İŞGÜzar və akademik kommunikasiyada nitq məDƏNİYYƏTİ Məmmədov ZabistrreplN



Yüklə 17,15 Kb.
səhifə1/2
tarix05.10.2023
ölçüsü17,15 Kb.
#125424
növüYazı
  1   2
İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYADA NİTQ MƏDƏNİYYƏTİ


İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYADA NİTQ MƏDƏNİYYƏTİ

Məmmədov Zabit


P L A N
1.Nitq
2.Nitqin düzgünlüyü
3.Nitq mədəniyyəti/İşgüzar ünsiyyət mədəniyyəti

Nitq
Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə.
Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir.
Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir.
Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır. Obrazlılıq nitqin bütün təzahür növlərində özünü göztərir. Bədii nitq isə yalnız bədii ədəbiyyata xas xüsusiyyətdir. Nitqin bədiiliyi estetik kateqoriyadır. Nitqin bədiiliyini təyin etmək üçün vahid meyar yoxdur.
Yazılı və şifahi nitq
Nitqin iki forması var:bunlardan birincisi həm funksional,həm də tarixilik baxımından ilkin,qədim və əsas olan şifahi nitq,ikincisi törəmə,yardımçı olan yazılı nitq.
Nitq mədəniyyətindən söhbət gedəndə,adətən,onun (nitqin) şifahi forması nəzərdə tutulur,yazılı nitq bu anlayışa daxil edilmir.Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması,dil vahidlərinin məqsədəuyğun,dəqiq,ahəngdar,aydın məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı.

Nitqin düzgünlüyü
Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni düzgün nitq formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. Hadisələr, faktlar, onların səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməməli, reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara, layiq olmayan təriflərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli, düzgün nitq ifadə olunan fikrin həqiqiliyindən, doğrudürüstlüyündən çox asılıdır. Tarixi reallığı düzgün qiymətləndirə bilməyən natiqin, mühazirəçi, məruzəçi, icmalçının çıxışı dil normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nitqin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, aforizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Deməli, nitqin düzgünlüyü dedikdə cümlələrin qrammatik cəhətdən düzgün qurulması, sözlərin yerliyerində işlədilməsi, fikrin aydın, dəqiq, məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa düşülür.


Yüklə 17,15 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə