Məlumat Siyahısı T. P. Qasımov



Yüklə 76,93 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü76,93 Kb.
#22071


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №1, səh. 50-54 (2017)

 

50 



Azərbaycanın Bozqır Yaylasının Briofitlərinin (Bryophyta, Marchantiophyta

Məlumat Siyahısı 

 

T.P. Qasımov 

 

AMEA Botanika İnstitutu, Badamdar yolu, 40, Bakı AZ1004, Azərbaycan; E-mail: tgasimov@hotmail.com 

 

Məqalədə  Azərbaycanın  Bozqır  yaylasında  aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  edilən  briofit-

lərin  məlumat  siyahısı  verilmişdir.  Briofloristik  tədqiqatlar  nəticəsində  müəyyən  edildi  ki,  yaylada 

yayılan yarpaqgövdəli mamırkimilər 16 fəsilə, 30 cinsə aid 71 taksonla, ciyərotu mamırları isə 5 fəsilə, 

5 cinsə aid 5 taksonla təmsil olunur. Yarpaqgövdəli mamırlar içərisində takson sayına görə Pottiaceae 

(27), Grimmiaceae (8), Bryaceae (7) və Orthotrichaceae (5) fəsilələri üstünlük təşkil edir. Takson sayına 

görə Bryum (7), Grimmia (7), Tortula (5), Syntrichia (5), Didymodon (5) və Orthotrichum (5) ən zəngin 

cinslərdir. 

 

Açar sözlər: Bozqır yaylası, ciyərotu mamırları, yarpaqgövdəli mamırlar, məlumat siyahısı, takson  

 

 

GİRİŞ  

 

Bozqır  yaylası, Böyük Qafqazın cənub  yamac-

ları  ilə  Alazan-Həftəran    vadisi  arasında  yerləşir. 

T.S.Babakişiyeva  və  S.H.Səlimova  görə  (2008) 

Bozqır  yaylası  şimaldan  Alazan-Həftəran  vadisi, 

cənubdan Kür çayı, qərbdən Ceyrançölün qılıncvari 

silsiləsi,  şərqdən  isə  Bozdağla  nəhayətlənir  (ASE, 

1980).  Azərbaycanın  Bozqır  yaylasının  florası  haq-

qında  ilkin  məlumata  A.V.Fominin  (1906)  əsərində 

rast  gəlinir.  Daha  sonra,  A.L.Rollovun  (1908) 

əsərində  də  yaylanın  bitkiliyi  haqqında  müəyyən 

qədər  məlumatlar  mövcuddur.  Bozqır  yaylasının 

florasının  geniş  şəkildə  öyrənilməyə  başlanılması, 

1926-cı  ildən  sonrakı  dövrlərdə  respublikamızda 

kənd  təsərrüfatı  və  heyvandarlığın  inkişafı  ilə  əla-

qədardır.  Bu  sahədəki  tədqiqat  işlərinə  A.A.Qros-

sheymin  (1926,  1929,  1932),  M.F.Saxokiyanın 

(1931), L.İ.Prilipkonun (1950, 1954, 1972), T.M.Ta-

ğıyevin  (1960)  və  başqalarının  əsərlərini  misal 

göstərmək  olar.  1976-cı  ildən  başlayaraq,  akademik 

V.S.Hacıyevin rəhbərliyi altında yaylanın Ceyrançöl 

massivində  aparılan  geobotaniki  tədqiqaqatlar  Boz-

qır yaylasının bitki örtüyünün ətraflı öyrənilməsi ilə 

nəticələnmişdir  (Гаджиев  и  др.,  1979).  Azərbay-

canın müstəqillik əldə etdikdən sonrakı dövrdə ölkə-

mizdə  iqtisadiyyatın  inkişafı  ilə  əlaqədar  olaraq, 

Bozqır yaylasının Ceyrançöl və  Acınohur massivlə-

rinin qış otlaqları yenidən tədqiq edilməyə başlanıldı. 

Bu tədqiat işləri S.Z.Əhmədova (2004, 2005) tərəfin-

dən  Ceyrançöl  və  Acınohurda,  K.K.Əsədova  (2006, 

2008) tərəfindən isə Ceyrançöldə aparılmışdır. Boz-

qır yaylasının flora və bitkiliyinə dair ən son məlu-

matlara əsasən yayla ərazisində 114 fəsiləyə aid, 705 

cinsdə  ümumiləşən  1018  ali  sporlu,  çılpaqtoxumlu 

və çiçəkli bitki növü göstərilir (Babakişiyeva, Musa-

yev,  2008).  Həmin  növlərdən  97-si  endemik  bitki 

növləridir ki, onlardan da 80-i Qafqaz endemləridir. 

Bu da onu göstərir ki, ərazinin bitki örtüyünün təx-

minən  10  %-i  endem  taksonlardır.  Lakin,  indiyədək 

aparılan tədqiqat işlərinin heç birində Bozqır yayla-

sının  brioflorası  tədqiq  edilməmişdir.  2012-ci  ildən 

başlayaraq, ilk dəfə olaraq, tərəfimizdən Bozqır yay-

lasının  briofitləri  tədqiq  olunmağa  başlanıldı  (Qası-

mov,  2015).  Bu  tədqiqatlarda  yaylanın  əhatə  etdiyi 

ərazinin briofit müxtəlifliyi ümumilikdə araşdırılmış 

(Qasımov, 2016; Gasimov & Novruzov 2016), eləcə 

də  yaylanın  brioflorası  ayrı-ayrı  fəsilələr  və  cinslər 

üzrə öyrənilmişdir (Qasımov, 2016). Ərazidən Azər-

baycan  üçün  yeni  bir  neçə  briofit  növü  aşkar  edil-

mişdir  (Qasımov,  Kürschner  &  Parolly.,  2016).  La-

kin  bu  tədqiqaqların  heç  birində  ərazinin  briofit-

lərinin takson siyahısı tam göstərilməmişdir. Bu mə-

qalənin  əsas  məqsədi,  Azərbaycanın  Bozqır  yayla-

sının  briofit  müxtəlifliyini  dəqiqləşdirərək  takson 

siyahısını tərtib etməkdir. 

 

 

MATERİAL VƏ METODLAR 

 

2012-2016-cı  illərdə  Bozqır  yaylası  massivin-

dəki ərazilərdə aparılmış çöl tədqiqatlarında briofit-

lərə  aid  nümunələr  toplanılmışdır.  Bu  baxımdan 

yaylanın  yerləşdiyi  Ceyrançöldə,  Acınohur-Sarıca 

qış  otlaqlarında  və  yaylada  lokal  şəkildə  yayılan 

tuqay meşəsində tədqiqat işləri yerinə yetirilmişdir. 

Bununla  bağlı  Ağstafa,  Tovuz,  Şəmkir  və  Samux 

(Ceyrançöldə),  eləcə  də  Şəki  və  Qax  rayonlarında 

(Acınohur-Sarıca)  müvafiq  tədqiqat  sahələri  seçil-

mişdir.  Qeyd  edilən  yerlərdən    toplanılan  briofit 

nümunəri   əl lupaları və  müasir işıq mikroskopları 

vasitəsilə  araşdırılmışdır.  Təyinat  morfoloji  xüsu-

siyyətlər nəzərə alınaraq bir sıra təyinedicilərdən və 

monoqrafiyalardan  istifadə  etməklə  (Игнатов,  Иг-

натова, 2003-2004; Smith, 2004; Kürschner, Frey, 

2011) aparılmışdır.   



Azərbaycanın Bozqır Yaylasının Briofitlərinin (Bryophyta,

 

51 



Etiketləşdirilmiş  herbari  nümunələrinin  bir 

nüsxəsi Berlin Botanika Bağı və Botanika Muzeyi-

nə  (BBBM),  digər  nüsxəsi  isə  AMEA  Botanika 

İnstitutunun  lixenobrioloji  herbari  fonduna  depozit 

edilmişdir.  Briofit  siyahısının  nomenklatur  tərtibi 

ciyərotu mamırları üçün L.Söderström və b. (2002), 

yarpaqgövdəli  mamırkimilər  üçün  isə  M.O.Hill            

və  b.  (2006)  sisteminə  görə  aparılmışdır.  Fəsilə 

daxilində  olan  cinslərin,  cins  daxilində  olan  tak-

sonların  siyahıya  alınması  latın  əlifbasının  sırasına 

uyğun verilir. 

 

 



NƏTİCƏLƏR 

 

Azərbaycanın  Bozqır  yaylasından  toplanılan 

500  briofit  nümunəsinin  təyinatı  nəticəsində  21 

fəsilə,  35  cinsə  aid  76  takson  müəyyən  edilmişdir. 

Ərazidən  toplanılan  taksonlardan  5  fəsilə,  5  cinsə 

aid 5 takson ciyərotu mamırlarına, 16 fəsilə, 30 cin-

sə  aid  71  takson  isə  yarpaqgövdəli  mamırlara  aid-

dir. Bozqır yaylasının floristik siyahısı tərtib edilər-

kən  ən  son  nomenklatur  yeniliklər  nəzərə  alınmış-

dır.  Müəyyən  edilən  taksonların  floristik  siyahısı 

aşağıda verilir. Taksonun adı ilə yanaşı ən çox isti-

fadə edilən sinonimləri də göstərilmişdir: 

 

MARCHANTIOPSIDA 

Aytoniaceae Cavers 

1. Reboulia Raddi 

1. hemisphaerica (L.) Raddi 



Cephaloziellaceae Douin 

2. Cephaloziella (Spruce) Schiffn. 

1. divaricata (Sm.) Schiffn. 



Radulaceae (Dumort.) Müll. Frib. 

3. Radula Dumort. 

1. complanata (L.) Dumort. 



Porellaceae Cavers 

4. Porella L. 

1. platyphylla (L.) Pfeiff. [Madotheca 



platyphylla (L.) Dumort.] 

Frullaniaceae Lorch 

5. Frullania Raddi 

1. dilatata (L.) Dumort. 



 

BRYOPSIDA 

 

Polytrichales M.Fleisch. 

Polytrichaceae Schwagr. 

1. Polytrichum 

1. juniperinum Hedw. 

2. piliferum Schreb. ex Hedw.  

Encalyptales Dixon  

Encalyptaceae Schimp. 

2. Encalypta Hedw. 

1. ciliata Hedw. 

2. rhaptocarpa Schwägr. 

3. vulgaris Hedw. 



Funariales M.Fleisch.  

Funariaceae Schwagr. 

3. Funaria Hedw. 

1. hygrometrica Hedw. 



Grimmiales M.Fleisch. 

Grimmiaceae Arn. 

4. Schistidium Bruch & Schimp. 

1. apocarpum (Hedw.) Bruch & Schimp. 



5. Grimmia Hedw. 

1. alpestris (F.Weber & D.Mohr) Schleich.,  

2. anodon Bruch & Schimp.  

3. laevigata (Brid.) Brid. [G. campestris 

Hook.] 

4. orbicularis Bruch ex Wilson  



5. ovalis (Hedw.) Lindb. [G. commutata Bruch 

& Schimp.]  

6. pulvinata (Hedw.) Sm. 

7. trichophylla Grev. [G. britannica A.J.E. 

Sm., G. robusta Ferg., G. trichophylla Grev. var. 

robusta (Ferg.) A.J.E. Sm.] 

Dicranales H.Philib. ex M.Fleisch.  

Fissidentaceae Schimp. 

6. Fissidens Hedw. 

1. dubius P. Beauv. [F. cristatus Wilson] 

2. taxifolius Hedw. 

Ditrichaceae Limpr. 

7. Ceratodon Brid. 

1. purpureus (Hedw.) Brid. 



8. Ditrichum Timm ex Hampe 

1. flexicaule (Schwägr) Hampe 



9. Pleuridium Rabenh. 

1. subulatum (Hedw.) Rabenh.  



Pottiales M.Fleisch. 

Pottiaceae Schimp 

10. Aloina Kindb. 

1. aloides (D.J. Koch ex Schultz) Kindb. 

2. ambigua Bruch & Schimp.) Limpr. [A. 

aloides (Schultz) Kindb. var. ambigua (Bruch & 

Schimp.) E.J.Craig, A. ericaefolia Kindb.] 



11 Barbula Hedw. 

1. convoluta Hedw.  

2. unguiculata Hedw. [incl. var. cuspidata 

(Schultz) Brid., var. robusta Lindb.] 



12. Crossidium Jur. 

1. crassinerve (De Not.) Jur. 



13. Didymodon Hedw. 

1. acutus (Brid.) K. Saito [Barbula acuta 

(Brid.) Brid., B. gracilis (Schleich.) Schwägr.] 

2. fallax (Hedw.) R. H. Zander [Barbula fallax 

Hedw.] 

3. luridus Hornsch. ex Spreng. [Barbula lurida 



(Hornsch) Lindb., B. trifaria auct. non (Hedw.) 

Mitt.] 


4. rigidulus Hedw. [Barbula rigidula (Hedw.) 

Mitt., D. mamillosus (Crundw.) M.O.Hill] 

5. vinealis (Brid.) R. H. Zander [Barbula 

vinealis Brid.] 



T.P. Qasımov 

52 


14. Phascum Hedw. 

1. cuspidatum Hedw. 

2. cuspidatum var. piliferum (Hedw.) Hook. & 

Taylor  


15. Pleurochaete Lindb. 

1. squarrosa (Brid.) Lindb. 



16. Pterygoneurum Jur. 

1. ovatum (Hedw.) Dixon [P. cavifolium Jur.] 



17. Syntrichia Brid. 

1. caninervis Mitt. [S. desertorum (Broth.) 

J.J.Amann, Tortula caninervis (Mitt.) Broth., T. 

desertorum Broth.] 

2. caninervis var. gypsophila (J.J. Amman ex 

G. Roth) Ochyra [Tortula caninervis subsp. spuria 

(J.J.Amann) W.A.Kramer var. gypsophila ex 

G.Roth), Tortula spuria J.J.Amann] 

3. montana Nees [S. intermedia Brid., Tortula 



intermedia (Brid.) De Not.] 

4. papillosa  (Wilson) Jur. [Tortula papillosa 

Wilson] 

5. ruralis (Hedw.) F. Weber & D. Mohr 

[Tortula ruralis (Hedw.) P.Gaertn., B.Mey. & 

Scherb.] 



18. Tortula Hedw. 

1. canescens Mont. 

2. inermis (Brid.) Mont. [Syntrichia inermis 

(Brid.) Bruch] 

3. lindbergii [Tortula lanceolata (Hedw.) 

R.H.Zander, Pottia lanceolata (Hedw.) Müll.Hal.] 

4. muralis Hedw.  

5. truncata (Hedw.) Mitt. [Pottia truncata 

(Hedw.) Bruch & Schimp.] 

19. Trichostomum Bruch 

1. brachydontium Bruch   

2. crispulum Bruch 

20. Weissia Hedw. 

1. controversa Hedw. 



Bryales Limpr.  

Bryaceae Schwagr. 

21. Bryum Hedw. 

1. algovicum Sendtn. Ex Müll.Hal. [B. 



angustirete Kindb. ex Macoun, B. pendulum 

(Hornsch.) Schimp.] 

2. argenteum Hedw.  

3. caespiticum Hedw. [B. badium (Brid.) 

Schimp.] 

4. capillare Hedw. 

5. dichotomum Hedw. [B. bicolor Dicks., B. 

dunense A.J.E. Sm. & H.Whitehouse]  

6. moravicum Podp. [B. flaccidum Brid., B. 



laevifilum Syed, B. subelegans Kindb.] 

7. torquescens Bruch & Schimp. 



Orthotrichales Dixon 

Orthotrichaceae Arn. 

22. Orthotrichum Hedw. 

1. affine Schrad. ex Brid. [O. fastigiatum 

Bruch ex Brid.] 

2. anomalum Hedw.  

3. cupulatum Hoffm. Ex Brid. 

4. diaphanum Schrad. ex Brid. 

5. rupestre Schleich. ex Schwägr. 

Hypnales (M.Fleisch.) W.R.Buck & Vitt 

Amblystegiaceae Kindb. 

23. Amblystegium Schimp. 

1. serpens (Hedw.) Schimp. [A. juratzkanum 

Schimp.] 

Leskeaceae Schimp. 

24 Leskeae Hedw. 

1. polycarpa Hedw. 



Thuidiaceae Schimp. 

25. Abietinella Müll.Hal. 

1. abietina (Hedw.) M.Fleisch. [Thuidium 



abietinum (Hedw.) Schimp.] 

Brachytheciaceae Schimp. 

26. Brachythecium Schimp. 

1. albicans (Hedw.) Schimp. 



27. Homalothecium Schimp. 

1. lutescens (Hedw.) H. Rob.  

2. sericeum (Hedw.) Schimp.  

Hypnaceae Schimp. 

28. Hypnum Hedw. 

1. cupressiforme Hedw. s.l.  

2. cupressiforme Hedw. var. cupressiforme  

3. vaucheri Lesq.  



Leucodontaceae Schimp. 

29. Leucodon Schwägr. 

1. immersus Lindb. [L. caucasicus Jur. & 

Milde] 

2. sciuroides (Hedw.) Schwägr. 



Anomodontaceae Kindb. 

30. Anomodon Hook. & Taylor 

1. attenuatus (Hedw.) Huebener  

2. viticulosus (Hedw.) Hook. & Taylor 

 

 

ƏDƏBİYYAT 

 

Azərbaycan  Sovet  Ensiklopediyası  (ASE)  (1980) 

Bakı. 2: 219 



Babakişiyeva  T.S.,  Musayev  S.H.  (2008)  Bozqır 

yaylası  və  onun  florası.  AMEA  Botanika  İnsti-



tunun Elmi əsərləriXXVII: 26-32. 

Qasımov T.P.  (2016) Azərbaycanın bozqır yayla-

sında Bryum Hedw. (Bryaceae, Bryophyta) сinsi-

nin  növlərinin  morfoloji  təsviri,  ekologiyası  və 

antimikrob  aktivliyi.  AMEA-nın  Mikrobiologiya 



İnstitutunun Elmi Əsərləri14(№1): 58-63 

Qasımov  T.P.  (2015)  Bozqır  yaylasında  Grimmia 

Hedw. cinsinin növ müxtəlifliyi. Azərbaycan Mil-



li  Elmlər  Akademiyası  Mərkəzi  Nəbatat  Bağının 

Elmi Əsərləri, XIII: 167-169 

Qasımov  T.P.  (2016)  Bozqır  yaylasının  ceyrançöl 

düzünün mamırkimilərinin (Bryophyta, Marchan-



tıophyta) sistematik analizi və prespektivli növləri 


Azərbaycanın Bozqır Yaylasının Briofitlərinin (Bryophyta,

 

53 



haqqında.  Gənc  Alimlərin  Beynəlxalq  Elmi  Kon-

fransı, Gəncə: s. 337-340 

Асадова К.К. (2006) Рациональное использова-

ние  и  улучшение  зимних  пастбищ  Джейран-

чёльского  массива.  Агарарная  наука  Азербай-

джана, 162-164. 

Асадова  К.К.  (2008)  Степная  растительность 

зимних  пастбищ  Джейранчеля.  Труды  Инсти-



тута Ботаники Национальной Академии Наук 

Азербайджана, XXVIII: 142-146. 

Ахмедова  С.З.  (2004)  Биоразнообразие  экосис-

темы  растительного  покрова  Джейранчель-

ского  и  Аджиноурского  массивов  Азербай-

джана. Монография. Гянджа: с. 104. 



Ахмедова  С.З.  (2005)  Формирование  пустын-

ных фитоценозов Джейранчёль-Аджиноурско-

го  массивов.  Известия  НАН  Азербайджана, 

№3-4: 81-85. 

Гаджиев В.C., Маилов А.И. (1979) Учет и пути 

улучшения  зимних  пастбищ  Азербайджана.  В 



кн: Кормопроизводство, Москва: с. 45. 

Гроссгейм  А.А.  (1926)  Краткий  очерк  расти-

тельного  покрова  Азербайджана.  Матер.  по 



райониров. Азерб. ССР (Баку), 1-2: 42 с. 

Гроссгейм  А.А.  (1929)  Введение  в  геоботани-

ческое  обследование  зимних  пастбищ  Азер-

байджана. Баку: 73 с. 

Гроссгейм  А.А.  (1932)  Растительный  покров 

пастбищ Азербайджана и его кормовое значе-

ние. Баку: 78 с. 

Игнатов  М.С.,  Игнатова  Е.А.  (2003,  2004) 

Флора  мхов  средней  части  Европейской  Рос-

сии.  M.:  2003,  Т.  1:  Sphagnaceae  –  Hedwigi-

aceae  c. 1-608; М., 2004. Т. 2: Fontinalaceae – 

Amblystegiaceae, c. 609-960. 

Прилипко  Л.И.  (1950)  Краткий  геоботаничес-

кий очерк южных склонов БК (в пределах Аз-

на). Труды бот. ин-та АН Аз. ССР, XV: 31-33. 

Прилипко  Л.И.  (1954)  Растительный  покров 

Азербайджана. Баку: Элм, 120 с. 

 

Прилипко Л.И. (1972) Геоботаника в Азербай-

джане.  Обзор  исследов.  и  публикаций.  Бот. 



журн. (М.), №12: 1610-1620. 

Роллов А.Х. (1908) Дикорастущие растения Кав-

каза, их распространение, свойства и  примене-

ние. Тифлис: с. 20-31. 

Сахокия  М.Ф.  (1931)  Очерк  растительности 

зимних  пастбищ  Шекинского  нагорья.  Труды 



по  геоб.  обследов.  пастбищ.  Азербайджана

сер. А., 9: 19-23. 

Тагиев Т.М. (1960) Улучшение и рациональное 

использование  зимних  пастбищ  Джейранчёля 

в  связи  с  динамикой  запаса  пастбищных  кор-

мов. Автореф. канд. дисс.,  Баку: 25 с. 



Фомин А.А. (1906) Солончаки и сопровождаю-

щие  их  формации  в  Восточном  и  Южном  За-

кавказье. Вестник Тифлиск. бот. сада, вып. 2: 

18-22. 


Gasimov T.P., Novruzov. V.S. (2016) Bryophytes 

of Jeyranchol Plateau (Azerbaijan). Symposium on 



EuroAsian Biodiversity, Turkey: Antalya, p. 56 

Hill M.O., Bell N., Buruggeman-Nannenga M.A., 

Brugues  M.,  Cano  M.J.,  Enroth  Flatberg  K.I., 

Fraham J-P., Gallego M.T., Garilleti R., Guerra 

J.,  Hedenäs  L.,  Holyoak  DT.,  Hyvönen  J., 

Ignatov MS., Lara F., Mazimpaka V., Munoz J. 

and Söderström L. (2006) An annotated checklist 

of  the  mosses  of  Europe  and  Macronesia.  Journal 



of Bryology28: 198-267. 

Kürschner  H.,  Frey  W.  (2011)  Liverworts,  Mos-

ses  and  Hornworts  of  Southwest  Asia.  Stuttgart: 

Nowa Hedwigia: 240 p. 

Qasımov T., Kürschner H., & Parolly G. (2016) 

Three new moss records from the Bozqır yaylası 

area of Azerbaijan. Herzogia29: 805-809. 

Smith A.J.E. (2004) The moss flora of Britain and 

Ireland.  2  ed.  Cambridge:  Cambridge  University 

Press, 1012 p. 

Söderström, L., Urmi, E. & Váňa, J. (2002) Dis-

tribution  of  Hepaticae  and  Anthocerotae  in 

Europe and Macaronesia. Lindbergia27: 3-47. 

 



T.P. Qasımov 

54 


Аннотированный Список Бриофитов (Bryophyta, Marchantiophyta

Бозгырского Плато Азербайджана 

 

Т.П. Гасымов 



 

Институт ботаники НАН Азербайджана 

 

В  статье  дается  список  таксонов  мохообразных  Бозгырскогo  плато  Азербайджана.  В  результате 

бриофлористических  исследований  выявлен  71  таксон  листостебельных  мxoв  из  30  родoв  и  16 

семейств, 5 таксонов печеночныx мxoв из 5 родoв и 5 семейств. Доминирующие по числу таксонов 

семейства  листостебельных  мxoв    соответственно:  Pottiaceae  (27),  Grimmiaceae  (8),  Bryaceae  (7), 

Orthotrichaceae (5). В категории родов самыми богатыми по разнообразию таксонов являются Bryum 

(7), Grimmia (7), Tortula (5), Syntrichia (5), Didymodon (5) и Orthotrichum (5). 

 

Ключевые слова: Бозгырское плато, печеночные мхи, листостебельные мхи, аннотированный 

список, таксон 

 

 

Checklist of bryophytes (Bryophyta, Marchantiophyta)  

in Bozqır Plateau of Azerbaijan 

 

T.P. Gasimov 

 

Institute of Botany, Azerbaijan National Academy of Sciences 

 

The list of taxa of bryophytes in Bozgyr plateau of Azerbaijan has been presented in the paper.  Briofloristic 

research revealed that mosses were represented with 71 taxa belonging to 30 genera and 16 families, hepatics 

were  represented  with  5  taxa  belonging  to  5  genera  and  5  families.  According  to  the  amount  of  taxa  the 

richest  moss  families  are  Pottiaceae  (27),  Grimmiaceae  (8),  Bryaceae  (7),  Orthotrichaceae  (5),  and  the 

richest genera are Bryum (7), Grimmia (7) Tortula (5), Syntrichia (5), Didymodon (5) and Orthotrichum (5). 

 

Keywords: Bozgyr plateau, liverworts, mosses, annotated checklist, taxa 

 

 



 

Yüklə 76,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə