Минэячевир Бялядиййясинин



Yüklə 95,69 Kb.
tarix22.07.2018
ölçüsü95,69 Kb.
#57716

Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının


01 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 15 » yanvar 2016-cı il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 18 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 00 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: L.E.Hüseynzadə


GÜNDƏLİK:


  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci il üzrə hesabatı barədə.

  2. Mingəçevir Bələdiyyəsinin yeni ştat cədvəlinin təsdiq edilməsi barədə.

  3. 2015-ci ilin dekabr – 2016-cı ilin yanvar aylarında xərclənmiş vəsaitin təsdiq olunması barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 1 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.HÜSEYNOV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.

Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.


1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 4 (dörd) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.HƏSƏNOV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

1) QƏRARA ALIR:

Mingəçevir Bələdiyyəsinin «Yerli büdcə məsələləri», «Yerli ekologiya məsələləri», «Yerli iqtisadi inkişaf məsələləri», «Yerli sosial məsələləri» və «Hüquq məsələləri» daimi komissiyalarının 2015-ci il üzrə məlumat və arayışlarını müzakirə edərək



  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci il üzrə hesabatı təsdiq edilsin.

  2. Mingəçevir Bələdiyyəsinin 2015-ci il üzrə hesabatının müzakirəsi şəhər ictimaiyyətinin iştirakı ilə Mingəçevir Bələdiyyəsinin akt zalında 18.01.2016-cı il tarixdə saat 1100 -da keçirilsin.

  3. «Yerli sosial məsələləri» daimi komissiyasına tapşırılsın ki, Mingəçevir Bələdiyyəsinin 2015-ci il üzrə illik hesabatı KİV vasitəsi ilə şəhər sakinlərinin nəzərinə çatdırılsın.

  4. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

18 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

2) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Ə.ƏLİYEV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


2) QƏRARA ALIR:


Bələdiyyənin ştat cədvəlində aparılacaq dəyişikliklər ilə əlaqədar «Yerli büdcə məsələləri» daimi komissiyasının arayışını müzakirə edərək



  1. Aşağıdakı dəyişikliklər nəzərə alınmaqla, bələdiyyənin yeni ştat cədvəli 01.01.2016-cı il tarixdən təsdiq olunsun:

  • «Maliyyə, vergi və ödənişlər» şöbəsinə bir vahid kompüter operatoru ştatı (əmək haqqısı 159 manat) əlavə olunsun, «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsinin işçisi Culfayeva Günel Rafiq qızı həmin vəzifəyə təyin edilsin.

  • «Təsərrüfat və xidmət» şöbəsinin mühəndisi Abdullayev Cəfər İdris oğlu ilə bağlanmış əmək müqaviləsinə, müqavilə müddəti bitdiyi üçün 05.01.2016-cı il tarixdən, «Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş» şöbəsinin kadrlar üzrə iş aparıcısı Məmmədova Südabə Vəli qızı ilə bağlanmış əmək müqaviləsinə, müqavilə müddəti bitdiyi üçün 06.01.2016-cı il tarixdən xitam verilsin.

  • «Təsərrüfat və xidmət» şöbəsinin işçiləri Cəbrayılov Əlican, Ədilova Səbirə, hüquqşünas Məmmədov Ələsgər, torpaqların inventarizasiyası ilə məşğul olan Məmmədov Akif və Rəhimov Babəklə bağlanmış əmək müqavilələri 3 ay, digər işçilərlə bağlanmış əmək müqavilələri ilin sonunadək uzadılsın.

  • Gözətçi, xadimə, sürücü, fəhlə, sədr köməkçisi və kargüzar ştatlarının əmək haqqısı 159 manat müəyyən edilsin.

  1. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

18 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

3) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:
M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
N.NƏBİYEV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

3) QƏRARA ALIR:


«Yerli büdcə məsələləri» daimi komissiyasının 2015-ci ilin dekabr – 2016-cı ilin yanvar ayları üçün xərclənmiş vəsait barədə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin dekabr – 2016-cı ilin yanvar ayları üçün büdcə xərcləri 1772,73 manat təsdiq olunsun.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

18 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
SƏDR: ______________________ C.Ə.ABDULLAYEV

KATİB: ______________________ L.E.HÜSEYNZADƏ




Yüklə 95,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə