İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi



Yüklə 16,88 Kb.
tarix27.12.2023
ölçüsü16,88 Kb.
#163013
referat 3522


İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi

Sahibkarlıq subyektlərinin təqdim etdiyi investisiya layihələrinin səmərəliliyinin


qiymətləndirilməsi müvəkkil kredit təşkilatları tərəfindən həyata keçirilir. İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi müvəkkil kredit təşkilatlarının investisiya layihələrinin qiymətləndirilməsi üsulları İqtisadi ədəbiyyatda investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinə müxtəlif yanaşmalar mövcuddur. Mülkiyyət formaları, qiymətin əmələgəlməsi üsulları və s. mövqelər baxımından müxtəlif təsərrüfat sistemləri öz aralarında əhəmiyyətli fərqlərə baxmayaraq investisiya layihələrinin qiymətləndirilməsinə prinsipial yanaşmalarda bir çox ümumiliklərə malikdirlər.
İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi prinsiplərini iqtisadçılar üç qrupa ayırırlar:
1) metodoloji prinsiplər – işin konseptual tərəfinə aid edilən daha ümumi prinsiplər, layihələrin səmərəliliyinin qiymətləndirilməsi “fəlsəfəsi” və baxılan layihənin spesifik xüsusiyyətindən daha az asılı olan prinsiplər;
2) metodiki prinsiplər – layihə ilə, onun spesifik xüsusiyyəti ilə, layihənin iqtisadi və maliyyə cəlbediciliyi ilə artıq birbaşa bağlı olan prinsiplər;
3) əməliyyat prinsipləri – informasiya-hesablama nöqteyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prin­siplər.
Metodoloji üsula səmərəlilik, uyğunluq, obyektivlik, təshihlik, sistemlilik, komplekslilik, resursların məhdudiyyətliliyi ,tələbatın qeyri-məhdudluğu aiddir.Metodiki üsula layihənin, investorların tərkibinin spesifikliyi,iştirakçıların maraqlarının üst-üstə düşməməsi, dinamiklik, xərc və nəticələrin qeyri-bərabər dəyərliliyi, qeyri-sinxronluğu, razılaşdırma ,məhdud idarəolunma, informasiyanın qeyritamlığı, kapitalın strukturu daxildir.Əməliyyat üsuluna modelləşdirmə, kompyuter yardımı, interaktiv rejim, simplifikasiya aid olunur.
İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarları nəzərdən keçirilərkən, təbii ki, riskin mahiyyətinə və təsnifatına xüsusi diqqət yetirilir. İnvestisiya prosesində problemin aktuallığını və miqyasını, riskin strukturu və mahiyyətini araşdırmaq zərurəti yaranır. Müxtəlif ölkələrdə risk indikatoru və şərtləri müxtəlifdir. Bu problemə differensial yanaşma zəruriliyindən xəbər verir. Nüfuzlu beynəlxalq təşkilatlar riskin monitorinqi zamanı aşağıdakı təsnifata üstünlük verirlər : texniki, siyasi, iqtisadi və maliyyə riskləri. Bəzi mənbələrdə kommersiya riskləri də ayrıca qruplaşdırılır.
Texniki risk – mineral xammal bazası mövcudluğu halında konkret obyektə qoyuluşlar üçün səciyyəvi qəbul olunur. Ölkənin biznes mühitinin qiymətləndirilməsində siyasi sabitliyi səciyyələndirən siyasi risk anlayışı tətbiq edilir.
İnvestisiya proseslərində qarşıya çıxan maliyyə risklərinin minimumlaşdırılması, investisiya siyasətində elmi əsaslandırılmış və reallığa adekvat müddəaların olmasını tələb edir.
Keçid dövrü elementləri kimi bu halda maliyyə intizamının bütün maddələrinə ciddi riayət edilməsi, “centlmen sazişləri”nin istisna olunması və s. aid edilə bilər.
İqtisadi risk, məlum olduğu kimi qiymətlərin, inflyasiyanın, tələb və təklif nisbətinin və s. proqnozların əsasında hesablanır. İnvestisiya siyasətində həmin proqnozların metodikası və nəticələrində tənqidi yanaşma təmin edilməlidir.
Siyasi, iqtisadi və maliyyə risk göstəriciləri sosial-iqtisadi risk adını almışdır. Sosial – iqtisadi risk aşağıdakı kimi qruplaşdırılır:
1. Çox yüksək risk 0-dan 49,5 bala qədər
2. Orta yüksək risk 50 – 59,5 bal
3. Mötədil risk 60 – 60,9 bal
4. Aşağı risk 70 – 84,5 bal
5. Çox aşağı risk 85 – 100 bal
Qeyri – neft sektoruna diqqqəti artırmaq istiqamətində görülən tədbirlərə baxmayaraq Azərbaycanın investisiya siyasətində energetika kompleksinin (xüsusilə neft – qaz bölməsinin) aparıcı mövqeyi qalmaqdadır. Yanacaq – energetika kompleksi siyasi təsirlərə daha çox məruz qalır. Odur ki, bu kompleksin inkişafı nəinki iqtisadi, həmçinin siyasi konsepsiyanın önəmli müddəalarından biri sayılır.
İnteqrasiya proseslərinin səmərəliliyi və intensivliyi tərəfdaşlara münasibətdə xoş məram və qarşılıqlı fayda güdməklə yanaşı, həmçinin əsaslandırılmış siyasət, o cümlədən investisiya siyasəti, mükəmməl hüquqi baza, əlverişli mühitin təşəkkülü üçün digər hazırlıq tədbirləri tələb edir. Məhz bu halda investisiya siyasətinin reallaşdırılacağını, xarici investisiyaların daha əlverişli şərtlərlə cəlb ediləcəyini gözləmək olar.
Təsadüfi deyildir ki, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçirilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı qanunların və normativ aktların qəbul edilməsi iqtisadiyyata qoyulan xarici investisiyaların həcmini artırmışdır. Lakin bu prosesdə görülən işlər kifayət səviyyədə deyildir. Vəsait qoyuluşunun çatışmaması üzündən köhnə yataqlarda hasilatın sabitləşməsi ilə bağlı iqtisadi məsələlərin həll edilməsində bir sıra çətinliklər mövcuddur.
Keçid dövründə investisiya siyasəti məşğulluq mexanizmi ilə bilavasitə əlaqədar olmalıdır. İşsizliyin, xüsusilə gizli işsizliyin yüksək ixtisaslı neftçi fəhlə və mütəxəssislər arasında arzuolunmaz səviyyəsi şəraitində xarici investisiyaların müvafiq imkanları tam gerçəkləşdirilmir.
İqtisadi siyasətin tərkib hissəsi kimi xarici investisiyaların cəlb edilməsi siyasəti daxili potensialı fəallaşdırmalıdır. Bazar münasibətlərinin təşəkkülünün müxtəlif mərhələlərində bu potensialın gerçəkləşməsinə yanaşma müxtəlif olsa da, ümumi metodoloji yanaşma elementləri də yox deyildir. Xarici investisiyaların cəlb olunması sahəsində iqtisadi siyasətin əsas istiqamətləri aşağıdakı təxirəsalınmaz vəzifələrin həll edilməsinin zəruriliyindən asılı olmalıdır :
xarici investorlar üçün əsas hissəsi vergi rejiminin sabitliyi olan hüquqi və təşkilati şəraitin yaradılması;
kommersiya risklərinin azaldılması hesabına ölkənin nüfuzunun yüksəldilməsi;
potensial xarici investorların axtarılması və cəlb olunması üzrə təşkilatların funksiyalarının vahid dövlət orqanında toplanması və s.
Vergi rejiminin sabitliyini hüquqi və təşkilati şəraitin əsas tərkib hissəsi kimi, yalnız normal bazar mühitində, özü də ciddi qeyd şərtlərlə qəbul etmək olar. Ölkənin nüfuzlu kommersiya risklərinin səviyyəsindən daha çox, siyasi risklərin səviyyəsindən və səciyyəsindən asılıdır. Bütün kommersiya əməliyyatları üçün dövlət zəmanəti və ona yaxın təminatı nəzərdə tutmaq isə keçid dövründə qeyri – real və azad iqtisadiyyat prinsiplərinə ziddir.






Yüklə 16,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə