Кредит мцгавиляси №01



Yüklə 109,5 Kb.
tarix31.08.2018
ölçüsü109,5 Kb.
#65792
KREDİT MÜQAVİLƏSİ №



Bakı şəhəri “___” ________ _____-ci il
Öz Əsasnaməsi əsasında fəaliyyət göstərən Pakistan Milli Bankının Bakı filialı (bundan sonra - “Bank” adlanacaq), Baş Menecer Cənab ______________________ şəxslərində bir tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı _____________________ (bundan sonra - «Borcalan» adlanacaq) (şəxsiyyət vəsiqəsi seriya AZE № _______________ verilib «____» ___________ _____-cu il tarixində _________ RPİ tərəfindən) digər tərəfdən, aşağıda göstərilən şərtlərlə bu müqaviləni bağladılar.



  1. MÜQAVİLƏNİN PREDMETİ
BANK hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə BORCALANA
AZN _______ (________) _____ məbləğində illik ____% olmaqla kredit verir, BORCALAN isə ____ ay müddətinə hazırkı müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür.
Kredit biznesin inkışafı məqsədləri üçün verilir
  1. KREDİTİN VERİLMƏ ŞƏRTLƏRİ
Bank Borcalana aşağıdakı şərtlərin yerinə yetiriləcəyi təqdirdə kredit verir:
Borcalan hazırkı müqavilənin imzalanması və yerinə yetirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş hüquq qabiliyyətinə malikdir;
Borcalan özünün maliyyə vəziyyəti, üçüncü şəxslər qarşısında olan öhdəlikləri barədə Bankın tələb etdiyi həcmdə tam və dəqiq məlumat vermişdir;
Borcalan kredit verilməsi üçün zəruri olan sənədləri, o cümlədən Kredit verilməsi üçün ərizəni Banka təqdim etmişdir:
Borcalan onun əmlak vəziyyətinə təhlükə yaradan hər hansı bir mübahisə üzrə məhkəmə araşdırmasında iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etmir;
Hazırkı əqdi bağlayarkən Borcalan hər hansı yanılma, aldanma, təzyiq və təhdid altında deyildir və hazırkı müqaviləni bağlamaq niyyəti əvvəlcədən düşünülmüş qəsd və ya onun ağır vəziyyətindən irəli gəlmir;
Borcalan Bankda kreditin valyutasında cari hesab açmışdır;
Kreditin verilməsi şərtlərinə Borcalan tərəfindən tam riayət olunmalıdır. Borcalan hazırkı müqavilənin 2-ci bəndində sadalanan şərtləri yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Kredit verilməsini Bankdan tələb edə bilməz.
  1. KREDİTİN VERİLMƏSİ QAYDASI
Borcalan tərəfindən hazırkı müqavilənin 2-ci bəndinə sadalanan şərtlər yerinə yetirildikdən sonra kredit Borcalanın Bankda açılmış saylı hesabına köçürmə yolu ilə verilir.
Kreditin verilmə tarixi kreditin hazırkı Müqavilənin 3.1-ci bəndində göstərilən hesaba daxil olması tarixi hesab edilir.
Kredit Borcalan tərəfindən yalnız hazırkı Müqavilənin 1.2 bəndində göstərilən məqsəd üçün istifadə edilə bilər. Kreditin istifadə olunması üçün aşağıdakı qayda müəyyən edilir. Əgər kredit xarici valyutada verilirsə, kredit məbləği manata satılmaqla Borcalanın hesabına köçürülür və bu hesabdan Borcalan kreditin dəyərini ödəyir. Kredit manatla verildiyi halda, Borcalan kreditin dəyərini bankda açılmış hesabdan ödəyir.
  1. KREDİTİN QAYTARILMASI MÜDDƏTİ VƏ QAYDASI
Borcalan Bankdan bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti AZN _______ (______________________) _____ ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür.
Borcalan borcunu kredit Müqaviləsinə əlavə olunmuş 1 Saylı Əlavəyə uyğun olaraq Banka ödəyəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında Bankın hesabına daxil olmuş olsun. Əgər ödəniş günü iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş iş günü hesab olunmayan günündən sonra gələn növbəti iş günü ödənilməlidir.
Hazırkı Müqavilə üzrə Banka ödənilməli olan ödənişlər bütün mümkün rüsumlardan, komisyon yığımlarından və s. azad olmalı, belə yığımlar olduğu halda isə, həmin yığımlar çıxıldıqdan sonra Banka ödənilməli olan məbləğ tam ödənilməlidir.
Borcalan qeyd-şərtsiz olaraq Banka hüquq verir ki, Borcalana yazılı şəkildə bildirməklə ssuda borcunu Borcalanın hesablaşma hesablarından akseptsiz qaydada silsin (debetə yazsın).
  1. FAİZLƏR VƏ FAİZ DÖVRÜ
Borcalan kredit üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay ödəməyi öz öhdəsinə götürür.
Kredit üzrə faizlər kreditin verildiyi günə faizləri şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayına görə hər gün illik 17 %-lə hesablanır.
Borcalan Banka faizləri kreditin bu Müqavilənin 4.2 bəndində göstərildiyi qaydada verəcəkdir.
  1. VAXTI KEÇMİŞ BORC
Kredit Müqaviləsinə əlavə olunmuş 1 Saylı Əlavədə göstərilən ödəniş tarixindən sonra 30 gün müddətində kredit üzrə əsas borc və ya faizlər vaxtında ödənilmədikdə, vaxtı keçmiş borc əmələ gəlir və o, vaxtı keçmiş borc hesablarında əks etdirilir.
Kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, Borcalan Banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 17%-lə hesablanan cərimə faizləri, yəni cəmi 34 %-lə hesablanan faizlər ödəməlidir.
  1. KREDİTİN TƏMİNATI
Hazırkı müqavilə üzrə kreditin qaytarılması Bank ilə Borcalan arasında bağlanmış _____ saylı, “____” ________ _____cu il tarixli Zaminlik Müqaviləsi ilə təmin olunur.



  1. VAXTINDAN ƏVVƏL QAYTARMA
Borcalan Banka qabaqcadan məlumat verməklə borcu vaxtından əvvəl qaytarmaq hüququna malikdir.
  1. KREDİTİN VAXTINDAN ƏVVƏL QAYTARILMASININ TƏLƏB EDİLMƏSİ ŞƏRTLƏRİ
Kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək üçün şərait Borcalanın krediti lazımınca qaytarmaq qabiliyyətinə əlverişsiz təsir göstərildiyini və ya göstəriləcəyini, yaxud, kredit verilməsi ilə əlaqədar olaraq Banka maddi ziyan vurulduğunu və ya vurulacağını güman etməyə əsas verən hallarda yetişir.
Kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək üçün şərait yetişdikdə, Bank bu şəraitin yetişdiyi haqqında 1(bir) iş günü ərzində Borcalana məlumat verir, sonra Borcalanın borcunun məbləğini vaxtı ötmüş ssudalar hesabına köçürür.
Kredit tələb əsasında vaxtından əvvəl qaytarıldıqda Borcalan Bankın bütün faktiki itkilərini və kredit vermək üçün çəkdiyi xərcləri ödəyir. Bank Borcalana bu itkilərin və xərclərin məbləğlərini göstərən müvafiq sənəd və həmin məbləğin hesablanmasının əsaslarını təqdim edir.
Əgər bank krediti vaxtından əvvəl qaytarmağı Borcalandan tələb edərsə, Borcalan 10 (on) gün ərzində borcu qeyd-şərtsiz, heç bir iddia irəli sürmədən qaytarmağı öz öhdəsinə götürür.
  1. BORCALANIN ƏLAVƏ ÖHDƏLİKLƏRİ
Borcalan Bank qarşısında aşağıdakı öhdəlikləri qəbul edir:
Kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək üçün ona məlum olan hər hansı şəraitin yetişdiyi haqqında Banka dərhal məlumat verəcəkdir.
Borcalan təşkilatı, hüquqi, kommersiya və maliyyə fəaliyyəti barəsində Bankın tələbi ilə hər hansı başqa informasiya verəcəkdir.
Bankın öz əməkdaşları və ya vəkil etdiyi digər şəxslər vasitəsilə Borcalanın maliyyə və iqtisadi fəaliyyətini yoxlamaq hüququnu təmin edəcəkdir.
Üçüncü şəxslər qarşısında qəbul edilən və əsas fəaliyyətlə bağlı olmayan bütün borc öhdəlikləri barəsində, habelə üçüncü şəxslərin öhdəliklər üzrə təminatları və ya zəmanətləri haqqında Banka məlumat verəcəkdir.
  1. MÜXTƏLİF MƏSƏLƏLƏR.
Bütün mülahizələr, sorğular və digər məlumatlar yazılı şəkildə (məktubla, faksla və i.a.), Müqavilədə göstərilən və imzalarla təsdiqlənmiş ünvanlara göndəriləcəkdir.
Bu Müqaviləyə əsasən ödənilməli olan hər hansı məbləğləri ödəmək barəsində Borcalanın öhdəliyi qeyd-şərtsizdir və hüquqi baxımdan heç bir səbəbdən asılı deyildir.
  1. MƏXFİLİK.
Bank və Borcalan informasiyanın məxfiliyini qorumağı öhdələrinə götürürlər.
Bununla belə, məxfi informasiya Borcalanın və ya Bankın yazılı razılığı ilə, qüvvədə olan qanunvericiliyə uyğun surətdə, o cümlədən məhkəmə prosesi çərçivəsində üçüncü şəxslərə açıla bilər. Bank tərəfindən istənilən vaxt və qeyd-şərtsiz olaraq Bankın və Borcalanın rəsmi şəxslərinə və qulluqçularına, Müqavilənin icrası və hazırlanması çərçivəsində Bank tərəfindən cəlb edilən müstəqil məsləhətçilərə, ekspertlərə və müşavirlərə açıla bilər.
  1. TƏTBİQ EDİLƏN QANUNVERİCİLİK VƏ MƏHKƏMƏ AİDİYYATI
Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə idarə edilir və təfsir olunur.
Bu Müqavilənin icrası zamanı meydana çıxa biləcək bütün mübahisələrə qarşılıqlı surətdə məqbul qərar qəbul etmək məqsədilə ikitərəfli qaydada baxılmalıdır.
Tərəflər qarşılıqlı surətdə məqbul qərara gəlmədikdə mübahisəli məsələlər baxılmaq üçün Azərbaycan Respublikasının müvafiq məhkəməsinə veriləcəkdir
  1. MÜQAVİLƏNİN QÜVVƏSİ
Müqavilə hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və/və ya bu Müqavilə əsasında Borcalanın əsas borcufaiz borcunu tam ödədiyi tarixədək, qüvvədədir.
Müqavilə Bakı şəhərində “____” ________ _____-ci il tarixində Azərbaycan dilində bərabər hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə imzalanmışdır.
Bu Müqavilənin bir nüsxəsi Bankda, bir nüsxəsi isə Borcalanda qalacaqdır.
Bu müqavilə “_____” _______ _____-cü ilədək, lakin istənilən halda bu müqavilə əsasında Borcalanın Banka olan əsas borcu və hesablanmış faiz borcunun tam ödənildiyi tarixədək qüvvədədir.

















BANK

Pakistan Milli Bankının Bakı filialı

VÖEN: 1700326471

Nobel prospekti 9a




BORCALAN




Baş menecer


İmza:______________________________

M.Y


İmza:______________________________









Yüklə 109,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə