B
Ü
D
C
Ə
Kredit kartından necə
düzgün istifadə etməli?
Kredit kartından istifadə edərkən aşağıdakı
qaydalara ciddi riayət etməyiniz tövsiyə olunur.
- büdcənizə uyğun gəlməyən məhsul və
xidmətlərin alınmasına cəhd göstərməyin;
- kredit kartından yalnız ciddi zərurət olduqda
istifadə edin.
- bunun üçün kartın istifadəsinə görə ən azı tələb
olunan aylıq ödəmələri həyata keçirmək lazımdır.
Əlavə faiz ödəmələrinin qarşısını almaq üçün
tələb olunan ödəmədən daha artıq ödəniş
etməyə çalışın.
- kredit limitini keçib-keçmədiyinizi izləməyə
imkan verər;
- şəxsi büdcəyə effektiv nəzarət etməyə kömək
edər;
- dələduzluq və yanlış əməliyyatları aşkar etməyə
imkan verər.
Öz büdcənizdən kənara çıxmayın:
Yaxşı borcalan olun:
Karta görə aylıq
çıxarışı yoxlayın. Bu:
Onlar barəsində
nələri bilməliyik?
BAKI - 2013
Kart hesabınıza
təhlükəsiz on-line girişin
üstünlüklərindən istifadə edin:
Kredit kartından məqsədəuyğun və səmərəli
istifadə, kredit üzrə borcların (əsas borc və
faiz) vaxtında ödənilməsi kart sahibinin
müsbət kredit tarixçəsinin formalaşmasına
kömək edir.
- Kredit kartından istifadə üzrə bank tərəfindən
təqdim edilmiş kartdan istifadə qaydaları və
təhlükəsizliyin gözlənilməsi üzrə əsas tələblərlə
tanış olub, öz hesabınızı daimi izləyin;
- dələduzluq və yanlışlıqları vaxtında aşkar etmək
üçün hesablarınız üzrə bütün əməliyyatları
mütəmadi yoxlayın;
- kredit kart hesabınızın qalığını nəzarətdə
saxlayın;
- elektron poçt və ya SMS vasitəsilə hesa-
bınızdan bütün silinmələr və ödəmə tarixinin
yaxınlaşması haqqında bildiriş sistemindən
istifadə edin.
“QAYNAR XƏTT”
AZƏRBAYCAN RESPUBLİKASININ
MƏRKƏZİ BANKI
Maliyyə savadlılığı -
pulunuza dəyər qatın!
493 11 22 (3-87)
Bank üzrə:
493 13 23
Milli valyuta üzrə:
џ
- kredit kartı
ilə təqdim edilmiş pul vəsaitinin faizsiz istifadəsi
üçün müştəriyə verilən müddətdir. Güzəşt
müddətinin bitməsinə qədər borcunuzu
ödəyirsinizsə, o zaman sizdən kreditdən
istifadəyə görə heç bir faiz tutulmur. Güzəşt
müddətini kartın emitenti olan bankı əvvəlcədən
təyin edərək sizə bildirir.
џ
-
kredit üzrə ödəmə vaxtı gecikdirildikdə sizin
banka ödədiyiniz komissiyadır.
џ
Nağd puldan istifadə etmədən məhsul və
xidmətlərin alınması;
џ
Ehtiyac olduğu zaman kredit kartı vasitəsilə pul
vəsaitinin nağdlaşdırılmasının mümkünlüyü;
џ
Xaricə səfər edərkən nağd pulu daşımama
rahatlığı və onu itirmə riskinin az olması.
џ
Bankın təqdim etdiyi mükafat xarakterli
stimullaşdırıcı kampaniyaların iştirakçısı olmaq
imkanı.
“Grace period” güzəşt müddəti
Vaxtı keçmiş ödəməyə görə komissiya
Kredit kartının üstünlükləri:
Kredit kartı üzrə əsas terminlər
Bu terminləri bilmək kredit kartını düzgün
seçməyə, hesabı daha yaxşı idarə etməyə,
arzuolunmaz komissiyaların tutulmasının və
kredit tarixçəsinin pisləşməsinin qarşısını almağa
kömək edir.
џ
- kredit kartını
emissiya edən bank
tərəfindən tutulan məb-
ləğ;
џ
- kredit
kartı ilə götürülən kredi-
tin istifadəsinə görə faiz
ödəmələri.
џ
- kredit məh-
sulu üzrə təklif edilən faiz
dərəcəsi ilə yanaşı
müştəridən tələb olunan
əlavə xərcləri (komissi-
ya, sığorta və s.) də nəzərə alan məcmu faiz
dərəcəsidir. Bu dərəcə bankların təklif etdikləri
kredit məhsulları üzrə müqayisənin aparılmasını
təmin edən əsas göstəricidir.
џ
- kredit kartı üzrə kredit limitinin
istifadə olunmamış hissəsidir.
џ
- bir
qayda olaraq, kredit kartı bankomatdan nağd pul
çıxarmağa imkan verir. Bu zaman emitent bank
sizin götürdüyünüz məbləğdən komissiya
şəklində müəyyən faiz tutur.
џ
- kredit kartının verildiyi şərtləri
ətraflı təsvir edən sənəddir. Bu müqavilədə
kreditdən istifadəyə görə faiz dərəcəsi, bütün
komissiyalar, cərimələr və kredit kartına görə
digər mümkün ödəmələr qeyd olunur.
џ
- kart üzrə borcun ən yüksək
mümkün məbləğidir.
Xidmətə görə komissiya
Faiz dərəcəsi
Faktiki illik faiz
dərəcəsi
Mümkün kredit
Nağd pul çıxarmağa görə komissiya
Kart müqaviləsi
Kredit limiti
Kredit və kredit kartları
Bankdan faizləri ilə birgə müəyyən müddətə geri
ödənilmək şərtilə borc alınmış pul vəsaitinə
kredit deyilir. Kreditlər müəyyən məqsəd və şəxsi
ehtiyaclar üçün nağd şəkildə və ya nağdsız
formada kredit kartları vasitəsilə verilir. Kredit
kartının sahibi ona bank tərəfindən ayrılmış kredit
məbləğində məhsul və xidmətlərin dəyərini
ödəyə, həmçinin bankomat vasitəsilə nağd pul
əldə edə bilər.
Bank kredit kartı sahibi ilə bağladığı müqavilədə
nəzərdə tutulduqda kredit kartı vasitəsilə aparılan
hər bir əməliyyat haqqında kart sahibini SMS
məlumatlandırma, elektron poçt, bank hesabın-
dan çıxarış vasitəsilə məlumatlandırır. Bir çox
hallarda kredit kartları üzrə “grace period”
adlanan müəyyən güzəşt müddəti tətbiq edilir.
Əgər siz müəyyən müddət ərzində yaranmış
kredit borcunuzu tamamilə ödəyə bilsəniz
emitent bank (kredit kartını buraxan bank)
tərəfindən kreditdən istifadəyə görə heç bir faiz
tutulmur. Əks halda isə bank, istehlak kreditində
olduğu kimi kart üzrə borc məbləğinin üzərinə faiz
əlavə edir.
Bir çox halarda banklar kredit kartı sahibləri üçün
mükafat xarakterli stimullaşdırıcı kampa-
niyalar keçirirlər. Bu kampaniyalar zamanı kredit
kartı sahiblərinə güzəşt proqramına tərəfdaş olan
təşkilatlardan məhsul və xidmətlərin alışı zamanı
endirimlər və ya aparılan əməliyyatlara görə
bonuslar təqdim edilir.