Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
28.01.2014
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Rəşad Həsənov, Nərmin İbrahimova
Elmi Redaktor: Dr. Vüqar Bayramov
Bu tədqiqat Avropa Birliyinin maliyyələşdirdiyi “Məktəb büdcələrinin formalaşmasında və səmərəli
istifadə edilməsində vətəndaş iştiraklılığının istiqamətləndirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.
Bu tədqiqatda əks olunan fikirlər layihə icraçısına məxsusdur və heç bir halda Avropa Birliyinin mövqeyini əks etdirmir.
TƏHSIL XƏRCLƏRI:
Rəşad Həsənov, Nərmin İbrahimova
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 0 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
Mündəricat
Giriş ........................................................................................................................................................... 1
Mövzunu aktual edən səbəblər .................................................................................................................. 1
Tədqiqatın istiqamətləri ............................................................................................................................. 2
Təhsil xərclərin iqtisadi təsnifatı ................................................................................................................ 3
Təhsil xərclərinin dəyişmə dinamikası ........................................................................................................ 7
Təhsil sektorunda islahatlar .................................................................................................................... 13
Təhsil sektorunda həyata keçirilən dövlət proqramları və layihələr haqqında ..................................... 16
Təhsil sektorunda beynəlxalq və qeyri-dövlət mənbələri üzrə maliyyəəməkdaşlığı ........................... 17
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası ................................................................................................ 17
Təhsilin keyfiyyəti və qiymətləndirmə ................................................................................................... 20
Xülasə .......................................................................................................................................................... 21
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 1 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
Giriş
Təhsil
hər
bir
ölkənin
o
cümlədən
də
Azərbaycanın
sosial
siyasətinin
priaritetistiqamətlərindəndir. Müasir dövrdə müharibələrin, hərbi müdaxilələrin, gücün
nümayişini deyil daha çox elmin, təhsilin, beyinlərin mübarizəsinin şahidi olmaqdayıq. Yəni
həyatın mübarizə qaydaları belə bu gün təhsilin inkişafını tələb edən əsas faktorlardandır. Məhz
bu prizmadan yanaşdıqda Azərbaycanda müasir təhsil sisteminin yaradılması hökumət qarşısında
dayanan vacib məsələlərdəndir. Müasir təhsil sistemi isə özlüyündə bu sahəyə daha geniş spektrli
yanaşma tələb edir. Yəni təhsil infrastrukturu, təhsil proqramı, təhsildə dövlət, xarici dövlətlərlə
təhsil mübadiləsi kimi amillər bu sahənin inkişafını, təkmilləşdirilməsini təmin edəcək mühüm
elementlərdir. Nəzərə alsaq ki, təhsilə investisiya çox əhəmiyyətli və perspektivli sahə olsa da,
bir çox hallarda ailələrin büdcəsi gələcək haqqında proqramlaşma aparmağa və uzunmüddətli
investisiya qoymağa imkan vermir. Bu səbəbdən də, sektorda əsas ağırlıq dövlətin üzərinə düşür.
Hazırda dünyanın hər bir dövləti öz büdcəsində təhsilə xərclər ayırır. Bu xərclərin həcmi və
ümumiyyətlə dövlətin təhsil siyasəti əslində sosial siyasətin tərkib hissəsidir. Lakin bütün digər
sahələrdə olduğu kimi, təhsilə qayğı və təhsilin maliyyələşdirilməsinin səviyyəsi bu sahədə
tətbiq edilən mexanizmlər fərqlidir. Ölkəmizdə də müstəqilliyin ilk günlərindən başlayaraq
keçmiş sovet təhsil sisteminin dəyişdirilməsi, yeni və daha keyfiyyətli müasir maliyyə
mexanizmləri ilə zənginləşdirilmiş sistemin formalaşdırılması istiqamətində addımlar
atılmaqdadır. Lakin bu sahənin daim yenilənməsi və qabaqcıl təcrübələrdən geri qalmaq kimi
amillər dövlətin təhsil sektorunda daim islahatlar aparmasını gərəkdirir. Məhz bu səbəbdəndir ki,
2013-cü ilin sonlarında yeni təhsil strategiyası qəbul edilib. Ümid edirik ki, yeni strategiya bu
sahədəki çatışmazlıqların aradan qaldırılmasında və dünya standartlarına uyğun təhsil modelinin
formalaşmasında ölkəmiz üçün mühüm əlamətləri ilə yadda qalacaq.
Mövzunu aktual edən səbəblər
Dayanıqlı inkişafın təmin edilməsi, beynəlxalq sferada rəqabətliliyin artırılması, innovativ və
təşəbbüskar iqtisadi sistemin yaradılması XXI əsrdə daha cox insan kapitalının inkişafı ilə
əlaqəlidir. Bu sahənin özünəməxsusluğu onun uzunmüddətli passiv investisiya tələb etməsidir və
bu bir çox hallarda təhsilin fərdi maliyyələşdirilməsini əngəlləyir. Xüsusi ilə də zəif inkişaf etmiş
ölkələrdə əhalinin sosial rifahı valideynlərin təhsil məqsədi ilə vəsaitlər ayırmasını əngəlləyən
əsas amildir. Məhz bu səbəbdəndir ki, əksər ölkələrdə təhsilin ibtidai və orta pilləsi, bəzən isə
hətta ali pilləsi də dövlət tərəfindən maliyyələşdirilir. Təbii ki, Azərbaycanda da orta təhsil
məcburi və ödənişsizdir. Yəni bu sahənin xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Lakin həm
ictimai vəsaitlərin xərclənməsindəki şəffaflığın təmin edilməsi və həm də təhsil sisteminin
maliyyələşdirilməsində daha məqbul və qabaqcıl təcrübənin tətbiqi baxımından bu istiqamətdə
islahatların aparılmasına ehtiyac duyulurdu. Bu səbəbdəndir ki, 2014-cü ildən etibarən təhsilinin
maliyyələşdirilməsi yeni qaydalar əsasında həyata keçiriləcək. Yeni maliyələşmə mexanizminin
əsas prinsipi adambaşına maliyələşmənin təmin edilməsidir. Beləliklə 2014-cü ildən etibarən
təhsil sahəsində yeni bir dövrün başladığını demək olar. Təbii olaraq yeni maliyyələşmə