Leksikanın üslubi imkanları. Sinonim vasitələr



Yüklə 22,38 Kb.
tarix13.05.2022
ölçüsü22,38 Kb.
#87012
Sərnişin daşıma texnologiyaları, Yükləmə-boşaltma islerinin teskili, 1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh., 1. Azərbaycan tarixini öyrənən mənbələr və onların təsnifatı, 2. Otto dövründə adiabat proseslər.

Leksikanın üslubi imkanları. Sinonim vasitələr.

Danışıq zamanı üslubi effekt və səlislik yaratmaq, lüzumsuz təkrarlara yol verməmək, fikin daha təsirli, ifadəli və dəqiq ifadə edilməsi məqsədilə rəngarəng sinonimlərdən istifadə olunur ki, onlar nitqin təsir gücünü artırır, emosionallıq və ekspressivlik yaradır ki, onlar incə məqamları ifadə etmək üçün geniş və rəngarəng üslubi imkanlara malikdir. Danışan fikir və hisslərini daha dəqiq ifadə etmək üçün sinonim cərgəyə məxsus lazımi sözü yerli-yerində elə işlədir ki, bu, nitqdə dəqiqliyi yaradır, eyni zamanda ahəngdarlıq təmin edir. Bu baxımdan Ulu öndər H.Əliyevin nitqi təsirli və zəngin olmuşdur. Onun dilində həyəcan-narahatlıq, arzu-istək, kömək-qayğı-mənəvi dayaq, bilikli-savadlı, hörmət-ehtiram-minnətdarlıq, fikir-duyğu-istək və s. kimi ifadələrə, sinonimlərə tez-tez rast gəlmək mümkündür ki, bu da onun dilinin leksik cəhətdən zəngin olduğunu göstərir.


Leksik vasitələrdən, o cümlədən sinonimlərdən istifadə şifahi nitqə bir növ yaradıcı xarakter verir. Natiqlər, müəllimlər və başqaları hərə öz bacarığı, nitq tutumu və lüğət ehtiyatının səviyyəsi dairəsində sinonimlər işlətməyə çalışırlar. Sinonimlər vasitəsilə yaranan rəngarənglik nitqi maraqlı edir, dinləyicilər belə danışıq tərzini rəğbətlə qarşılayırlar. Dilimizin leksikası sinonimlik baxımından olduqca zəngindir: qoçaq, igid, cəsur, qorxmaz, qəhrəman; güc, qüvvə, taqət; el, vətən, diyar, yurd, oba, ocaq; keçid, aşırım; dünya, aləm, cahan, kainat; üz, sifət, bəniz, camal, surət; xoşbəxtlik, səadət; iftixar, qürur; söz, deyim; gələcək, istiq-bal; ayrılıq, hicran; incə, zərif, nəfis, lətif; tək, tənha; od, atəş; səs, səda, avaz və s.
Nümunələrdən göründüyü kimi, sinonim cərgələri əmələ gətirən kompo-nentlərin hər biri öz semantik dairəsinə görə digərlərindən fərqləndiyi üçün mənaca tam üst-üstə düşmür. Onların hər biri həmin cərgədəki əsas sözü müəyyən cəhətdən aydınlaşdırır, dəqiqləşdirir.
Nitqdə sinonimlərdən aşağıdakı məqsədlərlə istifadə olunur:
a) nəzərdə tutulmuş fikrin daha təsirli, emosional, dəqiq və incə məna çalarında dinləyiciyə çatdırılması;
b)məzmundan asılı olaraq müəyyən məna koloriti (məsələn, komiklik, liriklik və s.) yaratmaq;
c) nitqin etik normalarını gözləmək, dil vahidlərindən ictimai nəzakət qaydalarına uyğun istifadə etmək, kobud, qaba, eyibli sözlərin (vulqarizmlərin) işlənməsinə yol verməmək;
ç) nitqdə lüzumsuz təkrarlardan qaçmaq.
Sinonimlərdən istifadə, hər şeydən əvvəl, sözlərin yersiz təkrarından yaranan nitq qüsurunun (məsələn, yazıçı-yazıçıdır. Bu qədər özbaşınalıqdan təkbaşına baş çıxarmaq olmaz; Qısa hazırlıq tam şəkildə hazırdır; İşin sonunda iş sona çatdı; Qiymətlə qiymətləndirildi, döyüşlərdə döyüşmək, yazı yazmaq, geyimləri geymək, yeni bir yenilik, nüfuzdan düşmüş nüfuz, xəbərdən xəbəri yoxdur, layihəni həyata keçirmək üçün layihə hazırlamaq, atəşkəsi kəsmək s. kimi) qarşısını alır. Bəzən dil kasıblığı, söz ehtiyatının məhdudluğu üzündən danışan, eləcə də yazan eyni sözü, ifadəni (məsələn, deyir, deyir ki, demək, deyə, xüsusilə, təbii ki və s.) cümlələrdə təkrarlayır ki, bu da nitqin ağırlaşmasına, təsirinin azalmasına səbəb olur. Belə halda sözün sinonimlərindən istifadə edilsə (məsələn; deyir, söyləyir, bildirir, açıqlayır, göstərir, qeyd edir, buyurur, bəyan edir və s.), nitq daha yaxşı səslənər və aydın dərk olunar.
Sinonim vasitələrdən istifadə natiqlik sənətində xüsusi əhəmiyyət kəsb edir. Müşahidələr göstərir ki, kifayət qədər söz ehtiyatına malik olan, sözləri yerindən işlətməyi bacaran şəxsin nitqi aydın, cazibədar və təsirli olur. Dilin sinonimik imkanları, üslubi funksiyalarını yaxşı mənimsəyən natiq nəzərdə tut-duğu fikri dinləyiciyə çatdırmaq üçün söz seçməkdə çətinlik çəkmir, zəngin, emosional və ekspressiv ifadə vasitələrindən bacarıqla istifadə edə bilir ki, bu da nitqin təsir gücünü artırır.
Yüklə 22,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə