Kredit kartlari buklet



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü0,75 Mb.
#69857
növüQaydalar


B

Ü

D

C

Ə

Kredit kartından necə 

düzgün istifadə etməli?

Kredit  kartından  istifadə  edərkən  aşağıdakı 

qaydalara ciddi riayət etməyiniz tövsiyə olunur. 

-  büdcənizə  uyğun  gəlməyən  məhsul  və 

xidmətlərin alınmasına cəhd göstərməyin;

-    kredit  kartından  yalnız  ciddi  zərurət  olduqda 

istifadə edin.

- bunun üçün kartın istifadəsinə görə ən azı tələb 

olunan aylıq ödəmələri həyata keçirmək lazımdır. 

Əlavə  faiz  ödəmələrinin  qarşısını  almaq  üçün 

tələb  olunan  ödəmədən  daha  artıq  ödəniş 

etməyə çalışın.

-  kredit  limitini  keçib-keçmədiyinizi  izləməyə 

imkan verər;

- şəxsi büdcəyə effektiv nəzarət etməyə kömək 

edər;


- dələduzluq və yanlış əməliyyatları aşkar etməyə 

imkan verər.



Öz büdcənizdən kənara çıxmayın:

Yaxşı borcalan olun:

Karta görə aylıq 

çıxarışı yoxlayın. Bu:

Onlar barəsində 

nələri bilməliyik?

BAKI - 2013



Kart hesabınıza 

təhlükəsiz on-line girişin 

üstünlüklərindən istifadə edin:

Kredit kartından məqsədəuyğun və səmərəli 

istifadə,  kredit  üzrə  borcların  (əsas  borc  və 

faiz)  vaxtında  ödənilməsi  kart  sahibinin 

müsbət  kredit  tarixçəsinin  formalaşmasına 

kömək edir.

-  Kredit  kartından  istifadə  üzrə  bank  tərəfindən 

təqdim  edilmiş  kartdan  istifadə  qaydaları  və 

təhlükəsizliyin gözlənilməsi üzrə əsas tələblərlə 

tanış olub, öz hesabınızı daimi izləyin;

- dələduzluq və yanlışlıqları vaxtında aşkar etmək 

üçün  hesablarınız  üzrə  bütün  əməliyyatları 

mütəmadi yoxlayın;

-  kredit  kart  hesabınızın  qalığını  nəzarətdə 

saxlayın;

-  elektron  poçt  və  ya  SMS  vasitəsilə  hesa-

bınızdan  bütün  silinmələr  və  ödəmə  tarixinin 

yaxınlaşması  haqqında  bildiriş  sistemindən 

istifadə edin.



“QAYNAR XƏTT”

AZƏRBAYCAN RESPUBLİKASININ

MƏRKƏZİ BANKI

Maliyyə savadlılığı - 

pulunuza dəyər qatın!

493 11 22 (3-87)

Bank üzrə:            



493 13 23

Milli valyuta üzrə: 




џ

 - kredit kartı 

ilə təqdim edilmiş pul vəsaitinin faizsiz istifadəsi 

üçün  müştəriyə  verilən  müddətdir.  Güzəşt 

müddətinin  bitməsinə  qədər  borcunuzu 

ödəyirsinizsə,  o  zaman  sizdən  kreditdən 

istifadəyə  görə  heç  bir  faiz  tutulmur.  Güzəşt 

müddətini kartın emitenti olan bankı əvvəlcədən 

təyin edərək sizə bildirir.

џ

  - 



kredit  üzrə    ödəmə  vaxtı  gecikdirildikdə  sizin 

banka ödədiyiniz komissiyadır.

џ

  Nağd  puldan  istifadə  etmədən  məhsul  və 



xidmətlərin alınması;

џ

  Ehtiyac olduğu zaman kredit kartı vasitəsilə pul 



vəsaitinin nağdlaşdırılmasının mümkünlüyü;

џ

  Xaricə  səfər  edərkən  nağd  pulu  daşımama 



rahatlığı və onu itirmə riskinin az olması.

џ

  Bankın  təqdim  etdiyi  mükafat  xarakterli 



stimullaşdırıcı  kampaniyaların  iştirakçısı  olmaq 

imkanı.


 “Grace period” güzəşt müddəti

  Vaxtı  keçmiş  ödəməyə  görə  komissiya

Kredit kartının üstünlükləri:

Kredit kartı üzrə əsas terminlər

Bu  terminləri  bilmək  kredit  kartını  düzgün 

seçməyə,  hesabı  daha  yaxşı  idarə  etməyə, 

arzuolunmaz  komissiyaların  tutulmasının  və 

kredit tarixçəsinin pisləşməsinin qarşısını almağa 

kömək edir.

џ

  -  kredit  kartını 



emissiya  edən  bank 

tərəfindən  tutulan  məb-

ləğ;

џ

-  kredit 



kartı  ilə  götürülən  kredi-

tin  istifadəsinə  görə  faiz 

ödəmələri.

џ

  -  kredit  məh-



sulu üzrə təklif edilən faiz 

dərəcəsi  ilə  yanaşı 

müştəridən tələb olunan 

əlavə  xərcləri  (komissi-

ya,  sığorta  və  s.)  də  nəzərə  alan  məcmu  faiz 

dərəcəsidir.  Bu  dərəcə  bankların  təklif  etdikləri 

kredit məhsulları üzrə müqayisənin aparılmasını 

təmin edən əsas göstəricidir. 

џ

 - kredit kartı üzrə kredit limitinin 



istifadə olunmamış hissəsidir.

џ

  -  bir 



qayda olaraq, kredit kartı bankomatdan nağd pul 

çıxarmağa imkan verir. Bu zaman emitent bank 

sizin  götürdüyünüz  məbləğdən  komissiya 

şəklində müəyyən faiz tutur.

џ

 - kredit kartının verildiyi şərtləri 



ətraflı  təsvir  edən  sənəddir.  Bu  müqavilədə 

kreditdən  istifadəyə  görə  faiz  dərəcəsi,  bütün 

komissiyalar,  cərimələr  və  kredit  kartına  görə 

digər mümkün ödəmələr qeyd olunur.

џ

-  kart  üzrə  borcun  ən  yüksək 



mümkün məbləğidir. 

  Xidmətə  görə  komissiya

  Faiz  dərəcəsi 

  Faktiki  illik  faiz 

dərəcəsi

 Mümkün kredit

  Nağd  pul  çıxarmağa  görə  komissiya

 Kart müqaviləsi

  Kredit  limiti 

Kredit və kredit kartları

Bankdan faizləri ilə birgə müəyyən müddətə geri 

ödənilmək  şərtilə  borc  alınmış  pul  vəsaitinə   

kredit deyilir. Kreditlər müəyyən məqsəd və şəxsi 

ehtiyaclar  üçün  nağd  şəkildə  və  ya  nağdsız 

formada  kredit  kartları  vasitəsilə  verilir.  Kredit 

kartının sahibi ona bank tərəfindən ayrılmış kredit 

məbləğində  məhsul  və  xidmətlərin  dəyərini 

ödəyə,  həmçinin  bankomat  vasitəsilə  nağd  pul 

əldə edə bilər. 

Bank kredit kartı sahibi ilə bağladığı müqavilədə 

nəzərdə tutulduqda kredit kartı vasitəsilə aparılan 

hər  bir  əməliyyat  haqqında  kart  sahibini  SMS 

məlumatlandırma, elektron poçt, bank hesabın-

dan  çıxarış  vasitəsilə  məlumatlandırır.  Bir  çox 

hallarda  kredit  kartları  üzrə  “grace  period” 

adlanan müəyyən güzəşt müddəti tətbiq edilir

Əgər  siz  müəyyən  müddət  ərzində  yaranmış 

kredit  borcunuzu  tamamilə  ödəyə  bilsəniz 

emitent  bank  (kredit  kartını  buraxan  bank) 

tərəfindən kreditdən istifadəyə görə heç bir faiz 

tutulmur. Əks halda isə bank, istehlak kreditində 

olduğu kimi kart üzrə borc məbləğinin üzərinə faiz 

əlavə edir.

Bir çox halarda banklar kredit kartı sahibləri üçün 

mükafat  xarakterli  stimullaşdırıcı  kampa-

niyalar keçirirlər. Bu kampaniyalar zamanı kredit 

kartı sahiblərinə güzəşt proqramına tərəfdaş olan 

təşkilatlardan məhsul və xidmətlərin alışı zamanı 

endirimlər  və  ya  aparılan  əməliyyatlara  görə 

bonuslar təqdim edilir. 



Document Outline

  • Page 1
  • Page 2

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə