Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
1   2   3   4   5   6   7   8   9

Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 2 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



mexanizminə  keçid  prosesində  təhsil  xərcləri  və  bu  sektorun  büdcədən  maliyyələşməsinin 

əsaslarının iqtisadi təhlilinə ehtiyac duyulmaqdadır.  

Tədqiqatın istiqamətləri 

Təhsil iqtisadiyyatının əsas parametrlərinin öyrənilməsi və bu istiqamətdə ölkəmizin keçdiyi yol, 

tətbiq etdiyi maliyyə mexanizmləri, yeni təhsil strategiyasının qarşıya qoyduğu həllini gözləyən 

problemlərin  təhlili  tədqiqatın  əsas  hədəflərindən  hesab  edilir.  Bu  məqsədlə  tədqiqat  aşağıdakı 

istiqamətlərdə aparılıb; 

-

 



Təhsil xərclərinin öyrənilməsi: 

a)

 

Dövlət maliyyələşməsi

b)

 

Özəl maliyyələşmə

c)

 

Beynəlxalq maliyyələşmə; 

d)

 

Qarışıq maliyyələşmə; 

 

-



 

Təhsil xərclərinin təsnifatı; 

-

 

Büdcənin təhsil xərclərinin dinamikası: 



a)

 

Dövlət büdcəsinin təhsil xərclərinin ÜDM-ə nisbətinin təhlili

b)

 

Dövlət büdcəsindən təhsil xərclərinin illər üzrə dəyişməsi tendensiyasının təhlili; 

c)

 

Dövlət büdcəsinin təhsil xərclərində birbaşa Təhsil Nazirliyi üçün ayrılmış vəsaitlərin 

dinamikası və xərclənmə istiqamətləri

d)

 

Dövlət  büdcəsindən  ayrılan  təhsil  xərclərində  əməyin  ödənişi  xərclərinin  iqtisadi 

təhlili; 

e)

 

Dövlət  büdcəsindən  təhsil  sektoruna  illər  üzrə  yönəldilmiş  infrastruktur  xərclərinin 

təhlili; 

f)

 

Ali təhsil xərclərinin adambaşına ÜDM-dəki xüsusi çəkisnin Avropa ilə müqayisəsi. 

 

-

 



Təhsil sektorunda islahatlar: 

 

a)



 

İkipilləli təhsilə keçid; 

b)

 

Ali təhsil islahatları və Boloniya prosesi; 

c)

 

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təhsil layihələri

d)

 

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı; 

e)

 

Təhsil sektorunda həyata keçirilən dövlət proqramları və layihələr haqqında; 

f)

 

Təhsil sektorunda beynəlxalq və qeyri-dövlət mənbələri üzrə  maliyyə əməkdaşlığı; 

 

-

 



Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası. 

Son olaraq ölkə prezidentinin 24 oktyabr 2013-cü ildə təsdiq etdiyi Təhsilin inkişafı üzrə Dövlət 

Strategiyasının  ortaya  çıxardığı  problemlər,  bu  problemlərin  həlli  yolları  və  Strategiyanın  əsas 

hədəfləri qısa şəkildə təhlil edilib. 

 

 



Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 3 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



 

Təhsil xərclərin iqtisadi təsnifatı 

Təhsilin  maliyyələşdirilməsi  dövrümüzdə  əksər  dünya  dövlətlərinin  sosial  siyasətinin 

priaritetlərindən  hesab  edilir.  Son  yüzillikdə  dünya  iqtisadiyyatının  sürətli  inkişafı  və  

demokratik  idarəetmə  prinsiplərinin  təkmilləşdirilməsi  hökumətlərin  sosial  sferaya  daha  çox 

diqqət 


ayırmasını  tələb  edirdi  ki,  nəticədə  təhsil  sisteminin  formalaşdırılması, 

maliyyələşdirilməsi  kimi  ciddi  məsələlər  hökumətlər  qarşısında  dayanan  mühüm  vəzifəyə 

çevrildi. Ümumilikdə təhsil xərcləri dedikdə bu sahəyə aid infrastrukturun formalaşdırılması və 

saxlanması, çalışanların əməkhaqqının ödənilməsi, innovasiyanın tətbiqinin maliyyələşdirilməsi 

kimi məsələlər nəzərdə tutulur. YUNESKO-nun Statistika İnstitutunun metodoloji tövsiyələrində 

təhsil xərcləri maliyyələşdirmə mənbələrinə görə üç əsas qurupa bölünür: 



1. 

Dövlət maliyyələşdirmə mənbələri

2. 

Özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri; 

3. 

Beynəlxalq maliyyələşdirmə mənbələri. 

Azərbaycanda isə bu sahədə əsas ağırlıq dövlətin üzərinə düşür. Beləki, ölkəmizdə ibtidai və orta 

təhsil  məcburi  xarakter  daşıyır.  Özəl  sektorun  təhsilin  bu  pillələrində  fəaliyyət  göstərməsinə  

baxmayaraq,  ölkə  üzrə  1287.3  min  şagirdin  yalnız  2.74  mini  və  yaxud    0.2%-i  özəl  təhsil 

müəssisələrinin  payına  düşür.  Eyni  zamanda  ölkədə  fəaliyyət  göstərən  52  ali  təhsil 

müəssisəsindən  37-si  dövlətin,  15-i  isə  özəl  sektorun  payına  düşür.  Dövlətə  məxsus  ali  təhsil 

müəssisələrində 125.7 min tələbə, özəl təhsil müəssisələrində isə 19.9 min tələbə təhsil alır. Yəni 

ölkədə ali təhsil müəssisələrində ümumi təhsil alanların 84%-i dövlətin, 16%-i isə özəl sektorun 

payına düşür.  

Dövlət  maliyyələşdirmə  mənbələri  mərkəzi,  regional(icra  hakimiyyəti),  yerli(bəldiyyə) 

təmayüllü olaraq 3 kateqoriyaya bölünür. 

Təhsil  Nazirliyinin  xərcləri  də  daxil  olmaqla  digər  nazirlik,  idarə  və  icra  hakimiyyəti 

orqanlarının  təhsil  üzrə  xərclərini  birləşdirən  vəsaitlər  mərkəzi  hakimiyyətin  təhsil  xərclərinə 

daxil edilir. Bir çox hallarda bu qurumların xərclədiyi vəsaitlər təhsil xərcləri adı altında olmaya 

bilər.  Məsələn  icra  hakimiyətlərinin  hər  hansı  təhsil  müəssisəsinin  təmiri  üçün  ayırdığı  xərclər 

infrastruktur  xərcləmələri  adı  alıtında  qeyd  edilir.  Regional  və  yerli  hakimiyyət  orqanlarının 

təhsil xərcləmələri daha çox infrastruktur xarakterli olub təmir tikinti işlərinə yönəldilir.  

Hakimiyyətin qollarının təhsil xərcləri aşağıdakı üç xərc növü üzrə qruplaşdırılır 

-

 



Təhsil müəssisələrinə çəkilən birbaşa xərclər

-

 



Digər xərclər; 

-

 



Köçürmələr(transfertlər). 

Təhsil  Nazirliyi  tərəfindən  müəllim  heyətinə  ödənilən  əmək  haqqı,  məktəblərin  tikintisi  ilə 

əlaqədar  olaraq  bələdiyyələrin  tikinti  müəssisəsinə    ödənişləri,  Təhsil  Nazirliyi  tərəfindən 

paylanmaq  üçün    dərsliklərin  alınmasına  ödənişlər,işçi  heyətinin  saxlanması  və  yaxud  mal  və 

xidmətlərin  alınması  üzrə  xərclərin  ödənilməsi  məqsədilə  dövlət  tərəfindən  ali  təhsil 

müəssisəsinə  ayrılan  qrantlar,  maliyyə  müstəqilliyi    olan  dövlət  məktəblərinə  ayrılan  dövlət 

vəsaitləri,  özəl  məktəbə  dövlət  subsidiyalarının  verilməsi  kimi  xərcləmələr  birbaşa  ödənişlər 



Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə