Sosiologiya fə nnində n imtahan suallarının
cavabları
1.Sosialogiya müstəqil elm kimi neçənci əsrdə formalaþmýþdýr:
XIX ə sr
2. Sosiologiyanýn formalaþmasýna baþlýca səbəb nə olmuþdur?
ziddiyyətlər və ictimai-siyasi mübarizə
3. “Sintetik fəlsəfə sistemi”, “Əsas mənbələr”, “Elmi, siyasi və fəlsəfi təcrübələr” əsərlərinin
müəllifi kimdir?
H. Spenser
4. Fərdin intihar etməsinin sosial normalarýn fərdlərə zəifləməsi ilə baðlý olan motivi necə
adlandýrýr:
Eqaizm
5. E. Dürkheymin “Özünəqəsd” əsərində intiharýn hansl üç sosial səbəbi göstərilir?
Eqoizm, alturizm, anomizm
6.XX əsrin 70-ci illərində D.Bell, U.Rostou və R.Aron tərəfindən yaradýlmýþ nəzəriyyə
üç texnoloji dövr
7. Cəmiyyətin formalaºmasý prosesi nə vaxt baþa çatýb?
bir neçə on min il ə vvə l
8.O.Konta görə insanlarýn industrial cəmiyyətə keçməsinə səbəb hansý amildir?
biliyin mistik (teoloji) formadan pozitiv formaya doðru inkiþafý
9.Dürkheymə görə cəmiyyətin təkamülünün əsasýnda hansý amil dayanýr?
mexaniki hə mrə ylikdə n üzvi hə mrə yliyə keçid
10.Sosioloji tədqiqat proqramý hansý bölmələrə malikdir?
nə zə ri və metodiki
11.Sosial obyekt hansý aspektlərdən nəzərdən keçirilir?
bütöv tam kimi və tamýn tə rkib hissə si kimi
12.Təsviri fərziyyələr hansý gümanlardan ibarətdir
öyrə nilə n obyektin strukturu və funksional ə laqə lə ri haqqýnda
13.Ýctimai rəy nəzəriyyəsində obyekt dedikdə bu baºa düºülür
ə
traf gercəkliyin konkret hissəsi
14. Ýctimai rəyin formalaþmasý prosesi necə baþ verir
mə qsə dyönlü tə ºkil olunan tə dbirlə r vasitə si ilə meydana gə lir
15. Kütləvi þüur aþaðýdaký aspektlər üzrə nəzərdən keçirilir
intellektual, emosional, iradə , davraniº
16. M. Ayverə görə sosialogiya elminin baþlýca məqsədi nədir:
Sosial faktlarýn mahiyyə tinə varmaq
17. D.Bell ,U.Roston və R.Arona görə əsasýný intellektual,informasiya-kompüter
texnologiyalarýnýn təþkil etdiyi cəmiyyət necə adlanýr
Postindustrial
18. Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir?
problemli sosial ºə raiti
19. Ýctimai Rəy Ýnstitut nə vaxt və kim tərəfindən yaradýlmýþdýr?
1935-ci ildə ABª-da C.Gellap tə rə fində n
20. KÝV-in strukturunun təhlili zamaný bunlar əsasdýr?
informasiyanýn mə nbə yi, mə zmunu və onu qə bul edə n
21. Sosial tə bə qə anlayýþýnýn mahiyyə ti
Sosiàl strukturdà təbəqə ànlàyýþý dà mühümdür. O, həm siniflərin və sosiàl qruplàrýn dàxilində
üfüqi bölgü vàhidi kimi götürülür, həm də siniflərdən kənàrdà duràn ziyàlýlàrý – peþəkàr əqli
ə
məklə məþðul olàn iþçiləri əhàtə edir. Bu bölgü həm də cəmiyyət üzvlərinin əqli əmək v ə fiziki
ə
mək iºçilərinə àyrýlmàsýnà əsàsən uyðun gəlir. Ziyàlýlàrýn əsàs əlàməti bir qàydà olàràq ortà
ixtisàs və àli məktəb həcmində təhsil tələb edən peºəkàr əqli əmək sàhələrində məþðul
olmàsýdýr.
Sosial təbəqə dedikdə, biz yüksək və ya aþaðý ictimai mövqe meyarlarý ilə baþqa qruplardan
az-çox dərəcədə ayrýlmýþ müəyyən adamlar qrupunu nəzərdə tuturuq. Onu da qeydcedək ki, b u
ayrýlmanýn əsasýný mülki vəziyyət, mədəni səviyyə, həyat tərzi meyarlarý, əsl nəcab ətlik
haqqýnda təsəvvürlər və ya digər həqiqi yaxud xəyali meyarlara əsaslanan müəyyən məsafə
təºkil edir. Sosial təbəqələr bir-biri ilə müəyyən daxili əlaqələrlə, mənsuliyyət duyðusu ilə baðlý
olan, öncədən təyin və təsqit edilmiº fərqləndirici xüsusiyyətlərə malik olan təbəqələrin üzvləri
arasýndaký qarþýlýqlý əlaqələrin əsasýnda ictimai mövqenin yüksəkliyinin qoyulmuþ olduðu bir
törəmədir.
22.
Şəxsiyyətin mənəvi sərvətlər yönümündən asılı olan tipləri
Müasir sosiologiya elmində mənəvi sərvətlər yönümündən asılı olaraq aşağıdakı şəxsiyyət tipləri
fərqləndirilir:
Ənənəviçilər. Mənəvi borc, intizam və qanuna riayət prinsiplərinə üstünlük verirlər. Bu şəxsiyyət tipi üçün
müstəqillik səviyyəsi çox aşağıdır.
İdealistlər. Əksinə ənənəvi normalara tənqidi yanaşırlar, onlar müstəqilliyə, inkişafa daha meyillidirlər.
Frustrat. Bu şəxsiyyət tipi üçün xarakterik cəhət özünə qiymət vermənin aşağı səviyyədə olması, özünü
ictimai həyatdan kənar hissetmə xasdır.
Realistlər.
Cəmiyyət qarşısında öz borcunu və məsuliyyətini dərk edən, intizama və özünə nəzarətə
üstünlük verənlərdir.
Gedeonist materialistlər ilk növbədə həyatdan həzz alma amilinə üstünlük verirlər.
23. Sosial stratifikasiya və onun tarixi tipləri
Str
àtifikàsiyà ànlàyışı cəmiyyətdə mövcud olàn insàn qruplàrı àràsındà strukturlàşdırılmış bəràbərsizlik
kimi
qiymətləndirilə bilər. Sosioloqlàrın fikrincə stràtifikàsiyànın àşàğıdàkı 4 əsàs sosial bərabərsizlik
sistemi
vàrdır:
1.
Quldarlıq. bərabərsizliyin ən kəskin formàsıdır, çünki burada insan əşya kimi qiymətləndirilir
2.Kastalar, pirtuqal dilindən tərcümədə k
àstà “təmiz qəbilə ” deməkdir. Əsàsən Hindistàndà geniş
y
àyılmışdır. Cəmiyyətdə hər bir kəs hànsı sosiàl təbəqəyə məxsus olduğunu dərk edir və başa düşür.
3.Zümrələr.
Avropada feodalizm feodàlizm dövründə daha geniş yayılmışdır.
4.Siniflər. Digər str
àtlàrdàn fərqli olàràq siniflər hüquqi və dini əsaslarla yàràdılır, irslə, àdət–ənənə ilə
bàğlı deyil. Hər bir şəxs hànsı sinfə mənsub olmàsını özü şüurlu surətdə, əmək növü seçməklə müəyyən
edir (fəhlə,kəndli,ziy
àlı âə s.)
24. İdarəetmənin funksiyaları
İdarəetmə funksiyasının dövrü gedişi belədir: planlaşdırma
– təşkiletmə – kadrlarla iş – operativ
rəhbərlik
– əlaqələndirmə – nəzarət və yenidən planlaşdırma.
Planlaşdırma
– idarəetmənin mövcudluq funksiyalarından ən mühümüdür. Fəaliyyətin məqsədi və
strategiyası, hər şeydən əvvəl, ondan ibarətdir, eləcə də o digər qalan funksiyalara təsir edir, onları
istiqamətləndirir. Planlaşdırma digər funksiyaların yerinə yetirilməsini məntiqi olaraq doğurur, çünki
onlar da bilavasitə planda yaxud fəaliyyət proqramında əvvəlcədən baxılır. Kim planlaşdırırsa, o da idarə
edir. Buna görə də planlaşdırma nəzarətlə bilavasitə əlaqəlidir. Planlaşdırmasız fəaliyyətin nəzarətə və
əlaqələndirməyə ehtiyacı olmur.
Planlaşdırma bir sıra mərhələləri tələb edir: şəraitin və vəziyyətin qiymətləndirilməsi; məqsəd və
vəzifənin müəyyən olunması; mümkün nəticələrin proqnozlaşdırılması; bəzi məqsədyönlü alternativlərin
müəyyənləşdirilməsi; alternativlərin müqayisəsi; optimal alternativin seçilməsi; fəaliyyət planının
detallaşdırılma və dəqiqləşdirilməsi.
Təşkiletmə
– bu fəaliyyət (təşkilati funksiya), idarəolunacaq obyektin (təşkilati struktur) zəruri
strukturunun yaranmasına istiqamətlənir.
İş qabiliyyətli təşkilatın yaradılması
– asan olmayan yaradıcı vəzifədir. Amma təşkilat gözlənilmədən
zamanca dəyişir və yeni keyfiyyət halına keçir. Çoxlu təşkilatlar deqradasiyaya uğrayır, forma və
məzmun, struktur və funksiya arasında ziddiyyətə və nəhayət, yeni məhsuldar qüvvələrlə köhnə istehsal
münasibətləri arasında ziddiyyətlərə gətirib çıxarır. Nəticədə inqilabi şərait yaranır, yenidənqurma tələb
olunur.
Kadrlarla iş
– bu mövcud işin reallaşması üçün kadrlara tələbatın müəyyənliyindən ibarətdir; bu əsasda
əlbəttə müasir şəraitdə kadrların axtarışı, seçilməsi, qiymətləndirilməsi başlıca funksiyadır. Bir sıra
mütəxəssislər bu funksiyanı komplektləşdirmə (ştatların) adlandırırlar.
Operativ rəhbərlik
– bu əsasən rəhbərin öz tabeçiliyində olacaq kadrlarla iş funksiyasını yerinə
yetirməsidir. Bu işçilərin peşəkar öyrədilməsi və tərbiyəsi, təlimatlandırılması, xidmətin, vəzifənin
(tapşırığın) hətta göstərişin dəqiqləşdirilməsindən, işçilərin yaxşı həyat şəraitinin yaradılmasından
ibarətdir. Məhz bu funksiyanın yerinə yetirilməsi zamanı «insan amili»nə düzgün yanaşılması başlıca
əhəmiyyət kəsb edir. Burada məsələ təkcə işçiyə necə məhsuldar qüvvə olması kimi deyil, eyni zamanda
kollektivin tamhüquqlu vətəndaşı və təşkilatın üzvü kimi yanaşılmasıdır. İşçinin iş prosesində yerinə
yetirdiyi vəzifəsindən asılı olmayaraq şəxsiyyəti, psixikası, hiss və duyğuları, arzu və istəkləri, maraq və
tələbatları mütləq nəzərə alınmalıdır. Məhz bütün bunların nəzərə alınması və yerinə yetirilməsi rəhbər
nəzarəti tələb edir. Səmərəli rəhbərlik nə qədər çox olursa, işçilər həm onların, həm də gördükləri işin
dəyərləndiyini daha yaxşı başa düşürlər.
Əlaqələndirmə funksiyasını əksər mütəxəssislər idarəetmənin əsası hesab edirlər. Bu fəaliyyət, bütün
idarəetmə sistemi elementlərinin fəaliyyətinin sinxronlaşmasına istiqamətlənir, bütün işçilərin
davranışının razılaşması və tənzimlənməsi deməkdir.
Nəzarət funksiyası özündən əvvəlkiləri tamamlayaraq idarəetmənin fəaliyyətinin son nəticələrinin
nəzarətə alınması və onun nəticələrinin qiymətləndirilməsi məqsədi daşıyır.
25. Şəhər sosioloji tədqiqatların obyektidir
Məşhur amerikan sosioloqu Çarlz Tilli yazır ki, Yer üzərində öz mövcudluğunun ilk doqquz yüz doxsan
min ili ərzində insanlar şəhərsiz keçinmişlər. Son on min il ərzində insanlar bu çatışmazlığın yerini
lazımınca doldurmağa müvəffəq olmuşlar
1
. İlk şəhərlər b.e.əvvəl VIII
– III minilliklərdə Bosfor və İran
körfəzləri arasındakı ərazidə meydana gəlmişdir. Dünya əhalisinin xüsusi çəkisində isə şəhər əhalisinin
artım dinamikası aşağıdakı kimi olmuşdur: b.e.əvvəl 100
– cü ildə 1faiz, 1800 – cü ildə 5 faiz,1965 – ci ildə
isə 30 faiz.Bu artım prosesi bu gün də davam edir. Müasir şəhər hər şeydən əvvəl sənaye, nəqliyyat,
xidmət sferalarında istehsalat funksiyalarının təmərküzləşməsi yeridir. Şəhərin sosiologiyası şəhər sosial
– ərazi birliyinin meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafını, onun sosial-iqtisadi təbiətini, həyat
tərzini, təbiətlə əlaqəsini, tipologiyasını öyrənir.Şəhər sosiologiyası əsasən aşağıdakı cəhətlərlə
səciyyələnir:
1.
İnsanların ərazi üzrə daha çox təmərküzləşmiş olması;
2.
Əhalinin qeyri - kənd təsərrüfatı (sənaye, nəqliyyat, rabitə, tikinti xidməti, idarəçilik, elm,
incəsənət, hərbi iş və s.) sahələrində məşğulluğu;
3.
Əmək və qeyri - istehsal sahələrinin daha çox differensiasiyaya uğraması;
4.
Əhalinin sosial və peşə tərkibinin daha çox rəngarəngliyi;
5.
Texnologiyanın, texnikanın, avtomatlaşmanın geniş yayılması və bu əsasda ənənəviliyin tədricən
itməsi;
6.
Spesifik həyat tərzi.
26. Sosial mobillik və onun növləri
Cəmiyyətin sosi
àl strukturunun tədbiqində ən mühüm problemlərdən biri sosial mobillik
probleminin öyrənilməsidir.
Bu və ya digər sosial qrupun , təbəqənin , habelə ayrıca götürülmüş bir
fərdin soaial həyat nərdivanında yerinin dəyişilməsi, yəni
bir sosiàl səviyyədən dàhà yüksəyə qalxması
və yà əksinə, àşàğıyà enməsi sosiàl yerdəyişmə (mobillik) àdlànır. Əhàlinin sosiàl mobilliyinə yàşàyış
yerinin dəyişilməsi (şəhərdən kəndə, y
àxud əksinə köçmə), àdàmlàrın yeni peşəyə yiyələnməsi, yàxud
fə
àliyyət növünün dəyişilməsi (məsələn, təsərrüfàt işçisinin özünü siyàsətə həsr etməsi) təsir göstərir.
Sosi
àl qruplàrà dàxil olàn àyrı-àyrı insànlàrın stràtifikàsiyà sistemində öz yerini dəyişməsi fərdi
mobillik
àdlànır. Bu cür dəyişiklik àşàğıdàkı üç əsàs àmilin təsiri àltındà bàş verə bilər:
Şaquli və ya üfüqü mobillikc; sosi
àl strukturun yenidən təşkili; stràtifikàsiyànın yeni sisteminin
tət
biq edilməsi.
1. Üfüqü mo
billik fərdin stàtusunun àşàğı düşməsini və yà yuxàrı qàlxmàsını, beləliklə sosiàl
vəziyyətində bàş verən dəyişiklikləri əks etdirir. İnsànın dàhà yüksək sinfi mövqeyə qàlxmàsı yüksələn
sosi
àl mobillik, àşàğı düşməsi isə enən sosiàl mobillik àdlànır.
2. Sosiàl strukturun yenidən təşkili. Cəmiyyətin strukturund
à dəyişikliklər mobilliyin inkişàfı üçün
yeni imk
ànlàr àçır. Məsələn, müàsir elektron hesàblàmà sənàyesində yüksək peşəkàrlığà màlik olàn
mütəxəssislərə
böyük ehtiyàc vàrdır. Yàxud xidmət sàhələrində həm əmək , həm də stàtus fiziki əmək
işçilərinkindən yüksək olduğu üçün
àdàmlàr bu sàhəyə àxışırlàr və deməli yüksək mobillik nümàyiş
etdirirlər.
3. Stràtifikàsiyànın yeni sistemi. İn
qilablar zàmànı stràtlàrın vəziyyətləri dəyişir. Məsələn,
Fr
ànsàdà, Rusiyàdà və s. yerlərdə bàş verən inqilablardan sonrà àristokràtiyà həm hàkimiyyətdən, həm
də nüfuz
və imtiyàzlàrdàn məhrum edildi. Onun nümàyəndələri yà məhv edildilər, yà dà mühàcirətə
getdilər.
29. Modal, ideal və bazis şəxsiyyət tiplərini fərqləndirin
Sosiologiya elmində həmçinin modal, ideal və bazis şəxsiyyət tipləri də fərqləndirilir.
Modal tip mövcud cəmiyyətdə real üstünlük təşkil edən şəxsiyyətdir.
İdeal tip konkret şəraitə bağlı deyil. O, gələcək üçün nəzərdə tutulan hərtərəfli inkişaf etmiş harmonik
şəxsiyyət tipidir.
Bazis tipi ictimai inkişafın hazırki səviyyəsinin tələbatlarına cavab verən şəxsiyyətdir.
Deməli, sosial şəxsiyyət tipi ictimai sistemin şəxsiyyətin mənəvi sərvətlər sisteminə və onun vasitəsi ilə
real davranışına göstərdiyi təsirin inikasıdır.
30. Sosial institutların funksiyaları
Sosioloji yanaşma institutun sosial funksiyalarına və onun normativ strukturuna xüsusi diqqət tələb edir.
Sosial institutların cəmiyyətdə yerinə yetirdikləri funksiyalara aşağıdakılar aiddir:
Cəmiyyət üzvlərinin sosial münasibətlər çərçivəsində fəaliyyətlərinin tənzimlənməsi;
Cəmiyyət üzvlərinin tələbatlarının təmin olunması üçün imkanların yaranması;
Cəmiyyət həyatının sabitliyinin və sosial inteqrasiyanın təmin olunması;
Fərdlərin sosiallaşması.
31. “Sosial institut” anlayışının mahiyyəti
«İnstitut» anlayışı (latınca institutum
– müəssisə,qurum, deməkdir) sosiologiyaya hüquqşunaslıqdan
gəlmişdir. Bu elm onu insanların müəyyən sosial qruplarda, birliklərdə birgəyaşayışı zamanı hüquq
normalarının xarakterinin kompleks şəkildə araşdırılması üçün istifadə edirlər. Hüquq elmində bu
qəbildən olan institutlar, məsələn, ailə, nigah, mülkiyyət və s. ibarətdir. Sosiologiya elmi də «institut»
terminini açıqlayan həmin anlayışların mənasını qoruyub saxlamışdır. Lakin onların mahiyyətinə daha
geniş aspektdən yanaşaraq onu müxtəlif subyektlərin bu və yaxud digər sosial müəssisədə davranışının
sosial tənzimlənməsinin təşkili forması kimi izah edir.
Sosiumun
– sosial olanın institutlaşma aspekti sosiologiya elmində maraq doğuran ənənəvi sahələrdən
biridir. O, sosiologiyanın yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan bir sıra mütəfəkkirlərin
diqqətini özünə cəlb etmişdir. Söhbət, hər şeydən əvvəl, Ogüst Kont və Herbert Spenser, onların
ardınca isə Emil Dürkheym və Maks Veber haqqında gedir.
O. Kontun sosial hadisələrin öyrənilməsinə institutsional yanaşması fəlsəfənin pozitiv metodunun
özündən irəli gəlir. Burada o, sosial institutlaşmaya insanların əlaqə və münasibətlərindən doğan zəruri
həmrəyliyin və razılığın təmin olunması mexanizmi kimi baxırdı. O.Kont əsas sosial institutlar dedikdə,
ailə, dövlət, dini müəssisələri nəzərdə tuturdu ki, onun fikrincə, bunlarda insanların sosial inteqrasiyası
təbii qanunauyğunluqlara əsaslanır.
32. Sosial kibernetikada sosial sistemlərin idarəolunmasının dörd əsas aspektlərini göstərin.
Sosial kibernetika sosial sistemlərin idarəolunmasını dörd əsas aspektdə tədqiq edir:
Fəlsəfi-ictimai. Burada konkret olaraq insanların hər cür kollektiv fəaliyyəti, cəmiyyət fenomeni və
cəmiyyət həyatı, cəmiyyətlə ayrılıqda şəxsin, qrupun, siniflərin və insan kütləsinin məqsədyönlü
inteqrasiyası və onun əlaqələndirilməsi tədqiq olunur. Fəlsəfə, siyasi iqtisadiyyat, sosiologiya.
Dövlət-hüquqi. Burada hüququn bir idarəetmə vasitəsi kimi rolu tədqiq olunur. Hüquq.
Psixoloji. Burada idarəetməyə insanların davranışının intellektual, iradi və emosional aktı kimi baxılır,
idarəetmə obyekt və subyekt keyfiyyətində çıxış edir. Psixologiya, sosial psixologiya metodları.
İnformasiya-kibernetika. İdarəetmə burada idarəetmə sisteminin elementləri arasındakı informasiya
mübadiləsi kimi nəzərdən keçirilir. İdarəetmənin bu aspektdə tədqiqində informatika, kibernetika,
məntiq, riyaziyyat metodlarından geniş istifadə olunur.
33. Şəxsiyyətin sosial xarakterinin müəyyən edən cəhətlər
Şəxsiyyətin sosial xarakterini müəyyən edən cəhətlər aşağıdakılardan ibarətdir:
özünüdərketmə, yəni ictimai münasibətlər sistemində tutduğu yer haqqında aydın təsəvvürə malik olma;
mənəvi sərvətlərə münasibət bildirmə, özünəməxsus mövqe tutma;
öz hərəkətlərinin məsuliyyətini dərketmə və onu başqalarından fərqləndirən fərdi xüsusiyyətlər.
34. Sosial institut kimi təhsilin funksiyaları
Təhsilin hər bir cəmiyyətdə, o cümlədən müasir şəraitdə bir sıra funksiyaları vardır:
Sosial-mədəni funksiya. Gənc nəslin sosiallaşması təhsil qaydalarının, vərdişlərin peşəyönümlü olması
ilə məhdudlaşmır, həm də gənclərin müəyyən sosial-mədəni mühitdə formalaşmasını tələb edir.
Sosial nəzarət funksiyası. Təhsilin sosiologiyası hər bir yaş dövrünə uyğun olaraq məktəbli şagirdlərin və
tələbələrin müəyyən normalar çərçivəsində sosial qaydalara əməl etmələrini zəruri edir.
Tərbiyəvi funksiya
Hərbi-vətənpərvərlik funksiyası.
İdrakı funksiya.
İdeoloji funksiya.
35. Müasir sosioloq Yan Sepanskiy sosial institutların hansı struktur elementlərini göstərir
Cəmiyyət həyatında olduğu kimi, sosial institutların da strukturu özündə bir sıra elementlərin tərkibi
birləşməsindən əmələ gəlir. Bu elementlər sosial institutların müxtəlif növlərində müxtəlif olurlar.
Müasir sosioloq Yan Sepanskiy sosial institutların aşağıdakı struktur elementlərini ayırır:
-
İnstitutun məqsəd və fəaliyyət sferası;
-
Məqsədə nail olunması üçün qabaqcadan baxılan funksiyalar;
-
İnstitutun strukturunda normativ şərtlənən sosial rollar və statuslar;
-
Funksiyaların (maddi, simvolik və ideal) reallaşması və məqsədə nail olunması üçün vəsait və
müəssisə.
36.
Sosioloji proqnozlaşdırmanın əsas tipləri
Özünün məzmunu və məqsədinə görə sosiologiya elmində proqnozun dörd əsas tipi fərqləndirilir:
1.
Axtarış yaxud kəşfiyyat proqnozları;
2.
Normativ proqnozlar;
3.
Analitik proqnozlar;
4.
Xəbərdar edici proqnozlar.
Axtarış proqnozları
– bu və ya digər hadisənin, prosesin gələcəkdə mümkün ola bilən vəziyyətini
müəyyən edir. Bu tipli proqnoz « əgər mövcud olan meyllərin şərtləri saxlanılacaqsa nə baş verəçək?»
sualına cavab verir. Bu kimi suala cavab axtarış proqnozlaşdırma vasitəsi ilə göstərilən nəticələrin həyata
keçirilməsini və vəziyyətin radikal surətdə dəyişdirilməsini tələb edir.
Normativ proqnozlar
– məqsəd kimi qəbul olunan bu və ya digər obyektin inkişafını, gələcək
nailiyyətlərin əldə olunması yollarını və müddətini müəyyən edərək «Buna hansı yollarla nail olmaq
mümkündür?»- sualına qabaqcadan cavab verir.
Normativ proqnozlaşdırma qabaqcadan müəyyən olunmuş sosial ideyalar, norma, məqsədlər əsasında
onların həllində yolları müəyyən edir və optimal vəziyyətə nail olur. Bu proqnoz inkişaf etmiş ölkələrin
zəif inkişaf etməkdə olan ölkələrə yardımı, xüsusilə onların sənaye potensialında olan fərqi; nefti istehsal
edən və istehlakçı olan ölkələr arasında münasibətlərin həlli ilə; dünya ərzaq probleminin həlli ilə
bağlıdır. Bu da proqnozların normativ-tədqiqat aspektini gücləndirir.
Analitik proqnoz
– gələcəyin tədqiqatında müxtəlif metod və tədqiqat vasitələri üsullarının dəyərinin,
idraki əhəmiyyətinin müəyyən edilməsi məqsədini həyata keçirir. Bu tipli proqnozlar əsasən elmi
məqsədlər və tədqiqatlarda işlənilir.
Xəbərdarediçi proqnozlar
– insanların şüuruna və fəaliyyətinə təsir edən gələcəkdə güman edilən mənfi
xarakterli hadisə və proseslərin qarşısını almaq məqsədini güdür. Məsələn, ekologiyaya daha ciddi
yanaşma, ətraf mühitin qorunması problemi, münaqişələrin qarşısının alınması bəşəriyyətin və
ümumiyyətlə sivilizasiyanın olub olmaması ilə bağlıdır, bu da insanlar üçün vacib xəbərdarlıqdır.
37.
Sosial ekologiyanın funksiyaları
Sosial ekologiyanın əsas funksiyaları aşağıdakılardır:
Sivilizasiyanın və həyatın qorunması naminə Yer Kürəsində ekoloji təhlükəsizliyin təmin edilməsi;
İnsanın, onun genetik fondunun və bütövlükdə cəmiyyət üzvlərinin müdafiəsi, onların sağlam olması və
tərəqqi etməsi üçün şəraitin yaradılması;
Tərkisilah və konversiyanın tətbiq olunması;
Dövlətlər arasında texnoloji əməkdaşlığın genişlənməsi;
Dünya miqyasında təbii sərvətlərdən istifadə təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi Fondun
yaradılması.
38. Məşhur antropoloq U.Qudenauya göre mədəniyyət 4 əsas elementdən ibarətdir:
Məşhur antropoloq U.Qudenau hesab edir ki, hər bir mədəniyyət 4 əsas elementdən ibarətdir:
Anlayışlar sistemi. O, əsasən dillə bağlı olub bizə ətraf aləm haqqında məlumat verir. Müxtəlif
mədəniyyətlərdə bu anlayışlar da müxtəlif cür olur. Məsələn, alman dilində insanın və heyvanın qida
qəbul etmələri ayrı-ayrı anlayışlarla ifadə olunduğu halda ingilis dilində eyni anlayışdan istifadə olunur.
Münasibətlər sistemi. Ayrı-ayrı mədəniyyətlər bizi əhatə edən gerçəkliyə, Yerə, Göyə, Günəş sisteminə
və s. müxtəlif yanaşma nümayiş etdirirlər.
Sərvətlər sistemi. O, insanın can atdığı məqsədlərin əldə olunması üçün qəbul etdiyi inamlar sistemidir.
Onlar əxlaq prinsiplərinin məcmusundan ibarətdir. Bu özünü hər bir ictimai quruluşda və mədəniyyət
formalarında müxtəlif cür büruzə verir.
Qaydalar sistemi. Bu elementlər və normalar müəyyən mədəniyyətin sərvətlərinə müvafiq olaraq
insanların davranış tərzini qaydaya salaraq formalaşdırır.
39.
Sosial ekologiyanın predmeti
Ekologiya
– (yunan sözü «oykos» - ev, «loqos» - elm deməkdir) – insan orqanizmlərinin ətraf mühitlə
qarşılıqlı əlaqəsini və bu prosesdə tarazlığın saxlanılması şərtlərini öyrənən elmdir. İlk dəfə olaraq
«ekologiya» terminini 1866-cı ildə alman bioloqu E.Gekkel işlətmişdir. Onun baxışlarında «ekologiya»
insan cəmiyyətinin ətraf təbii mühitlə qarşılıqlı təsiri haqqında olan elmlərin məcmusudur.
Sosial ekologiya
– sosiologiya elminin mühüm sahəsi kimi cəmiyyət və təbiətin qarşılıqlı tərsirinin
qanunauyğunluqlarını öyrənir. Sosial ekologiya
– təbiət və cəmiyyət arasında qarşılıqlı münasibətlər
haqqında, onların optimal şəraitdə mövcud olması və qarşılıqlı təsiri haqqında elmdir. O, cəmiyyətlə
ətraf mühit, sosial-mədəni və məkan sahələri arasında münasibətləri, insanların fiziki və psixoloji
səhhətinə, maddi rifahına və ümumiyyətlə millət və xalqların genofonduna təsir edən problemləri əhatə
edir.
Sosial ekologiyanın predmetini ekoloji böhranlar, istehsalın texnoloji üsullarının, informasiyaların
dəyişdirilməsi, təbiətdən istifadə forma və üsullarının qarşılıqlı əlaqəsinin təsiri təşkil edir. Bəzi qərb
sosioloqları bu problemə bir neçə elmin kəsişməsindən yanaşırlar. Məsələn, Dasmannın fikrincə, təbii
resursların azalması qeyri-bərabər formada baş verir, lakin təbii sərvətlərin əldə edilməsi yeni
texnologiyalar tələb edərək ətraf mühiti məhv edir. Messi hesab edir ki, yeni enerji növlərinin kəşfi
təbiətə mənfi təsir göstərir. Qrinə görə içməli suyun çirklənməsi epidemiyaların yayılması ilə nəticələnir
və gəlmə əhali ilə rəqabət yaradır. Qould, Lüyis və Vaqner isə göstərirlər ki, mənzil, iş, tüstü, turşulu
yağışlar
– bitki və heyvanlara, insanların həyat tərzinə mənfi təsiri artırır.
40.Sosial proqnozlaşma nədir?
Proqnozlaşdırma - qədim yunan sözü (proqnosis) gələcəyi görmək, gələcəyi söyləmək deməkdir.
Proqnozun hazırlanması bu və ya digər sosial hadisənin gələcək inkişafı haqqında ehtimal, mülahizə irəli
sürülməsi deməkdir. Dar mənada isə proqnoz, bu və ya digər hadisə və proses haqqında, onların
dəyişdirilməsi və inkişafının kəmiyyət baxımından qiymətləndirilməsi perspektivləri haqqında xüsusi elmi
tədqiqatlar deməkdir.
Proqnozlaşdırma - gerçəkliyin qabaqcadan əks etdirilməsidir. Proqnozlaşdırma prosesi insanın
intellektual fəaliyyəti olub, insan şüurunun əsas funksiyalarından biridir. Bunun səbəbi odur ki, təbiət və
cəmiyyətdə bir sıra elə hadisələr baş verir ki, insan onların necə inkişaf edəcəyini nəzərə almalıdır.
Gələcəyə aid olan hər cür şərait bu və ya digər mənada qeyri-müəyyəndir. İnsan isə özünün fəaliyyəti ilə
bu qeyri-müəyyənliyin səviyyəsinin aşağı salınmasına cəhd göstərir.
41.
Gənclərin submədəni fəallıqları hansı amillərdən asılıdır?
Sosioloji tədqiqatlar göstərir ki, gənclərin submədəni fəallıqları aşağıdakı amillərdən asılıdır:
Təhsil səviyyəsindən. O, aşağı olduqda submədəniyyətə meyl daha güclü olur;
Yaş səviyyəsindən. Fəallıq 16-17 yaşlarında daha yüksək olur. 21-22 yaşda isə submədəniyyətdən
tədricən aralanma baş verir;
Yaşayış yerindən. Qeyri-formal birliklərin yaranması üçün kənddən fərqli olaraq şəhər həyat tərzi daha
geniş imkanlar açır.
42.
Kütləvi və submədəniyyətin dialektikası
Bəşəriyyətin elmi - texniki tərəqqi dövrünə qədəm qoyması ictimai həyatın bütün sferalarında olduğu
kimi, mənəvi proseslərdə də köklü dəyişikliklərə gətirib çıxardı. Mənəvi mədəniyyət çox məhdud inkişaf
dairəsindən kənara çıxaraq milyonlarla insanı öz təsiri altına saldı. Bu isə, öz növbəsində kütləvi
mədəniyyət anlayışının yaranmasına səbəb oldu. Həmin anlayışın meydana gəlməsi XX yüzilliyin
əvvələrində kütləvi cəmiyyət doktrinasının təsiri altında baş vermişdir. Bu doktrinaya görə XX yüzillikdə
sinfi qarşıdurma tədricən aradan qalxır və tarixi prosesdə əsas rolu «kütlə» oynamağa başlayır. «Kütlə»
anlayışı təkcə kəmiyyəti (cəmiyyətdə çoxluq) deyil, həmçinin keyfiyyəti də göstərir: hisslərə üstünlük
verilməsi, intellektin itməsi, öz hərəkətlərinə görə şəxsi məsuliyyət daşımamaq.
Görkəmli sosioloqlar Tarda və Lebona görə cəmiyyət heç nə başa düşməyən kütləyə, bəzi şeyləri başa
düşən publikaya və ali mədəni sərvətlərə malik olan elitaya bölünür. Buradan da kütləvi cəmiyyət ona
deyirlər ki, o insanı sosial maşının simasız elementinə, onun tələbatına uyğun olan «vintə» çevirir.
Kütləvi mədəniyyət isə əsl mədəniyyətə əks olan mədəniyyətə deyilir. Onun əsas funksiyası əyləndirici
xarakter daşımasıdır. Öz həcminə görə o, ona görə kütləvidir ki, həm əhatə dairəsi çox genişdir, həm də
gündəlik istehsal olunur. Buna misal olaraq sonu görünməyən və daim bir-birini əvəz edən, məzmun
etibarilə təkrarlanan teleserialları göstərmək olar.
Həqiqi, əsl mədəniyyətlə kütləvi mədəniyyət formaları öz mənəvi sərvətlərinə və qarşılarına qoyduqları
məqsədlərinə görə bir - birindən kökündən fərqləndikləri halda cəmiyyətdə hakim mədəniyyətə qarşı
etiraz forması - meydana gələn submədəniyyətlər və əks mədəniyyətlər müxtəlif sosial qrupların (yaş,
peşə, ərazi və s.) özünəməxsus mədəniyyət formaları kimi çıxış edirlər.
Hər bir submədəniyyət ümumi qəbul edilmiş mədəniyyət normalarından fərqlənən sərvətlərə, davranış
nümunələrinə, geyim tərzinə, ünsiyyət formasına malikdir. Bundan əlavə submədəniyyətin təzahür
səviyyəsi həyat tərzindən, qrupun həcmindən, qrup üzvlərinin yaş səviyyəsindən, onların öz mənafelərini
qorumaq uğrunda mübarizəyə hazır olmalarından asılıdır. Keçmiş sosialist ölkələrində özünəməxsus
davranış tərzi nümayış etdirmə anormal, sosial azma, yaxud Qərb həyat tərzini təqlid etmə kimi
qiymətləndirilərək təqib olunurdu. Hazırda isə bu mövqe cəmiyyətin diqqətini öz problemlərinə
yönəltmə kimi başa düşülür.
43.
Ailə sosial institutdur
Ailə sosial institut kimi cəmiyyətin yaranması ilə eyni vaxtda meydana gəlmişdir və cəmiyyət
təkamül etdikcə onun da məzmun və funksiyaları dəyişilmişdir. Cəmiyyət ailəyə təsir etdiyi kimi, ailə də
cəmiyyətə təsir edir. Ailə mürəkkəb sosial sistem kimi müntəzəm olaraq formalaşır. Cəmiyyətin inkişaf
etməsi və dəyərlərin yeniləşməsi, burada baş verən sosial, iqtisadi, demoqrafik, mənəvi,siyasi hadisələr
və proseslər ailənin strukturuna, ailə üzvlərinin qarşılıqlı münasibətlərinə, ailənin davamlılığına birbaşa
təsir göstərir.
Ailənin mahiyyətinə aşağıdakılar daxildir:
ailənin funksiyaları;
ailənin quruluşu;
hər bir ailə üzvünün ailədə rolu.
44.
Dinin sosial funksiyaları (ideoloji, mənəvi, təsəlliverici, tənzimedici və
dünyagörüşü)
Sosioloqların fikrincə dinin yerinə yetirdiyi əsas sosial funksiyalar isə aşağıdakılardır:
1.
Təsəllivericilik funksiyası. Həyatın ən çətin və ağır anlarında din insanı ruhdan düşməyə
qoymur, ona dayaq olur, ona Allahın onunla olduğunu təlqin edir. Bu funksiya vasitəsi ilə din
insana təsəlli verərək «axirət xöşbəxtliyi» haqqında təsəvvür yaradır. O, bütün problemlərin
Allah tərəfindən həll olunacağına ümid verir.
2.
Dünyagörüşü funksiyası insana təbiət, cəmiyyət, yer, göy və kainat haqqında məlumatlar
verir, elmin hələ cavabını tapa bilmədiyi sualları cavablandırır. Bundan əlavə, din elmi baxış və
təsəvvürlərə uyğunlaşmağa, əməkdaşlığa çağırır.
3.
İdeoloji funksiya geniş əhali kütlələrinə təsir göstərərək onların sosial-siyasi dünyagörüşünün
formalaşması işinə xidmət edir. Din insanları dini-ideoloji ehkamların dəyişilməzliyinə,
birdəfəlik ilahi qüvvə tərəfindən müəyyən edildiyinə inandırmağa çalışır.
4.
Mənəvi - tərbiyəvi funksiya insanların mənəvi
– əxlaqi sərvətlərə yönümlüyünün
artırılmasına, onların düzgünlük, təmizlik, əməksevərlik ruhunda tərbiyə edilməsi işinə xidmət
edir.
Bu funksiyanın yerinə yetirilməsində sosial institut kimi ailənin böyük rolu vardır. Sosioloji
tədqiqatlar göstərir ki, hazırda dindar adamların böyük əksəriyyəti məhz ailədə olan ruha, adət-
ənənələrə, vərdişlərə əsaslanmaqla dindar olmuşlar. Onlar məscidə, kilsəyə və digər dini məbədlərə
getmənin köklərinin hələ uşaq ikən ailədən gələn ənənə olduğunu təsdiqləyirlər.
Tənzimedici funksiya dinin ən mühüm funksiyalarından biri olub, dindarların hərəkətləri və
fəaliyyətlərini nizama salır. Hər bir din özünün çoxsaylı ayinləri, mərasimləri, davranış normaları,
qadağanları və s. ilə insanların praktik fəaliyyətinə, məişətinə və fərdi həyatına daxil olur, dini tələblər
vasitəsi ilə insan fəaliyyəti tənzim olunur. Dinin bu funksiyası mənəvi-tərbiyəvi funksiya ilə sıx bağlıdır.
Bütün dünya dinləri meydana gəldikləri vaxtdan bu günə qədər öz ardıcıllarını paklığa, ədalətə, mənəvi
saflığa, xeyir iş görməyə, xeyriyyəçiliyə, imkansızlara, yetimlərə kömək etməyə, böyüklərə, qocalara
hörmət etməyə çağırmışdır. Göründüyü kimi dinin tənzimedici funksiyası özündən əvvəlki funksiyaları
üzvi surətdə tamamlayaraq insanların şəxsi və ictimai həyatda fəaliyyətlərini nizamlamağa imkan yaradır.
45.
Əks mədəniyyətləri səciyyələndirən əlamətləri göstərin
Cəmiyyətdə mövcud hakim mədəni sərvətlərə qarşı çıxan submədəniyyət əks mədəniyyət adlanır. Bu
termin ötən əsrin 60-cı illərində amerikalı sosioloq T.Rozzak tərəfindən irəli sürülmüşdür. Həmin illərdə
Qərb ölkələrində gənclər hərəkatlarının geniş vüsət alması onların mövcud mənəvi normalardan
narazılığını əks etdirirdi. Əks mədəniyyətləri səciyyələndirən əlamətlər aşağıdakılardan ibarətdir:
a)
Real gerçəkliyə tənqidi yanaşma tərzi;
b)
Mövcud normalara zidd olan alternativ həyat tərzi;
c)
Bədii yaradıcılığın antiənənəvi formaları.
46.
Müasir dinlər (Buddizm, Xristianlıq, İslam)
Dinin sosiologiyasını tədqiq edərkən sosioloqlar əsas diqqəti müasir dinlərin öyrənilməsinə
yönəldirlər.
Buddizm
– b.e.əvvəl VI əsrdə Hindistanda medyana gəlsə də hazırda burada ona etiqad edənlər
əhalinin yalnız bir faizini təşkil edir. 45 yaşlı Mayya adlı qadının yuxuda ağ fil mələk görməsi nəticəsində
hamilə olması və Qautamanı dünyaya gətirməsi haqqında rəvayətə əsaslanır. İlk vaxtlar cah-cəlal
içərisində yaşayan Qautama 29 yaşında sarayı tərk edərək 6 il ərzində meşələrdə tərki-dünya həyat tərzi
keçirir və nəticədə insanların nicat yolunu Nirvanaya (sükunət) nail olmaqda tapır. Onun təliminə görə
bütün maddi varlıq daim sükunət halında olan mistik varlığın (Budda) təzahurudur. Nirvanaya çatmağın
yolu isə aşağıdakı 4 həqiqəti dərk etməkdən keçir:
1.
başa düşməli ki, həyat əzab-əziyyətdir.
2.
əzabın səbəbi isə arzular və ehtiraslardır.
3.
əzabdan qurtarmaq üçün arzu və ehtirasları boğmaq lazımdır.
4.
arzuları boğmaq üçün Qautamanın göstərdiyi nicat yolu ilə
– Nirvanaya gedən yolla getmək
lazımdır.
Buddizmin əsas dini kitabı «Kanon» (Qanun) adlanır. Bu din hazırda Çin, Vyetnam, Birma, Nepal,
Laos, Tailand, Yaponiya kimi ölkələrdə geniş yayılmışdır.
Xristianlıq
– eramızın I əsrində yaransa da yalnız VIII əsrdə İsanın çarmıxa çəkilmiş obrazı meydana
çıxır. F.Engels «İlkin xristianlığın tarixinə dair» adlı əsərində göstərir ki, Eramızın I əsrində Romada
əhalinin ağır vəziyyəti zülmdən çıxış yolunu xilaskarda görməyə vadar edirdi. Bu dinin əsas ehkamları
bunlardır: İsanın doğulması və ölümü ilə bəşəriyyətin öz günahlarını yuması; axirət (qiyamət) günü onun
yenidən zühur etməsinə, dindarların diriləcəyinə və kafirlərin cəzalanacağına inam.
«Bibliya»nın birinci hissəsi-»Əhdi-Ətiq» həm xristianlığın, həm də iudaizmin müqəddəs kitabı
hesab olunur. «Əhdi-cədid» adlanan ikinci hissə isə yalnız xristianlığın kitabıdır və buraya 27 əsər
daxildir: Matfeyin, Markın, Lukanın və İsanın incilləri, Apostolların əməlləri, 21 müraciətnamə, İsanın
vəhyi və ya Apokalipsis.
Dünya dinləri içərisində ən gənc və ən mükəmməl olanı İslam dinidir. VII əsrdə əsası Məhəmməd
peyğəmbər tərəfindən qoyulan islam dininin müqəddəs kitabı «Qurani -kərim»dir. Başqa dinlərdə olduğu
kimi, islamda da ideya və təsəvvürlərin əsasını etiqad ehkamları təşkil edir:
1.
Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın rəsuludur.
2.
Allah təkdir, əbədi və hər şeyə qadirdir.
3.
Axirət haqdır, orada hər kəs cəzaya və ya mükafata layiq görüləcəkdir.
4.
Quran müqəddəsdir və Allah tərəfindən göndərilmişdir.
5.
Taledən qaçmaq olmaz, yazıya pozu yoxdur və s.
Bu saysız
– hesabsız etiqadlar əsasında İslam dini hər bir dindar müsəlmanın qarşısında 5 əsas
vəzifə qoyur:
1.
Kəlmeyi-şəhadətini oxuya bilmək.
2.
Namaz qılmağı bacarmaq.
3.
Oruc tutmaq.
4.
Zəkat vermək.
5.
Həccə getmək.
İslamın ardıcılları 1 milyard nəfərdən artıq olmaqla dünyanın 120-dən çox ölkəsində yaşayırlar. 35
ölkənin əhalisinin mütləq əksəriyyətini müsəlmanlar təşkil edir. Asiya və Afrikanın 53 dövləti İslam
Konfransı Təşkilatında birləşmişlər.
İslam dini artıq VII əsrdə iki təriqətə: sünnilik və şiəlik cərəyanlarına parçalanır. Bunlardan birincisi
islam dinini olduğu kimi saxlamağa çalışan, yalnız Məhəmməd peyğəmbərə aid olan hekayətləri
müqəddəs hesab edən cərəyan olduğu halda, ikincisi peyğəmbərin kürəkəni Əlinin tərəfdarlarını
birləşdirən partiya olub, peyğəmbər nəslindən olanları da müqəddəsləşdirirlər.
47.
Ekoloji böhran qlobal problem kimi.
Ekoloji böhran
– insanın yaşadığı təbii şəraitdə özünü göstərən mühitin böhranının tərkib
hissəsidir. Ekoloji böhran nəticəsində elə dəyişikliklər baş verir ki, yaşayış şəraiti insan həyatı üçün
əlverişsiz bir vəziyyətə düşür. Onu demək kifayətdir ki, təbii şərait insanın həyat fəaliyyətini təmin edən
mühüm mənbədir. Lakin, cəmiyyət həyatında iqtisadi böhran da təbiidir və o, həmçinin sosial-iqtisadi və
mədəni böhranları yaradır.
Ekoloji böhranın əmələ gəlməsinin iki mühüm səbəbi vardır: iqlim dəyişiklikləri və ətraf mühitə
antropogen təzyiq. Onlar cəmiyyətdə mühüm dəyişikliklərin səbəbi kimi də çıxış edirlər. Bəşəriyyətin
tarixi bir sıra ekoloji böhranların baş verməsi ilə xarakterizə olunur və hər dəfə də bu böhranlar
cəmiyyətdə ciddi və əsaslı dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. İnsan fəaliyyətinin təbii amillərdən
asılılığı uzun zaman xarici qüvvələrin fəaliyyət təsiri kimi qəbul edilirdi.
48.
Ailənin funksiyaları hansılardır?
Ailənin özünəməxsus funksiyaları vardır və bu funksiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Ailənin
funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Özünün müvafiq
funksiyaları ilə ailə kiçik qrupların digər növlərindən köklü surətdə fərqlənir. Müasir ailənin yerinə
yetirdiyi funksiyaları nəzərdən keçirək: nəsil artırma, tərbiyəetmə, təsərrüfat-iqtisadi, rekreativ( ailə
üzvlərinin bir-birilərinə qarşılıqlı köməyi, sağlamlığın qorunması, istirahətin təşkili), kommunikativ və
tənzimləyici (ailədə ilkin sosial nəzarət, nüfuz və hakimiyyətin reallaşması). Ailənin mahiyyəti məhz bu
funksiyalarda öz əksini tapır. Ailənin möhkəmliyi məhz bu funksiyaların nə dərəcədə həyata
keçirilməsindən, bu isə öz növbəsində sosial amillərdən - cəmiyyət tərəfindən ailəyə verilən tələblərdən,
ailə hüququnun təminatından, cəmiyyətdəki hakim mənəvi, mədəni normalardan, cəmiyyətin ailəyə
göstərdiyi real yardımdan və s. asılıdır. Ailənin funksiyaları ilə ayrı-ayrılıqda tanış olaq.
Ailənin təsərrüfat- iqtisadi, tərbiyə və bərpaedici funksiyalarının əhəmiyyəti böyükdür. Təsərrüfat-
iqtisadi funksiyası ailə münasibətlərinin müxtəlif tərəflərini - ailənin təsərrüfatı, büdcəsi, idarə olunması,
əmək mühiti, evdə kişi və qadın əməyinin xüsusiyyətləri və s. əhatə edir.
49.
Ekoloji bohranın əsas əlaməltəri
Ekoloji böhranın əsas əlamətləri arasında aşağıdakıları göstərmək zəruridir:
Yer Kürəsinin hava və su hövzəsinin çirklənməsi;
Tullantıların çoxalma təhlükəsinin artması;
İqlimin qlobal surətdə dəyişməsi və iqlimlə bağlı fəlakətin mümkünlüyü;
Şumlanan torpaqların azalması və məhsuldar torpaqların zəifləməsi;
Təbii resursların hasil edilməsi, onların emalı və istifadəsi - ətraf mühit üçün təhlükə yaradır.
50. Mədəniyyətin sosial inkişaf qanunauyğunluqları
Sosioloqlar mədəniyyətin inkişafın əsas qanunauyğunluqlarını aşağıdakı kimi göstərirlər:
1.
Mədəniyyət tipinin cəmiyyətin həyat tərzindən asılılığı və ona əks təsiri.
2.
Mədəniyyətin inkişafında varislik prinsipi. Bu asılılıq zaman (şaquli) və məkan (üfüqi) daxilində,
həmçinin müsbət (bu və ya digər mədəni ənənələrin davamı) yaxud mənfi (əvvəlki mədəni
təcrübənin inkar olunması) xarakterli ola bilər.
3.
Mədəniyyətin inkişafının qeyri-bərabər xarakter daşıması. Bu özünü 2 aspektdə büruzə verir:
a) mədəniyyətin çiçəklənməsi və ya tənəzzülə uğraması ictimai həyatın başqa sahələrəinin
(məs. iqtisadiyyat)tərəqqisi və ya tənəzzülü ilə bağlı deyil. b) mədəniyyətin özünün növləri
qeyri-bərabər inkişaf edir. Məsələn, bu gün siyasi mədəniyyət, ekoloji mədəniyyət aşağı
səviyyədədir.
4.
Mədəni prosesdə şəxsiyyətin, insan fərdiyyətinin xüsusi rolu.
Dostları ilə paylaş: |