K.B.Bayramov
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİ VƏ EKOLOJİ PROBLEMLƏRİ
B A K I – 2 0 1 1
- 2 -
Elmi redaktoru:
dos.O.K.Alxasov
Rəyçilər:
dos.M.X.Məmmədov
dos.Y.Q.İsmayılov
- 3 -
M Ü N D Ə R İ C A T :
G İ R İ Ş ................................................................................................................. 3
I FƏSİL. Təbiətdən istifadənin məqsəd və vəzifələri, elmi-nəzəri əsasları............. 4
1. Təbiətdən istifadənin predmeti, məqsəd və vəzifələri, predmeti və digər
elmlərlə əlaqəsi................................................................................................4
2. Təbiətdən istifadənin elmi-nəzəri məsələləri və inkişafının əsas
mərhələləri......................................................................................................7
3. Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətləri ......................23
II FƏSİL. Təbiətdən istifadənin əsas istiqamətləri..................................................28
1.
Qurunun təsərrüfata cəlb edilməsinin iqtisadi – coğrafi problemləri.............28
2.
İqlim və rekreasiya resursları və onlardan istifadənin iqtisadi ekoloji
xüsusiyyətləri...................................................................................................36
3.
Su resursları, onun iqtisadi-coğrafi qiymətləndirilməsi və mühafizəsi..........40
4.
Bioresursların təsərrüfata cəlb edilməsinin iqtisadi-coğrafi problemləri........47
III FƏSİL. Təbiətdən istifadənin sosial-ekoloji problemləri....................................54
1.
Cəmiyyətlə coğrafi mühit münasibətlərinin formalaşması..............................54
2.
Əhalinin təbii artımı, iqtisadi – fəal əhali, inkişaf və problemlər....................57
3.
Təbii sosial-ekoloji problemlər və onlarla mübarizə formaları.......................62
IV FƏSİL. Azərbaycan Respublikasında təbiətdən istifadənin əsas istiqamətləri... 70
1.
Faydalı qazıntılar, istifadə və problemlər........................................................72
2.
Torpaq, su və rekreasiya resurslarından istifadə və problemlər......................83
3.
Bioresurslardan istifadəninn sosial-coğrafi və ekoloji problemləri.................98
ƏDƏBİYYAT.........................................................................................................105
G İ R İ Ş
- 4 -
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq,
bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
Sivilizasiyanın indiki səviyyəsi əhalinin ekoloji tərbiyəsini formalaşdırmağı tələb
edir. Ekoloji təşkilatlar həyəcan təbii çalsa da, insan əməyinin istismar səviyyəsi
artmaqda davam edir. Sanki ekoloji şüur durğunluq içində süst düşüb.
Elmin-texnikanın sürətli inkişafı insanlarda təbiətə də münasibəti dəyişməyi
tələb edir, məhz buna görə gənc nəslin dünyagörüşünü formalaşdırmaq, onlarda
təbiətə, təbii sərvətlərə məhəbbət hissi yaratmaq cəmiyyətin aparıcı qüvvələrinin əsas
vəzifəsinə çevrilməlidir.
Şagirdlərin,
tələbələrin,
gənc
mütəxəssislərin
təbiətə
münasibətini
formalaşdırmaq, ekoloji təhsilini artırmaq təhsil müəssisələri qarşısında aktuallığı ilə
seçilməlidir.
Əhalinin artım dinamikası, artan tələbatı, təbiətdən istifadə coğrafiyasının
genişlənməsi şəraitində nəinki təbii resurslara qənaət tələb edir, həmçinin yeni
alternativ resurs bazasının yaradılmasını, ondan səmərəli istifadəni önə çəkir.
Respublikamıszda sürətli, dinamik inkişaf əməyə, təbiətə münasibəti
dəyişdirmiş, davamlı inkişafın təməlini qoymuş, “Ekoloji cəhətdən dayanıqlı sosial-
iqtisadi inkişafa dair Milli proqram” işlənib hazırlanmışdır. Dövlətimizin qəbul etdiyi
bu proqram ölkədə indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək, mövcud
ekosistemlərin iqtisadi potensialın qorunması və təbii resurslardan səmərəli istifadə
etmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Dövlətin bu vacib proqramı elm və tədris müəssisələri, istehsal, qeyri-istehsal
sahələri qarşısında müəyyən tədbirlərin hazırlanıb həyata keçirilməsini tələb edir. Ali
təhsil müəssisələri davamlı inkişaf üzrə tədris vəsaitləri və proqramları hazırlamalı,
elmi kadr potensialını gücləndirməli, elmi-tədqiqat işlərini stimullaşdırmalı,
tələbələrin tələbə elmi cəmiyyətlərdəki fəaliyyətini artırmalıdırlar.
I F Ə S İ L
Dostları ilə paylaş: |