Məmmədov Akif Güləli oğlu, dosent, pedaqoji elmlər namizədi heydəR ƏLİyev və azərbaycan diLİNİn təDRİSİ MƏSƏLƏLƏRİ



Yüklə 331,74 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü331,74 Kb.
#77092


 



Məmmədov Akif Güləli oğlu, dosent, pedaqoji elmlər namizədi 



 

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ MƏSƏLƏLƏRİ 

 

  

Ключевые слова: национальная языковая ролитика, азербайджанство, преподавания 

национального языка, национальные ценности. 



Key words: national language policy, azerbaijanity, teaching of national language, national 

values. 


Bakı Slavyan Universiteti, Bakı şəhəri 

 

“Təhsil 

ocaqlarında 

gənclərimizi 

xalqımızın 

mənəvi 

dəyərləri 

əsasında 

tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf  insanlar tərbiyə etmək məsələsi mühüm yer 

tutmalıdır”  [1;  15]    –  bu  sözlər  uzun  müddət  Azərbaycana  rəhbərlik  etmiş  Heydər  Əliyevə 

məxsusdur.  Təhsil  ocaqlarımız  üçün  bir  amal,  bir  kredo  kimi  götürülə  bilən  bu  fikirlərin  müəllifi 

gənclərin mənəvi tərbiyəsində ana dili məsələsini həmişə ön planda saxlamışdır. Təsadüfi deyil ki, 

hələ  1969-cu  ildə  Azərbaycan  KP  MK-nın  birinci  katibi  təyin  olunan  Heydər  Əliyev  ilk 

çıxışlarından birini – Bakı Dövlət Universitetindəki tarixi çıxışını məhz Azərbaycan dilində etmişdi. 

1970-ci ildə     BDU-nun 50 illik yubileyində o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə 

sayılan  respublika  rəhbərinin  Azərbaycan  dilində  çıxışı  həm  gözlənilməz,  həm  də  hər  bir 

Azərbaycan vətəndaşı üçün qürurverici idi. Hazırda çox adi olan həmin hadisə o dövr üçün qeyri-

adi idi, eyni zamanda onun sahibindən böyük cəsarət və uzaqgörənlik tələəb edirdi. Çünki "vahid 

sovet  xalqı",  "vahid  dil"  siyasəti  nəinki  geniş  təbliğ  olunan,  hətta  güclü  şəkildə  tətbiq  edilən 

kommunist  ideologiyasının  hakim  olduğu  bir  dövrdə  milli  dil  məsələsini  qabartmaq,  tutduğu 

vəzifədən asılı olmayaraq, hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Artıq bu məsələ bir 

çox  xalqların  siyasi  xadimləri  üçün  faciə  ilə  nəticələnmişdi.  Bu  hadisə  sonralar  Azərbaycan 

gənclərinin milli özünüdərkində müstəsna rol oynadı.  

Azərbaycanın rəhbəri Heydər Əliyev bütün fəaliyyəti boyu ana dilinin inkişafına qətiyyətlə 

çalışırdı.  Sovet  rejiminin  tüğyan  etdiyi  bir  vaxtda  deyirdi  ki,  Konstitusiya  vətəndaşlara  təhsil 

hüququ  vermişdir  və  bu  hüquq  ana  dilində  oxumaq  imkanı  ilə  təmin  olunur.  Bunu  nəzərə  alan 

Heydər Əliyev 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi status qazanmasına 

nail oldu. Bu isə Respublikada ana dilli təhsilin inkişafında hüquqi baza yaratdı. Ümummilli lider 

ölkəyə  rəhbərliyinin  hələ  birinci  dövründə  (1969  –  1982-ci  illər)  istər  ali,  istər  orta  məktəblərdə 

Azərbaycan  dilinin  yüksək  səviyyədə  tədrisinə,  öyrədilməsinə  şərait  yaratmağa  çalışırdı.  Məhz 

həmin  dövrdə  digər  Sovet  İttifaqı  respublikalarına    nisbətən  bizdə  ana  dilində  təhsilə  üstünlük 

verilmişdi.  1970-ci  illərdə  ali  məktəblər  üçün  yazılmış  dördcildlik  “Müasir  Azərbaycan  dili” 

dərsliklərinə, "Azərbaycan dilinin dialektologiyasının əsasları" adlı dərs vəsaitinə Dövlət mükafatı 

verildi.  Həmin  dərsliklərin  müəllifləri  (Səlim  Cəfərov,  Əbdüləzəl  Dəmirçizadə,  Muxtar 



 

Hüseynzadə,  Əlövsət  Avdullayev,  Məmmədağa  Şirəliyev  və  b.)  ali  təhsil  ocaqlarının  nüfuzlu 



müəllimləri  idi.  Eyni  zamanda  Azərbaycan  dilinin  tədqiqi  və  tədrisi  ilə  məşğul  olan  alim-

müəllimlərin  (M.  Şirəliyev,  Ə.  Dəmirçizadə,  M.  Hüseynzadə)  yubileyləri  dövlət  səviyyəsində 

keçirildi.  1970-ci  illərdə  təhsil  müəssisələrində  ana  dilinin  tədrisinə  ayrılan  saatların  miqdarı, 

Azərbaycan  dili  və  ədəbiyyatı  ixtisası  üzrə  ali  məktəblərə  qəbul  planları  əhəmiyyətli  dərəcədə 

artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi.  

Təəssüf  ki,  Heydər  Əliyev  ölkə  rəhbərliyindən  gedəndən  sonra,  xüsusilə  1980-ci  illərin 

ortalaraında Azərbaycan dili tədris ocaqlarında sıxışdırılmağa başladı. Ancaq böyük dövlət xadimi 

və ideoloqu artıq Azərbaycanda milli dil siyasətinin əsasını qoymuşdu. Elə həmin siyasətə söykənən 

Azərbaycanın  ziyalıları  1989-1990-cı  təhsil  ili  üçün  nəzərdə  tutulan  tədris  planlarında  rus  dilinə 

Azərbaycan  dilindən  daha  çox  saat  ayrılmasına  etiraz  edən  məktubla  MK-ya  müraciət  etdilər. 

Həmin  məktubda  təlimi  rus  dilində  olan  orta  məktəblərdə  Azərbaycan  dilinin  tədrisinə  3-cü 

sinifdən, Azərbaycan dilində olan orta məktəblərdə isə rus dilinin tədrisi 1-ci sinifdən başlamağa, 

rus dilinin tədrisinə Azərbaycan dilinin tədrisindən daha çox vaxt ayrıldığına, təlimi rus dilində olan 

məktəblərdə (istər ali, istər orta məktəblərdə) Azərbaycan dili fənninin fakültativ fənn səviyyəsinə 

endirilməsinə  etiraz  edilir.  Bu  cəsarətli  hərəkət  bir  tərəfdən  Azərbaycanda  başlanan  milli-azadlıq 

hərəkatı ilə bağlı idisə, digər tərəfdə öz mənbəyini Heydər Əliyevin milli ideyalarından götürürdü. 

Respublikaya  rəhbərliyinin  ikinci  dönəmində  Prezident  Heydər  Əliyevin  Azərbaycan  dili 

tədrisi  məsələləri  ilə  bağlı  siyasəti  xüsusi  vüsət  aldı.  1994-cü  ildə  Bakı  şəhər  təhsil  işçiləri  ilə 

görüşündə dediyi aşağıdakı fikirlər təhsil işçilərinə bir daha çatdırırdı ki, onun siyasətində milli dil 

prioritet  istiqamətlərdən  biridir:  “Bizim  məktəblərimiz  millidir.  Bilirsiniz  ki,  mən  son  vaxtlar 

Azərbaycanın  dövlət  dili,  ana  dili,  Azərbaycan  dili  haqqında  bir  çox  fərmanlar  vermişəm. 

Azərbaycanın  latın  əlifbasına,  latın  qrafikasına  keçməsi  haqqında  fərman  vermişəm.  Bu,  artıq 

avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum” [5; 7]. 

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  qəbul  edilmiş  bir  sıra  qanun  və  qərarlar  dilin 

inkişaf  etməsi  üçün  yollar  açır.  1995-ci  il  noyabrın  12-də  qəbul  edilmiş  müstəqil  dövlətimizin 

Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində 

deyilir:  "Azərbaycan  Respublikasının  dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan  Respublikası 

Azərbaycan dilinin inkişafını təmin edir". 

Heydər  Əliyevin  1990-cı  illərdə  məktəblə,  tədrislə  bağlı  çıxışlaında  irəli sürdüyü  ideyalar, 

fikirlər  yeni  milli  Azərbaycan  dili  dərsliklərinin  yaranmasına  stimul  yaratdı.  1997-1998-ci  tədris 

ilinin  başlanğıcında  təhsil  işçiləri  yığıncaqlarının  birində  deyirdi:  “Təhsil  sahəsində  çalışan  bütün 

vətəndaşlara,  müəllimlərə,  təhsil  müəssisələrinin  rəhbərlərinə  müraciət  edərək  xahiş  edirəm  ki, 

onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail 

olsunlar. Burada dərsliklərin dəyişməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir” [2] 




 

Bu çıxışdan sonra  V-XI siniflər üçün Azərbaycan dili proqram və dərsliklərinin yeni nəsli yarandı. 



Bu dərsliklər müəyyən qüsurları ilə yanaşı, hər halda “müstəqil Azərbaycanın prinsipləri əsasında” 

tərtib edilmişdi və milli dil tədrisi siyasətinin həyata keçməsində əvəzsiz rol oynadı. 

Ölkə  Prezidenti  2001-ci  ildə  “Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında” 

fərman  verdi.  Fərmanın  qərar  hissəsinin  4-cü  maddəsi  birbaşa  Azərbaycan  dilinin  tədrisi 

probleblərinin  həllinə  yönəldilmişdir:

 

“Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  orta  və  ali 



məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş 

yaratmaq  istiqamətində  qəti  tədbirlər  həyata  keçirsin  və  müvafiq  təkliflər  proqramını  bir  ay  ərzində 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin” [4; 26]. 

Ümumiyyətlə,  Respublika  Konstitusiyasındakı  Dövlət  dili  ilə  bağlı  müvafiq  maddə  ilə  

yanaşı, dahi öndərin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 

2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin 

təsdiq  edilməsi  haqqında"  4  iyul  2001-ci  il  tarixli,  76  nömrəli  sərəncam,  "Azərbaycan  əlifbası  və 

Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam 

və  nəhayət,  2003-cü  il  yanvarın  2-də  qüvvəyə  minmiş  "Azərbaycan  Respublikasının  dövlət  dili 

haqqında"  qanun  ölkəmizdə  dil  siyasəti  və  dil  quruculuğunun  mükəmməl  konsepsiyasını,  onun 

uzunmüddətli  strategiyasını  və  aydın  proqramını  verən  tarixi  qanunvericilik  aktlarıdır.  Bütün  bu 

sənədlər birbaşa Azərbaycan dilinin tədrisinə, onun öyrənilməsinə geniş imkanlar açır, müəllimlər, 

təhsil işçiləri üçün yeni stimul yaradır. 

Heydər  Əliyev  təkcə  azərbaycanlılara  deyil,  xarici  vətəndaşlara  da  doğma  dilimizin 

tədrisi, öyrədilməsi məsələsini irəli sürürdü. Bu ideya ölkə rəhbərinin Azərbaycan dilinə Dövlət 

rəmzlərindən  biri  kimi  işdə,  əməldə  böyük  qiymət  verməsi  ilə  əlaqədar  idi;  kimliyindən  asılı 

olmayaraq hər kəs dövlətimizin digər rəmzləri ilə yanaşı, dilimizə də hörmətlə yanaşmalıdır. Bu isə 

bizim hər birimizdən, xüsusilə gənclərdən çox asılıdır. Üzünü xaricdə təhsil almağa gedən gənclərə 

tutub deyirdi: “Hətta öz dilimizdə danışmağı başqalarına da öyrədin”

 [3; 27]. 

. Azərbaycan yazıçılarının X qurultayındakı çıxışında dedyi aşağıdakı sözlərdə onun sevinc 

və  qürur  hissini  duymamaq  mümkün  deyil:  “Xarici  ölkələrin  respublikamızda  olan  səfirləri 

Azərbaycan  dilini  artıq  öyrənirlər.  Onlar  mənimlə  görüşəndə  çalışırlar  ki,  Azərbaycan  dilində 

danışsınlar  Mən  də  bunlara  çox  sevinirəm.  Hətta  Rusiyanın  səfiri  hörmətli  cənab  Bloxin  burada 

oturubdur  -  o,  Azərbaycan  dilini  öyrənir,  özü  də  çox  yaxşı  öyrənir”

  [4;  26]. 

Sonra  isə  böyük 

fəxarətlə  qeyd  edir:  “Budur  bizim  müstəqilliyimizin  nəticəsi.  Vaxtilə  buraya,  mərkəzdən 

Azərbaycan Kommunist Partiyasının II katibi vəzifəsinə rus millətindən olan adamlar gəlirdi. Mən 

onlara  Azərbaycan  dilini  öyrədə  bilmirdim.  Onlara  neçə  dəfə  deyirdim  ki,  Azərbaycan  dilini 

öyrənin,  ancaq  öyrənmək  istəmirdilər.  Amma  bu  gün  Rusiyanın  səfiri  öyrənir,  Amerikanın  səfiri 



 

öyrənir,  Fransanın  səfiri  öyrənir,  İngiltərənin  səfiri  öyrənir.  Bunların  hamısı  böyük  hadisədir, 



nailiyyətdir” [3; 26]

 

Konstitusiya  ilə  yanaşı,  Dahi  Öndərin  imzaladığı  "Dövlət  dilinin  tətbiqi  işinin 



təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan Respublikası 

Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli, 76 nömrəli 

sərəncam,  "Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  gününün  təsis  edilməsi  haqqında"  9  avqust 

2001-ci  il  tarixli,  552  nömrəli  sərəncam  və  nəhayət,  2003-cü  il  yanvarın  2-də  qüvvəyə  minmiş 

"Azərbaycan  Respublikasının  dövlət  dili  haqqında"  qanun  ölkəmizdə  dil  siyasəti  və  dil 

quruculuğunun  mükəmməl  konsepsiyasını,  onun  uzunmüddətli  strategiyasını  və  aydın  proqramını 

verən tarixi qanunvericilik aktlarıdır. Bütün bu sənədlər birbaşa Azərbaycan dilinin tədrisinə, onun 

öyrənilməsinə geniş imkanlar açır, müəllimlər, təhsil işçiləri üçün yeni stimul yaradır. 

Ölkə  başçısının  Azərbaycan  dilində  -ana  dilində  təhsilə  belə  geniş  önəm  verməsinin  çox 

ciddi və uzağa aparan səbəbləri var idi: 

Xalqın, millətin mövcudluğunu təmin edən şərtlərdən biri, bəlkə də, birincisi dildir. Milləti 

birləşdirən, onun tarixin sınaqlarından keçməsində, özəlliyinin qorunub saxlanmasında və gələcək 

nəslə  ötürülməsində,  şübhəsiz  ki,  milli  dilin  rolu  əvəzedilməzdir.  Bütün  xalqlarda  olduğu  kimi, 

Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. "Hər bir xalq 



öz  dili  ilə  yaranır.  Ancaq  bu  dili  yaşatmaq,  inkişaf  etdirmək  və  dünya  mədəniyyəti  səviyyəsinə 

qaldırmaq  xalqın  qabaqcıl  adamlarının,  elm,  bilik  xadimlərinin  fəaliyyəti  nəticəsində  mümkün 

olur"[1; 117] 

1.

 



Heydər Əliyev hesab edirdi ki, Azərbaycan gənclərinin milli ruhunun yüksəlişinə təkan verən 

amillərdən  biri  də  ana  dilində  təhsil  almalarıdır.  Məhz  bu  ideyanı  əsas  tutan  rəhbər, 

çıxışlarının birində qeyd edir: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, 

öz dilini, dinini, milli  ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir 

vurmalıdır”  [4;  97].  1996-cı  ilin  fevralındakı  gənclərin  birinci  forumunda  gənclərin  doğma 

dillərində artıq sərbəst, səlis danışmalarını görən böyük rəhbər sevincini gizlədə bilməmişdi: 

“Məni  bu  gün  bu  forumda  sevindirən  cəhətlərdən  biri  o  oldu  ki,çıxış  edən  bütün  gənclər 

Azərbaycan dilində çox sərbəst, səlis danışırlar” [5; 121].  

Heydər  Əliyev  hesab  edirdi  ki,  Azərbaycan  dil  xalqımızın  milli-mənəvi  dəyərlərinin  əsas 

daşıyıcılarından  biridir:  “

Əgər  Azərbaycan  dili  olmasa,  Azərbaycan  dilində  ədəbiyyat  da  olmaz. 

Azərbaycan  dili  olmasa,  Azərbaycan  dilində  mahnılar  olmaz,  musiqi  olmaz.  Bunların  hamısı  bir-

birinə bağlıdır

”. Azərbaycanın rəhbəri təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi 

mədəniyyətin tarixi taleyinə də dil prizmasından baxırdı: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin 

tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”

 [1; 14]. 

 



 

Dil  millətin  dünəni,  bu  günü  və  gələcəyidir,  zəngin  dili  olan  xalq  əbədidir.  Məhz  bunu 



nəzərdə  tutan  ümummilli  lider  üzünü  gənclərə  tutub  deyirdi:  “İnkişaf  etmiş  zəngin  dil 

mədəniyyətinə  malik  olan  xalq  əyilməzdir,  ölməzdir,  böyük  gələcəyə  malikdir.  Ona  görə  də 

xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz 

bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur” [5; 

121]



 



Akif Mammadov 

Heydar Aliev and the questions of teaching Azerbaijan language 

Summary 

In this article the ideas of Heydar Aliev who wes the leader of Azerbaijan Republik more 

than 30 years, in teaching and learining azerbaijan language and due to the point the 

decisions,suggeshoins and orders that he accepted, at the same time the constitution acts which were 

very important in teaching the language were analyzed due to the problem. 

 

Ədəbiyyat siyahısı 

1. Xudiyev Nizami. Heydər Əliyev və Azərbaycan dili, Bakı, Təhsil, 1997, 288 

2. Azərbaycan müəllimi qəzeti”, 4 sentyabr 1997-ci il  

3. Sadıqlı A.Ə. Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili. – Bakı: “Mütərcim” nəşriyyatı, 

2011. – 180 s.səhifə 

4. Əliyev Vilayət. Heydər Əliyevin dil siyasəti. Bakı, «Nurlan», 2003 -100 səhifə 

5. Hüseynova İradə. Müstəqil Azərbaycan dövlətinin qurucusu.  Bakı, «Təhsil», 2004, 472 səh. 

6.  http://www.heydar-aliyev.org/index_az.jsp 

7.  


http://www.istoriya.az/heydar_aliyev.php

 

 



(“Humanitar elmlərin öyrənilməsinin aktual aktual problemləri. Ümummilli liderHeydər Əliyevin 

anadan olmasının 90 illiyinə həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları”, 1-4 may 

2013-cü il, Bakı, səh. 387-392) 

 

 



 

 

 



Yüklə 331,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə