professorun “Elmi qaynaqlar, ədəbi simalar” kitabının
redaktoru da xoşbəxtdir. Onu da qeyd edək ki, bu kitabda müəllifin 40-dan artıq
müxtəlif səpkili yazıları da toplanmışdır. Müasirliyi və aktuallığı ilə seçilən
problemlərin qaldırılması ilə bərabər, burada informativ xarakterli yazılara da-
4
məqalələrə, rəylərə də rast gələcəkdir. Bütövlükdə, bu kitabı gələcək tədqiqatçılara o
cümlədən tələbəyə, magistrə, aspiranta, bir sözlə, hər kəsə oxumağı məsləhət bilirik.
Vaqif Qurbanov,
Pedaqoji elmlər namizədi, dosent
Şamil Vəliyev – 50
Hələ bunlar nədir ki...
Mən Şamillə tələbəlik dostuyam. Pedoqoji universitetin filologiya fakültəsində
eyni dövrdə oxumuşuq. Şamil məndən yuxarı kursda idi. Amma 3 illik yaş və kurs
fərqinə baxmayaraq, dostlaşmışdıq. Şamilin 50 yaşı olur, dostluğumuzun 30. Bu 30 ildə
bədnəzərdən uzaq,göz dəyməsin bir dəfə də bir-birindən inciməmişik,yəqin inşallah
Allah verən ömrün qalan payında da incimərik.
5
Eyni dövrdə aspiranturada oxuyurduq, mən rəhmətlik Xeyrulla Məmmədovun
aspirantı idim, Şamil – Kamal Talıbzadənin. Indi istəməsin, Xeyrulla müəllim də, hamı
kimi, Şamilin xətrini çox istəyirdi. Çünki, Şamil istəməli oğlandır. Bu istəyi o, öz
mədəniyyəti, kübarlığı, elmi, savadı, mərhəməti və mehribanlığı ilə qazanıb.
Səhərdən axşamacan Axundov kitabxanasında dissertasiyamız üçün material
toplayırdıq. Kitabxana açılanda ora girir, bağlananda oradan çıxırdıq. Yay ayları
bulvarda ədəbi söhbətlər eləyə-eləyə dənizkənarı parkı o baş, bu baş eləyəndən sonra
masa ətrafında dincimizi alaraq çay nuş edərdik.
Şamil elə həmin söhbətlərdə öz intellekti, bədii təfəkkürü, poetik düşüncələri ilə
diqqəti cəlb eləyirdi.
Elə beləcə elm yollarında qədəmlərini atan Şamil akademik Kamal Talıbzadə
məktəbində yetişərək peşəkar, nüfuzlu, istedadlı ədəbiyyatşünas alim kimi özünü elmi-
ədəbi ictimaiyyətə tanıtdırdı.
Şamilin məndə üç kitabı var: ”XX əsr Azərbaycan ədəbi tənqidində poeziya
problemləri(1895-1917)”, “Fyuzat ədəbi məktəbi” və “Nizaməddin Şəmsizadə haqında
– Azərbaycanşünas alim”. Hər üç əsər elmi-nəzəri kamilliyi,problemin həlli, orijinal
üslubu ilə diqqəti cəlb edir. Şamil Vəliyev faktoqrar alimdir. Bütün elmi müddəalarda
faktlara söykənir. Onun araşdırmalarında sözcülük və çürükçülük yoxdur. Şamil ildə
say artırmaq üçün kitab sərgiləyən müəlliflərdən deyil. Müasir aforizimlə desək: ”Az
yazır, saz yazır”. Sadaladığımız üç əsərdən birincisində Azərbaycan ictimai-mədəni və
bədii fikrinin inkişafında əhəmiyyətli mərhələ təşkil edən XX əsin əvvəlləri haqqında
mükəmməl elmi-nəzəri təsəvvür yaradılması üçün həmin dövr ədəbi tənqidinin
sənətkarlıq xüsusiyyətlərini araşdırır. Istedadlı alim bu monaqrafiyqada ədəbi tənqidin
axtarışları, klassik ədəbi irs və müasirlik, bədii sənətkarlıq, novatorluq meyİlləri, klassik
poeziyada qəhrəman, bədii dil və uslub məsələləri, yeni şeirin ideya prinsipləri, satirik
və lirik qəhrəman tipinin yüksəlişi, forma və məzmun axtarışı, romantik qəhrəman
haqqında düşüncənin meydana gəlməsi, dünya poeziyasından bəhrələnmə səpgisində
işıqlandırır.
Yüklə Dostları ilə paylaş: |