Kimya məktəbdə
41
KİMYA FƏNNİ KURİKULUMUNU TƏTBİQ EDƏRKƏN
A.Z.Məmmədova, Ç.Ç.Quliyeva, G.V.Şadlinskaya
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Respublikamızda təhsilin məzmunca yeniləşməsinə istiqamətlənmiş
islahatların ən mühümü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr
2006-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyası Milli Kurikulumu” konseptual sənədinin qəbul olunmasıdır.
Sonradan bu sənəd 2010- cu ildə “Ümumi təhsil pilləsi üzrə dövlət standartları və
proqramları (kurikulumları)” ilə əvəz olunmuşdur [1,2].
“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları
(kurikulumları)” sənədində nəzərdə tutulan dövlət standartları aşağıdakıları
müəyyən edir:
ümumi təhsilin məzmununu;
ümumi təhsilin idarə olunmasını;
ümumi təhsilin maddi-texniki və tədris bazasını;
ümumi təhsilin infrastrukturunu;
ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;
ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin
səviyyəsini.
Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumunda) aşağıdakılar
əhatə olunur:
ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları;
ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər;
ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ
saatlarının miqdarı;
ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;
təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi;
Kurikulum aşağıdakı ümumi prinsiplərə əsasən hazırlanmışdır:
milli və ümümbəşəri dəyərlərin nəzərə alınması;
ümumi inkişafı, meyl və maraqları nəzərə alınmaqla bütün şagirdlərə
əlverişli təlim şəraitinin yaradılması:
şagirdyönümlük;
tələbyönümlük;
nəticəyönümlük;
inteqrativlik.
4(48)2014
42
Fənn kurikulumu - fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və
ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə
edən konseptual sənəddir. Fənn kurikulumunda əsasən aşağıdakılar əhatə olunur:
1.
Fənnin məzmunu.
2.
Təlim strategiyaları.
3.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi.
Fənnin məzmununa aiddir:
ümumi təlim nəticələri;
məzmun xətləri;
məzmun xətləri üzrə təlim nəticələri;
fəaliyyət xətləri;
məzmun standartları;
inteqrasiya.
Təlim strategiyalarına aiddir:
təlimin təşkilinə verilən tələblər;
təlimin təşkilində istifadə olunan forma və üsullar;
müəllimin təlim fəaliyyətlərinin planlaşdırılmasına aid nümunələr;
fənnin məzmun standartlarının şərhi.
Fənn kurikulumlarında ilkin olaraq təlimin məzmunu öz əksini tapır və
ənənəvi proqramlardan fərqli olaraq, nəticələr formasında verilir, şagirdlərin
yiyələnəcəyi bilik və fəaliyyəti konkret ifadə etməklə şəffaf xarakter daşıyır.
Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr minimum tələb kimi
təsdiq olunduğundan həm də standart hesab edilir.
Məzmun xətti - fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını
təmin etmək məqsədilə müəyyən edilən məzmunun zəruri hesab olunan hissəsidir.
Məzmun standartları nəticə şəklində olub, özündə konkret
mənimsəniləcək biliyi və fəaliyyəti əks etdirir. Bilik komponentində nəyin
öyrədiləcəyi, fəaliyyət komponentində isə necə nümayiş etdiriləcəyi göstərilir.
Standartlar əsas və alt standartlar kimi təqdim edilir.
Əsas standart – bir neçə sinifdə və hətta ümumi təhsil pilləsi üzrə eyni
formada ifadə olunaraq dəyişməyə bilər və iki funksiyanı yerinə yetirir:
1.
Fənlər üzrə müəyyən olunan təlim nətiicələrini məzmun xətləri üzrə
ümumi şəkildə ifadə edir.
2.
Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin
edir.
Alt standart – sinifdən-sinfə və sinif daxilində inkişaf etməklə
kurikulumun inkişafetdiricilik prinsipini həyata keçirir. Alt standartın dörd əsas
funksiyası var:
Kimya məktəbdə
43
1.
Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin
yaradır.
2.
Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
3.
Təlimdə inteqrativliyi təmin edir.
4.
Təlimin məzmununun davamlı inkişafını təmin edir.
Fəaliyyət xətti – məzmun xətlərində əks olunan biliklərin əldə
edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu
fəaliyyət xətləri ilə əlaqəli şəkildə tətbiq olunur [3-6].
Kimya fənni kuriukulumu da yuxarıda göstərilən prinsiplər əsasında
hazırlanmış və nəzərdə tutulan məsələləri tam əhatə edir [7].
VII-XI siniflər üçün nəzərdə tutulmuş kimya fənni kurikulumunda
məzmun xətlərinin maddə və maddi aləm, kimyəvi hadisələr (kimyəvi
reaksiyalar), eksperiment və modelləş-dirmə, kimya və həyat kimi verilməsi
fənnin məzmununun inteqrativliyini təmin edir və şagirdlər tərəfindən biliklərin
müstəqil olaraq tam, bütöv şəkildə mənimsənilməsini asanlaşdırır.
Məzmun xətləri əsasında müəyyənləşdirilməş standartların (əsasən alt
standartların) sinifdən-sinfə keçdikcə və eyni zamanda sinif daxilində sadədən
mürəkkəbə, asandan çətinə doğru dərinləşməsi, genişləndirilməsi biliklərin
sistemli şəkildə ardıcıl olaraq mənimsənilməsinə şərait yaradır.
Kimyanın tədrisinin uyğun fənlərlə əlaqəli təşkili, müasir təhsilin mühüm
prinsiplərindən olan inteqrativliyin gözlənilməsini təmin etməklə yanaşı,
interaktiv öyrənməyə imkan yaradır, şagirdlərin təbiət, cəmiyyət və insanlar
barədə qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini
stimullaşdırır, onların fəaliyyətini məntiqi, tənqidi və yaradıcı istiqamətə yönəldir.
Kimyanın tədrisində yeni qiymətləndirmə sistemindən olan məktəbdaxili
qiymətləndirmənin tətbiq edilməsi fikrimizcə ən əhəmiyyətli məsələlərdən biridir.
Ənənəvi təhsildə şagird yalnız qiymət almaq üçün müəyyən vaxtlarda dərsə
hazırlaşırdı ki, bu da kimyadan biliklərin əldə edilməsində ardıcıllığın
pozulmasına, mexaniki əzbərçiliyə gətirib çıxarırdı. Kimya dərslərində formativ
qiymətləndirmənin düzgün aparılması bu nöqsanı aradan qaldırır. Şagirdin hər-
hansı səbəbdən öyrənə bilmədiyi mövzuya yenidən qayıtmasına, qiymətini
düzəltməsinə şərait yaradır. Belə olduqda şagirdin qazandığı biliklərdə kimya
fənni üçün vacib olan sistemlilik, ardıcıllıq prinsipləri yerinə yetirilir.
Kimya fənni kurikulumunun tətbiq edildiyi hazırkı VII siniflər üçün
mütəxəssislər tərəfindən hazırlanıb istifadəyə verilən dərslik komplektindən
müəllimlər çox faydalana bilərlər. Lakin bütün bu prosesləri düzgün yerinə
yetirmək üçün kimya müəllimi müasir təhsilin tələblərinə uyğun bilik, bacarıq,
səriştə, metodiki hazırlıq və yüksək pedaqoji ustalığa malik olmalıdır. Kimya
fənni kurikulumu ilə tədris aparan müəllim ilk növbədə dərsin planını hazırlamağı
4(48)2014
44
bacarmaladır. Bunun üçün aşağıdakı ardıcıllığa əməl olunmasını məqsədəuyğun
hesab edirik:
1.
Dərsin mövzusu müəyyən edilir (perspektiv planlaşdırmaya uyğun
olmaqla).
2.
Standartlar seçilir. Bu məqsədlə müəllim mövzunun hansı sinifdə tədris
olunduğunu nəzərə alaraq kimya fənni kurikulumda olan əsas standartları
nəzərdən keçirir və yalnız alt standartları qeyd edir.
3.
Seçilmiş alt standartlara uyğun məqsədlər qoyulur.
4.
Müvafiq iş formaları və təlim üsulları müəyyənləşdirilir.
5.
Hansı fənlərlə inteqrasiya yaradılmasına diqqət yetirilir.
6.
Lazım olan resurslar hazırlanır.
Dərsin səmərəliliyini təmin edən əsas amillərdən biri təlim məqsədlərinin
düzgün müəyyənləşdirilməsidir. Təlim məqsədlərinin məqsədəuyğun hesab edilən
əsas təsnifatı aşağıdakılardır:
1.
Müəllimin fəaliyyətinin xarakteri üzrə: öyrədici (təhsil), inkişafetdirici,
tərbiyəedici;
2.
İdrak sahəsində əldə olunan nəticələrin səviyyəsi üzrə (Blumun
taksonomiyası): bilmə, anlama, tətbiqetmə, analizetmə, sintezetmə,
qiymətləndirmə;
3.
İdrak proseslərinin səviyyəsi üzrə: hafizə və təfəkkürün müxtəlif
(məntiqi, tənqidi və yaradıcı) növləri [8].
Ənənəvi təlimdə yalnız birinci təsnifat əsas götürülürdü. Beləki, müəllim
planı hazırlayarkən, məqsədi qeyd edir, dərsdə isə mövzunu elan edirdi.
Kurikulumla tədrisdə, dərsin məqsədlərinin qoyulmasında hər üç təsnifata istinad
edilməli, şagirdlərin mövqeyi ön plana çəkilməlidir.
Onu da qeyd edək ki, kimya fənni kurikulumu əsasında aparılan dərsin
gedişində standart, məqsəd və qiymətləndirmə meyarları bir-biri ilə uzlaşmalı,
tədqiqat sualında qoyulan məsələlər tapşırıqlarda tam əhatə olunmalıdır.
Dərsin ən mühüm mərhələsi olan motivasiyanın əsas vəzifəsi şagirdlərin
təlimə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirməkdir.
Kimya fənni üzrə fəal dərsin motivasiyanı müxtəlif yollarla yaratmaq olar:
suallarla, şəkil, sxem, video material, kimyəvi təcrübələr nümayiş etdirməklə,
müxtəlif xarakterli maddələrin özləri ilə yaxından tanış edilməklə və s.
Motivasiyanın digər vəzifəsi isə tədqiqat sualını çıxarmağa şərait yaratmaqdır.
Tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə, onu təşkil etməyə imkan yaradır və
tədqiqat işinin həyata keçirilməsini tələb edir.
Deyilənlərə bir daha aydınlıq gətirmək məqsədilə “Oksidləşmə-reduksiya
reaksiyaları” mövzusunda bir dərs nümunəsini verməyi məqsədəuyğun hesab
edirik.
Kimya məktəbdə
45
Kimya fənni kurikulumuna əsasən oksidləşmə-reduksiya
reaksiyalarının VIII sinifdə tədris ediləcəyini təxmin edirik.
Mövzu: Oksidləşmə-reduksiya reaksiyaları.
Standart:
2.1.1.Kimyəvi reaksiyaları tərtib edir, qanunauyğunluqlarını izah
edir.
2.2.1.Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib
edir.
Qeyd: Dərsin planında adətən alt standartların kodları verilir. Biz
aydınlıq üçün alt standartların ifadəsini də verməyi məqsədəuyğun hesab
etdik.
Məqsəd:
Şagird:
1. Oksidləşmə, reduksiya prosesləri, elementlərin
elektromənfiliklərinin dövrlər və qruplar üzrə
dəyişilməsi
qanunauyğunluqları, oksidləşmə dərəcəsi barədə əvvəlki dərslərdə
qazandıqları bilikləri aktuallaşdırır.
2. Elektron təsəvvürləri baxımından oksidləşmə və reduksiya
proseslərini izah edir.
3. Sadə reaksiya tənlikləri tərtib edərək, oksidləşdirici və
reduksiyaediciləri müəyənləşdirir.
4. Kimyəvi reaksiyaların tiplərini yada salaraq, oksidləşmə-
reduksiya reaksiyaları barədə nəticə çıxarır.
İş forması: Kollektiv və qruplarla iş.
Təlim üsulları: Beyin həmləsi, sorğu vərəqləri ilə müsahibə.
İnteqrasiya: Fizika fənni ilə.
Resurslar: Dərslik, suallar yazılmış vərəqlər, meyar cədvəli,
kimyəvi elementlərin dövri sistem və nisbi elektromənfilik cədvəlləri,
metalların aktivlik sırasını əks etdirən plakat.
Dərsin gedişi
I mərhələ. Motivasiya, problemin qoyuluşu.
Sinfə suallarla müaciət edilir:
1.
Oksidləşmə, reduksiya anlayışlarına hansı mövzuların öyrənilməsində
rast gəlmisiniz?
2.
Oksigenin bəsit maddələrlə qarşılıqlı təsiri reaksiyası necə adlanır?
3.
Hidrogenin az fəal metal oksidəri ilə reaksiyası necə adlanır?
4.
Oksigen nəyə görə oksidləşdiricidir?
5.
Hidrogen nə üçün reduksiyaedici adlanır?
4(48)2014
46
Şagirdlərin fərziyyələri dinlənilir, cavabları dəqiqləşdirilir və onların
iştirakı ilə mövzunun adı açıqlandıqdan sonra tədqiqat sualı qoyulur.
Tədqiqat sualı: Elektronların paylanması baxımından oksidləşmə,
reduksiya proseslərini necə izah edərdiniz və kimyəvi reaksiyaların tiplərinə
əsasən hansı reaksiyalara oksidləşmə-reduksiya reaksiyaları deyərdiniz?
II mərhələ. Tədqiqatın aparılması. Müəllim sinfin tərkibindən asılı
olaraq şagirdləri 3-4 qrupa bölür və onlara aşağıdakı sual və tapşırıqlar yazılmış iş
vərəqləri paylayır.
1.
Qeyri-metalların oksigenlə qarşılıqlı təsirinə aid bir neçə reaksiya
tənliyi yazın.
2.
Metalların oksigenlə qarşılıqlı təsirinə aid bir neçə reaksiya tənliyi
yazın.
3.
Dövrlər üzrə soldan sağa getdikcə elementlərin oksidləşdiricilik xassəsi
necə dəyişir?
4.
Qruplar üzrə yuxarıdan aşağıya doğru getdikcə elementlərin
reduksiyaedicilik xassəsi necə dəyişir?
5.
Sizin fikrinizə görə metalla qeyri-metal arasında reaksiyada, hansı
elektron verər, hansı alar?
6.
Birləşmə reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın.
7.
Əvəzetmə reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın.
8.
Dəyişmə reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın.
9.
Parçalanma reaksiyasına aid bir neçə reaksiya tənliyi yazın.
10. Hər bir qrup yazdığı reaksiya tənliklərində atomların oksidləşmə
dərəcələrini göstərsin.
11. Nisbi elektromənfilik cədvəlinə baxaraq, qeyri metallarıı
elektromənfiliklərinin artması sırası ilə düzün və onların ionlarında
reduksiyaedicilik xassəsinin necə dəyişəcəyi barədə nəticə çıxarın.
12.
Metalların aktivlik sırasına baxaraq, onların oksidləşdiricilik
xassəsinin necə dəyişməsi barədə nəticə çıxarın.
13.
Yazdığınız reaksiya tənliklərində oksidləşmə dərəcələrinin
dəyişməsinə görə oksidləşdirici və reduksiyaediciləri təyin etməyə çalışın.
14.
Atom elektron verərsə onun hansı yükü artar?
15.
Atom elektron alarsa hansı yükü artar?
16.
Metal atomu reduksiyaedicidirsə, onun ionu hansı xassə göstərər?
17.
Yazdığınız reaksiya tənlikləriinin (tiplərinə görə) hansılarında
oksidləşmə dərəcələri dəyişən atomlar və ya ionlar oldu?
18.
Hansı reaksiyalara oksidləşmə-reduksiya reaksiyaları deyərdiniz?
19.
Atom maksimum oksidləşmə dərəcəsindədirsə o, elektron verər,
yaxud alar? Əksinə olduqda necə ola bilər?
Kimya məktəbdə
47
20.
Atom aralıq oksidləşmə dərəcəsində olarsa elektron alar və ya
verər?
Hesab edirik ki, şagirdlər əvvəlki dərslərdən malik olduqları biliklərə
əsasən verilən sual və tapşırıqlara cavab yaza bilərlər.
III mərhələ. İnformasiya mübadiləsi. Tədqiqat üçün ayrılan vaxt başa
çatdıqdan sonra iş vərəqləri lövhəyə asılır və qrupun liderləri nəticələri təqdim
edir.
IV mərhələ. İnformasiyanın müzakirəsi və təşkili. Şagirdlərin təqdimatı
dinlənilir, lazım gəldikdə müəllimin yönəldici sualları ilə cavablar dəqiqləşdirilir
və tədqiqat sualına uyğun sistemləşdirilir.
V mərhələ. Nəticə və ümumiləşdirmə. Müəllim əvvəlki mərhələdə
söylənilən fikirləri ümumiləşdirməklə, şagirdlərin mövzu ilə bağlı hansı nəticələrə
gəldiklərini soruşur və ehtiyac olduqda özü əlavələr edir.
Nəticələr aşağıdakı ardıcıllıqla ola bilər:
1.
Kimyəvi reaksiyalarda atom, ion və ya molekulların elektron verməsi
oksidləşmə, alması isə reduksiya prosesi adlanır.
2.
Elektron verən atom, ion və ya molekul reduksiyaedici, alanlar isə
oksidləşdirici olurlar.
3.
Oksidləşmə və reduksiya bir-birinə əks proseslərdir.
4.
Oksidləşmə-reduksiya proseslərində reduksiyaedicinin verdiyi
elektronların sayı, oksidləşdiricinin aldığı elektronların sayına bərabər olur.
5.
Eyni element bir neçə oksidləşmə dərəcələri göstərirsə, o, maksimum
oksidləşmə dərəcəsinə malik olduqda yalnız oksidləşdirici, minimum oksidləşmə
dərəcəsiə malik olduqda isə yalnız reduksiyaedici ola bilər.
6.
Oksidləşmə dərəsələrinin aralıq qiymətlərində atom həm oksidləşdirici,
həm də reduksiyaedici ola bilər.
7.
Metal atomları yalnız reduksiyaedici, flüor isə yalnız oksidləşdirici
olur.
8.
Metalların aktivlik sırasına əsasən belə nəticəyə gəlmək olur ki, həmin
sırada onların kationlarının oksidləşdiricilik xassəsi soldan sağa doğru artır.
9.
Qeyri metalların (S, J, Br, Cl, F) elektromənfiliklərinin dəyişməsinə
əsasən müəyyən etmək olur ki, onların elektromənfilikləri artdıqca anionlarının
reduksiyaedicilik xassəsi azalır.
10.
Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara
oksidləşmə-reduksiya reaksiyaları deyilir.
11.
Bütün əvəzetmə və yanma reaksiyaları oksidləşmə-reduksiya
reaksiyalarına aiddir.
12.
Birləşmə və parçalanma reaksiyaları bəzi hallarda oksidləşmə
reduksiya reaksiyaları ola bilərlər.
4(48)2014
48
13.
Mübadilə (dəyişmə, neytrallaşma) reaksiyaları heç bir zaman
oksidləşmə-reduksiya reaksiyaları olmur.
14.
Bəzi reaksiyalar kimyəvi reaksiyaların dörd tipindən heç birinə aid
olmayıb, yalnız oksidləşmə-reduksiya reaksiyalarıdır.
VI mərhələ. Yaradıcı tətbiqetmə. Bu mərhələni şagirdlərin bir qədər
mürəkkəb reaksiya tənlikləri üzərində yuxarıda deyilənləri izah etmələri ilə həyata
keçirmək olar.
VII mərhələ. Qiymətləndirmə və refleksiya. Qiymətləndirməni müəllim
qrup işinə aid əvvəlcədən hazırlanmış meyar cədvəli üzrə apara bilər. Refleksiya
üçün tədqiqat sualını əhatə edən bir neçə dolğun suallar vermək və şagirdlərin
dərsdə qazandıqları bilikləri bir daha sistemləşdirmək olar.
Növbəti dərsin mövzusunun oksidləşmə-reduksiya reaksiyalarının
tənliklərinin əmsallaşdırılması olduğunu nəzərə alaraq şagirdlərə oksidləşmə-
reduksiya reaksiyalarına aid bildikləri reaksiya tənliklərini yazmaq kimi ev
tapşırığı verilə bilər. Oksidləşmə-reduksiya reaksiyalarının tənliklərinin
əmsallaşdırılmasını növbəti dərsdə həmin reaksiya tənlikləri üzrə aparmaq olar.
Oksidləşmə-reduksiya reaksiyalarına aid tərəfimizdən təqdim olunan bu
dərs nümunəsi tövsiyə xarakterlidir. Mütəxəssislərin hazırlayacaqları VIII sinfə
aid metodik vəsaitdən müəllimlər daha ətraflı məlumat ala bilərlər.
İstifadə edilmiş ədəbiyyat:
1.
Azərbaycan Respublikasında ümumi
təhsilin Konsepsiyası (Milli
Kurikulumu). “Kurikulum” jurnalı,
2008 №1.
2.
Ümumi təhsil pilləsinin dövlət
standartları (kurikulumları).
“Kurikulum”jurnalı. 2010, №3.
3.
Təhsil haqqında Azərbaycan
Resbublikasının Qanunu.”Kurikulum”
jurnalı, 2009,№ 4.
4.
A.Süleymanova. Fənn kurikulum-
larında məzmun standartları.
Kurikulumların hazırlanması və tətbiqi
məsələləri. “Kövsər” nəşriyyatı, Bakı,
2008.
5.
İ.İsgəndərov. Azərbaycanın
umumtəhsil sahəsində islahatlar.
“Kurikulum jurnalı” 2010, №3.
6.
Q.Novruzov, Ə.Abbasov. “Yaddaş
məktəbi”ndən “Düşüncə və təfəkkür
məktəbi”nə. Kurikulum jurnalı, 2014,
№1.
7.
Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri üçün kimya
fənni üzrə təhsil proqramı
(kurikulumu). Bakı, 2013.
8.
Z. Veysova. Fəal/interaktiv təlim.
Bakı, 2007, 150 s.
Kimya məktəbdə
49
А.З. Мамедова, Ч.Ч. Кулиевa, Г.В. Шадлинская
К применению курикулума по химии
АННОТАЦИЯ
В статье представлена информация о линии содержания, стандартах
содержания, линиях деятельности, охваченных курикулумом. Выражено
отношение подготовке плана и постановке целей урока соответственно
подстандартам курикулума по химии. В конце изложен расширенный план и
последовательность обучения по курикулуму урока 8-го класса по химии на тему:
"Окислительно-восстановительные реакции".
A.Z Mammadova, Ch.Ch. Guliyeva, G.V. Shadlinskaya
To the application of curriculum in chemistry
ANNOTATION
The article provides information on the content lines, content standards, lines of
activity covered by the curriculum. Expressed in the preparation of the plan and goal
setting lesson respectively substandards chemistry curriculum. At the end of the extended
set out a plan and sequence of training curriculum lesson 8th class in chemistry on "The
redox reactions".
Açar sözlər: kurikulum, məzmun xətti, standart, inteqrasiya, oksidləşmə, reduksiya
Ключевые слова: курикулум, линия содержания, стандарт, интеграция,
окисление, восстановление
Key words: curriculum, line content, standard, integration, oxidation, reduction
Dostları ilə paylaş: |