Hörmətli hüquq müdafiəçiləri



Yüklə 7,22 Kb.
tarix20.10.2017
ölçüsü7,22 Kb.
#5582

Hörmətli hüquq müdafiəçiləri
Mənim müdafiə etdiyim Nemət Pənahlıya qarşı Bakı İstintaq Təcridxanasında hüquqlarının pozulma halları artmışdır. Nemət Pənahlının mənə deməsinə görə o Təcridxanaya daxil olan gündən ona qarşı təcridxana rəhbərliyi və əməkdaşları tərəfindən ona psixi təsirlər göstərilmiş, təcridxanada saxlanma şəraiti ilə əlaqədar ona qarşı ayrı-seçkilik tətbiq edilir. 6 ay ərzində ona radio verilməmişdir. Dəfələrlə qohumlarının gətirdiyi FM dalğalı radoiqəbuledici ona verilməmiş, geri qaytarılmışdır. Baxmayaraq ki, təcridxanada belə radio hər bir kamerada vardır. Nemət Pənahlı hazırda xəstədir (şəkər xəstəliyi) və xəstəliyi ilə əlaqədar ona qarşı təzyiqlər daha da artmışdır. Mənim və onun dəfələrlə müraciətimizə baxmayaraq, təcridxana rəhbərliyi onu müayinə üçün Penitensiar Xidmətin Mərkəzi xəstəxanasına göndərmir.

02.07.2011 tarixdə Nemət Pənahlı karsa salınmış və həmin gündən aclıq elan etmişdir. Onun aclıq etməsi Həbsxana rəhbərliyi tərəfindən qeydə alınmamışdır. Mən bu barədə Təcridxana rəisi E.Sadixova ərizə verdikdən sonra onun aclıq elan etməsi faktı 09.07.2011-ci il tarixdə qeydə alınmışdır. Nemət Pənahlı görüş zamanı mənə bildirmişdir ki, Təcridxana rəisi Elxan Sadıxov karsda onu şəxsən döymüşdür.

Nemət Pənahlı ona qarşı olan fiziki və psixi təsirlərin, ayrı seçkilik dayandırılmasını tələb edir və hüquq müdafiəçiləri ilə görüşmək barədə tələb irəli sürmüşdür.

Mən onun vəkili kimi bu tələbi diqqətinizə çatdırmaq qərarına gəldim.

Əlavədə habelə Nemət Pənahlının xanımı Həcər Pənahlının sizə ünvanlanmış ərizəsi də vardır.
Hörmətlə

Samir Isayev



Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,

Fərdi fəaliyyət göstərən vəkil

Bakı, AZ1122,

Həsən bəy Zərdabi küç., 77a, mən.17

Tel: +994502320431

+994552320431

e-mail: advokat.isayev@gmail.com


******************************************
Yüklə 7,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə