Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
1   2   3   4   5   6   7   8   9

Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 6 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



10. 

Ali  təhsil  müəssisələri  -  bu  bölümə  ali  məktəblərin  nəzdində  fəaliyyət  göstərən 

aspirantura və  doktorantura, eləcə də  kafedraların elmi  işləri ilə  bağlı xərcləri daxil etməklə  ali 

məktəblərin xərcləri aid edilir. 

Ali məktəblərin tabeliyində olan müstəqil elmi-tədqiqat müəssisələri üzrə  xərclər 4-cü köməkçi 

bölmənin 1-ci paraqrafına aid edilir. 

11. 


Kurs  tədbirləri  və  ixtisasartırma  institutları  -  bu  bölümə  bütün  ixtisaslar  üzrə  kadrların 

hazırlanması,  yenidən  hazırlanması  və  ixtisasartırma  kursları  üzrə,  eləcə  də  mütəxəssislərin 

təkmilləşdirmə institutlarının saxlanılması xərcləri aid edilir 

12. 


Kadrlar  hazırlığı  üzrə  sair  tədris  müəssisələri-  bu  bölümə  fəhlə  və  kütləvi  peşələrdən 

olan başqa kadrların hazırlığı və yenidən hazırlığı üzrə nazirlik və baş idarələrin (Təhsil Nazirliyi 

sisteminə  aid  olmayanlar)  məktəb  (texniki-peşə  məktəbləri  və  liseyləri),  tədris-kurs 

kombinatlarının, tədris mərkəzlərinin saxlanılması xərcləri aid edilir. 

13. 

Uşaqlar ilə məktəbdənkənar işlər üzrə müəssisələr və tədbirlər- bu bölümə uşaq saray və 

yaradıcılıq mərkəzlərinin, gənc təbiətçilər stansiyalarının, gənc texniklər stansiyalarının, idman 

məktəblərinin,  gənc  turistlər  stansiyalarının,  idman  yeddiillik  musiqi  məktəblərinin,  su 

stansiyalarının,  uşaqların  bədən  tərbiyəsi  evlərinin,  uşaqlarla  məktəbdənkənar  işlər  üzrə  başqa 

idarələrin saxlanılması  və bu cür tədbirlərin həyata keçirilməsi,  idman  yarışları və  başqa bədən 

tərbiyəsi  üzrə  tədbirlərin,  bədii  olimpiadaları,  məktəb  yaşlı  uşaqlar  üçün  məktəb  meydançaları, 

uşaq bədii özfəaliyyəti və i.a. üçün xərclər aid edilir. 

14. 


Metodiki iş, texniki təbliğat, təhsil üzrə sair müəssisələr və tədbirlər- bu bölümə metodiki 

kabinetlərin,  filmotekaların,  loqoped  məntəqələrinin,  şagirdlərin  əmək  təlimi  və  peşəyönümü 

üzrə  məktəblərarası  tədris-istehsalat  kombinatlarının,  təhsil  işçiləri  evlərinin  saxlanılması, 

müəllimlərin  və  uşaq  müəssisələri  və  məktəbdənkənar  uşaq  idarələri  işçilərinin  konfrans  və 

müşavirələrinin  keçirilməsi,  hamilik  və  qəyyumluq  edilən  uşaqlara  pul  müavinətlərinin 

ödənilməsi xərcləri aid edilir. 

Bu paraqrafa aşağıdakı  xərclər də aid  edilir: məktəbə (iş  yerinə) getmək üçün müəllimlərə  yol 

xərclərinin  ödənilməsi,  müəllimlərin  elmi  ezamiyyələri,  nümunəvi  layihələşdirmə,  məktəblərin 

inventarlaşdırılması  və  pasportlaşdırılması,  eləcə  də  müəllimlərin  əmək  haqqının  poçtla 

göndərilməsi  xərcləri,  texniki  təbliğat  və  kadr  hazırlığı  üzrə  kinofilmlərin  çəkilişi  və  sair 

tədbirlər üzrə xərclər. 

15. 


Uşaq evləri - bu bölümə məktəb yaşlı və məktəbəqədər uşaqlar üçün uşaq evləri, xüsusi 

və ailə tipli uşaq evləri üçün xərclər aid edilir. Bu paraqrafa uşaq evlərindən buraxılan şagirdlər 

üçün müavinətlərin verilməsi, uşaq evlərində tərbiyə alan şagirdlər üçün sağlamlıq tədbirlərinin 

aparılması xərcləri də daxil edilir. 

16. 

Ümumi  icbari  təhsil  fondu  -  bu  bölümə  ibtidai,  əsas  və  orta  təhsil  məktəblərində 

ümumtəhsil fondu hesabına ödənilən xərclər daxil edilir. 




Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 7 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



17. 

Mərkəzləşdirilmişmühasibatlıqların  saxlanılması  -  bu  bölümə  təhsil  şöbələri  (idarələri), 

icra 


nümayəndəlikləri 

nəzdində 

fəaliyyət 

göstərən 

mərkəzləşdirilmişmühasibatlıqların 

saxlanılması xərcləri aid edilir. 

18. 

Mərkəzləşdirilmiş  təsərrüfat  xidməti  qrupunun  saxlanılması-  bu  bölümə  təhsil  şöbələri 

(idarələri)  nəzdində  fəaliyyət  göstərən  mərkəzləşdirilmiş  təsərrüfat  xidməti  üzrə  qrupların 

xərcləri aid edilir.  

Göründüyü  kimi  təhsilin  hər  bir  pilləsi  dövlət  tərəfindən  maliyyələşdirilir.Yeri  gəlmişkən  qeyd 

edək ki, Azərbaycanda hər bir ölkə vətəndaşının təhsil qanunvericiliyinə uyğun olaraq ömründə 

bir dəfə tam təhsil alma hüququ var. 

 

Təhsil xərclərinin dəyişmə dinamikası 



Ötən illər ərzində ölkənin maliyyə imkanlarının genişlənməsi sosial sferaya o cümlədən, təhsilə 

ayrılan  vəsaitlərin  həcminin  artırılması  üçün  şərait  yaradıb.  Bununla  belə  2010-cu  ildə  təhsilə 

ayrılan  xərclərin  ÜDM-də  xüsusi  çəkisi  2.8%  olub.  Xatırladaq  ki,  anoloji  göstərici  Avropa 

ölkələrində 5-8% arasında dəyişir. Məsələn, Almaniyada təhsil xərclərinin ÜDM-dəki payı 2011-

ci  ildə  5.1%,  Norveçdə  isə  2009-cu  ildə  7.3%-ə  bərabər  olub.Halbuki,  sadaladığımız  ölkələrdə 

təhsil  xərclərində  dövlətin  payı  ölkəmizdəkindən  təxminən  iki  dəfə  azdır.  Azərbaycan  həmin  il 

bu göstəriciyə görə dünya ölkələri arasında 148-ci yerdə qərarlaşıb. Digər maraqlı məqam ondan 

ibarətdir  ki,  ötən  illərdə  təhsil  xərclərinin  artım  dinamikası  ümumi  iqtisadi  inkişafın 

dinamikasına adekvat olmayıb. Bu tendensiya aşağıdakı cədvəldə daha aydın təsvir olunub.  

Diaqram 2: Dövlət büdcəsinin təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi 

 

Mənbə: Milli Büdcə Qrupu və Maliyyə Nazirliyinin məlumatları əsasında hazırlanıb 

Göründüyü  kimi  1999-cu  ildə  təhsil  xərclərinin  ÜDM-də  xüsusi  çəkisi  4.2%  olduğu  halda  bu 

göstərici 2013-2014-cü illər üçün 2.8%proqnozlaşdırılıb. Bu göstərici 2.4% olmaqla 2008-ci ildə 

ən  aşağı  səviyyəyə  düşüb.  Lakin,  ötən  illər  ərzində  təhsil  sektoruna  ayrılan  büdcə  vəsaitləri 

0

0.5


1

1.5


2

2.5


3

3.5


4

4.5


4.2

3.9


3.5

3.2 3.3 3.4

2.9

2.6 2.7


2.4

3.3


2.8

2.5


3

2.8


2.8

Təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi


Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə