Mahirə Nağı qızı, Çapar Kazımlı
______________________
2
ELMĠ REDAKTORU: Zaman ƏSGƏRLĠ
Filologiya üzrə elmlər doktoru,
professor
Mahirə Nağı qızı, Çapar Kazımlı. ƏdəbiyyatĢünaslığa
xidmət əzmi ilə. Bakı,
Elm və təhsil, 2013, 202 s.
Kitab görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya
elmləri doktoru, professor Kamran İmran oğlu Əliyevin həyat
və yaradıcılığıdan bəhs edir.
K
4603000000
Qrifli nəşr
Í-098-2013
© M.Nağı qızı, Ç.Kazımlı, 2013
____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə
3
ZĠRVƏLƏġƏN ÖMÜR YOLU
Dağ zirvəsinə çıxanda adamın gözləri qarşısında təbiətin
əsrarəngiz məнzərəsi canlanır. Adam onu heyranlıqla seyr et-
məkdən doymur. Hər hansı yaradıcı insanın ömür zirvəsini seyr
edəndə də belə olur. Filologiya elmləri doktoru, professor
Kamran İmran oğlu Əliyevin zirvələşən ömür yoluna ekskurs
edərkən gözlərimiz önündə qeyri-ixtiyari olaraq geniş və əsra-
rəngiz ponoram açıldı. Arxada qalan zaman kəsiyinin közər-
tisində prof. K. Əliyevin ömür yolunu vərəqləyirik.
Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Diyadin kəndində doğu-
lub. Beş yaşında özünün dediyi kimi, parçadan tikilmiş hey-
bəsini çiyninə salıb o da hamı kimi dərsə gedib. Tanınmış
jurnalistlərdən Cəfər Əliyev və Etibar Tarverdiyev “İşıqlı yol”
qəzetinin 29 yanvar 1977-ci il sayında dərc etdirdikləri “Cığır
yola çıxır” məqaləsində yazırdılar: “1969-cu il Tumaslı kənd
orta məktəbini əla qiymətlərlə başa vuran Kamran sənədlərini
Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinə
verir. İmtahanların üçündən əla qiymət alır. Orta məktəbdə qa-
zandığı bilik, topladığı təcrübə onun əlindən tutur. Büdrəməyə
qoymur. Məktəbdə Yadulla müəllimin dediyi “Oğul, heç nə hə-
yatda asanlıqla əldə olunmur” sözləri isə həmişə qulaqlarında
cingildəyir. Odur ki, yuxusuz gecələr keçirir, bilmədiklərini
öyrənir. Elə bunun nəticəsidir ki, semestr imtahanlarından hə-
mişə əlaçı çıxaraq başqalarına nümunə göstərilir.
Yüksək ictimai bacarığını, qabiliyyətini görən tələbə yol-
daşları onu qrup komsomol təşkilatının katibi seçirlər. İşdə
özünü gözəl ictimaiyyətçi kimi doğruldan Kamran, fakültə
komsomol komitəsinin katibi seçilir. Bu vəzifəni yerinə ye-
tirməklə yanaşı, Kamran dərslərində də fəallıq göstərir. O, bi-
liyini, təcrübəsini daim artırır.
Beşillik tələbəlik illəri Kamranın qəlbində silinməz izlər