AZƏRBAYCAN
Əsas təsbitlər: Azərbaycanda mövcud olan ictimai dini tolerantlığa baxmayaraq, hökumətin son bir
neçə il ərzindəki fəaliyyəti nəticəsində, xüsusilə 2009-cu ildə qəbul edilmiş din haqqında
məhdudlaşdırıcı qanunun pozulmasına görə cərimələrin 2010-2011-ci illərdə artırılmasından sonra,
dini etiqad azadlığı ilə bağlı vəziyyət pisləşmişdir. Dini təşkilatların qeydiyyat üçün göndərdikləri
müraciətləri ya gecikdirilmiş və ya rədd edilmiş, dini qruplar bağlanmış, keçən ildə dinc din fəalları
saxlanılmış, cərimələnmiş və həbs edilmişdir. Bu narahatçılıq səbəbilə ABŞ Beynəlxalq Dini Etiqad
Azadlıqları Komitəsi 2014-cü ildə Azərbaycanı sıralamada yenidən 2-ci yerə endirmişdir.
Azərbaycana 2-ci yer ilk dəfə 2013-cü ildə verilmişdir.
Arayış
Azərbaycanda dini etiqad haqqında 2009-cu ildə qəbul edilmiş qanun dini etiqad azadlıqlarını
məhdudlaşdırmaq və cərimələri, polis reydlərini, saxlanmaları və həbsləri əsaslandırmaq üçün istifadə
olunur. Qanunun müddəalarına aşağıdakılar daxildir: mürəkkəb və müdaxiləçi icbari dövlət
qeydiyyatı; qeydiyyatdan imtina edilməsi üçün apelyasiya şikayətinin verilməsi imkanının olmaması;
dini fəaliyyətin icmanın qeydiyyata alındığı ünvanla məhdudulaşdırılması; dini materialların
məzmunu, hazırlanması, idxalı, ixracı və yayılması üzərində geniş dövlət nəzarəti; moizə etmək, dini
öyrətmək və mərasimləri aparmaq üçün dövlət lisenziyalı dini təhsil. 2012-ci ilin oktyabr ayında
Avropa Şurasının (AŞ) Venesiya Komissiyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
(ATƏT) Azərbaycanın dini etiqad haqqında qanununun ölkənin beynəlxalq insan haqları ilə bağlı
götürdüyü öhdəliklərə cavab vermədiyi barədə hüquqi rəy vermişdir. 2014-cü ilin may ayından
etibarən Azərbaycan altı ay ərzində AŞ Nazirlər Şurasının sədri olacaq.
Dini etiqad haqqında qanunu pozan şəxslərə və ya qruplara inzibati cərimələr tətbiq olunurlar.
Mümkün pozuntulara aşağıdakılar daxildir: qeydiyyatdan keçməmək; dövlətdən icazə almadan dini
görüşlər və mərasimlər keçirmək; qrupun qeydiyyatdan keçdiyi ünvandan kənarda dini fəaliyyət
göstərməsi; dövlət tərəfindən təsdiq edilmiş nizamnaməyə uyğun olmayan fəaliyyət. 2010-cu ildə
cərimələr 2009-cu il ilə nisbətən 16 dəfə artırılmışdır. Dini təhsil haqqında müddəaların pozulması
cinayət məsuliyyətinə cəlb olunmasına gətirib çıxarır. Uşaqları dini fəaliyyətlə məşğul olmağa və ya
dini təhsil almağa məcbur edənlər cərimə olunur və ya iki ilədək həbs cəzasına məhkum edilirlər.
Azərbaycan parlamenti dini ekstremizmin və xarici missioner fəaliyyətinin yayılmasının qarşısını
almaq məqsədilə 2013-cü ildə dini etiqad, QHT-lər haqqında və digər qanunlara yeni məhdudlaşdırıcı
düzəlişləri qəbul etmişdir.
Dini etiqad azadlıqları ilə bağlı 2013-2014-cü illərdə vəziyyət
Qeydiyyat vasitəsilə hökumət nəzarəti: Qeydiyyat prosesi mütləqdir və qeydiyyatı rədd edilmiş və
ya qeydiyyatdan imtina edən qruplar “qeyri-qanuni” hesab edilirlər. Qeydiyyatdan keçmiş hər hansı
dini təşkilatın fəaliyyət göstərməsinə yalnız onun hüquqi ünvanında icazə verilir. Beynəlxalq Dini
Azadlıq Assosiasiyası və Devamm kimi müəyyən dini etiqad azadlığı QHT-lərinin qeydiyyat ərizəsi
rədd edilmişdir. 2012-ci ilin fevral ayında Azərbaycanın Ali Məhkəməsi Bakıdakı Praise Pentekostal
kilsəsinin qeydiyyata alınmasına hökm vermiş, lakin elə həmin ayda Yehova Şahidləri qeydiyyatla
bağlı Ali Məhkəmədə baxılan işi uduzmuşlar.
Dini fəaliyyətlə bağlı cəzalar: Qeydiyyatdan keçməmiş dini icmaların üzvləri reydlərlə, dini
mətnlərin müsadirə olunması və digər cərimələrlə üzləşirlər. Azərbaycan QHT-lərin Hüquqi Müdafiəsi
və Maarifləndirmə Cəmiyyəti Đctimai Birliyi öz ibadətlərini dinc yolla həyata keçirdiklərinə görə həbs
olunmuş 51 müsəlmanın siyahısını tərtib etmişdir (əlavəyə bax).
Onların əksəriyyəti məktəblərdə baş örtüklərinin qadağan olunmasına qarşı ictimai etiraz
aksiyalarında iştirak etdiyinə görə 2012-ci ildən bəri məhkum edilib. Məscidlərə dövlətin Qafqaz
Müsəlmanları Đdarəsindən imam təhkim etmək cəhdini ictimai surətdə tənqid edən Đslam teoloqu Taleh
Bağırov 2013-cü ilin noyabr ayında uydurma qanunsuz narkotika alverinə görə ittiham olunaraq, iki
illik həbs cəzasına məhkum edilmişdir. 2013-cü ilin avqust ayında Bağırovun sürücüsü Anar Məlikov
da narkotika alverində ittiham olunmaqla, 19 aylıq həbs cəzasına məhkum edilmişdir. Avropa
Şurasının Parlament Assambleyasının (AŞPA) məruzəçisi 2013-cü ilin yanvar ayında AŞPA-ya
təqdim etdiyi məruzəsində qeyd etmişdir ki, Azərbaycanda 23 nəfər dinlə bağlı siyasi ittiham edilərək,
həbs edilmişdir; Azərbaycanda siyasi məhkumlarla bağlı qətnamə AŞPA-dan keçə bilmədi.
Müsəlmanlar üzərində əlavə məhdudiyyətlər: Azərbaycandakı müsəlmanlar (əksəriyyəti şiələrdir)
əlavə məhdudiyyətlərə məruz qalırlar. Bütün müsəlman dini rəhbərləri dövlətin dəstəklədiyi Qafqaz
Müsəlmanları Đdarəsi tərəfindən təyin edilir və Azərbaycanda təhsil almış vətəndaşlardan olmalıdır;
bütün məscidlər Qafqaz Müsəlmanları Đdarəsinə tabe olmalıdırlar və yalnız Azərbaycan vətəndaşları
Đslami dini icmalar yarada bilərlər. 2013-cü ildə Müsəlmanlar Đdarəsinə bağlı olmayan heç bir
müsəlman icması hüquqi statusa malik olmamışdır. Polis hökumətin məscidlərdən kənarda ibadət
etməyi qadağan edən 2008-ci il qərarını tətbiq etməyə davam edir. Təhsil Nazirliyi 2010-cu ildə
məktəbli formasını tətbiq etmişdir, bu da öz növbəsində Đslami baş örtüyünü qadağan edir. Həmin
qadağanın universitetlərə tətbiq edilməyə başlanılması 2013-cü ildə çoxlu şikayətlərə və etirazlara
gətirib çıxarmış və bu səbəbdən insanlar həbs edilmişdir. 2013-cü ilin dekabr ayında yerli rəsmilər
Peştatükdə tikilməkdə olan bir kənd məscidini dövlətdən icazəsi olmadığı üçün dağıtmışdılar. 2013-cü
ilin sonunda qəbristanda qeyri-rəsmi olaraq ibadət etdiklərinə və bunun üçün rəsmi icazələri
olmadığına görə iki müsəlman bir illik əmək haqqı mislində cərimə olunmuşdur.
Dini azlıqlar üzərində məhdudiyyətlər: Demək olar ki, bütün Protestant məzhəblərinin (Baptistlər,
Yeddinci gün Adventistləri və Pentekostallar da daxil olmaqla), o cümlədən Yehova Şahidlərinin də
hüquqi statusu yoxdur. 2013-cü ilin may ayında məhkəmə qeydiyyatdan keçməmiş dini fəaliyyətlə
məşğul olan iki baptistə qarşı cərimə müəyyən etmişdir. Đki Gürcü ortodoks icması qeydiyyatdan
keçmişdir, lakin Qax rayon icra hakimiyyəti üç Gürcü ortodoks kilsəsində sitayişi 30 dəqiqə ilə
məhdudlaşdırmış və kilsələrin əksəriyyəti dini ayinlərdən məhrum edilmişdir. Bakının tarixi Erməni
apostol qriqoryan Đllüminator Kilsəsi abadlaşdırılmışdır və hazırda Azərbaycanın Prezident Aparatının
Đşlər Đdarəsinin arxiv şöbəsi kimi fəaliyyət göstərir.
Dini etiqadına görə hərbi xidmətdən imtina olunması ilə bağlı durum: Azərbaycan 2011-ci ildə
AŞ-na qoşularkən alternativ xidmətə imkan verəcəyini vəd etmişdi, lakin hələ də dini etiqadına görə
orduda xidmətdən imtina olunması haqqında qanun qüvvəyə minməmişdir. Konstitusiya alternativ
xidmətə icazə verdiyinə baxmayaraq, digər qanunlar hərbi xidmətdən imtina edənlərə 2 illik həbs
cəzası müəyyən edir. 2013-cü ilin iyun ayında ölkənin dini etiqadına görə hərbi xidmətdən imtina
etmiş və hər ikisi Yehova Şahidləri olan iki məlum şəxsi məhkum amnistiyasının bir hissəsi olaraq
azad edilmişdilər.
Dini ədəbiyyata dövlət senzurası: Dini ədəbiyyatı hazırlamaq, idxal-ixrac etmək və ya yaymaq
üçün dövlətdən icazə almaq tələb olunur. Dini ədəbiyyatı rəsmi olaraq təsdiq edilmiş yerlərdən
kənarda satmaq olmaz, əcnəbilər isə moizə apara bilməzlər. Qanunu ilk dəfə pozanlar üçün iki ilədək
həbs cəzası nəzərdə tutulur, “konspirativ” yaxud mütəşəkkil qruplar və ya qanunu təkrar pozanlar isə
iki ildən beş ilədək həbs cəzası ilə üzləşirlər. Əcnəbilər və vətəndaşlığı olmayanlar tərəfindən
yaradılmış qeyri-məlum “dini təşviqat” üzərindəki hüquqi qadağalar bəzi müsəlmanların,
protestantların və Yehova şahidlərinin, o cümlədən keçmiş Sovet Đttifaqı vətəndaşlarının və uzun
müddətli rezidentlərin də deportasiya olunmasına gətirib çıxarmışdır. 2013-cü il may ayında Dini
Qurumlarla Đş üzrə Dövlət Komitəsi qadağan edilmiş ədəbiyyatın siyahısını açıqlayacağını elan etsə
də, hələ də siyahı açıqlanmamışdır. Hökumət evlərə reydlər etmiş və Quran kitabları, Türk müsəlman
teoloqu Səid Nursinin əsərləri və baptist ədəbiyyatı da daxil olmaqla dini ədəbiyyatı müsadirə
etmişdir. O, ölkə sərhədində olan dini mətnləri də müsadirə etmişdir. Hesabata əsasən, Gürcü ortodoks
kilsəsi, katolik kilsəsi və bəzi müsəlman qrupları ədəbiyyatı daha asanlıqla əldə edə və ya dərc etdirə
bilirlər.
Sitayiş yerlərinin bağlanması və müsadirə olunması: 2009-cu ildən bəri Azərbaycanda bir çox
ibadət yerləri, həmçinin Gəncədə “Alban” məscidi, Bakıda Şəhidlər məscidi və Naxçıvanda Cümə
məscidi kimi məscidlər, bağlanmış və ya dağıdılmışdır. Bakıdakı baptistlər öz tarixi ibadət yerlərinin
qaytarılmasını gözləyirlər. 2012-ci ilin sonunda Bakı bəhailəri şəhərin yenidən qurulması ilə bağlı
axırıncı tarixi binalarını itirmişlər. Gürcü ortodoks kilsəsi Qax rayonunda dörd kilsəni təkrar açmağa
və bir monastır qurmağa çalışır.
Naxçıvan forpostunda vəziyyət: Naxçıvan sakinləri dini etiqad azadlığı ilə bağlı Azərbaycanın
digər rayonları ilə müqayisədə daha kəskin məhdudiyyətlərlə üzləşirlər; yerli sünni müsəlmanların
ibadət etməyə yerləri yoxdur. Bahailər, adventistlər və hari krişnaların fəaliyyəti qadağan edilmişdir.
ABŞ siyasəti üçün tövsiyələr
Son onillikdə ABŞ-ın Azərbaycanla bağlı siyasətində Əfqanıstan müharibəsi məsələsinə daha çox
diqqət yetirilmiş, insan haqları və dini azadlıqla bağlı məsələlərə o qədər də əhəmiyyət verilməmişdir.
ABŞ BDEAK inanır ki, bu siyasət uzaqgörən olmamışdır. Təkamül edən geosiyasi vəziyyət Birləşmiş
Ştatlar üçün yeni təhlükəsizlik öhdəliklərini yarada və ya yaratmaya bilər, lakin ABŞ BDEAK tövsiyə
edir ki, ABŞ hökuməti aşağıdakı üsullarla Azərbaycanda dini azadlığı və əlaqədar insan hüquqlarını
prioritetləşdirməlidir:
•
Dini qrupların qeydiyyatdan keçmədən sərbəst fəaliyyət göstərməsinə imkan verməsi
və dini qurumların qeydiyyatını asanlaşdırmaq və könüllü etmək üçün dini etiqad haqqında qanuna
düzəliş etməsi üçün Azərbaycan hökumətinə təzyiq göstərmək;
•
Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı məlumatı BMT, Avropa Şurası (AŞ) və
ATƏT kimi təşkilatlar tərəfindən beynəlxalq arenada ictimailəşməklə, Azərbaycanda dini etiqad
azadlığı üzərində ictimai nəzarəti gücləndirmək və Azərbaycan vətəndaşlarının beynəlxalq
normalar pozulmaqla ittiham olunması hallarını bu beynəlxalq arenada şərhlərlə işıqlandırmaq;
•
Azərbaycan hökumətini BMT-nin Dini Etiqad və ya Əqidə Azadlıqları üzrə,
Ədliyyənin Müstəqilliyi və Đşgəncələr üzrə Xüsusi Məruzəçilərinin səfərlərinə razılıq verməyə
məcbur etmək, xüsusi səfər günlərini müəyyən etmək və belə səfərlər üçün tam və zəruri şəraiti
təmin etmək;
•
ABŞ-ın Azərbaycandakı səfirliyinin Azərbaycan insan haqları fəalları ilə aktiv təmasda
olmasını, hər bir məhbusun öz ailəsi ilə daha çox görüşə bilməsi, insan haqları üzrə nəzarətçilərin
xidmətindən, adekvat tibbi yardımdan və hüquqşünas xidmətindən daha çox istifadə edə bilməsinə
imkan vermək məqsədilə Azərbaycan hökumətinə təzyiq edilməsini təmin etmək;
•
ABŞ hökumətinin Azərbaycanla bağlı proqramlarında dini etiqad azadlığını qrantlar
kateqoriyası və fəaliyyət sahəsi kimi müəyyən etmək; Dövlət Departamentinin, dini etiqad azadlığı
və insan haqları daxil olmaqla, “VIII Bənd” başlıqlı tədqiqat proqramının və dil proqramlarının
maliyyələşdirilməsini bərpa etmək; dövlət tərəfindən maliyyələşdirilən Demokratiyaya Dəstək
Milli Fondunu tolerantlıq və dini etiqad yaxud əqidə azadlığı ilə bağlı vətəndaş cəmiyyəti
proqramları üçün qrantlar verməyə təşviq etmək; və
•
ABŞ xarici siyasətinin bir elementi kimi, Beynəlxalq Yayımlar üzrə Nəzarət Şurasını
Azərbaycanda insan haqları, həmçinin dini etiqad yaxud dini əqidə azadlığı ilə bağlı məlumatın,
radio, internet və digər vasitələrlə, xüsusilə Azərbaycan dilində, yayımının artırılması üçün təşviq
etmək.
Dostları ilə paylaş: |