XƏZƏR UNİVERSİTETİ
Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında
Əsasnamə
-
Ümumi müddəalar
Bu əsasnamə Ali təhsil pilləsinin dövlət standartı və proqramına, bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarına və digər normativ sənədlərə uyğun hazırlanmışdır.
Əsasnamə Xəzər Universitetinin professor-müəllim heyətinin tədris etdiyi hər fənn üzrə hazırlanmış işçi tədris proqramının (sillabus) məzmun və strukturuna olan ümumi tələblər, onun tərtibi və təsdiq prosessini müəyyən edir.
Sillabus tədris olunan fənnin təsviri və məqsədi, istifadə olunan tədris metodları, gözlənilən tədris nəticələri və ona uyğun qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.
Sillabus bakalavr, magistr və doktor pilləsində tədris olunan bütün fənlər üzrə hazırlanır.
Sillabus hər bir konkret fənn üzrə tədris prosesində müəllimlərin tələbləri və tələbələrin öhdəliklərini müəyyənləşdirir.
-
Strukturu və məzmunu
Sillabusda aşağıdakı məlumat öz əksini tapmalıdır:
Fənn haqqında ümumi məlumat
Universitet kataloquna uyğun olaraq tədris olunan fənnin adı və kodu, AKTS kreditlərinin sayı, fənnin öncə şərtləri (əgər varsa)
Tədris dili və fənnin növü (məcburi, seçmə və s.), tədris semestri
Müəllim haqqında məlumat
Müəllimin adı və əlaqə məlumatı (e-mail və telefon nömrəsi), kafedranın adı, dərs vaxtı və məsləhət saatları, mühazirə otağı
Fənnin təsviri və məqsədləri
Universitet kataloquna uyğun olaraq fənnin xülasəsi, onun əhəmiyyəti, tədris planındakı digər fənlər ilə əlaqəsi və məqsədləri haqqında məlumat
Gözlənilən tədris nəticələri
Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.
Tövsiyə olunan əsas və əlavə ədəbiyyat
Son illər çap olunmuş və Xəzər Universitetinin kitabxanasında sayı kifayət qədər olan əsas dərslik, dərs vəsaitləri və tövsiyə olunan əlavə mənbələr göstərilir. Tövsiyə olunan mənbələrin siyahısında həm çap, həm də elektron resurslar (məlumat bazası, vebsayt və s.) qeyd olunur.
Tədris fəaliyyətinin növləri
Fənninin tədrisi prosesində mühazirə, qrup işi, seminar, laboratoriya işləri, praktiki məsələnin təhlili və s. tədris fəaliyyətinin növləri kimi qeyd olunur.
Qiymətləndirmə
Aralıq və yekun imtahanlarını daxil etməklə, qiymətləndirmə komponentləri, məsələn fərdi prezentasiya, kurs işi, qrup işi, esse və s., haqqında məlumat verilir və hər komponentin çəkisi faizlə göstərilir. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür. Nəzərə alınmalıdır ki, Xəzər universitetinin qəbul olunmuş qiymətləndirmə sistemində aralıq və yekun imtahanları müvafiq olaraq 20-25 və 35-40 bal təşkil edir. Bakalabr səviyyəsində aralıq və yekun imtahanlarının ümumi balı 60-dan, magistr səviyyəsində isə 65-dən artıq olmamalıdır. Davamiyyət üçün isə 5-10 bal nəzərdə tutulur. Xəzər Universitetində bakalavt tələbəsi üçün fənn üzrə nəzərdə tutulmuş keçid balı 60, maqistr tələbəsi üçün isə 65 -dır.
Tədris siyasəti və davranış
Müəllim davamiyyət (universitet qaydalarına görə fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır), tapşırıqlar, onları yerinə yetirilməsinin son vaxtı, dərsdə fəal iştirak və s. üzrə qoyulan tələbləri müəyyən edir.
Təqvim-tematik planı
Təqvim-tematik planında dərslərin mövzuları, tapşırıqlar və onların yerinə yetirilmə müddəti cədvəl şəklində göstərilir.
-
Hazırlanması və təsdiq prosesi
Hər semestr üçün universitet üzrə qəbul olunmuş vahid forma (əlavə 1) əsasında professor-müəllim heyəti tədris etdiyi fənlərə uyğun sillabus hazırlayır. Hazırlanmış sillabus kafedra müdiri tərəfindən təsdiq edilir. Əgər hər hansı bir səbəbdən kafedra müdiri yoxdursa, o zaman sillabus fakültənin dekanı tərəfindən təsdiqlənir.
Sillabus fənnin tədris olunduğu dildə hazırlanır
Tələbələr sillabus ilə dərsin birinci günündə tanış olmalıdırlar və hər semestrin əvvəlində Xəzər universitetinin vebsaytında yerləşdirilməlidir.
Sillabus davamiyyət jurnalına əlavə olunur.
Əlavə 1. Sillabus forması
Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
Yeni mediyaya giriş
|
Departament
|
Jurnalistika departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr (BA)
|
Tədris semestri
|
2013, Yaz
|
Fənni tədris edən müəllim (lər)
|
Cabir Məmmədli
|
E-mail:
|
ja1az@yahoo.com;
|
Telefon:
|
(050) 526 5568 (mobil)
|
Mühazirə otağı/Cədvəl
|
|
Məsləhət saatları
|
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycanca
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi/seçmə
|
Dərsliklər və əlavə ədəbiyyat
| -
www.az.irexlearning.org
-
Briqs M. Jurnalistika 2.0 (tərcümə edilmişdir). B. 2010.
-
New Media: a critical introduction (second edition)/ Martin Lister (and others). NewYork,-2009. 463 p.p.
-
New Media/Terry Flew
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
30 saat
|
Qrup müzakirəsi
|
10 saat
|
Praktiki tapşırıqlar
|
20 saat
|
Praktiki məsələnin təhlili
|
10 saat
|
Digər
|
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Ara imtahan
|
|
30
|
Praktiki məsələ
|
|
20
|
Fəallıq
|
|
10
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
|
10
|
Final imtahanı
|
|
30
|
Digər
|
|
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
|
Tədrisin (öyrənmənin) nəticələri
|
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix (planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
| -
|
27.01.2015
|
Fənnə giriş. Yeni media kursu və İKT haqqında ilkin məlumatlar. Onlayn jurnalistika, İnternet jurnalistikası və multimedia jurnalistikası anlayışları
|
| -
|
03.02.2015
|
Yeni medianın inkişaf mərhələləri. Yeni medianın növləri. Ənənəvi media və yeni media. Yeni media, İnternet mediası, sosial media anlayışlarının fərqli xüsusiyyətləri
|
| -
|
10.02.2015
|
İnternet texnologiyaları. İnternetin imkanları. İnformasiya mübadiləsi vasitələri. İnternet mediası bazarı
|
| -
|
17.02.2015
|
Onlayn jurnalistikanın özəllikləri. Onlayın jurnalistə verilən tələblər. Mətn redaktorları ilə iş və onlayn redaktə. Onlayn redaksiya
|
| -
|
24.02.2015
|
Rəqəmli fotoaparatlar. Piksel. Meqapiksel. Rəqəmli fotonun ölçüsü. Keyfiyyətli foto anlayışı. Rəqəmli fotoaparatla fotoçəkiliş. Fotoçəkiliş qaydaları. “Təbii işıq”, işıqdan effektiv istifadə
|
| -
|
03.03.2015
| Fotoredaktəyə giriş. Fotoredaktə proqramları. Onlayn fotoredaktə xidmətləri. Fotolarla iş. Slayd-şou. Fotoredaktə, etik və hüquqi prinsiplər |
|
|
10.03.2015
|
Ara imtahan
|
| -
|
17.03.2015
|
Rəqəmli audio. Audioformatlar. Audiofaylların formatını dəyişmək (Müxtəlif audioçeviricilər və s.). Səsyazma qurğuları və mikrofon. Simsiz və kabelli mikrofonlar. Qoşma mikrofonlar. Audiofayllarla iş. Səsyazma. Kompyuterdə səs yazma. Təbii səsin əldə edilməsi. Sıxılmış və sıxılmamış səs formatları. Səs fayllarını ifa edən proqramlar. ITunes, Windows Media Player, Real Player və s. Səs fayllarının kompyuterə yüklənməsi
|
| -
|
31.03.2015
|
Rəqəmli video. Videoformatlar. Videofaylların formatını dəyişmək (Müxtəlif videoçeviricilər və s.). Video yazmaq üçün avadanlıqlar. Kamera növləri, videokamera ilə düzgün iş. Video qeydə alma. Süjet, reportajla tanışlıq. Jurnalistin StandUp hərəkəti. Videoplanlar. İşığın düşmə bucağı
|
| -
|
07.04.2015
|
Bloqlar və bloqçuluq. Şərhlər. Keçidlər. Anonimlik. Vətəndaş jurnalistikası. Bloq platformaları. Bloqosfer
|
| -
|
14.04.2015
|
Sosial media anlayışı və sosial mediaya giriş. Web 2.0 texnologiyaları və “çoxluğun çoxluğa” informasiya paylaşması
|
| -
|
21.04.2015
|
Azərbaycanda İnternetin və yeni medianın formalaşması və inkişafı
|
| -
|
28.04.2015
|
İnternetin tənzimlənməsi və özünütənzimləmə. Yeni medianın tənzimlənməsi
|
| -
|
05.05.2015
|
İnternet tanıtma və reklam işinin qurulması
|
| -
|
07.05.2015
|
Beynəlxalq jurnalist təşkilatlarının İnternet resursları və yeni media ilə əlaqəli beynəlxalq resurslar
|
|
|
|
Final imtahan
|
|
Dostları ilə paylaş: |