Hyanin b r nc m



Yüklə 93,02 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü93,02 Kb.
#64024
növüYazı


YƏHYANIN B R NC  MƏKTUBU  

G R Ş  

«Yəhyanın Birinci Məktubu»

nun yazılmasında iki məqsəd var: imanlıları 

Allahla və Onun Oğlu  sa Məsihlə sıx ünsiyyətdə yaşamağa çağırmaq; bu 

ünsiyyəti məhv edə bilən yanlış təlim yayanlara qarşı xəbərdarlıq.  

Bu yanlış təlimdə bildirilirdi ki, şər cismani dünya ilə təmasdan yaranır və 

Allahın Oğlu  sa Məsih insan təbiətinə malik deyil. Bu müəllimlər öyrədirdi 

ki, insan xilas tapmaq üçün bu dünyanın qayğılarından tam azad olmalıdır. 

Onlar həm də məsihçi imanlısı üçün mənəviyyatın və yaxınını sevməyin 

mühüm olduğunu inkar edirdilər.  

Yəhya bütün bunlara qarşı durub aydın öyrədir ki,  sa, həqiqətən, insan idi. 

O həm də bəyan edir ki,  sa Məsihə iman edib Allahı sevənlər bir-birini də 

sevməlidir.  



Kitabın məzmunu:  

1:1-4 Həyat Kəlamı  

1:5-2:17 Nur və qaranlıq  

2:18-29 Məsihin əleyhdarı  

3:1-24 Allahın övladları  

4:1-6 Ruhları tanımaq barəsində  

4:7-21 Allah məhəbbətdir  

5:1-21 Qalib gələn iman və əbədi həyat  

 



Həyat Kəlamı  

1 *


Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var 

idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss 

etdik. 

2 *


Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə 

olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. 

Biz sizə gördüyümüzü və 



eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim 

şə

rikliyimiz də Ata və Onun Oğlu  sa Məsihlədir. 



Biz bunları yazırıq ki, 

sevincimiz

a

 kamil olsun.  



                                                 

 

*



1:1 

Yəh. 1:1 

 

*

1:2 



Yəh. 1:14 

 

a



1:4 Sevincimiz 

– bəzi əlyazmalarda sevinciniz. 




Nurda yaşayın  

Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və 



Onda zərrə qədər də qaranlıq yoxdur. 

Ə



gər biz «Allahla şərikliyimiz var» 

dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə 

ə

məl etmirik. 



Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-

birimizlə şərikliyimiz var və Onun Oğlu  sanın qanı bizi hər günahdan 

təmizləyir. 

Ə

gər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq 



və daxilimizdə həqiqət yoxdur. 

Amma günahlarımızı etiraf ediriksə, Allah 



sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər 

haqsızlıqdan təmizləyəcək. 

10 

Ə

gər günahkar olmadığımızı iddia ediriksə, 



onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur.  

Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə 



günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan  sa 

Məsihdir. 

O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə 



deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.  

Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik. 



Kim 


«Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və 

onun daxilində həqiqət yoxdur. 

Lakin kim Onun sözünə riayət edirsə, Allah 



məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz 

Allahdayıq. 

Kim Onda qaldığını deyirsə,  sa Məsihin həyat sürdüyü kimi 



həyat sürməlidir.  

7 *


Sevimlilər, sizə yeni əmr yazmıram, əvvəldən bəri malik olduğunuz 

qədim bir əmri yazıram; qədim əmr isə eşitdiyiniz

b

 sözdür. 



Yenə də sizə 

yeni bir əmr yazıram; bunun həqiqi olduğu Məsihdə və sizdə görünür. Çünki 

qaranlıq keçir və həqiqi nur artıq parlayır.  

Kim nurda olduğunu deyir, amma qardaşına nifrət edirsə, hələ də 



qaranlıqdadır. 

10 


Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi 

yoxdur. 


11 

Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və 

hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib.  

12 


Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız 

bağışlanıb.  

13 

Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız.  



Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz.  

14 


Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız.  

                                                 

 

*

2:7 



Yəh. 13:34 

 

b



2:7 Eşitdiyiniz 

– bəzi əlyazmalarda əvvəldən bəri eşitdiyiniz. 




Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız.  

Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər 

olana da qalib gəlmisiniz.  

15 


Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda 

Atadan olan məhəbbət yoxdur. 

16 

Çünki dünyada olan hər şey – cismani 



ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan 

gəlir. 


17 

Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə 

ə

məl edən əbədi qalır.  



Məsih əleyhdarı  

18 


Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini 

eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, 

axır zamandır. 

19 


Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus 

deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma 

qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.  

20 


Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz.

c

 



21 

Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz 

bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur. 

22 


Bəs yalançı 

kimdir?  sanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar 

edən Məsih əleyhdarıdır. 

23 


Oğulu inkar edən hər kəs Ataya da malik deyil, 

lakin Oğulu iqrar edən kəs Ataya da malikdir. 

24 

Sizin əvvəldən bəri 



eşitdiyiniz söz qoy sizdə qalsın. Əgər əvvəldən bəri eşitdiyiniz söz sizdə 

qalsa, siz də Oğul və Atada qalarsınız. 

25 

Onun bizə verdiyi vəd budur: əbədi 



həyat!  

26 


Bunları sizi aldatmaq istəyənlər barəsində yazıram. 

27 


Sizə gəlincə, 

Ondan aldığınız məsh daxilinizdə qalır və kimsənin sizə təlim verməsinə 

ehtiyacınız yoxdur. Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir 

və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın.  



Allahın övladları  

28 


Beləliklə, ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, 

Onun zühuru zamanı önündə utanmayaq. 

29 

Ə

gər Onun saleh olduğunu 



bilirsinizsə, həm də bilin ki, saleh iş görən hər kəs Ondan doğulub.  

1 *


Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları 

adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də 

                                                 

 

c



2:20 Hamınız biliklisiniz 

– bəzi əlyazmalarda həşeyi bilirsiniz. 

 

*

3:1 



Yəh. 1:12 


tanımır. 

Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız 



hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona 

bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. 

Ona bu cür ümid 



bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.  

Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır. 



5 *

Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda 

günah yoxdur. 

Onda qalan hər kəs günahını davam etdirməz. Günahını 



davam etdirən hər kəs nə Onu görüb, nə də Onu tanıyır.  

Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh 



olduğu kimi salehdir. 

Günahını davam etdirən şəxs iblisdəndir, çünki iblis 



başlanğıcdan bəri günah edir. Allahın Oğlu buna görə zühur etdi ki, iblisin 

ə

məllərini puça çıxarsın. 



Allahdan doğulan hər kəs günahını davam 

etdirməz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirə 

bilməz, çünki Allahdan doğulub. 

10 

Kimin Allahın övladı, kiminsə iblisin 



övladı olması bundan aydın olur: saleh iş görməyən, həmçinin qardaşını 

sevməyən hər kəs Allahdan deyil.  



Bir-birimizi sevək  

11 *


Ə

vvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək. 

12 *

Şə

rdən 



olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona 

görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi. 

13 

Beləliklə, 



qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin. 

14 *


Qardaşlarımızı 

sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə 

ölümdə qalır. 

15 


Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç 

bir qatil özündə qalan əbədi həyata malik deyil. 

16 

Məhəbbətin nə olduğunu 



bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı 

qardaşlarımız üçün fəda etməliyik. 

17 

Ə

gər kimsə dünya malına sahib olarkən 



qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah məhəbbəti onda 

necə qala bilər?  

18 

Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək. 



19-

20 


Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum 

edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim 

ürəyimizdən üstündür və hər şeyi bilir. 

21 


Ey sevimlilər, əgər ürəyimiz bizi 

məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik 

22 

və 


Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və 

                                                 

 

*

3:5 



Yəh. 1:29 

 

*



3:11 

Yəh. 13:34 

 

*

3:12 



Yar. 4:8 

 

*



3:14 

Yəh. 5:24 




önündə Ona məqbul olan işlər görürük. 

23 *


Onun əmri də budur ki, biz Onun 

Oğlu  sa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi 

sevək. 

24 


Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır. Onun 

bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik.  





Ruhları sınayın  

Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını 



bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı 

peyğəmbər meydana çıxıb. 

Allahın Ruhunu bundan tanıya bilərsiniz:  sa 



Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, 

sanı



d

 iqrar 


etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu 

ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır. 

Sizsə, ey övladlar, 



Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan 

Ruh dünyada olandan üstündür. 

Onlar dünyadandır, buna görə də dünyəvi 



mövqedən danışırlar və dünya onlara qulaq asır. 

Bizsə Allahdanıq. Allahı 



tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət 

ruhunu və aldatma ruhunu bundan tanıyırıq.  



Allah məhəbbətdir  

Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər 



kəs də Allahdan doğulub və Allahı tanıyır. 

Sevməyən kəs Allahı tanımır, 



çünki Allah məhəbbətdir. 

Allahın bizə olan məhəbbəti belə zahir oldu: 



Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. 

10 


Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: 

O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq 

göndərdi. 

11 


Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-

birimizi sevək. 

12 *

Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi 



sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur.  

13 


Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz 

Ruhundan verib. 

14 

Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın 



Xilaskarı olaraq göndərdi. 

15 


Kim iqrar edir ki,  sa Allahın Oğludur, Allah 

onda, o da Allahda qalır. 

16 

Biz Allahın bizə olan məhəbbətini anlayıb buna 



inandıq.  

Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda 

                                                 

 

*



3:23 

Yəh. 13:34; 15:12,17 

 

d

4:3  sanı 



– bəzi əlyazmalarda  sa Məsihin cismən gəldiyini. 

 

*



4:12 

Yəh. 1:18 




qalar. 

17 


Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə

e

 



cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. 

18 


Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki 

qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil.  

19 

Biz sevirik,



f

 çünki öncə O bizi sevdi. 

20 

Kim «mən Allahı sevirəm» deyir, 



amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını 

sevməyən görmədiyi Allahı sevə bilməz. 

21 

Bizim Ondan aldığımız əmr 



budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.  



Allahın Oğluna iman  

sanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən 



ondan doğulanı da sevir. 

Biz Allahın övladlarını sevdiyimizi bundan 



anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik. 

3 *


Çünki Allah 

məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə 

ağır deyil. 

Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya 



üzərində zəfər qazandıran öz imanımızdır. 

Dünyaya qalib gələn kimdir? 



Ə

lbəttə ki,  sanın Allahın Oğlu olmasına inanan!  

Su və qanla gələn Şəxs həmin  sa Məsihdir. O yalnız su ilə deyil, su və 



qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir. 

Bəli, üç 



ş

ahid var: 

Ruh, su və qan.



g

 Bunların üçü də bir-birinə uyğun gəlir. 

Biz 


insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. 

Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib. 

10 

Allahın 


Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha 

inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi 

şə

hadətə inanmayıb. 



11 *

Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat 

verib və bu həyat Onun Oğlundadır. 

12 


Oğula malik olan şəxsin həyatı var, 

Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.  

Əbədi həyat  

                                                 

 

e

4:17 Qiyamət günündə 



– hərfi tərcümədə mühakimə günündə. 

 

f



4:19 Sevirik 

– bəzi əlyazmalarda Onu sevirik. 

 

*

5:3 



Yəh. 14:15 

 

g



5:7-8 Bəli, üç şahid var: 



Ruh, su və qan 

– yunan dilində ilk nəşr olunan 

mətndə və bəzi tərcümələrdə Bəli, göydə üç şahid var: Ata, Kəlam və 



Müqəddəs Ruh; bunların üçü də birdir. 



Yerdə də üç şahid var: Ruh, su və 



qan.

 

 



*

5:11 

Yəh. 3:36 




13 

Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi 

həyata malik olduğunuzu biləsiniz.

h

 



14 

Biz Onun hüzurunda ona görə 

cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir. 

15 


Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan 

dilədiklərimizi alırıq.  

16 

Ə

gər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy 



Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan 

günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu 

barədə Allahdan istəsin. 

17 


Hər cür haqsızlıq günahdır, amma ölümə 

aparmayan günah da var.  

18 

Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, 



Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir. 

19 


Bilirik 

ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır. 

20 

Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün 



dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu  sa Məsihdəyik. Həqiqi 

Allah və əbədi həyat Odur.  

21 

Ey övladlar, özünüzü bütlərdən qoruyun!  



                                                 

 

h



5:13 Biləsiniz 

– bəzi əlyazmalarda biləsiniz və Allahın Oğlunun adına 



inanasınız.

 

Yüklə 93,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə