İNAM ATANIN – ASİF ATANIN
MÜTLƏQƏ İNAM OCAĞI
BEŞİKBAŞI MƏRASİMİ
(EVLƏNMƏ KURALLARI)
2
MÜTLƏQİMİZ, MÜQƏDDƏSİMİZ,
ULU PEYĞƏMBƏRİMİZ
İNAM ATAYA – ASİF ATAYA
ALİ SƏCDƏ İLƏ!
3
Mütləq bugündə nişanələriylə, əbədi
Sabahda bütöv mövcudluğuyla aşkara çıxan,
nisbi hadisələrin daxilində yaşayan, ancaq
onlara sığmayan, onları özlərindən kənara
çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata,
İnsana Ali Daxili Qüvvə, İstiqamət və Meyar
olan bir Qüdrətdir.
4
ASİF ATA
RUHANİ HÖKMLƏR
(14-cü Müqəddəs Kitabdan)
MÜQƏDDƏS MƏRASİM
Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır.
I. Evlənənlər Atanın Xeyir-duasını alır, Ata qarşısında Ailə
sədaqətinə and içirlər.
II. Gəlinin Ər evinə gətirdiyi Varidat – Qeyrətdir. Cehiz
ləyaqətsizliyinə son qoyulmalıdır. Ruhaniyyatı Maddiyyatla ölçmək
qəbahəti lənətlənməlidir.
III. «Qız Sahibinə» Maddi Bəxşiş verilməsi – gəlinin
əşyalaşması,
əmtəələşməsidir.
Həmin
murdarlıq
Evlənmə
Mərasimindən silinməlidir.
IV. Keyf Məclisi Evlənmə Mərasiminin Ülvi ciddiyyətinə
yaddır. Həmin bayağılıq Mərasimdən silinməlidir.
Valideynlər, Qohumlar, Dostlar Evlənənlərin görüşünə gəlir,
onlara ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər.
V. Ailə Ev kimi tikilir, Ağac kimi bitir. Ailənin Bənnası və
Bağbanı – Evlənənlərdir.
5
Ailə – Atalıq və Analıq adlanan ülvi, möhtəşəm qüdrətin və
sevginin təsdiqidir. Ailə – Ocaqdır – Yandıran, Qandıran,
İşıqlandıran.
Ailə – Ruhani Bağçadır – Sabahlı bar yetirən.
Ailə – İkinin Bir olması, onun qorunması ucalığıdır. İnsan
özünəməxsusluğunun,
bənzərsizliyinin,
əvəzsizliyinin,
Doğmalığının, Azadlığının Ruhani məkanıdır.
Ailənin Təməlini ötəri, keçici, zahiri effektlərdən, əlamətlərdən
arındırmaq gərəkdir. Ailəni əvvəl bəzəmək, sonra dağıtmaq həqarəti
ənənələşib. Xalqın özülü, əsası ailədir. Onun qorunması xalqın
mənəvi varlığının şərtidir.
Çağdaş Avropa mədəniyyətinin (əslində mədəniyyətsizliyinin)
Yurdumuza gəlişi hər sahədə mənfi təsir göstərdiyi kimi, ailə
məzmununa da ciddi zərbə vurdu. Avropa mədəniyyətinin təsirindən
toylarımız restoran görkəzmələri, hay-həşiri səviyyəsinə endi.
Pulçuluğun müqəddəsliyi üstələdiyi bir vaxtda xalqın sonuncu dayağı
olan Ailə janrı məhv olmaqdadır. Artıq heç kəs buna qarşı əməli
dirəniş göstərmir; xalqın (əslində kütlənin) başladığı, düçar olduğu
bu ənənədən kənara çıxmağı mümkünsüz görürlər. Əxlaqa, mənəvi
əsaslara zidd olan vur-çatlasın sürüçülüyü xalqın özünə
yadlaşmasının acınacaqlı təzahürü halına gəlib. Ruhaniyyatın lağa
qoyulması əsasında insan həyatının pozuntuya uğradılması ciddi
düşünmə tələb edir. Bu mübarizənin ən birinci mərhələsi – yad
ənənələrdən imtina, milli əxlaqi dəyərlərimizə söykənməklə və
onlara yaradıcı yanaşmaqla əməli addım atılmasıdır.
Asif Atanın Mütləqə İnam Ocağı bu yolu yaradıb, özü də bu
mübarizənin önündə gedir. Biz Ulusumuzu iradə və ərdəmlik
göstərməyə çağırırıq. Restorançılıq qarın mərasimidir. Qarın üçün
gələnlər həm də gəlişlərini borc verirlər.
Evlənmə mərasimi kef məclisi ilə əvəz olunur. Süfrədə
sürüləşmə, rəqsdə sürüləşmə – fərdi keyfiyyətlərin, özünəxaslığın
itirilməsi
ilə
nəticələnir.
Gəlinin
yarıçılpaqlığa
qədər
soyundurulması, müxtəlif çeşiddə rənglərlə boyadılması, hərcayi
6
səviyyədə nümayiş etdirilməsi milli ruhumuzu təhqir etməklə yanaşı,
həm də bir xalq olaraq taleyimizi sual altına alır.
Ulusumuz üçün gözlənilən fəsadları nəzərə alıb ona «Beşikbaşı
Mərasimi» adlandırdığımız Evlənmə kurallarını təqdim edirik. Bu
qaydaya (kurala) görə evlənənlər ilk dəfə İnam Evinə gəlirlər (bu
yazının yazıldığı tarixdə Mütləqə İnam Ocağının yalnız bir İnam Evi
var, xalq İnama gəldikcə bölgələrdə İnam Evləri yaranacaq və
evlənənlər öz bölgələrindəki İnam Evlərinə üz tutacaqlar). Ocaq
Yükümlüsü, yaxud bölgələrdəki Ruhani Ailə Yükümlüləri İnam
Atanın Mütləqə İnam Ocağı adından evlənənlərə xeyir-dua verir və
yazılı Ruhani Sənəd təqdim edirlər. Bu sənəd nikahın ruhani təsdiqi
sayılır. Evlənənlər Mütləqə İnam Ocağının Bayrağı altında bir-birinə
sədaqət andı içirlər: «Ata Ruhu qarşısında, Mütləqə İnam Ocağı
qarşısında and içirəm: - Ailə Müqəddəsliyini qoruyacağam, onu xəlqi
dəyər səviyyəsində yaşatmağa çalışacağam!» Sonda Bəylə Gəlin
Bayrağı öpürlər.
Evlənənlərə beşik bağışlanır.
Bundan sonra evlənənlər qohumlarının, yaxınlarının evlənmə
mərasimi üçün toplaşdıqları ünvana gedirlər.
Qeyd 1: Evlənənlər İnam Evinə gələrkən özləri ilə bir neçə
nəfər yaxınlarını da dəvət edə bilərlər.
İnam Evində keçirilən Beşikbaşı Mərasimi İnam Evinin
«Gündəliyi»ndə qeyd olunur.
Toy keçirilən ünvanda birinci mərhələ Mərasim səviyyəsindən
ibarət olur. Bu, təxminən bir saat çəkir. Aparıcı evlənmənin xəlqi,
ruhani mahiyyəti barədə söz deyir, evlənənlərin yaxınları, dostları
ürək sözlərini yetirirlər. Aparıcının təklifi ilə bu mərhələdə muğam
ifasına, yaxud saz çalğısına yer vermək olar.
İkinci mərhələdə süfrəyə meyvə, şirniyyat, çay, yaxud şirə
gətirilir. Bu arada muğam və ya saz çalğısına yer verilir. Bu da
təxminən bir saat çəkir.
Üçüncü mərhələdə süfrə yığışdırılır və milli rəqslərə başlanır.
Fərdi – qızla oğlanların ikilikdə rəqslərinə üstünlük verilməsi
məsləhət görülür.
7
Təxminən 1 – 1,5 saatdan sonra aparıcı prosesi dayandırır, toy
bitir. Evlənənləri tək buraxırlar. Yengə pusquçuluğu rədd edilir.
Qeyd 2: Gərəkli sayılan hallarda Gəlinin, könlü istəyən yaxın
rəfiqələrinin əllərinə həna yaxması Beşikbaşı Mərasimindən öncə baş
verir. Əlavə bəzəməçilik məsləhət görülmür. Nişan üzüyü taxmaq da
olar, taxmamaq da.
Qeyd 3: Evlənənlər Ocaqçıdırlarsa, Beşikbaşı Mərasimi üçün
gedişat yazısı yazılır. Bütün prosesləri Ocaq özü həyata keçirir.
Evlənənlər Ocaqçı deyillərsə, öz arzuları ilə Beşikbaşı
Mərasimini İnam Evindəki mərhələdən sonra Ocaq Evladlarından
biri, yaxud bir neçəsi həyata keçirə bilərlər.
Qeyd 4: Evlənmə Kurallarının birinci variantı 19-cu ilin Qar
Ayında yazılmışdır. Son və kamil variant olaraq isə bu gün (Od ayı,
28-ci il) yazdığımızı qəbul edirik. Buna qədər, Asif Atanın Özünün
yönəltdiyi Beşikbaşı Mərasimi də daxil olmaqla, 20-yədək evlənmə
əməli bu qayda ilə (Beşikbaşı Mərasimi qaydası ilə) keçirilib.
Evlənmə – Beşikbaşı Mərasimləri Mütləqə İnam Ocağının
başqa müqəddəs əməlləri səviyyəsində həyata keçirilir, qorunur,
sabaha çatdırılır.
O.Y. Soylu Atalı
15-16 Od Ayı, 28-ci il. Atakənd.
Dostları ilə paylaş: |