Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 2 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
mexanizminə keçid prosesində təhsil xərcləri və bu sektorun büdcədən maliyyələşməsinin
əsaslarının iqtisadi təhlilinə ehtiyac duyulmaqdadır.
Tədqiqatın istiqamətləri
Təhsil iqtisadiyyatının əsas parametrlərinin öyrənilməsi və bu istiqamətdə ölkəmizin keçdiyi yol,
tətbiq etdiyi maliyyə mexanizmləri, yeni təhsil strategiyasının qarşıya qoyduğu həllini gözləyən
problemlərin təhlili tədqiqatın əsas hədəflərindən hesab edilir. Bu məqsədlə tədqiqat aşağıdakı
istiqamətlərdə aparılıb;
-
Təhsil xərclərinin öyrənilməsi:
a)
Dövlət maliyyələşməsi;
b)
Özəl maliyyələşmə;
c)
Beynəlxalq maliyyələşmə;
d)
Qarışıq maliyyələşmə;
-
Təhsil xərclərinin təsnifatı;
-
Büdcənin təhsil xərclərinin dinamikası:
a)
Dövlət büdcəsinin təhsil xərclərinin ÜDM-ə nisbətinin təhlili;
b)
Dövlət büdcəsindən təhsil xərclərinin illər üzrə dəyişməsi tendensiyasının təhlili;
c)
Dövlət büdcəsinin təhsil xərclərində birbaşa Təhsil Nazirliyi üçün ayrılmış vəsaitlərin
dinamikası və xərclənmə istiqamətləri;
d)
Dövlət büdcəsindən ayrılan təhsil xərclərində əməyin ödənişi xərclərinin iqtisadi
təhlili;
e)
Dövlət büdcəsindən təhsil sektoruna illər üzrə yönəldilmiş infrastruktur xərclərinin
təhlili;
f)
Ali təhsil xərclərinin adambaşına ÜDM-dəki xüsusi çəkisnin Avropa ilə müqayisəsi.
-
Təhsil sektorunda islahatlar:
a)
İkipilləli təhsilə keçid;
b)
Ali təhsil islahatları və Boloniya prosesi;
c)
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təhsil layihələri;
d)
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı;
e)
Təhsil sektorunda həyata keçirilən dövlət proqramları və layihələr haqqında;
f)
Təhsil sektorunda beynəlxalq və qeyri-dövlət mənbələri üzrə maliyyə əməkdaşlığı;
-
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası.
Son olaraq ölkə prezidentinin 24 oktyabr 2013-cü ildə təsdiq etdiyi Təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının ortaya çıxardığı problemlər, bu problemlərin həlli yolları və Strategiyanın əsas
hədəfləri qısa şəkildə təhlil edilib.
Təhsil xərcləri:
şəffaflıq və səmərəliliyin gücləndirilməsi
istiqamətləri
Rəşad Həsənov, Nərmin İbrahimova
Səhifə 3 / 23
İSİM
İqtisadivə Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat
Təhsil xərclərin iqtisadi təsnifatı
Təhsilin maliyyələşdirilməsi dövrümüzdə əksər dünya dövlətlərinin sosial siyasətinin
priaritetlərindən hesab edilir. Son yüzillikdə dünya iqtisadiyyatının sürətli inkişafı və
demokratik idarəetmə prinsiplərinin təkmilləşdirilməsi hökumətlərin sosial sferaya daha çox
diqqət
ayırmasını tələb edirdi ki, nəticədə təhsil sisteminin formalaşdırılması,
maliyyələşdirilməsi kimi ciddi məsələlər hökumətlər qarşısında dayanan mühüm vəzifəyə
çevrildi. Ümumilikdə təhsil xərcləri dedikdə bu sahəyə aid infrastrukturun formalaşdırılması və
saxlanması, çalışanların əməkhaqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi
kimi məsələlər nəzərdə tutulur. YUNESKO-nun Statistika İnstitutunun metodoloji tövsiyələrində
təhsil xərcləri maliyyələşdirmə mənbələrinə görə üç əsas qurupa bölünür:
1.
Dövlət maliyyələşdirmə mənbələri;
2.
Özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri;
3.
Beynəlxalq maliyyələşdirmə mənbələri.
Azərbaycanda isə bu sahədə əsas ağırlıq dövlətin üzərinə düşür. Beləki, ölkəmizdə ibtidai və orta
təhsil məcburi xarakter daşıyır. Özəl sektorun təhsilin bu pillələrində fəaliyyət göstərməsinə
baxmayaraq, ölkə üzrə 1287.3 min şagirdin yalnız 2.74 mini və yaxud 0.2%-i özəl təhsil
müəssisələrinin payına düşür. Eyni zamanda ölkədə fəaliyyət göstərən 52 ali təhsil
müəssisəsindən 37-si dövlətin, 15-i isə özəl sektorun payına düşür. Dövlətə məxsus ali təhsil
müəssisələrində 125.7 min tələbə, özəl təhsil müəssisələrində isə 19.9 min tələbə təhsil alır. Yəni
ölkədə ali təhsil müəssisələrində ümumi təhsil alanların 84%-i dövlətin, 16%-i isə özəl sektorun
payına düşür.
Dövlət maliyyələşdirmə mənbələri mərkəzi, regional(icra hakimiyyəti), yerli(bəldiyyə)
təmayüllü olaraq 3 kateqoriyaya bölünür.
Təhsil Nazirliyinin xərcləri də daxil olmaqla digər nazirlik, idarə və icra hakimiyyəti
orqanlarının təhsil üzrə xərclərini birləşdirən vəsaitlər mərkəzi hakimiyyətin təhsil xərclərinə
daxil edilir. Bir çox hallarda bu qurumların xərclədiyi vəsaitlər təhsil xərcləri adı altında olmaya
bilər. Məsələn icra hakimiyətlərinin hər hansı təhsil müəssisəsinin təmiri üçün ayırdığı xərclər
infrastruktur xərcləmələri adı alıtında qeyd edilir. Regional və yerli hakimiyyət orqanlarının
təhsil xərcləmələri daha çox infrastruktur xarakterli olub təmir tikinti işlərinə yönəldilir.
Hakimiyyətin qollarının təhsil xərcləri aşağıdakı üç xərc növü üzrə qruplaşdırılır
-
Təhsil müəssisələrinə çəkilən birbaşa xərclər;
-
Digər xərclər;
-
Köçürmələr(transfertlər).
Təhsil Nazirliyi tərəfindən müəllim heyətinə ödənilən əmək haqqı, məktəblərin tikintisi ilə
əlaqədar olaraq bələdiyyələrin tikinti müəssisəsinə ödənişləri, Təhsil Nazirliyi tərəfindən
paylanmaq üçün dərsliklərin alınmasına ödənişlər,işçi heyətinin saxlanması və yaxud mal və
xidmətlərin alınması üzrə xərclərin ödənilməsi məqsədilə dövlət tərəfindən ali təhsil
müəssisəsinə ayrılan qrantlar, maliyyə müstəqilliyi olan dövlət məktəblərinə ayrılan dövlət
vəsaitləri, özəl məktəbə dövlət subsidiyalarının verilməsi kimi xərcləmələr birbaşa ödənişlər