1
Bölmə EF3:
Bitki örtüyü yanğınları zamanı dəstə üzvləri arasında və
dəstənin rəhbəri ilə əlaqə yaradılmalıdır
Element 1.1:
Bitki örtüyü yanğınları zamanı effektiv rabitəni təmin etmək üçün
ə
l radioları və mobil telefonlar istifadə olunmalıdır
Element 1.2:
Bitki örtüyü yanğınları zamanı təşkilati struktur çərçivəsində iş
aparılmalıdır
Bu bölmə barədə:
Bu bölmədə fərdlər və onların çalışdığı agentliyin idarəetmə
strukturu tərəfindən kənd yerlərində bitki örtüyü yanğınlarının
idarə olunması, yanğınların söndürülməsi yaxud sözügedən
yanğın əməliyyatlarında istifadə olunan rabitə vasitələrindən
bəhs edilir.
Bu bölməni istənilən bitki örtüyünə tətbiq etmək mümkündür:
meşə, kolluq, ot örtüyü yaxud torf bataqlığı.
Bu bölmə bitki örtüyü yanğınların idarə olunması üzrə tam yaxud
yarım ştatlı əsasda çalışan, yanğın xidmətləri, kənd təsərrüfatı,
meşəçilik, ovçuluq, təbiətin mühafizəsi, təbii öt örtüyü və təbii
ehtiyatların bərpası işlərinə cəlb olunan şəxslər üçün nəzərdə
tutulur.
Buna nail olmaq üçün aşağıda qeyd olunanlarla bağlı
müvafiq bacarığa malik olduğunuzu nümayiş etdirməlisiniz:
• Effektiv rabitə yaratmaq
• Göstərişləri anlamaq və əməl etmək
• Təşkilati yanğın qaydalarına əməl etmək, və
• Yanğın zonasında təhlükəsiz işləmək
• Yanğın zonasında çalışan digər şəxslərə kömək etmək
• Təşkilati və idarəetmə strukturu çərçivəsində yanğın
hadisəsinə müvafiq şəkildə cavab vermək
2
Ə
sas söz və
ifadələr:
Bu bölmənin mahiyyətini və burada təsvir olunan fəaliyyətləri tam şəkildə
anlamaq üçün, burada istifadə olunan terminləri tam anlamaq tələb olunur. Bu
bölmədə qeyd olunan anlayışlar sizə bu işdə yardımçı olacaqdır
Agentlik
Yanğının fəsadlarında payı olan təşkilat. Pay dedikdə ehtiyatlar, hüquqi
öhdəliklər yaxud mülkiyyət maraqları nəzərdə tutulur
Lövbər nöqtəsi
Yanğın-nəzarət xəttinin inşa olunması üçün münasib, adətən yanacağın
olmadığı yer və yanğının təsirinə məruz qalmaq ehtimalı az olan sahə
Toplantı sahəsi
(1) yanğın düşərgəsi daxilində, heyətin və avadanlıqların yanğın xəttinə
daşınması üçün toplandığı yer. (2) Hadisəyə cəlb olunan heyət və
avadanlıqların maksimum üç-dəqiqəlik əsasda toplandığı müvəqqəti yer (ICS)
Dəstə Rəhbəri
(CL)
Sektorun Rəhbəri yaxud Fövqəladə-xilasetmə işləri üzrə Rəhbərə hesabat verir
(yanğının ölçüsü və mürəkkəbliyindən asılı olmayaraq). Tapşırılmış
tapşırıqların yerinə yetirilməsi, təhlükəsizlik və heyətin sağlamlığı üçün məsul
hesab edilir
Ə
mr
Agentliyin rol və tapşırıqlarını yerinə yetirərkən agentliyin üzvlərinin və
ehtiyatlarının istiqamətləndirilməsi. Rəhbərlik etmək səlahiyyəti qanunvericilik
ə
sasında və agentlik daxilində razılaşma əsasında təmin edilir. Əmrlər
agentliklərə aid olur və agentlik daxilində yerinə yetirilir.
Nəzarət
Qəza hallarında cavab tədbirlərinin ümumi yönləndirilməsi. Nəzarət üzrə
səlahiyyət qanunvericilikdə yaxud qəza hallarına cavab planında müəyyən
olunur və yaranmış vəziyyətin tələblərinə uyğun olaraq digər agentliklərə
tapşırıqlar vermək və koordinasiya etməklə bağlı məsuliyyəti öz üzərində
daşıyır.
Kordon
Yanğın zonasını mühafizə edən insan yaxud əşya sırası
Bölmə komandiri
Ə
sas yanğının bir neçə sektorları üçün yanğına nəzarət strategiyalarını həyata
keçirir
Qəza əməliyyatları
mərkəzi
Hər hansı hadisəyə cavab və köməkliyin koordinasiyasını təmin edən obyekt
Genişləndirilmiş
həmlə
İ
lkin həmlədən əlavə yanğın söndürmə fəaliyyəti
Yanğın zonası
Canlı təbiəti alışdıran, alışdırmış olan yaxud alışdırmaq təhlükəsi olan yanğının
baş verdiyi torpaq sahəsi, bitki örtüyü zolağı yaxud mülkiyyət
Yanğın söndürən
Agentliyin səlahiyyəti çərçivəsində işləyən, yanğında iştirak edən şəxs. Bu şəxs
Dəstə Rəhbəri tərəfindən verilən tapşırıqlar, şəxsi təhlükəsizlik və sağlamlıq
üçün məsul hesab olunur.
Vertolyotların
uçuş-eniş
meydançası
Yanğın hadisəsi zamanı maşınların park edilməsi, yanacaqla doldurulması,
texniki xidməti, vertolyotların yüklənməsi üçün əsas zona
Qəza fəaliyyət
planı
İ
nsident zamanı görülməsi tələb olunan tapşırıqlar, strategiyalar və həlledici
funksiyalar
Qəza əmr
məntəqəsi
Qəza hallarına cavab tədbirləri ilə bağlı göstərişlərin Qəza-Nəzarət işləri üzrə
Rəhbər tərəfindən verildiyi yer
Qəza komandiri
Tədbirlərin idarə olunması üçün bütün məsuliyyəti daşıyan fərd. Yanğına
nəzarət məqsədilə ümumi vəzifələri və strategiyaları müəyyən edir
Qəzanın idarə
edilməsi üzrə
dəstə
Aparıcı menecerlər qrupu, o cümlədən potensial olaraq qəza-nəzarət işləri
üzrə rəhbər, əməliyyatlar, planlaşdırma/kəşfiyyat, təsərrüfat, maliyyə və
qarşılıqlı əlaqə funksiyaları
İ
lkin həmlə
Canlı həyatları və mülkiyyəti mühafizə etmək və yanğının havadan yaxud
yerdən heyət vasitəsilə qarşısını almaq məqsədilə canlı təbiətə gətirilən ilk
ehtiyatlar vasitəsilə görülən tədbirlər.
Baş agentlik
Qəza hadisəsinə nəzarət üzrə qanuni səlahiyyətə malik agentlik, xidmət,
təşkilat yaxud idarə
Təchizat Rəhbəri
Qəza hadisəsi zamanı kömək məqsədilə qurğular, xidmətlər və materialları
təmin edir
Ə
məliyyatlar üzrə
menecer
Yanğına nəzarət məqsədilə strategiya və taktikaları həyata keçirir, o cümlədən
yerüstü heyət, təyyarə, ağır texnika
Planlaşdırma/kəşfi
yyat meneceri
Qəza hallarına nəzarət üzrə vəzifə və strategiyaların növbəti iş müddəti üçün
yaradılması və yenilənməsi məqsədilə yanğının xarakteri və ehtiyatlar barədə
məlumatı toplayır və təhlil edir
Təhlükəsizlik
zonası
Yanğından sığınmaq üçün etibarlı yer
Sektorun rəhbəri
Yanğın perimetri bölməsində fəaliyyətləri idarə edir
Topoqrafiya
Ə
razidə torpağın forması
Çeşidləmə zonası Sağ qalanların sayını çoxaltmaq məqsədilə tibbi prioriteti müəyyən etmək üçün
itkiləri növləşdirmə prosesi
3
Element 1.1:
Bitki örtüyü zolaqlarının yanğınları zamanı effektiv rabitənin təmin
olunması
Aşağıdakı qabiliyyətlərə malik olmaq tələb olunur:
1. Yanğın zonasında vəziyyətləri təsvir etmək üçün bitki örtüyü
zolağında yanğın terminologiyası istifadə olunmalıdır.
2. Vəziyyətlə bağlı məlumat toplanmalı, dəstə üzvləri və dəstə
rəhbəri aydın və məntiqli şəkildə məlumatlandırılmalıdır.
3. Təşkilati və istehsalçı tərəfində irəli sürülən qaydalara uyğun
olaraq, radio və telefon avadanlıqlarından istifadə edilməlidir.
4. Daha yaxşı əhatə zonası və qəbulu əldə etmək üçün radio və
telefon qurulmalıdır.
5. İsmarışın sinfindən və təşkilati qaydalardan asılı olaraq, kanal
yaxud tezlik seçilməlidir.
6. Tələb olunan təfsilatla birlikdə ismarışlar çətin vəziyyətlərdə
ötürülməlidir.
7. Əl siqnallarından istifadə etməklə sadə ismarışlar ötürülməlidir.
Bu elementə daxildir
A. Müxtəlif şəxslərlə iş:
i.
Dəstə üzvləri
ii.
Nəzarətçilər
iii.
Rəhbərlər
iv.
Könüllülər
v.
Torpaq sahibkarları və torpağı idarəedənlər
vi.
Ə
mlak sahibləri
vii.
Ümumi ictimaiyyət
B.
Bir sıra rabitə metodları:
i.
Üz-üzə
ii.
Ə
l siqnalları
iii.
Yüksək tezlikli radiolar
iv.
Telefonlar
v.
Mobil telefon
C. Çətin ətraf mühit şəraitlərində iş:
i.
Külək
ii.
Təpə və kanallar
4
Element 1.1
count.:
Bunları bilmək və anlamaq lazımdır:
a. Yanğın zonasında məlumatı ötürmək məqsədilə radiolar,
telefonlar, əl siqnalları və əl detektorlarının iş qabiliyyəti və
məhdudiyyətləri
b. Radio şəbəkənin bir hissəsi kimi, radiolardan nizamlı istifadəyə
nail olmaq yolları
c. Akkumulyatorun istismar müddətinin artırılması yolları,
akkumulyatorların təmiri və doldurulması
d. Əl siqnallarından necə və harada istifadə etməli
e. Aydın və sadə dildən istifadənin səbəbləri
f. Beynəlxalq fonetik əlifba (NATO)
Element 1.2:
Bitki örtüyündə yanğın zamanı təşkilati struktur çərçivəsində iş
Aşağıdakıları yerinə yetirmək qabiliyyəti tələb olunur:
1. Dəstə üzvləri və rəhbərləri seçin və yerləşdirin.
2. Qısa göstərişləri əldə edin və öz vəzifələrinizi müvafiq şəxslə
dəqiqləşdirin.
3. Təşkilat daxilində vəzifənizə uyğun olaraq öz səlahiyyətiniz və
məsuliyyətiniz səviyyəsində çalışın.
4. Göstərişləri vaxtında və səmərəli şəkildə yerinə yetirin.
5. Planda qeyd olunan problemlər və dəyişiklikləri həll etmək üçün
təxirəsalınmaz və müvafiq tədbirləri yerinə yetirin və bununla
bağlı hesabat verin
Bu element aşağıdakıları əhatə edir:
A. Hadisənin növü:
i.
Gözlənilməz hadisə
ii.
Planlaşdırılan hadisə
B. Təşkilati Əmr Struktur
i.
Elementlər
ii.
Terminologiya
Aşağıdakıları bilmək və anlamaq tələb olunur:
a. Sizin dəstə rəhbərlərindən hansı bitki örtüyü yanğını
zolağındadır
b. Sizin təşkilatın rəhbərlik strukturu
c. Qəza hallarının ləğvi üzrə Beynəlxalq İdarəetmə Sisteminin
funksiyası, məqsədi, rolu və strukturu
d. Qəza-Nəzarət işləri üzrə Rəhbərin, əməliyyatlar və təsərrüfat
rəhbərlərin funksiyası, məqsədi, vəzifəsi və məsuliyyəti
e. Qəza halların ləğvi üzrə Beynəlxalq İdarəetmə sisteminin bitki
örtüyü yanğınlarına və digər müvafiq istehsalat vəziyyətlərinə
tətbiqi yolları
f. Bitki örtüyü yanğınlarında fövqəladə halların idarə olunmasının
mühüm komponentləri
g. Bitki örtüyü zolaqlarında yanğın zamanı, idarəetmə və nəzarət
üzrə əsas nəzəriyyə
5
Məsuliyyətdən İmtina bəyanatı
Bu yazılı imtina bəyanatı sizin bu veb-saytdan istifadənizi tənzimləyir və bu veb-saytdan
istifadə etməklə siz bu imtina bəyanatını tam qəbul etmiş hesab olunursunuz. Nəzərə
almalısınız ki, bu veb saytdakı məlumatlar hər hansı bildirişsiz dəyişdirilə yaxud
yenilənə bilər. Ümumdünya Yanğın Monitorinq Mərkəzi, Beynəlxalq Yanğın və
Xilasetmə Xidmətləri Assosiasiyası, Kənd Ərazilərinin Inkişafı Təşəbbüsləri MMC
(“Rural Development Initiatives Ltd”) (“EuroFire” Partnyorları ilə birlikdə) [və bu veb
saytın idarəçiləri] bu veb sayta məlumatların yüklənməsi, saytda olan məlumatlardan
istifadə yaxud hər hansı məlumatın saytdan yüklənməsi ilə bağlı heç bir məsuliyyəti
qəbul etmir və bütün öhdəlikləri (qanunvericilik əsasında icazə verilən həddə qədər)
istisna edir. Bu veb saytdakı məlumatlar hüquqi və peşəkar məsləhət hesab edilmir. Bu
veb saytdakı məlumatlar və/yaxud materiallar yalnız ümumi məlumatlandırma məqsədi
daşıyır. Hər hansı xüsusi məqsədlərlə əlaqədar, o cümlədən müqavilələrin bağlanması
üçün həmin məlumatlara etibar etmək yolverilməzdir.
EuroFire Tərəfdaşları [və bu veb saytın sahibləri] bu saytda olan hər hansı məlumatın
yaxud bəyanatın tamlığı yaxud dəqiqliyi ilə bağlı və ya həmin məlumatlara etibar
edilməsi nəticəsində meydana çıxan itki və zərərlər (belə bir zərərin birbaşa, dolayı
olub-olmasından asılı olmayaraq) üçün heç bir məsuliyyət daşımır. Bu veb saytda
verilənlərə etibar etmək və öz müvafiq yurisdiksiyanızda müvafiq ixtisaslaşmış
şə
xslərdən peşəkar məsləhət almadan bu məlumata əsaslanaraq davranmaq olmaz. Bu
veb saytda konkret məzmun yaxud hissələrlə bağlı bu imtina bəyanatına əlavə olaraq
xüsusi imtina bəyanatları da tətbiq oluna bilər. Bu səhifələrdən digər veb ünvanlara
linklər yalnız məlumat xarakterlidir və EuroFire Tərəfdaşları (və bu veb saytın idarəçiləri)
bu vebsayta keçid yaxud vebsaytdan digər saytlara giriş, yaxud həmin linklərdə verilən
məlumatlarla bağlı hər hansı məsuliyyət yaxud öhdəlik almır və sözügedən linklərdə
ifadə olunan fikirləri təsdiqləmir. Bu veb saytda verilən məlumat, əksi qeyd olunmadığı
təqdirdə, hər hansı bütün EuroFire Tərəfdaşlarının yaxud onların, qarşısında şərti
(ötürülmüş) öhdəlik yaxud məsuliyyət daşıdığı filial təşkilatının və hər hansı şəxsin rəy
və düşüncələrini əks etdirmir.
Bu saytda verilən bütün məlumatlar müəllif hüquqları və əqli mülkiyyət qanunları
ə
sasında qorunur və əksi açıq ifadə edilmədiyi yaxud yazılı razılığa gəlinmədiyi
təqdirdə, bu saytda yerləşdirilən məlumatlar, şəxsi, qeyri-ticarət məqsədləri üçün
müvafiq bildiriş əsasında əldə oluna yaxud yüklənilə bilər.
EuroFire Tərəfdaşları bu veb-saytda verilən funksiyaların fasiləsiz və səhvsiz olmasına,
nöqsanların aradan qaldırılmasına, bu veb saytı təmin edən serverin virussuz olmasına
zəmanət vermir. Siz təsdiq edirsiniz ki, daxil edilən və çıxarılan məlumatların dəqiqliyi ilə
bağlı öz konkret tələblərini təmin etmək məqsədilə, adekvat proseduraların və virus
ə
leyhinə yoxlamaların (antivirus və təhlükəsizlik sisteminin yoxlamaları) həyata
keçirilməsi sizin məsuliyyətinizdir.
6
Bu veb saytdakı məlumat və digər məzmunlu materiallar Şotlandiya qanunvericiliyinə
uyğun tərtib olunmuşdur. Bu veb sayt Şotlandiya qanunvericiliyinə əsasən
tənzimlənməli və şərh olunmalı və bu veb saytın bütün istifadəçiləri bu veb sayt yaxud
ondan istifadə ilə əlaqədar yaranan hər hansı iddialar yaxud işləri qeyd-şərtsiz olaraq
Ş
otlandiya məhkəmələrinin yurisdiksiyasına təqdim etməlidir. Əgər bu vebsaytda hər
hansı materialın istənilən digər ölkədə tətbiq olunan qanunlara zidd olması aşkar
olunarsa, o zaman həmin ölkədən olan şəxslərin bu sayta girişi məhdudlaşdırılır və
yaxud sözügedən qanun qarşısında məsul olan şəxslər saytda təmin olunan xidmətlər
yaxud məlumatlardan yararlana bilməz.
Dostları ilə paylaş: |