İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
İQTİSADÇI VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR
1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
2.Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin sahə üzrə qərar və sərəncamları üzrə:
- Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan
ödənişlərin müəyyən edilməsi;
-Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi
- Ezamiyyə xərclərinin hesablanması
- Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə
müavinətin hesablanması
- Ciddi hesabat blanklarının tətbiqi və uçotu qaydaları
- İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları
-Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları
4.Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə:
“Mal-material ehtiyatları” adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı
”Pul vəsaitinin hərəkəti haqqında” 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı
“Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı 8 №-li Mühasibat
Uçotunun Beynəlxalq Standartı
“Hesabat tarixindən sonra baş vermiş hadisələr” adlı 10 №-li Mühasibat Uçotunun Beynəlxalq
Standartı
“Mənfəət vergisi” adlı 12 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı
“Torpaq, tikili, avadanlıqlar” adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı
“Gəlir” adlı 18 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı
“Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” adlı 21 №-li Mühasibat Uçotunun Beynəlxalq
Standartı
“Borclar üzrə məsrəflər” adlı 23 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı
“Aktivlərin dəyərdən düşməsi” adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı
“Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər” adlı 37 №-li Mühasibat Uçotunun
Beynəlxalq Standartı
“Qeyri-maddi aktivlər” adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı.
5.İqtisadi nəzəriyyənin predmeti, iqtisadi təhlil
6.Pul. Pulun funksiyaları. Real pul kütləsi (real qalıqlar)
7.Qiymət. Qiymətə görə tələbin elastikliyi
8.Əsas fondlar. Dövriyyə fondları
9.Məhsulun maya dəyəri
10.Menecment, marketinq
11.İnvestisiya, İnnovasiyalar
12.Dövlətin fiskal siyasəti
13.İqtisadi fəaliyyət. İqtisadi inteqrasiya. Davamlı inkişaf.
14.Bazar iqtisadiyyatı Keçid iqtisadiyyatı
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
Ədəbiyyat
1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, www.maliyye.gov.az;
2.Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
4.“Ciddi
hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirinin 2013-cü il 9 yanvar tarixli Q-02
nömrəli Qərarı.
5.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, 250-IQ, 18 fevral 1997-ci il;
6.”Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə
sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında
Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15
sentyabr tarixli 189 nömrəli qərarı.
7.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu, 223-IIQ, 4 dekabr 2001-ci il;
8. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu, 55-IIIQ, 7 fevral 2006-cı il;
9.“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25
yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı;
10.“Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi
barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli
Qərarı;
11.Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan
ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması
qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust
1999-cu il tarixli 137 nömrəli Qərarı;
12.İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları
13.Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları
14.Q.Y.Əbdülsəlimzadə. İqtisadi nəzəriyyə – Economics (Dərs vəsaiti). Bakı -2012.
15.Q.S.Süleymanov. Dövlət qulluğuna müsabiqə yolu ilə qəbul. Bakı - 2018.
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
1.Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən hüquqi şəxsin balansında olan
torpaqların illik amortizasiya norması neçə faizdir?
A)3 faizədək
B)Amortizasiya olunmur
C)15 faizədək
D)7 faizədək
E)14 faizədək
2.Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən təmir xərclərinin məhdudlaşdırılan
həddən artıq olan hissəsi hansı qaydada gəlirdən çıxılır?
A) Gəlirdən tam həcmdə çıxılır
B) Növbəti vergi ilinin xərclərinə aid edilir
C) Mənfəətin azaldılmasına aid edilir
D) Gəlirdən çıxılmır və əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir
E) Mənfəətin çoxaldılmasına aid edilir.
3.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən iş vaxtından artıq vaxtda görülən işə
görə işçiyə əmək haqqının ödənilməsi hansı qaydada aparılmalıdır?
A)Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının üçqat məbləğindən aşağı
olmamaqla ödənilməli
B)Tarif cədvəlinə uyğun olaraq adi qaydada əmək haqqı ödənilməli
C)Saatlıq tarif (vəzifə) maaşının birqat məbləğindəödənilməli
D)Saatlıq tarif (vəzifə) maaşının 1.5 misli məbləğində ödənilməli
E)Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı
olmamaqla ödənilməli.
4.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən aşağıda göstərilənlərdən hansılar
əmək haqqının tərkibinə daxildir? Tam və doğru cavabı tapın.
A) Aylıq tarif (vəzifə) maaşı
B) Aylıq tarif (vəzifə) maaşı və ezamiyyə xərcləri
C) Aylıq tarif (vəzifə) maaşı və mükafatlar
D) Əlavələr və mükafatlar
E) Aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar
5.Aşağıdakı ödənişlərdən hansı məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqı hesablanarkən
nəzərə alınmalıdır?
A) Ezamiyyə xərcləri
B) Maddi yardım şəklində verilən müxtəlif ödəmələr
C) Birdəfəlik xarakter daşıyan ödəmələr
D) Faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı
E) Yemək xərci
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
6.İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ilk 14 təqvim ğünü müddətində
ödəniş kim tərəfindən ödənilməlidir?
A) Azərbaycan Respublikası Dövlət Büdcəsinin ehtiyatları hesabına
B) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən
C)Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
D) İşlədiyi müəssisə tərəfindən
E) Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən
7.Azərbaycan Respublikası Vergi Məcəlləsin əsasən aşağıda göstərilənlərdən hansılar
amortizasiya olunmayan aktivlər qrupuna aiddir? Tam və doğru cavabı seçin.
1. İstismar vaxtı çatmayan çoxillik əkmələr
2. İş heyvanları
3. Nəqliyyat vasitələri
4. Konservasiya edilmiş əsas vəsaitlər
5. Məhsuldar heyvanlar
A) 1,2,3
B) 2,3,5
C) 1,4,5
D) 3,4,5
E) 2,4,5
8.“Torpaq, tikili, avadanlıqlar” adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına
əsasən amortizasiya ilə bağlı aşağıdakı ifadələrdən hansı biri doğrudur?
A)Bütün uzunmüddətli aktivlər amortizasiya olunmalıdır
B)Amortizasiya metodunda dəyişiklik uçot siyasətində dəyişiklikdir və bu, ayrılıqda açıqlanmalıdır.
C)Amortizasiya xərclərinin hesablanması yalnız düzxətt metodu əsasında aparılmalıdır.
D)Amortizasiya- amortizasiya edilmiş dəyərin həmin aktivin faydalı istifadə müddəti ərzində hər
uçot dövrünə sistematik əsasda bölüşdürülməsidir.
E)İstifadəsiz uzunmüddətli aktivlər üzrə amortizasiya xərci hesablanmamalıdır.
9.“Gəlir” adlı 18 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən pul vəsaitləri və ya
pul vəsaitlərinin ekvivalentlərindən istifadə edilməsi üçün təyin edilmiş haqqlar və ya
müəssisəyə ödənilməli məbləğlər aşağıdakılardan hansılardır?
A) Təxirəsalınmış gəlir
B) Dividendlər
C) Faiz gəliri
D) Royaltilər
E) İcarə haqqları
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
10.“Mal-material ehtiyatları” adlı №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən
mal-material ehtiyatları ilkin dəyər əsasında qiymətləndirilən zaman aşağıdakı metodlardan
hansından istifadə etmək mümkündür?
A) Normativ dəyər
B) Orta dəyər
C) LİFO
D) Çəkili orta dəyər
E) Mümkün xalis satış dəyəri
11.Real pul kütləsi (real qalıqlar) necə təyin olunur?
A)Nominal pul kütləsinin qiymətlərin səviyyəsinə olan fərqi kimi
B)Nominal pul kütləsinin qiymətlərin səviyyəsinə nisbəti kimi
C)Qiymətlərin səviyyəsinin nominal pul kütləsinə nisbəti kimi
D)Qiymət artımının real qiymətlərə nisbəti kimi
E)Xalis gəlirin milli gəlirə nisbəti kimi
12.İqtisadi məqsədlər dedikdə nə başa düşülür? Tam və doğru cavabı seçin.
1.İqtisadi artım, tam məşğulluq, iqtisadi səmərəlilik, qiymətlərin sabit səviyyəsi
2.İqtisadi azadlıq, gəlirin düzgün paylanması, iqtisadi təminat
3.Ticarət balansı, iqtisadi artım, iqtisadi səmərəlilik
4.İqtisadi nəzəriyyələr, iqtisadi konsepsiyalar, iqtisadi qanunlar
5.İqtisadi təminat, qiymətlərin sabit səviyyəsi, tam məşğulluq
A) 2,3,4,5
B) 1,3,4,5
C) 1,2,3,4,5
D) 2,4,5
E) 1,2,3,5
Dostları ilə paylaş: |