3
Sara xanım Aşurbəylinin işıqlı xatirəsinə
Və doğma bacıları - ona bütün həyatı boyu mənəvi dayaq və kömək olmuş Sitarə xanım,
Məryəm xanım, Adilə xanım və Nazimə xanımın işıqlı xatirələrinə
Artıq 300 ilə yaxındır Aşur xan Əfşarın nəsli öz talelərini qədim Abşeron torpağı ilə bağlamışlar.
Aşur bəyləri, Aşurbəyovlar, Aşurbəylilər, Aşurlular Azərbaycanın tarix salnaməsinə çoxlu işıqlı
səhifələryazmışlar.
Sara xanım Aşurbəyli - bu nəslin ən şöhrətli təmsilçilərindən biri - Azərbaycanın və onun paytaxtı Bakı
şəhərinin tarixinin ümummilli səviyyədə dərkində özünün şəxsi, gerçəkdən misilsiz töhfəsini vermişdir.
Asan olmayan, bəlkə də faciəli bir tale nəsib olmuş Sara xanım orta əsrlər
Abşeronunun fundamental
araşdırıcısı olaraq Şərqdə yaxşı tanınır. Bu yolda ona təkcə parlaq analitik təfəkkürü və kamil təhsili deyil,
həmdə yeddi dil - ərəb, fars, fransız, alman, ingilis, rus və Azərbaycan dillərini bilməsi kömək etmişdir.
Sara xanım Aşurbəylinin elmi monoqrafiyaları - "Orta əsrlər Bakısının tarixi oçerki", "Şirvanşahlar
Dövləti", "Azərbaycanın orta əsrlərdə Hindistanla iqtisadi və mədəni əlaqələri", "Bakı şəhərinin tarixi. Orta
əsrlər dövrü" hələ müəllifin sağlığında Azərbaycan tarixinə dair klassik əsərlər sırasına daxil olmuşdular.
Bununla belə, öz əsilzadə mənşəyinə və tarixə sinfi baxış barədə o zamankı rəsmi elmi yanaşmaya şərik
çıxmadığına görə, Sara xanım Vətənində heç vaxt hakimiyyətin hüsn-rəğbətini hiss etməmişdir. Lakin hər
halda, o, doğma Bakıda,
yaxud özünün dediyi kimi, Tanrının Şəhərində asan sayıla bilməyəcək olan mühacirət
həyatı yaşadı.
Nəhayət, budur, 1996-cı il yanvarın 27-də - Sara xanım Aşurbəylinin 90 illiyi günündə yeni
Azərbaycanın bütün elitası M. F. Axundov adına Opera və Balet Teatrına yubilyarı təbrik etmək üçün
yığışmışdılar. Ağzına qədər dolmuş zalda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yubilyarı
şəxsən təbrik edərək, ona Şöhrət Ordeni təqdim edir.
Sara xanım üçün
bu yəqin ki, onun uzun illər ərzində gözlədiyi bir an idi. Bəlkə də bu anı bütün ömrü
boyu gözləmişdi. Dövlətin və cəmiyyətin ona lap çoxdan layiq olduğu qiyməti verdiyi an idi.
Sara xanım Aşurbəylinin kitabları - tariximizin qədim çağlarının təməl daşıdır, onun Azərbaycan
xalqına hədiyyə olaraq qoyub getdiyi misilsiz tarix xəzinəsidir.
İqor Aşurbəyli
27.01.2006-cıil.
4
Sara xanım Bala bəy qızı Aşurbəylinin anadan olmasının 100 illik yubileyi
Yanvarın 27-də Sara xanım Aşurbəylinin anadan olmasının düz 100 ili tamam olur.
Biz onun barəsində Azərbaycanın məşhur bəy nəsillərindən birinin
təmsilçisi kimi söz açanda, ilk
növbədə onu bizlərə zəngin tarixi irs qoyub getmiş görkəmli bir alim kimi xatırlayırıq.
Bu gün biz "Şirvanşahlar Dövləti" və "Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü" əsərlərini təqdim etməklə
şərəf hissi duyuruq.
Hələ onun sağlığında, hardasa iyirmi il öncə nəşr olunmuş bu kitablar tezliklə nadir nüsxələrə çevrildilər
və respublikada heç də hər bir kitabxananın fondu bu olduqca dəyərli kitablara malik deyildir.
Bizim yekdil rəyimizə görə, bu görkəmli qadının, Azərbaycan xalqının patriotunun,
tarixçi-alimin
xatirəsinin yaşarılığı üçün ən gözəl hədiyyə onun tarixi irsinin latın qrafikası ilə Azərbaycan dilində nəşridir.
İlk öncə hərtərəfli dəstəyinə görə, Sara xanımın əmizadəsi - İqor bəy Rauf bəy oğlu Aşurbəyliyə öz
səmimi minnətdarlığımızı bildirirəm. Onun köməyi olmasaydı, bu sözügedən kitabları yubileyədək nəşr
etməyimiz mümkün olmazdı.
Sara xanımın qohumları - Ramiz bəy və Yevgeniya xanım Aşurlu, Vaqif bəy Aşurbəyov,
eləcə də
kitablar nəşrə hazırlanarkən nadir foto materiallara görə Dövlət Kino-Foto Sənədləri
Arxivinin direktoru
N. Q. Fişşevayadan minnətdarlığımızı qəbul etmələrini rica edirəm. Fotomüxbir cənab Yaşar Xəlilovun
şəxsində Azərtaca, tarix elmləri doktoru cənab Viktor Kvaçidzenin şəxsində Azərbaycan Tarix Muzeyinə, birgə
işləmiş olduqları illər və elmi fəaliyyəti haqqında şəxsi xatirələrinə görə professor Rauf Hüseynova, eləcə də
"Əbilov, Zeynalov və oğulları" nəşriyyatının bütün əməkdaşlarına və bu yubiley hədiyyələrini bizimlə bölüşmüş
birçox digərlərinə minnətdarlıq hisslərimizi ifadə edirəm.
Gəlin bir daha, nəfəsimizi içimizə çəkib, baxışlarımızı Azərbaycanın tarixi üçün bu qızıl kitabların
üzərində gəzdirək, Azərbaycanın əməkdar
elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycanın Dövlət
Mükafatı laureatı, A. Bakıxanov adına Dövlət Mükafatı laureatı, Xalqlar Dostluğu ordeni kavaleri - Sara xanım
Bala bəy qızı Aşurbəylinın işıqlı xatirəsi önündə baş əyək.
Hörmətlə
Britaniya, Qazaxıstan və Azərbaycan
jurnalistlər assosiasiyalarının
üzvü,professor
Eldar Günaydın
27 yanvar 2006-cıil.