Mərkəzi Asiyada Rusiyanın yeritdiyi siyasətin ana xəttini regiondakı münaqişələrin qarşısını alaraq, vəziyyəti sabitləşdirmək, xarici ekstremist qüvvələrin region ölkələrinə nüfuz etməsinin qarşısını almaq təşkil edir


Rusiyada diplomatik xidmətin təşkili



Yüklə 35,92 Kb.
səhifə2/3
tarix17.12.2023
ölçüsü35,92 Kb.
#149926
1   2   3
rusiya

Rusiyada diplomatik xidmətin təşkili
Avropa İttifaqının enerji təminatında 32% Rusiyaya bağlılıq Avropa ölkələrinin yeni enerji mənbələrinin axtarışı üçün eyni mövqedən çıxış etməsinə gətirib çıxarır. Xüsusilə cənub-şərqi Avropa ölkələrinin Rusiyadan 80-100% asılılıq problemi diversifikasiya meyillərini daha da gücləndirir. Bəs Rusiyaya alternativ ola biləcək enerji mənbələri mövcuddurmu? Təbii ki, mövcuddur. Avropanın coğrafi mövqeyi enerji mənbələri ilə zəngin regionlar ətrafında yerləşdiyindən bu problemin həlli mümkündür, lakin son 20 il ərzində bu regionlarda baş verən münaqişələr enerji təhlükəsizliyi problemini ortaya atmışdır. Bundan başqa orada olan mövcud infrastruktur, Avropaya enerji nəqli üçün yaradılan şərait, boru xətlərinin çəkilməsi və buna tələb olunan maliyyə imkanları bunun qarşısını alan əsas məsələlərdir. Hal-hazırda tankerlər vasitəsilə Aralıq dənizinin dibi ilə Şimali Afrika regionu ölkələrindən, Yaxın Şərq ölkələrindən, qismən Xəzər regionundan boru xətləri vasitəsilə Avropaya nəql olunan neft və qazın payının artırılması ilə Rusiyanın enerji asılılığını aradan qaldırmaq mümkündür. Lakin 2011-ci ildən Ərəb baharı bütün Şimali Afrika, Yaxın Şərq regionunu hədə altında saxlayır, Xəzər regionundan əldə olunan neft isə əsasən Rusiya vasitəsilə Avropaya daşınır. Rusiyaya əsas alternativ bu baxımdan İran və İraq qeyd olunmalıdır. Bu ölkələrin birlikdə neft ehtiyyatları 300 mlrd bareldən artıqdır, qaz ehtiyyatları baxımından isə 2017-ci il BP-yə aid statistik məlumatlara əsasən İranın kəşf olunmuş qaz ehtiyyatları 33,5 trln m3 həcmində dəyərləndirilir. Rusiyada bu rəqəm 32 trln m3 -dir. Lakin 1995-ci ildən etibarən ABŞ-ın İranla bütün ticarət əlaqələrinin kəsilməsi haqqında qərarı, 2012-ci ildən neft, 2013-cü ildən təbii qazla bağlı sanksiyaları , 2010-2012-ci illərdə Aİ-nın İrana qarşı sərt sanksiyaları bu ölkənin dünya bazarına çıxışına tam olaraq əngəl yaratdı.
Göründüyü kimi Rusiyaya alternativ mənbələr hazırki siyasi münasibətlər çərçivəsində Avropada Rusiyanı əvəzləyəcək durumda deyildir. Şimali Afrika, Yaxın Şərq ölkələrində yaşanan siyasi münaqişələr, İranda mövcud iqtisadi şərait və yuxarıda göstərilən səbələr, Xəzər regionunun hüquqi status məsələsi və Avropada getdikcə azalan enerji ehtiyyatları Avropada Rusiya təzyiqinin azaldılması üçün ümumi enerji təminatında alternativ enerjinin payının artırılması və LNG formada qazın idxalına üstünlük verə bilər. Avropa İttifaqının “2023 Enerji Strategiyası”na əsasən 2023-ci ilədək alternativ enerjinin payının 20%-ə qaldırılması məsələsi prioritet kimi qəbul edilsə də, hazırda alternativ enerjinin payı 12%-ə bərabərdir, bunun 2023-ci ilədək 20%-ə qaldırılması sual altındadır, lakin Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən 2015-2040-cı illər arasında alternativ enerjiyə 7 trln dollar həcmində yatırım planlaşdırılır. Bütün bunlara baxmayaraq 2030-cu ilə qədər Avropa enerji təminatında qazın payının 34%-ə qalxacağı gözləntilərini nəzərə alaraq, qarşıdakı illərdə Rusiyaya ən böyük alternativ olaraq LNG (Liqued Natural Gas-Mayeləşdirilmiş təbii qaz) ola bilər.
Hal hazırda Avropa İttifaqı iqtisadiyyatı üçün lazım olan enerjinin 40%-ni neft, 25%-ni təbii qaz, 17%-i kömür, 18%-i isə nüvə, hidroelektrik və digər alternativ enerji hesabına təmin edir [3]. (Avropa İttifaqı tərəfindən aparılmış araşdırmalara əsasən dünya enerji tələbatının 82%-i neft, qaz və kömür, 5%-i nüvə enerjisi və 13%-i alternativ enerji hesabına ödənilir.)

2001-ci il iyulun 16-da Moskvada Rusiya ilə Çin arasında 20 il müddətinə dostlüq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Sənəddə qeyd edilirdi ki, tərəflər bir-birinə qarşı qüvvə tətbiq etməkdən, nüvə silahı işlətməkdən və strateji nüvə silahı yönəltməkdən imtina edirlər.
Çinlə əməkdaşlıq Rusiya Federasiyası üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çin də Rusiya kimi dünyanın gələcək inkişafını «çoxqütblük» anlayışı çərçivəsində qəbul edirdi. Son illər Rusiya-Çin ticarəti iqtisadi əlaqələri daha da inkişaf etdirmişdir. 2008-ci ildə hər iki ölkə arasında mal dövriyyəsi 56 mlrd. dolları keçmişdir. Çin Rusiyanın üçüncü tərəfdaşına, Rusiya Federasiyasına ixracat üzrə isə birinci pilləyə sahib olmuşdur. 2009-cu ilin oktyabrında Uzaq Şərq və Şərqi Sibirlə ÇXR-in şimal-şərq regionları arasında 2009-2018-ci illəri əhatə etmiş əməkdaşlıq proqramı hazırlanmışdır. 2014-cü ildə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin ÇXR-ə səfəri çərçivəsində hər iki ölkə arasında 30 il müddətində şərq marşrutu ilə Çinə 38 mlrd. m3 qaz nəql edilməsinə dair müqavilə imzalanmışdır. Bu layihəni həyata keçirmək məqsədilə «Sibrin gücü» («Сила Сибири») qaz xəttinin çəkilişinə başlanılmışdır.
Rusiya ilə Çinin əməkdaşlığı dünyada sabitliyin və güc tarazlığının qorunub saxlanmasına xidmət edirdi. Təbii olaraq, bu əməkdaşlıq ABŞ və bir çox Qərbi Avropa dövlətinin əlavə narahatlığına səbəb olmuşdur. ABŞ
Rusiyanın dünya bazarında dostu hesab etmədiyi ölkələrə, o cümlədən Çinə, Venesuella, İran və Suriyaya silah satmasına etiraz edirdi. 2006-cı ildə Rusiyanın xarici ölkələrə silah satışı 20% artaraq 6,5 mlrd. dollar təşkil etmişdir. Rusiya iddia edirdi ki, silah satışı ticarət xarakteri daşıyır, satılan silahlar isə müdafiə əhəmiyyəti kəsb edir.
Uzaq Şərqdə Rusiya-Yaponiya münasibətləri kifayət qədər sabit inkişaf edir. SSRİ dağıldıqdan sonra Yaponiya dörd adanın «hamısı birdən» formulu əsasında ona qaytarılmasını tələb etdi. 1992-ci ildə ictimaiyyətin etirazları, Saxalin vilayəti hakimiyyət orqanlarının mənfi münasibəti Rusiya rəhbərliyinin yapon tərəfinin tələbinin qəbuledilməz olduğunu bildirməsinə gətirib çıxardı. Yaponiya öz tələblərini yumşaltdıqdan sonra 1993-cü ilin noyabrında Rusiya Federasiyasının Prezidenti B.N.Yeltsin Yaponiyaya rəsmi səfər etdi. Səfər zamanı Prezident yapon xalqından 1950-ci illərdə sovet hərbi düşərgələrində olan hərbi əsirlərə göstərilən amansız münasibətə görə üzr istədi. Eyni zamanda qəbul edilmiş Tokio bəyannaməsinə əsasən, tərəflər sülh müqaviləsi imzalamaq üçün yollar axtarmağı və mübahisəli adalar problemini bu çərçivədə müzakirə etməyi öhdəsinə götürmüşdü. 1997-ci ildə B.N.Yeltsin və Yaponiyanın Baş naziri R.Xasimoto Krasnoyarskda görüşərək, mübahisəli adalar məsələsini 2000-ci ilə kimi həll etməyə dair razılığa gəlsələr də, bu məsələ hələ də həllini tapmamışdır.
1990-cı illərdə Rusiya ilə Cənubi Koreya arasında əlaqələr stabil olmuşdur. 1992-ci ildə tərəflər arasında dostlüq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu, Şərqi Asiyada ABŞ-ın müttəfiqi olan ölkələrlə imzalanmış ilk belə sənəd idi. İki ölkə arasında ticarət-iqtisadi əlaqələr xüsusilə intensiv inkişaf etmişdir. Bununla yanaşı, Moskvanın Seulla diplomatik münasibətlər yaratmsı KXDR ilə münasibətlərin gərginləşməsinə səbəb olmuşdur.
90-cı illərin əvvəllərində Monqolustanda bazar iqtisadiyyatı və demokratiyaya əsaslanan cəmiyyət quruculuğuna başlandı. 1993-cü ildə Monqolustan Rusiya Federasiyası ilə, 1994-cü ildə Çinlə dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladı.
Rusiyanın Cənub-Şərqi Asiya ölkələri, Çin və Hindistanla iqtisadi və hərbi-texniki əməkdaşlığı ildən-ilə inkişaf edir. 2015-ci il sentyabrın 30-dan Rusiya ilk dəfə olaraq keçmiş SSRİ sərhədlərindən kənarda olan Suriyada genişmiqyaslı hərbi əməliyyatlarda iştirak edir. İtkilərin qarşısını almaq və əfqan səhvlərini təkrar etməmək məqsədilə hava-kosmik qüvvələrin yerdə B.Əsəd tərəfində vuruşan döyüşçülərə dəstək verilməsilə hərbi əməliyyatlar başlamışdır. Bu məqsədlə Xmeymimdə daimi aviasiya bazası təchiz edilmişdir. 30 təyyarə ilə hərbi uçuşlara başlayan Rusiya tərəfi 2016-cı ildə təyyarələrin sayını 70-ə çıxarmışdır. İldə on mindən çox uçuş təşkil edən rus hərbçiləri 30 mindən çox düşmən obyektini, 5 min terrorçunu məhv etmişdir. 2015-ci ilin yayında yalnız 14% ölkə ərazisinə nəzarət edən hökumət qüvvələri artıq ərazinin təxminən 44%-ə nəzarət edirdi. 2016-cı ilin qışından etibarən Rusiyanın hava kosmik qüvvələrinin hökumət hissələrini müdafiə etməsi nəticəsində böhranın həll olunmasının siyasi istiqaməti önə çıxmışdır. Məsələnin siyasi dialoq yolu ilə həll edilməsi iştirakçısı olan Rusiya və ABŞ-ın mövqeyi bir-birinə ziddir. Rusiya belə hesab edir ki, hazırkı mərhələdə Suriyada qarşıda duran əsas vəzifə terrorizmlə mübarizə, ölkənin ərazi bütövlüyünün bərpası, ərazinin qarışıqlıq mərkəzinə çevrilməsinə yol verilməməsi daxili qarşıdurmanı silah gücünə deyil, dialoq yolu ilə həll edilməsidir. ABŞ isə legitimliyini itirdiyi üçün B.Əsədin hakimiyyəti tərk etməsini tələb edir. Əsəd və rəqibləri arasında dialoqun başlanması Rusiya və ABŞ-ın kompromissə gəlməsinə şərait yaratsa da, Suriya məsələsini hərbi və siyasi cəhətdən tamamilə həll etmək mümkün olmamışdır.
Ümumiyyətlə, son onilliklərin təcrübəsi göstərir ki, Rusiyanın dünyada fəal və müstəqil mövqeyə malik olması beynəlxalq aləmdə sabit şəraitin təminatçısı olmaqla bərabər, bütün dövlət və xalqları əhatə edən problemlərin həll edilməsində əsas rol oynayır. Rusiya Federasiyasının müasir xarici siyasət konsepsiyası Prezident V.V.Putin tərəfindən 2013-cü il fevralın 12-də təsdiq edilmişdir. Milli təhlükəsizliyin əsas məqsədi kimi şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiə edilməsi müəyyənləşdirilmişdir. Bu vəzifəyə müvafiq olaraq Rusiya dünyada sabit və möhkəm beynəlxalq münasibətlər sisteminin bərqərar olmasına səy göstərir ki, bu sistemdə də hüququn aliliyi, qarşılıqlı hörmət və bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplər önə çıxır. Rusiyanın siyasi rəhbərliyinin fikrinə əsasən, XXI əsrdə beynəlxalq münasibətlərin tənzimlənməsində alternativi olmayan BMT əsas mərkəz rolunu oynamalıdır.


NƏTİCƏ
Rusiyanın xarici siyasət istiqamətində hakim mövqeyindən biri də MDB dövlətlər birliyinə daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafından ibarətdir. Avrasiya İqtisadi Təşkilatı və Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatı Mərkəzi Asiya və Cənubi Qafqazda iqtisadi və siyasi sabitliyin pozulmasına qarşı MDB-yə daxil olan digər dövlətlər üçün model rolunu oynayır. Rusiyanı coğrafi, iqtisadi, tarixi, ümumbəşəri köklərlə bağlayan Avro-At-lantik dövlətləri ilə münasibətlərin inkişafı Rusiya Federasiyasının xarici siyasətində başlıca yer tutur. Dünyadaki transmilli təhlükələrə qarşı dövlətlərin kollektiv sədd çəkməsi tələbi Rusiya, Avropa İttifaqı və ABŞ-ın qarşılıqlı tərəfdaşlığını tələb edir.


Yüklə 35,92 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə