#strongertogether
AVROPA İTTIFAQI VƏ AZƏRBAYCAN:
BIRLIKDƏ EKOLOGIYA NAMINƏ
Ətraf mühitin qorunması, mühafizə olunması və yaxşılaşdırılması indiki və gələcək nəsillər üçün vacib
əhəmiyyət daşıyır. Regionda yerləşən digər ölkələr kimi Azərbaycan da havanın çirklənməsi, təmiz və
təhlükəsiz su təchizatının təmin olunması və tullantıların davamlı idarə olunması sahəsində çətinliklərlə üzləşir.
Avropa İttifaqı ətraf mühitin qorunmasına dair siyasətin təkmilləşdirilməsi və şəhərlərdə sosial və texniki
infrastrukturun müasirləşdirilməsi sahəsində ekologiyanın qorunmasına yönəlmiş sərmayələrin yatırılması
vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq və Azərbaycan vətəndaşları üçün daha keyfyyətli həyat təmin
etmək məqsədilə Azərbaycan ilə əməkdaşlıq edir.
Həm insanlara, həm də ətraf mühitə eyni dərəcədə
diqqət tələb edən qərarların təşviq edilməsi:
Ətraf mühitin yüksək səviyyədə qorunması və
Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin
yaxşılaşdırılmasını təmin edən siyasətlərin hazırlanması
və həyata keçirilməsi.
Təbiətin qorunması:
Bütöv Şərq Tərəfdaşlığı regionunda
Zümrüd şəbəkəsi
adlı mühafizə olunan ərazilərin birgə şəbəkəsinin
qurulması və meşə təsərrüfatından asılı icmalarda
yaşamaq üçün vasitələrin yaxşılaşdırılmasında çox
vacib rol oynayan meşələrin davamlı idarə edilməsinin
dəstəklənməsi.
Ətraf mühitin qorunmasını nəzərdə tutan gələcəyə
sərmayələrin yatırılması:
Ekoloji cəhətdən təmiz texnologiyalara sərmayə
yatırmaq istəyən yerli şirkətlər, bələdiyyələr və
ev təsərrüfatlarına münasib və dayanıqlı maliyyə
vəsaitlərinin təmin edilməsi.
Həyati-vacib resursların idarə edilməsinin
təkmilləşdirilməsi:
Su ehtiyatlarının idarə edilməsi sistemlərinin
təkmilləşdirilməsi.
İqlim siyasətinin məqsədlərinə çatmaq:
İqlim Dəyişikliyi üzrə Paris Sazişində təyin olunan
məqsədlərə çatmağa yönəlmiş dəstək.
•
•
•
•
•
İllərdir heyvanların həddindən artıq otarılması səbəbindən
Azərbaycanın dağlıq ərazilərində otlaqların deqradasiyası baş
vermiş və bu da daha geniş miqyaslı ekosistem və ondan asılı
olan fermerlər üçün mənfi nəticələrə gətirib çıxarmışdır. Aİ və
Azərbaycan otlaqların dayanıqlı idarə edilməsi təcrübələrinin
formalaşdırılması, otlaq və meşələrin məhsuldarlığının artırılması,
torpaq eroziyasının və sürüşmələrin qarşısının alınması
istiqamətində birlikdə çalışırlar.
• Hədəf zonalarda 3 min hektar ərazidə
otlaqların
inventarlaşdırılması
• Karbon saxlama tutumunun genişləndirilməsi məqsədilə sınaq
üçün
bərpa prosedurları, o cümlədən sahəsi 20 hektardan çox
olan deqradasiyaya uğramış torpaqlarda
toxumların səpilməsi,
12 nümunə ərazidə əkin və eroziya əleyhinə tədbirlər və 16
təsərrüfat üçün
növbəli otarma sistemlərinin hazırlanması
•
3 min hektardan çox yay otlaqları
bərpa edilmişdir.
Daha çox öyrən:
www.climaeast.eu
and
www.pjp-eu.coe.int/en/web/emerald-network
Çoban
Mürşüd Mirzəyev:
«Torpaq nə qədər çox
otarılarsa, sürüşmələr də bir
o qədər çox meydana gələr…
Sentyabr ayında biz qış otlaqlarına
gedəndə burada hətta bir dənə
də yaşıl ot tapmaq olmur».
Biomüxtəlifliyin qorunması
Aİ VƏ AZƏRBAYCAN HANSI SAHƏLƏR ÜZRƏ BİRLİKDƏ ÇALIŞIR?
Ayla məktəblidir və Avropa İttifaqının dəstəyi ilə Qax şəhərində
yaradılan meşəçiliyə dair məktəb klubunun üzvüdür. O, yerli və
ziyarətçilər arasında ətraf mühitə dair bilikləri artıran qrupun
liderinə çevrilib. O, həmçinin meşələrdə təbii cığır yaradaraq
şitillərin yetişdirilməsi üçün yerli meşə təsərrüfatlarına kömək
edir.
Bütün Azərbaycan ərazisində uşaqlardan ibarət
“gənc
meşəçilər” dəstələrinin
dəstəklənməsi ilə yanaşı, Aİ texniki
məktəblərin məzunları və nazirliyin təlim sahəsində ixtisaslaşan
qurumları üçün təlim materialları hazırlayıb. Ümumilikdə Aİ
tərəfindən müəllim, məktəbli, universitet və peşə məktəblərinin
tələbələri üçün
altı yeni təlim vəsaitləri
hazırlanmış və Təhsil
Nazirliyi tərəfindən tədris proqramına daxil edilmişdir.
Daha çox öyrən:
www.enpi-fleg.org/activities/azerbaijan
.
Aİ və Azərbaycan ekoloji siyasətin formalaşdırılması üçün
etibarlı məlumatlar təmin etmək məqsədilə
ekoloji monitorinq
sistemlərinin
gücləndirilməsinə yönəlmiş Tvinninq layihəsi
həyata keçirməyə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
ilə həyata keçirilən layihənin məqsədi aşağıdakılardır:
• nazirlikdə
məlumatların toplanması, emalı və hesabat
halına salınmasının sadələşdirilməsi
• havanın keyfiyyətinə nəzarət, su və torpaq nümunələrinin
Aİ standartlarına uyğunlaşdırılması məqsədilə texniki
standartları müqayisə edən və prioritet investisiyalar üçün
tövsiyələr verən ətraf mühitin monitorinqi üzrə
texniki
sistemlərin hazırlanması
• məlumatların toplanması və təhlili üzrə
işçi heyəti üçün
təlimlərin keçirilməsi (seminarlar, təlim kursları və təhsil
səfərləri)
• havanın keyfiyyətinin qiymətləndirilməsi və çirklənmə
səviyyəsi indeksinə dair ictimai məlumatlar daxil olmaqla,
real
tematik araşdırmalar vasitəsilə
müasirləşdirilmiş sistemlərin
tətbiqi.
Daha çox öyrən:
www.twinning.eco.gov.az/en
Meşələrə bağlı icmalar
Havanın keyfiyyətinə nəzarət
GÖZLƏNTILƏR
Aİ öz öhdəliklərinin yerinə yetirilməsi məqsədilə iki əsas
təşəbbüs irəli sürmüşdür:
MÜHÜM STATISTIKA
Havanın çirklənməsi, biomüxtəliflik, tullantılar və s. ilə
əlaqədar
Azərbaycan üzrə mühüm statistik rəqəmləri
öyrənmək üçün Aİ tərəfindən maliyyələşdirilən ENI SEIS II
East adlı ümumi ekoloji məlumat sistemləri üzrə layihənin
internet səhifəsinə baş çəkin.
www.eni-seis.eionet.europa.eu/east
Ayla Əliyeva:
«Həvəskarlar üçün meşə
gözəl görünə bilər. Lakin, ekoloji
prosesləri anlamağa başlayan
zaman torpaq sürüşmələri və ya
meşələrdəki digər təhlükələrin
əlamətlərini tanımağa
başlayırsan».
Ceron Vilyems, Avropa
İttifaqının Azərbaycandakı
Nümayəndəliyinin əməkdaşı:
«Havanın keyfiyyətinin
yaxşılaşdırılması təkcə ətraf mühitin
gücləndirilməsi baxımından deyil,
həmçinin sağlamlıq və Azərbaycan
iqtisadiyyatına yatırılan sərmayə
kimi əhəmiyyət daşıyır. Aİ bu
sahədə Azərbaycanla tərəfdaş
olmaqdan qürur duyur».
EU4Environment
özündə aşağıdakı məqsədlərə nail olmaq
üçün vahid strateji struktura malik təşəbbüsləri birləşdirir:
ekologiyanın qorunmasına yönəlmiş qərar qəbul etmə
- dayanıqlı iqtisadiyyat və yaşıllığın artırılması - “ağıllı”
ekoloji qanunvericilik - ekosistemin qorunması - biliklərin
paylaşılması
EU4Climate
qaz tullantılarının azaldılması və iqlim
dəyişikliyinə davamlı inkişafa töhfə verərək və 2016-cı ildə
əldə olunan İqlim Dəyişikliyi üzrə Paris Sazişi çərçivəsində
öhdəliklərin yerinə yetirilməsində onlara kömək edərək
Şərqi Tərəfdaş Ölkələrə iqlim siyasətlərini həyata keçirməyə
dəstək verir
•
•