Mərkəzi Asiyada Rusiyanın yeritdiyi siyasətin ana xəttini regiondakı münaqişələrin qarşısını alaraq, vəziyyəti sabitləşdirmək, xarici ekstremist qüvvələrin region ölkələrinə nüfuz etməsinin qarşısını almaq təşkil edir



Yüklə 35,92 Kb.
səhifə1/3
tarix17.12.2023
ölçüsü35,92 Kb.
#149926
  1   2   3
rusiya



GİRİŞ
Mərkəzi Asiyada Rusiyanın yeritdiyi siyasətin ana xəttini regiondakı münaqişələrin qarşısını alaraq, vəziyyəti sabitləşdirmək, xarici ekstremist qüvvələrin region ölkələrinə nüfuz etməsinin qarşısını almaq təşkil edir. Region dövlətləri ilə ikitərəfli əlaqələr, Şanxay əməkdaşlığı təşkilatı (ШОС) və Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı (ОДКБ) çərçıvəsində münasibətlər inkişaf edir. 2009-cu ildə KTMT-nin tərkibinə Belarus, Qazaxıstan, Rusiya, Qırğızıstan, Tacikistan və Ermənistan daxil olmuşdur. Təşkilatın strukturunda beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq məqsədilə fövqəladə hallarda sürətlə hərəkət edən kollektiv təhlükəsizlik qüvvələri təşkil edilmişdir. 2009-cu ilin oktyabrında Qazaxıstanda bu qüvvələrin irimiqyaslı hərbi təlimi keçirilmişdir. Rusiyanın Cənubi Osetiya üzündən Gürcüstanla münasibətləri gərgin olaraq qalmaqdadır. Belə ki, 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan hərbi qüvvələri Cənubi Osetiyada qayda-qanunu bərpa etmək və yerli separatçı qüvvələrin hərəkətlərinin qarşısını almaq məqsədilə əyalətin ərazisinə daxil oldular. Avqustun 8-də Rusiyanın 58-ci ordusunun birləşmələri Roki tunelini keçərək, müstəqil Gürcrüstanın ərazisinə daxil olub, Sxinvali şəhəri istiqamətində hücuma keçdilər. Beləliklə, 5 günlük Rusiya-Gürcüstan müharibəsi başladı. Canlı qüvvə və hərbi texnika cəhətdən Gürcüstan ordusundan qat-qat üstün olan Rusiya qoşunları avqustun 9-da 150 tankla Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub, əks-hücuma keçdilər. Rus qoşunları tezliklə Cənubi Osetiyanın yerli əsgərləri ilə birlikdə gürcü qoşunlarını məğlubiyyətə uğradaraq, Roki tunelini və Cənubi Osetiyanı tutdular. Beşgünlük müharibə nəticəsində 215 nəfər gürcü əsgər və zabiti öldürüldü, 283 nəfər isə yaralandı. Qarşı tərəf isə, təxminən, 400 əsgər və zabit, çox sayda mülki şəxs itirdi. Müharibədən sonra Gürcüstan Rusiya ilə quru və hava yollarını bağladı. Beşgünlük Rusiya-Gürcüstan müharibəsi rus və gürcü xalqı arasında dərin uçurum yaratdı. Abxaziya və Cənubi Osetiyanın nəzarətində olan hissəsini itirməklə, Gürcüstan suveren ərazisnin 20 faizini itirmiş oldu. 2012-ci ilin dekabrında Rusiyanın Baş naziri Dmitri Medvedev bəyan etdi ki, Rusiya Mixail Saakaşvilidən sonrakı yeni hakimiyyətlə danışıqlara hazırdır, amma qarşı tərəf bölgədəki geosiyasi dəyişiklikləri qəbul etməlidir. Tanınmamış Cənubi Osetiya Respublikası ilə sərhəd xəttinin dəyişdirildiyinə görə Gürcüstan 2015-ci il avqustun 12-də növbəti dəfə Rusiya tərəfinə nota ilə müraciət etmişdir. Rusiya Gürcüstan münasibətləri bu gün də gərgin olaraq qalmaqdadır.


Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə