“Maye və qaz mexanikasi” şöbəsinin
2016-ci ilin 1-ci yarımilliyi üçün
ELMI-TƏŞKILI HESABATI
“HETEROGEN MAYE AXINLARINDA SƏRHƏD QATLARIN QEYRİ-
STASİONAR PROSESLƏRƏ TƏSİRLƏRİNİN TƏDQİQİ” üçün
XÜLASƏ
Maye və qaz mexanikası şöbəsinin fəaliyyəti, maye və qaz mexanikası problemi
üzrə nəzəri, eksperimental və təcrübi-sənaye işlərinin yerinə yetirilməsi ilə əlaqədardır.
Şöbədə 5 elmi işçi və 1 laborant əməkdaş çalışır. Hesabat dövründə əməkdaşlar elmi
mövzu çərçivəsində tədqiqatlar apararaq, tanınmış jurnallarda elmi nəticələrini dərc
etmiş, qrant müsabiqələrində, beynəlxalq və ölkəmizdə keçirilən konfranslarda iştirak
etmişlər. Yaratdıqları innovativ sənaye texnologiyala
r
tətbiqə çatdırılmışdır.
2016-ci ilin I-ci yarım illiyində aşağıdakı işlər həyata keçirilmişdir. Onlardan:
İş 1. Mayelərin borularla axınlarında köçmə proseslərin tədqiqi.
İş 2. Pulsasiyalı axın və süzülmələrin mayelərin sərfi xarakteristikasına təsirinin
tədqiqi.
İş 3. Sərhəd qatı effektlərinin qeyri stasionar köçmə proseslərə təsirləri.
“Mayelərin borularla axınlarında köçmə proseslərin tədqiqi” işi üzrə boru
kəmərlərinin effektiv istismarını təmin edən daşıyıcının temperatur tənzimləməsi və
sərhəd qatdakı istilik köçmə prosesləri ilə bağlı tədqiqatlar aparmış temperaturlar
fərqindən qaz əmələ gəlməsini nəzərə alınmaqla seçilmiş termoizolyasiya qatının
qalınlığının hesablanması alqoritmini vermişdir. “Pulsasiyalı axın və süzülmələrin
mayelərin sərfi xarakteristikasına təsirinin tədqiqi” işi üzrə aparılan tədqiqatlar zamanı
heterogen sistemlərin borularla axınlarında divarla təmasında v=0 şərtindən, əlavə olaraq
toxucu gərginliyin yaranması və bununla da tiksotropluq xüsusiyyətlərə malik belə
mayelərdə struktur dağılması və eyni zamanda sərfin artması göstərilmişdir. “Sərhəd qatı
effektlərinin qeyri stasionar köçmə proseslərə təsirləri” işi üzrə aparılan tədqiqatlar
zamanı silindrin hərəkəti zamanı mayenin səthində yaranan dalğaların yayılmasına aid
məsələnin həlli verilmiş və bu həllin parametrlərin müxtəlif qiymətlərində təqribi sərhəd
şərtlərinin ödədiyini göstərilmişdir.
Hesabat zamanı 7 elmi məqalə hazırlanmış, onlardan 4 çapdan çıxmış, 3-i isə çapa
qəbul olunmuşdur.
AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahovun (baş redaktor) və t.e.n. Eldar
Abbasovun bilavasitə iştiraki ilə, AMEA-nın təsis etdiyi ANAS Transactions (Mexanika
buraxılışı) jurnalının yeni versiyasının birinci nömrəsi hazırlanıb nəşriyyatdan
buraxılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru,
şöbə müdiri Qeylani Pənahov Rusiya Təbiət Elmləri Akademiyasının ali mükafatlarından
olan “Akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı”-na layiq
görülmüşdür.
«Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar
kompleksi» mövzu üzrə «Neft və qaz yataqlarının işlənilməsinin texnoloji proseslərinin
idarə və nəzarət olunmasının müasir modellərinin elmi əsaslarının təkmilləşdirilməsi»
elmi-tədqiqat mövzu çərçivəsində Geologiya və Geofizika İnstitutunda növbəti
“Geomexanika” seminarında çıxışı ilə əlaqədar bəzi tədqiqat nəticələr təqdim
olunmuşdur.
Neft yataqlarında neftvermənin intensivləşdirilməsində innovativ texnologiya
“Global Energy” şirkətinin Binəqədi yatağında tətbiq edilmiş, istismar quyusunda neft
artımı ilə əlaqədar effektivlik alınmışdır
.
Şöbə müdiri,
AMEA-nın
müxbir
üzvü,
t.e.d.
Qeylani
Pənahov