AR-sı Məhkəmələri, Məhkəmələrə müraciət, müddətlər və dövlət rüsumları
1.Azə
rbaycan Respublikasının Mə
hkə
mə
sistemi hansı Mə
hkə
mə
lə
rdə
n ibarə
tdir?
Azərbaycan Respublikasının məhkəmə sistemi Azərbaycan Respublikası Ali məhkəməsi,
Apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir.
AR-da Ədalət mühakiməsini AR-ın Məhkəmələri Qanunun Aliliyi prinsipinə uyğun həyata
keçirir. Azərbaycanda üçpilləli Məhkəmə sistemi fəaliyyət göstərir:
1)
Birinci nstansiya Məhkəmələri
2)
Apellyasiya nstansiyası Məhkəmələri
3)
Kassasiya nstansiyası Məhkəməsi.
2. Birinci nstansiya Mə
hkə
mə
lə
ri hansılardır?
Birinci nstansiya məhkəmələri lkin məhkəmə orqanlarıdır. Birinci nstansiya məhkəmələrinə
Rayon ( Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə
dair işlər üzrə məhkəmələr daxildirlər.
3. Rayon (Şəhər) məhkəmələrinin fəaliyyətləri nədən ibarətdir?
Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş
Mülki və cinayət işlərinə, o cümlədən inzibati xətalara dair işlərə baxır.
Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii
ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər
mübahislərdən irəli gələn işlərə baxırlar.
Belə ki, ilkin olaraq yuxarıda göstərilən sahələrə aid hüquqlarının pozulması onların müdafiəsi
və bərpası üçün şəxs, Rayon (Şəhər) Məhkəmələrinə müraciət etməlidir.
4. Məhkəməyə müraciət qaydası necədir, ddia Ərizəsində nələr göstərilməlidir?
Məhkəməyə müraciət etmək istəyən şəxs “ ddia Ərizəsi” yazmalı və şin hallarını əsaslandırdığı
sübutları (sənədləri) həmin ddia Ərizəsinə əlavə etməlidir. Məhkəməyə ya sənədlərin əsli, ya da
Notariat qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. ddia Ərizəsi formaca Təsviri,
Ə
saslandırıcı və Nəticə ( Xahiş) hissəsindən ibarət olmalıdır. Təsviri hissədə şəxs yaranmış
hüquqi mübahisə barədə qısa, aydın formada yazılmış məlumatlar göstərilməlidir. Əsasladırıcı
hissədə özünün əsas olaraq istinad etdiyi hüquqi normativ aktları, şəxsin əlində olan digər
sübutları göstərməyi tövsiyyə olunur. Nəticə və ya Xahiş hissəsində isə Şəxsin Məhkəmə
tərəfindən hansı hüququnun müdafiəsi, bərpası və ya tanınması ilə bağlı olan Xahiş
yerləşdirilməlidir.
Qeyd: ddia Ərzisində aşağıdakı məlumatlar mütləq yerləşdirilməlidir:
1) Ərizənin verildiyi Məhkəmənin adı
2) şdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları
3) ddiaçının və ya ərizəçinin tələbi, tələbin əsaslandığı hallar
4) Ərizəyə əlavə edilən sənədlərin siyahısı
5.Məhkəməyə müraciət etmək üçün nə qədər dövlət rüsumu ödənilməlidir?
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Məhkəməyə müraciət etmək üçün ödənilməli
olan Dövlət rüsumları ddia Predmetinin dəyərindən asılı olaraq dəyişir. Belə ki, ddia
Predmetinin dəyəri 110 manatdan artıq olduqda müvafiq məhkəmənin hesabına 20 manat
məbləğində, ddia predmetinin dəyəri 110 manatdan aşağı olduqda və digər bütün hallarda isə 3
manat məbləğindədir. Alimentin tutulmasına (artırılmasına), əmək fəaliyyəti ilə bağlı məsələlərə,
müəlliflik mübahisələri üzrə olan məsələlərdə, istehlakçı hüquqlarının pozulması ilə bağlı olan
məsələlərə və digər məsələlərə dair olan məhkəmə mübahisələri üçün dövlət rüsumu ödənilmir.
6. Mə
hkə
mə
də
işə
baxılma müddə
tlə
ri, ş
ikayə
t müddə
tlə
ri nə
qə
də
rdir?
ddia ərizisi, məhkəməyə onun daxil olmasından keçən 2 həftə ərzində qaytarmayıbsa və ya onu
qəbul etməkdən imtina etməyibsə qəbul edilmiş sayılır. Ümumi ddia icraatında məhkəməyə
Ə
rizə təqdim edildikdən sonra 3 ay müddətində həmin işə məhkəmə tərəfindən baxılmalı,
aiddiyyatı üzrə Qətnamə və ya Qərardad çıxarılmalıdır. Qətnamə açıq məhkəmə iclasında
tərəflərə oxunur və Qətnamədən Çıxarış təqdim olunur. 3 gün ərzində isə Qətnamə tam formada
tərəflərə verilir. Qətnaməni almış tərəflər aldığı gündən sonrakı 1 ay müddətində Apellyasiya
Məhkəməsinə müraciət etmək hüquqları vardır. Əgər tərəflərdən heç biri 1 ay müddətində
Apelyyasiya Şikayəti verməmişlərsə onda Qətnamə Qanunu Qüvvəyə minir və craata yönəlir.
7. Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır və necə
müraciə
t edilir?
Birinci nstansiya məhkəməsinin Qətnaməsini tərəf rəsmi şəkildə aldıqdan sonra 1 ay
müddətində, Qərardandan isə 10 gün müddətində Apellyasiya Şikayəti yazmaqla Apellyasiya
məhkəməsinə müraciət etməlidir. Apellyasiya məhkəməsinin daxil olmuş Şikayət əsasında
Məhkəmə işinə baxma müddəti 3 aydır. Apellyasiya Məhkəməsi birinci instansiya
məhkəməsinin Qətnaməsini Ləğv edə, Qismən Ləğv edə və ya Qüvvədə saxlaya bilər.
Apellyasiya Qətnaməsi qəbul olunduqdan sonra, tərəflər Apellyasiya Qətnaməsini aldıqdan
sonra 2 ay müddətində Kassasiya Şikayəti verməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə
müraciət etmək hüquqları vardır. Əgər bu müddət ərzində Kassasiya Şikayəti verilməmişdirsə, o
zaman Apellyasiya məhkəməsinin çıxardığı Qətnamə Qanunu Qüvvəyə minir və craya
yönəldilir.
8. Kassasiya nstansiyasına necə müraciət edilir, hansı müddətdə işə baxılır?
Apellyasiya Məhkəməsinin Qətnaməsindən qanunla göstərilmiş müddət ərzində ( 2 ay )
Kassasiya şikayəti verildikdə Ali Məhkəmə işə 2 ay ərzində baxır və Yekun Qərar çıxarılır və bu
qərar qəbul edildiyi gündən 1 ay müddətinə məktub vasitəsilə tərəflərə göndərilir. Ali Məhkəmə
Apellyasiya məhkəməsinin qətnaməsini Ləğv edə, Qismən Ləğv edə və ya Qüvvədə saxlaya
bilər. Əgər Apellyasiya məhkəməsinin Qətnaməsi Ali Məhkəmə tərəfindən Ləğv edilərsə o
zaman işə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilir. Ali Məhkəmənin Yekun
Qərarından Ali Məhkəmənin Plenumuna Şikayət, təqdimat və protest 2 ay müddətində verilə
bilər.
Qeyd: Əgər şəxs ölkə daxili məhkəmələrdə işinə düzgün, ədalətli və Qanunun Aliliyi prinsipinə
uyğun baxılmadığını, o cümlədən əgər şəxsin nsan Hüquqları Konvensiyasında göstərilmiş
hüquqlarından birinin pozulduğunu hesab edərsə, o zaman Azərbaycan Respublikası Ali
Məhkəməsinin Yekun Qərarını Rəsmi şəkildə əldə etdikdən 6 ay müddətində Avropa nsan
Hüquqları Məhkəməsinə Müraciət edə bilər.