Microsoft Word eiti qubad. Ibadoglu aze doc



Yüklə 48,04 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü48,04 Kb.
#25979


Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsü: retrospektiv baxış 

 

Gubad  İbadoglu,  İctimai Birliklərin “Mədən sənasyesində  şəffaflığın artırılması” 



Koalisiyasının əlaqələndiricisi 

 

Azərbaycanın mədən sənayesi şəffaflıq təşəbbüsü   neft-qaz hasılatı sənayesi  üzərində qurulsa 



da sonradan qızıl-gümüş  hasilat sənayesi də bu təşəbbüsə qoşulub.  Bu sahədə Azərbaycan 

hökümətinin həyata keçirdiyi başlıca fəaliyyətlər  2002-ci ilin sentyabr ayında Yohannesburg 

şəhərində keçirilmiş Davamlı  İnkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın keçmiş baş 

naziri Toni Beleyerin elan etdiyi Mədən Sənayesində  Şəffaflıq Təşəbbüsünə    (MHŞT – 

Extractive Industry Transparency Initiative – EITI) söykənir. Təşəbbüsün məqsədi təbii 

ehtiyatlarla (neft, qaz və digər mineral resurslarla) zəngin ölkələrdə hökumətin mədən 

sənayesindən əldə etdiyi gəlirlər üzərində şəffaflığın və hesabatlılığın artırılmasıdır. Bu məqsədə 

nail olmaq üçün Təşəbbüsə qoşulan hər bir ölkədə hökumətin, həmin ölkənin mədən 

sənayesindəki hasilat  şirkətlərinin (özəl və ya dövlət mülkiyətində olmasından asılı olmayaraq), 

vətəndaş  cəmiyyətininin və beynəlxalq təşkilatların  əməkdaşlığı  və qarşılıqlı etimada əsasən 

birgə fəaliyyəti zəruridir. Təşəbbüsün reallaşdırılması və prosesin gedişinə nəzarət üçün hər bir 

ölkədə  mədən sənayesindən  əldə edilən gəlirlərin  şəffaflığının təmin edilməsində maraqlı olan 

bütün tərəflərin (yəni hökumət, yerli və xarici şirkətlər, vətəndaş  cəmiyyəti, parlament və s.) 

təmsilçiliyi ilə müvafiq daimi komitələr yaradılır. Beynəlxalq miqyasda prosesin idarə edilməsi 

və  Təşəbbüsə qoşulan ölkələrin fəaliyyətlərinin  əlaqələndirilməsi Beynəlxalq  İdarə Heyəti və 

onun Katibliyi tərəfindən həyata keçirilir.  

Azərbaycan hökümətinin nümayəndə heyəti 2003-cü ilin iyununda Londonda  MHŞT üzrə 

beynəlxalq konfransda iştirak edən zaman bu təşəbbüsə qoşulduğunu rəsmi olaraq bəyan 

etmişdir. Həmin ilin noyabr ayının 13-də  Nazirlər Kabinetinin 224 saylı  qərarı ilə MHŞT üzrə 

hökümət komissiyası yaradılmışdır. 2004-cü ilin may ayının 13-də  İctimia Birliklərin “Mədən 

sənayesində  şəffaflığın artırılması” QHT Koalisiyası (bundan sonra MSŞA Koalisiyasi) təsis 

olunmuşdur.  Elə  həmin MSŞA Koalisiyası ilə hökümət Azərbaycanda MHŞT-nin tətbiqi üzrə 

Qaqşılıqlı Anlaşma Memorandumu imzalayaraq əməkdaşlığa başlamışdır. Birgə    əməkdaşlıq 

nəticəsində  2009-cu ildə Azərbaycanda dünyada ilk dəfə olaraq qiymətləndirmədən keçmiş və 

tam hüquqlu üzv ölkəsi statusu qazanmışdır.  

 Səkiiz  il bundan əvvəl Mədən Sənayesındə  Şəffaflıq Təşəbbüsündə marağını  bəyan edən və 

bu təşəbbüsün tətbiqinə pilot ölkə kimi qoşulan Azərbaycan hazırda dünyanın 35 üzv ölkəsi 

arasında 11 tam hüquqlu üzv statusuna malik olan ölkələrdən biridir. Ötən 8 illik tarix bu 

təşəbbüs üçün əhəmiyyətli dövr hesab olunur. Azərbaycanının adı 2009-cu ilə qədər təşəbbüsün 

həyata keçirilməsində əldə etdiyi nailiyyətlərə görə lider ölkələr sırasında çəkilib. Lakin 2009-cu 

ildə dəyərləndirmə prosesindən müvəffəqiyyətlə keçən bu ölkə sonradan beynəlxalq və regional 

səviyyədə  fərqlənən və əhəmiyyət kəsb edən dəyişikliklərə imza atmadığından ölkəmizin MSŞT 

lider statusunu itirdi  və 2009-cu ilə  qədər  əldə etdiyi nailiyyətlərlə kifayətləndi. Odur ki, 

Azərbaycanda  MSŞT-nin tətbiqini 3 mərhələyə bölmək olar. 

1-ci mərhələni pilot mərhələsi adlandırmaq olaraq. Bu mərhələ  Azərbaycanın pilot ölkə olaraq 

bu təşəbbüsə cəlb olunması və dünyada ilk dəfə olaraq MSŞT hesabatlarını açıqlaması  ilə yadda 

qalan olmuşdur. Bu mərhələ dövrü olaraq 2003-2005-ci illləri  əhatə edir. Bu dövrü 

Azərbaycanda MSŞT-nin qurulması  və institutsionallaşması dövrü də adlandırmaq olaraq. 

Çünki, məhz bu dövrdə MSŞT-nin tətbiqi üzrə Hökümət Komissiyası yaradılmış, Azərbaycan 

Dövlət Neft Fondu MSŞT-nin çempionu olaraq seçimiş, İctimai Birliklərin Mədən Sənayesində 

Şəffaflığın Artırılması QHT Koalisiyasi təsis olunmuş və bu kontekstdə əməkdaşlığa başlamış, 

mədən sənayesi şirkətlərinin böyük əksərriyyəti bu təşəbbüs qoşulmuş, tərəflər arasında qarşılıqlı 

əməkdaşlıq memorandumu imzalanmışdır.  Bu dövrdə tərəflərin bir-birinə münasibətdə psixoloji 

çətinlikləri müşahidə olunsa da həmin baryerlər səmərəli və 3 tərəfli  əməkdaşlıq nəticəsində 

aradan qaldırılmış və məhz belə əməkdaşlığın nəticəsində Azərbaycan beynəlxalq səviyyədə də 

təqdir olunan bir sıra uğurlara imza atmışdır. 




2-ci mərhələ ölkəmizin MSŞT-yə üzvlüyünə namizəd statusuna malik olduğu dövrdən 

başlayaraq tam hüquqlu üzv ölkə olduğu dövrü əhatə edir. 2005-ci ildən 2009-cu ilə qədər olan 

olan müddəti əhatə edən bu mərhələni Azərbaycanda MSŞT-nin inkişafı dövrü də adlandırmaq 

olar. Çünki, bu dövr ərzində Azərbaycan açıqladığı MSŞT hesabatlarının sayına, irəli sürdüyü 

təşəbbüslərə görə xeyli irəli çıxa bilmiş və həqiqətən də beynəlxalq səviyyədə  nüfuz və mövqe 

qazanmışdır. Məhz Azərbaycan höküməti adından irəli sürülən MSŞT üzrə qətnamə BMT –nin 

sesiyasında müzakirərəyə çıxarılaraq, qəbul olunmuş və digər ölkələrə də MSŞT qoşulmaq ona 

dəstək vermək tövsiyyə olunmuşdur. Bu mərhələnin özəlliklərindən biri də Azərbaycanın MSŞT 

təcrübəsinin xüsusilə də region ölkələri üçün örnək olaraq qəbul olunması    və geniş yayılması 

olmuşdur. Odur ki, dünyanın müxtəlif coğrafiyaya  malik olan ölkələrindən Yəmən başlayaraq 

Kambocaya qədər olan region ölkələri, o sıradan  İraq, Ukrayna, Gürcüstan, Qazaxıstan, 

Monqolustan, Qırğızıstan, Əfqanıstan, Tacikistan, İndoneziya nümayəndə heyətləri Azərbaycana 

səfər etmiş  və ölkəmizin ugurlu təcrübəsi ilə yaxından tanış olmuş  və bununla bağlı  tərəflərlə 

görüşlər keçirmişdir. 

3-cü, sonuncu mərhələrə Azərbaycanın  dəyərləndirmədən keçərək MSŞT-də tam hüquqlu üzv 

ölkə olduğu dövrdən başlayır. Bu dövrdə Azərbaycanda MSŞT –nin tətbiqində    əhəmiyyətli 

dəyişikliklər baş verməsə  də  ölkəmiz yenə  də diqqət mərkəzində qalmışdır. Belə ki, 

dəyərləndimə zamanı Azərbaycan hökümətinə MHŞT-nin Beynəlxalq İdarə Heyətinin qərarı ilə 

4 istiqamətdə tövsiyələr verilmişdir. Bunlara Çoxtərəfli Qrupun yaradılması (1), ÇQ-un iş 

planının qəbulu (2),  hesabatların təkmilləşdirilməsi (3), hesabatlara dair ictimai 

məlumatlandırma imkanlarının artırılması (4) daxildir. İctimai Birliklərin “Mədən sənayesində 

şəffaflığın artırılması” Koalisiyasının qiymətlədnirməsi göstərir ki, yuxaıda sadalanan 4 

istiqamətdən birinci 2-də

1

  tövsiylərə  əməl olunsa da  sonuncu istiqamətlər üzrə  əhəmiyyətli 



dəyişikliklər baş verməmişdir.  

Azərbaycana tövsiyə edilən dəyişikliklərin  nəticəsində  MSŞT-nin idarə edilməsi formatı 

dəyişmiş  tərəflərin bərabər təmsiılçiliyi ilə Çoxtərəfli Qrup yaradılmış, onun  fəaliyyət planı 

qəbul edilmişdir. Bu porseslər 2010-cu ilədək davam etmiş və 2010-cu ildən sonra Azərbaycanda 

MSŞT-nin tətbiqində durğunluq dövrü başlamışdır. Belə ki, MSŞA Koalisiyasinin irəli sürdüyü 

təşəbbüslər (Memorandumun təkmilləşdirilməsi, MSŞT haqqında Qanunun qəbulu,  şirkətlərin 

fərdi hesabatlılığa keçidi, ödənişlər üzrə indikatorların genişləndirilməsi və s.) reallaşmamış, bu 

istiqamətd müzakirlər qarşı tərəflərin, xüsusilə də şirkətlərin konservativ mövqeyinə görə uzun 

sürmüş və nəticəsiz olmuşdur.  

MSŞA Koalisiyasinin hazırladığı Qanun layihəsi ÇQ iclasında hökümətin və şirkətlərin  təklifi 

ilə buna ehtiyacın olmaması arqumenti ilə müzakirəyə belə buraxılmamışdır. Memorandumun 

təkmilləşdirilməsi ilə  əlaqədar olaraq Koalisiyanın verdiyi təklifləri 1 ildən çox  müzakirə 

olunmasına baxmayaraq hələ  də  qəbul olunmamışdır.  Şirkətlər və ödnişlər üzrə  fərdi 

hesabatlılığa gəlincə, hazırda Azərbaycanda MHŞT –nin tətbiqində başlıca problem ödəniş 

növləri və  şirkətlər üzrə  fərdi hesabatlığa keçidlə bağlıdır. Ötən dövr ərzində 14 hesabat 

açıqlanmasına baxmayaraq, onlar şirkətlər üzrə ümumi xarakter daşımış və özündə ən ümumi və 

vacib ödənişləri əks etdirmişdir. Ümumiyyətlə, şirkətlərin hökumətə ödənişləri üzrə hesabatların 

şirkətlər və ödəmə növləri üzrə ümumiləşdirilmə və ya fərdiləşdirilmə dərəcəsindən asılı olaraq 

hesabat formatının 4 variantı mümkündür:  

a.

 

Həm şirkətlər, həm də ödənişlər üzrə ümimiləşdirilmiş hesabatlar (Ü-Ü);  



b.

 

Şirkətlər üzrə ümumiləşdirilmiş, ödəniş növləri üzrə fərdiləşdirilmiş hesabatlar (Ü-F);  



c.

 

Şirkətlər üzrə fərdiləşdirilmiş, ödəniş növləri üzrə ümumiləşdirilmiş hesabatlar (F-Ü); 



d.

 

Həm şirkətlər, həm də ödənişlər üzrə fərdiləşdirilmiş hesabatlar (F-F).  

Qiymətləndirmələr göstərir ki, Azərbaycanda hələ  də  a)  varianti    tətbiq olunur. Bu isə  

Azərbaycanda MHŞT üzrə hesabatların təkmilləşdirilməsi imkanlarının a) bəndindən d) 

bəndinə qədər geniş diapozonda olduğunu təsdir edir. 

                                                 

1

 Çoxtərəli Qrup 2010-cu ildən fəliyyətə başlamış və  2010-cu il fevralın 6-da keçirilən ilk 



iclasında həmin il üçün  fəaliyyət planı da təsdiq edilmişdir. 


 

Azərbaycan MHŞT üzrə indiyədək

2

 14 ümumiləşdirilmiş  hesabat açıqlayıb ki, onlardan 7-si illik 



dövrü  əhatə edən hesabatlar olub. Lakin,  təkmil  hesabatların açıqlanması MHŞT-yə tam 

hüquqlu üzv olan ölkələr üçün təşəbbüs tərəflərinin (hökümət və şirkətlərin) əsas fəaliyyət sahəsi 

hesab olunsa da  hələ  də bu proses ümumilədirilmiş xarakter daşıyır. Belə ki, MSŞA 

Koalisiyasinin 2009 apardığı tədqiqatlar göstərir ki,   2003-cü ildən 2010-cu ilədək olan 8 illik 

dövrü əhatə hesabatlar özündə daha çox  yığcam ödənişləri özündə əks etdirib. Tədqiqatda qeyd 

olunur ki, Qırğızıstanda açıqlanan hesabatlar özündə 33 indikator üzrə ödənişləri əks etdirsə də 

Azərbaycanda 13 indiaktor üzrə ödənişləri  əks edtirir ki,  onlardan da yalnız  5-də müvafiq 

məlumatlar yerləşdirilir, yerdə qalan 8 adda indikator üzrə ödəniş olmadığından həmin sətirlər 

boş buraxılır. Tədqiqat nəticəsində həmçinin aşkar olunmuşdur ki,  hazırda hökümətə ödənişlərin 

həyata keçdirildiyi bir sıra indikatorlar (sosial ayırmalar, gömrük ödənişləri, ƏDV, əmlak və s. 

Vergilər, qeydi vergi ödənişləri) üzrə indikatorlar hesabata hələ də daxil edilməyib.  

Koalisiya ekspertlərinin apardığı tədqiqatlar göstərir ki, regionun digər ölkələrdən Qırğızıstan və 

Qazaxıstanın təcrübəsinin təhlili göstərir ki, həmin ölkələrdə Azərbaycandan fəqli olaraq bir sıra 

ödənişlər MSŞT hesabatlarına daxil eidlmişdir. Belə ki, Qazaxistanda  sosial sığorta ayırmaları, 

fiziki  şəxslərin gəlir vergisi, yol vergisi, avtomobil vergisi, gömrük rüsumları, vergiləri və 

ödənişləri, elcəcə də su, meşə və digər resurslardan istifadəyə görə ödənişlər  MSŞT hesabatında 

öz əksini tapır.

3

 Qırğızıstana gəlincə bu ölkədə Vergi və Gömrük Məcəlləsində öz əksinin tapmış 



yalnız dövlət vergiləri deyil, həmçinin yerli vergilər də MSŞT hesabatlarına daxil edilmişdir.  

Qırğızıstanın hesabatı özündə  5 bölməni əks etdirir: vergi ödənişləri (1), gömrük ödənişləri (2), 

digər əhəmiyyətli ödənişlər (3),  iqtisadi göstəricilər (4) və şirkətlərin əlavə xərcləri (5). 

 Digər  əhəmiyyətli ödənişlər bölməsində sosial sığorta ayırmaları, təbii resurslardan istifadəyə 

görə haqlar, kənd təsərrüfatı  məhsullarının itkisinə görə kompensaiyalar, kənd təsərrüfatı 

istehsalından gözlənilən faydalara görə haqlar, dövlətin payına görə dividendlər, mülkiyyətin, 

aktivlərin satışından daxilolmalar,   dövlət orqanlarına lisensiya alınmasına  görə ödənişlər, təbii 

resurlardan istifadə zamanı lisensiya müddətinin uzadılmasına görə ödənişlər  əks etdirilir.  

İqtisadi göstəricilər bölməsinə cari qiymətlərlə məhsul istehsalının həcmi göstərilir. 

Şirkətlərin əlavə xərcləri bölməsinə isə təhsilə dəstək, sosial və sənaye infrastruktruuna dəstək, 

rekultivasiya fodnuna ayırmalar daxildir.

4

 



Bununla yanaşə Azərbaycanda  hələ də şirkətlər üzrə fərdi hesabatlığa keçid baş verməyib. Bu 

istiqamətdə vətəndaş cəmiyyətinin uzun sürən təşəbbüsləri hələ də nəticə vermir. Belə ki, ötən 

dövr  ərzində  fərdi hesabatlılığa keçidə razı olan şirkətlərin sayı (Middle east petroleum,  

Binagadi oil company,  BP, Shell,  Statoi-Hydro)  nisbi olaraq artsa da Azərbaycan neft 

sənayesinin aparıcı  şirkəti olan ARDNŞ-nin  əvvəlki mövqeyindəki dəyişikliklər yeni  suallar 

yaratmışdır. Bütün şirkətlər fərdi hesabatlarının açıqlanmasına razılıq verdiyi halda fərdi 

hesabatlığa keçidə razı olacağını bildirən ARDNŞ bununla da  bu təşəbbüsü dəstəkləməyə hazır 

olmadığını bildirmişdir.   

Bu istiqamətdə ÇQ-də aparılmış müzakirələr şirkətlərin bütövlükdə bu keçidə hazır olmadıqları 

nümayiş etdirmişdir. ABŞ senatının qəbul etdiyi ABŞ-ın qiymətli kağızlar bazarında və fond 

birjalarında qeydiyyatdan keçmiş  neft, qaz və mədən sənayesi şirkətlərinin fəaliyyət göstərdiyi 

ölkələrdən asılı olmayaraq  təbii resursların istismarından  əldə etdiyi gəlirlər barədə hökümətə 

ödənişlər etməsi ilə əlaqədar açıqlamalar vermə öhdəliyi yaradan  Dodd Frank Wall Street Actı  

bu istiqamətdə təşəbbüsünün reallaşmasında ümidləri artırsa da hələ ki, konkret nəticələr yoxdur. 

Bu məsələyə münasibətdə  şirkətlərin başlıca arqumentlərindən biri onun MSŞT məqsədlərinə 

daxil olmamasıdır. Bununla razılaşmayaraq,  qeyd edək ki, MSŞT-nin birinci meyarı olan “bütün 



mövcud gəlirlərin gеniş ictimаiyyət üçün аnlаşılаn,  ətrаflı  və  аydın  şəkildə müntəzəm dərc 

edilməsi”  prinsipi  bu təşəbbüsə qoşulan  ölkələrin  əksəriyyətində    fəaliyyət göstərən  şirkətlər 

tərəfindən  əməl edilmir. Beynəlxalq təcrübənin  təhlili göstərir ki, MSŞT-yə  qoşulan  34 

                                                 

2

 



Bu layihənin hazırlanması zamanına - 1 iyul 2011-ci ilə qədər olan müddətdə. 

3

 Extractive industries transparency İnitiative (EİTİ) report 2007-2008, Kazakhstan 2010 



4

 Слово Кыргызыстана, Общенациональная газета, № 124 (22433), 24 ноября 2009, 

www.sk.kg

  



ölkədən 7-də (Norveç,  Qana, Qvineya, Nigeiya, Liberiya, Qabon və Monqolustan) fəaliyyət 

göstərən şirkətlər tərəfindən öz hökümətlərinə və ictimaiyyətlərinə fərdi hesabatlar təqdim edilir. 

Eyni zamanda indiyə qədər aparılmış empirik tədqiqatlar da sübut edir ki, fərdi hesabat metodu 

ümumi hesabat metoduna müqayisədə  gəlirlərin hesabatında manipulyasiyanı meydana 

çıxarmaqda mühüm üstünlüyə malikdir.

5

 Bu mənada fərdi hesabat metodu bütün detalları əhatə 



etdiyindən mədən sənayesi gəlirlərinin hesabatında və qiymətləndirilməsində praktiki 

üstünlüklərə malikdir. Bunları  nəzərə alaraq, MSŞT -nin məqsədlərinə çatmaq üçün fərdi 

hesabatlığa üstünlük verilməlidir. Mədən sənayesində gəlirlərin şəffaflığı təmin etmək üçün ən 

effektli yanaşma gəlirləri və ödəncləri bütün detalları ilə  əhatə edən “fərdi hesabat” 

yanaşmasıdır, yəni, bu cür gəlirlər və ödənclər xüsusi şirkətlər və gəlirlərə bölünməsi metodudur.  

Bu cür məlumatların fərdi hesabat qaydasında təqdimatı yerli iştirakçılara ödənişləri  şirkətlər 

üzrə müqayisə etmək və hökumətlərinin bu sahədə cavabdehliyinin artırılmasına imkan yarada 

bilər.


6

   


Odur ki, MSŞA Koalisiyasi olaraq hesabatların təkmilləşdirilməsi üçün aşağıdakılar tövsiyə 

olunur: 


1.

 

Azərbaycanda MSŞT-nin tətbiqinə dair qarşılıqlı anlaşma memorandumu müasir 



tələblərə uyğun olaraq təkmilləşdirilməli və tərəflər onu yeni redaksiyada imzalamalıdır; 

2.

 



Şirkətlər üzrə ayrılıqda açıqlamlar edilməklə  fərdi hesabat sisteminə keçid təmin 

olunmalıdır;  

3.

 

Azərbaycanda MSŞT-nin tənzimlənməsi ayrıca qanunla və ya müvafiq qanunlara əlavələr 



edilməklər  imperativ hüquqi əsaslara malik olmalıdır, MSŞT-nin maliyyələşdirilməsi 

dövlət büdcəsindən həyata keçirilməlidir;  

4.

 

Azərbaycanın Vergi  və Gömrük  Məcəllələrində, Nazirlər   Kabinetinin aidyyatı 



qərarlarında əksini tapmış resublika səviyyəli bütün vergi  (ƏDV, əhalinin gəlir vergisi,  

torpaq,  əmlak, yol vergisi),  gömrük ödənişlərinin (gömrük rüsumu, idaxala ƏDV, 

gömrük haqqı), sosial sığorta ayırmalarının  C saylı hesabatın hökümətin xarici 

şirkətlərdən digər daxil olmaları   (3-cü bölmə)  və  hökümətin yerli şirkətlərdən daxil 

olmaları (4-cu bölmə)   bölmələrində, eləcə  də yerli və xarici şirkətlərin müvafiq 

hesabatlarının uyğun bölmələrində ayrıca sətirlərlə daxil edilməlidir; 

5.

 

Gömrük Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun  MSŞT üzrə Hökümət 



Komissiyasında təmsilçiliyi təmin olunmalıdır və həmin orqanlar  da MSŞT çərçivəsində 

mədən sənayesindən  daxil olmaları barədə hesabatlar  təqdim etməlidirlər; 

6.

 

Qızıl və gümüş hasilat sənayesinin spesifik xüsusiyyətlərini, eləcə  də bu sektorda 



hasilatla məşğul olan şirkətlə imzalanmış HPB kontraktinin şərtlərini nəzərə almaqla  

ayrıca hesabat forması hazırlanmalı  və 2012-ci  ildə  həmin formaya uyğun hesabatlar 

qəbul edilməlidir; 

7.

 



Azərbaycanın MSŞT hesabatlarının müqayisəli təhlilə uyğunlkaşdırılması üçün xarici 

şirkətlərin hesabatında hökümətə düşən payın hesabatda pul ekvivalentində  təqdim 

olunmalıdır; 

8.

 



Hesabatların təqdim olunması    sahəsində mövcud nöqsanların aradan qaldırılması  üçün   

hesabatları   təqdim edən şirkətlər və dövlət orqanları üçün yeni redaksiyada  təlimatlar 

işlənilməlidir. 

                                                 

5

 Eli Amsir, Eti Einhorn, Itay Kama, “The Role of Disaggregated Accounting Data in Detecting 



and Suppressing Earnings Management” (March 2008) ( http://ssrn.com/abstract=1126145) 

6

 Publish What You Pay and Revenue Watch Institute, Eye on EITI, Civil Society Perspectives 



and Recommendations on the Extractive Industries Transparency Initiative, October 2006  

Yüklə 48,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə