AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ
Sərbəst iş
Kafedra: “İctimai elmlər”
Fakültə: Humanitar Fənnlər
İxtisas: Sosial İş
Fənn: Azərbaycan tarixi
Kurs: 1
Qrup: 212807A
Mövzu: “Qazan xanın islahatları”
Müəllim: Aybəniz Quliyeva
Tələbə: Əli Bəşirzadə
Bakı-2021
İslahatlar təcrübəsinin təhlili onu göstərir ki, yalnız xalqın istəklərinə və gözləntilərinə cavab verən islahatlar uğurla nəticələnə bilər. Bütün xalqların dövlətçilik tarixi iqtisadi, siyasi, hüquqi, mədəni, dini və s. islahatlarla zəngindir. Dövrün tələblərinə uyğun olaraq, zamanında cəmiyyətin istəklərinə reaksiya verib, uğurlu islahatlar həyata keçirə bilən dövlətlər bu prosesdən yalnız qazanıblar...
Azərbaycanın da dövlətçilik tarixində öz dövrü üçün müsbət mənada ciddi nəticələrə səbəb olmuş islahatlar aparılıb. Bunlara misal olaraq, Orta əsrlərdə Hülakilər dövlətinin ən nüfuzlu hökmdarlarından biri olmuş Qazan xanın islahatlarını nümunə göstərə bilərik. Qazan xan maliyyə-vergi sistemini nizamlamaq, əyanların özbaşınalığına son qoymaq, sadə əhalini torpaqla təmin etmək üçün məhkəmə, ticarət, rabitə sahəsində islahatlar keçirmək qərarı verdi.
Dostları ilə paylaş: |