Mühasibat uçotu, audit və iqtisadi təhlil 10(292)-2016 Bank kreditlərinin, borclarm və ssudaların



Yüklə 223,05 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü223,05 Kb.
#65800


Mühasibat uçotu, audit və iqtisadi təhlil

10(292)-2016



Bank kreditlərinin, borclarm və  ssudaların 

uçotu xüsusiyyətləri

S.M.Səbzəliyev

ADIU-nun Mühasibat uçotu və audit 

kafedrasının  mildiri,  professor,  i.e.d.

Açar sözlər: kredit, ssuda, borc, kredit müqavi- 

ləsi,  əmtəə krediti,  kommersiya  krediti,  ssuda  mü- 

qaviləsi,  kreditor,  borcverən,  borcalan

Azərbaycan  iqtisadiyyatmm inkişaf sürəti 

iqtisadiyyatın real bölməsinin maliyyələşməsi 

həcmindən  asılıdır. Maliyyələşmə mənbələrin- 

dən biri  isə  borc  vəsaitləri hesab  olunur.  Belə 

ki,  hazırkı  şəraitdə  m üəssisələrdə  istehsal 

fondlarının  dövram  təkrar  istehsal  prosesini 

davam  etdirmək üçün kifayət həcmdə  xüsusi 

vəsaitlərlə  təmin oluna bilinmir.

Latm  dilində  tərcümədə  "kredit"  sözün 

əsl mənasmda "etibar" deməkdir. Daha konkret 

desək, bu söz kreditorun debitora etibarı məna- 

sım daşıyır.

Tarixən  "kredit",  "ssuda"  və  "borc"  anla- 

yışları  biri  digəri  ilə  eyniləşdirilir  və  praktik 

olaraq borc  anlamım verir.  Belə bir  dolaşıqlıq 

hazırda  da  iqtisadi  ədəbiyyatda  və  normativ 

aktlarda müşahidə edilməkdədir.  Əslində ad- 

larmı çəkdiyimiz anlayışlar biri digərindən ki- 

fayət  qədər  fərqlidir.  Belə  ki,  borc  anlayışı 



"kredit" anlayışmdan daha geniş və daha əha- 

təlidir.  Məs,  borc  müqaviləsinə  görə  bir  tərəf 

(borcverən) digər tərəfin (borcalan) mülkiyyə- 

tinə  pul  və  yaxud  müəyyən  əlamətlərə  malik 

əmlak verir.  Borcalan isə öz növbəsində borc- 

verənə  həmin  məbləğdə  pul  (borc  məbləği), 

yaxud  əmlakı  qaytarmağı  öhdəsinə  götürür 

(yəqin ki, müəyyən faizlə).



"K redit"  özlüyündə  borcun  bir  növüdür 

və  üç  yerə  böllinür:  bank  krediti  (kredit  mü- 

qaviləsi vasitəsilə rəsmiləşdirilir), əmtəə krediti 

və kommersiya krediti.



Kredit  müqaviləsi  əsasmda  bank,  yaxud 

digər kredit təşkilatı (kreditor) borcalana mü- 

qavilədə nəzərdə tutulan məbləğdə  və  şərtlər 

daxilində  pul  vəsaiti  verməsini  öhdəsinə  gö-

türür. Borcalan isə öz növbəsində aldığı məbləği 

və müvafiq faizi vaxtmda geri qaytarma barədə 

öhdəliyi imzalayır.

Əmtəə krediti tərəflər arasmda bağlamlan 

müqavilədə  bir  tərəf  digər  tərəfə  müəyyən 

cinsi əlamətləri olan əşyaları verməyi öhdəsinə 

götürür (əmtəə krediti müqaviləsi).



Kommersiya  kreditinə  görə  bir  tərəf  digər 

tərəfin mülkiyyətinə pul vəsaiti, yaxud müəyyən 

əşyalar  verir.  Belə  kreditlər  avans,  əvvəlcədən 

ödəniş,  ödənişin  təxirə  salınması  və  s.  şərtlərlə 

həyata keçirilir.

Ssuda  özlüyündə  ssudaverənin  ssudaalana 

qaytarmaq şərtilə əvəzsiz qaydada verdiyi əşya- 

ları təcəssüm etdirir. Həmin əşyalar müqavilədə 

qeyd olunan şərtlər əsasmda normal köhnəlmə, 

yaxud  saz  vəziyyətdə  geri  qaytarılmalıdır.  Pul 

özlüyündə  əşya  sayılsa  da  (numizmatik  pul 

istisna olmaqla), ssuda şəklində verilə bilməz.

Deyilənlərdən  aydm  olur  ki,  kredit,  borc 

və  ssudaların  həm  ümumi,  həm  oxşar,  həm 

də  fərqli  cəhətləri  göz  qabağmdadır.  Daha 

konkret desək, kredit borcun tərkib hissəsidir, 

ssudaya  gəldikdə  isə  bir  çox  hallarda  icarə 

müqaviləsi üçün nəzərdə tutulan qaydalar üs- 

tünlük  təşkil  edir.  Borc  və  kredit  müqavilələ- 

rinin  yaxmlığı  borclar  haqqmda  qaydalarm 

kredit müqavilələrinə tətbiqi imkanlarmı sübut 

edir.  Göstərilən müqavilələrin oxşarlığı aşağı- 

dakılardan ibarətdir:



1.  Məqsədli  xarakter.  Məqsədli  borcların 

qaydalarma görə, borcalan tərəfindən kreditin 

məqsədli təyinatma əməl olunmadıqda birtərəfli 

qaydada  dayandırıla bilər.  Əgər  əşya  təyinatı 

üzrə  istifadə  olunmursa,  yaxud  müqaviləyə 

uyğun gəlmirsə, ssuda müqaviləsinin vaxtmdan 

əvvəl dayandırılması imkanları mövcuddur.

2.  Qaytarılma  anı.  Borcun  məbləği  kredit 

və  ssuda kimi ya  onun borcverənə  faktiki  ve- 

rilməsi  (əldən ələ),  yaxud  da pul vəsaitlərinin 

onun  bank  hesabına  köçürüldüyü  anda  qay- 

tarılmış  hesab  olunur.  Qaytarılası  borc,  necə 

bir  kredit  müqaviləsi  kimi  yalnız  borcalanm



19


10(292)-2016

Mühasibat uçotu, audit və iqtisadi təhlil

razılığı ilə borcverənə geri qaytarıla bilər.  Əks 

halda borcverən öz gəlirinin bir hissəsini itirə- 

cək.  Borc və kredit müqaviləsində qaytarılma 

müddəti  qeyd  olunmadığı  hallarda  onlar  30 

gün müddətində geri qaytarılmalıdır.



3.  Hissə-hissə  qaytarılma.  Əgər  borc  və 

kredit müqaviləsində onların hissə-hissə qay- 

tanlması nəzərdə tutulmuşdursa, onda borcalan 

tərəfindən  qaytarılma  müddətinə  əməl  edil- 

mirsə,  borcverən  yerdə  qalan  bütün  məbləği 

faizlə  birlikdə,  vaxtından  əvvəl  geri  qaytarıl- 

masırıı  tələb  etmək  hüququna  malikdir  (ssu- 

danın tam qaytarılması üçün nəzərdə tutulur).



4. Faizlərin tutulması müddətinin keçməsi. 

Faizlərin tutulması haqqmda tələblər ümumi- 

likdə üç il müddətində həyata keçirilir (ssudalar 

üzrə faiz hesablanmır). Faizlərin tutulmasımn 

iddia müddəti və onlarm hesablanılma qaydası 

tərəflərin razılığı ilə dəyişdirilməyə məruz qala 

bilməz.  Qeyd  etdiyimiz  əlamətlərdən  başqa 

digər oxşarlıqlar da var.

Borc, bank krediti və ssudalann müqavilələri 

bir-birindən əhəmiyyətli surətdə fərqlənir.

1.  Borc  müqaviləsinin  predmeti  kimi  həm 

pullar, həm də fərdi əlamətləri ilə deyil, həmcins 

əlamətləri ilə müəyyən edilən daşmmaz əmlak 

nəzərdə  tutulur.  Buna  müvafiq  surətdə  borc 

predmeti  sayılan  əmlak,  borcalanm  mülkiy- 

yətinə  keçir  və  borcverənin  mülkiyyətindən 

çıxır.  Borcverən yalnız həmin qəbildən və hə- 

min keyfiyyətdə olan əmlakın (bilavasitə verdiyi 

əmlakı  deyil)  qaytarılmasma  iddia  etmək hü- 

ququna malikdir. Hansı ki, ssudamn predmeti 

dəyişdirilə bilməz. Bundan başqa, borc müqa- 

viləsinə görə əmlaka (əşyalara) mülkiyyət hü- 

ququ kreditordan borcalana keçir.  Ssuda mü- 

qaviləsi üzrə verilmiş  əmlaka  görə  mülkiyyət 

hüququ  kreditorda  qalır.  Buna  görə  də  pul 

borcları faizsiz olsa da, ssuda qismində tanma 

bilməz.  Kredit  müqaviləsinin  predmeti  digər 

əmlak deyil, yalmz pul ola bilər.

2.  Borc  və  ssuda  müqavilələrinin  tərəfləri 

istənilən şəxs, yaxud kommersiya təşkilatı ola 

bilər. Kommersiya təşkilatları onların təsisçiləri, 

iştirakçıları,  rəhbərləri,  yaxud  nəzarətçiləri 

sayxlanlara ssuda şəklində əmlak verə bilməzlər. 

Kredit müqaviləsi üzrə borcverən hüququnda

yalnız  banklar,  yaxud  Respublika  Mərkəzi 

Bankının  icazəsi  olan  digər  kredit  təşkilatları 

çıxış etmək hüququna malikdirlər.

3. Kredit müqaviləsi üçün bağlanılan forma 

yazılı  olmalıdır,  əks  halda  bu  sənəd  etibarsız 

sayılır.  Borc  müqaviləsi  üçün  əgər  borcverən 

hüquqi şəxsdirsə, sadə yazılı forma tələb edilir 

(əgər vətəndaşlar arasında bağlamlan müqavi- 

lənin məbləği minimum əməkhaqqmm 10 mis- 

lini  üstələyirsə).  Yerdə  qalan  bütün  hallarda 

hətta sadə yazılı forma tələb olunmur.

4.  Kredit  müqaviləsi  və  ssuda  müqaviləsi 

özlərinin  hüquqi  təbiətinə  görə  real  deyil, 

konsepsualdır. Başqa sözlə, tərəflərin müvafiq 

sazişi qəbul etdiyi andan qüw əyə minir (pulun, 

yaxud  əmlakm  borcalana  verildiyi  anadək). 

Eyni zamanda pulun verilməsi birdəfəlik deyil, 

müxtəlif dövrlərdə həyata keçirilə bilər. Ümu- 

miyyətlə, həmin müqavilənin konsepsual xarak- 

teri  zəifləmir  və  reallığa  (borc  müqaviləsinə) 

yaxmlaşmaqdadır.  Başqa  sözlə  desək,  həm 

kreditor,  həm  də  borcalan  müəyyən  şərtlər 

daxilində onun icrasmdan imtina edə bilər.

Borc dedikdə, pulun (yaxud əmlakm) borc- 

verəndən  borcalana  keçdiyi  andan  etibarən 

qüvvəyə  minən  real  müqavilə  başa  düşülür. 

Yalmz bu zaman müvafiq öhdəliklər meydana 

gəlir. Borc müqaviləsi pul (yaxud əmlak) veril­

diyi  andan  bağlanm am ış  sayılır.  Burada 

borcverəni borc verməyə məcbur etmək olmaz. 

Hansı ki, onun borc vermək barədəki sözünün 

heç bir hüquqi qüvvəsi yoxdur.

5.  Tərəflərin  vəzifələrinə  görə  kredit  və 

ssuda müqavilələri ikitərəflidir: bu zaman kre­

ditor  pul vəsaitini  verməyi öhdəsinə  götürür, 

borcalan isə aldığı pul vəsaitinin məbləğini və 

hesablanılan faizi qaytarmağı öhdəsinə götürür. 

Borc  müqaviləsi  birtərəflidir.  Belə  ki,  öhdəlik 

yalnız  borcalana  həvalə  olunur,  borcverənin 

isə yalmz tələb etmək hüququ qalır.

6. Kredit, birmənalı şəkildə borcalana aldığı 

pul vəsaiti məbləğinə görə faiz  ödəməli oldu- 

ğunu  nəzərdə  tutur.  Odəniş  məbləği  kifayət 

etmədiyi  halda,  əvvəlcə  kreditorun  müqavilə 

ilə bağlı çəkdiyi xərclər, daha sonra faizlər ödə- 

nilməlidir. Borc müqaviləsi üzrə faizlər ödənil- 

məyə də bilər (onlarm həcmi haqqmda susduq-

20



Mühasibat uçotu, audit və iqtisadi təhlil

10(292)-2016

da).  Faizlər  tərəflərin  razılığı  əsasmda  həm 

pul, həm də natural formada tutula bilər. Ssu- 

da müqaviləsi isə birmənalı şəkildə onun əvəz- 

siz qaydada verildiyini nəzərdə tutur.

Yuxarıda qeyd etdiklərimizə əsasən belə bir 

nəticəyə gəlmək olar ki, göstərilən kateqoriyala- 

rın hüquqi cəhətdən yanlış izahı konkret təsərrüfat 

əməliyyatlarıru müəyyənləşdirən zaman termi- 

noloji çaşqmlığa gətirib çıxarır. Son nəticədə ad- 

ları sadalanan kateqoriyalarm mühasibat uçotu 

və  hesabatda  əks  etdirilməsində  qeyri-dəqiqlik 

müşahidə edilir. Bəzən təsərrüfat dövriyyəsində 



"ssuda"  termini  "kredit"  termini  kimi,  bəzən 

də "bore" termini kimi işlədiür. Bu kateqoriyalarm 

hüquqi  cəhətdən  işlənilməsində  problemlərin 

olması eyni zamanda mühasibat uçotunun meto- 

dologiyasmda da müəyyən gərginlik yaradır.

Bütün hallarda bazar iqtisadiyyatı bərabər- 

hüquqlu partnyorlar arasmda müqavilə müna- 

sibətlərinin qurulması deməkdir. Kredit sövdə- 

ləşmələrində kredit münasibətlərinin subyektləri 

kimi kreditor və borcalan çıxış edir. Kreditləş- 

mənin  həyata  keçirilməsi  ilə  əlaqədar  bütün 

məsələləri kredit müqaviləsi bağlamaqla kom- 

mersiya banklan (kreditor) və müştəri (borcalan) 

tənzimləyir. Bankla kredit müqaviləsinin düz- 

gün bağlamlmasmdan asılı olaraq kreditləşmə 

prosesinin təşkilinin keyfiyyətinə  qiymət ver- 

mək  olar.  Kredit  əməliyyatlarmın  effektivliyi 

dedikdə onlarm gəlirliliyi və etibarlılığı, bankm 

kredit portfelinin həcmi və keyfiyyəti dedikdə 

isə,  onun müvəffəqiyyəti,  etibarlılığı,  mənfəət- 

liliyi və kredit riskinin dərəcəsi başa  düşülür.

Bankın kreditləşməsi sferasmda münasibət- 

lər kreditləşmə prinsipinə uyğun olaraq kredit 

proseslərinin  təşkilindən  irəli  gələn  müəyyən 

sistem əsasmda qurulur. Kreditləşmə prinsipləri 

özlüyündə kreditləşmə sisteminin başlıca ele- 

mentidir və o, kreditin məzmununu və mahiy- 

yətini  əks  etdirir.  Respublikada  dərc  olunan 

xüsusi  ədəbiyyatda  kreditləşmənin  əsas  prin- 

siplərinə  aid  edilir:  kreditin  qaytarılmasmm 

təcililiyi,  onu  verdikdə  diferensiallaşdırmaq, 

ödənişli olmaq və təminatlılıq.

Bank  kreditləşməsinin  prinsipi  hər  hansı 

bir qanunvericiliklə müəyyənləşdirilməmişdir. 

Kreditləşmənin əsas prinsipləri şəklində aşağı-

dakıları  nəzərdən  keçirmək  daha  məqsədə- 

uyğundur:

•  kreditin məqsədi;

•  kreditin həcmi;

• kreditin təcililiyi (ödənişliliyin əvəzlənməsi);

•  kreditin qaytarılması;

•  kreditin diferensiallaşdırılması (borcalanın 

reputasiyası və ödəmə qabiliyyəti);

•  kreditin təminatı  (borcalanın  aktivlərinə 

hüququnun almması).

Qeyd etməliyik ki, kreditləşmə pıinsiplərindən 

kreditin rəsmiyyətə salmması, təqdim olunması, 

ödənilməsi və s. proseslərdə istifadə edilir.

Kredit mexanizmini və kredit işlərinin təş- 

kilini hər bir bank müstəqil qaydada Respublika 

Mərkəzi  Bankınm  qüvvədə  olan  tövsiyələri 

əsasmda müəyyənləşdirir. Hər bir bankda kre­

ditin verilməsi ilə məşğul olan işçilərin əllərində 

rəhbər tutduqları siyasi, iqtisadi və digər amil- 

ləri nəzərə alan kredit siyasəti haqqmda xüsusi 

sənəd hazırlanmalıdır.

Barıkın  kredit  və  faiz  siyasətinin  əsas  ele- 

mentlərini onun direktorlar şurası, yaxud səhm- 

darlarm   yığıncağı  m üəyyənləşdirir.  Kredit 

siyasətinin  müddəalarmm  reallaşdırılmasınm 

konkret  prosedurları  bankm  kredit  prosesini 

tənzimləyən  daxili  normativ  sənədlərdə  öz  ək- 

sini tapır: vəzifə təlimatları, metodik göstərişlər 

və  s.  Bununla  əlaqədar  olaraq  bankm  necə  bir 

daxili  normativ  sənədi  kimi  kredit  müqavilə- 

sinin bağlanılması texnologiyasının dəqiq surət- 

də  hazırlanması  çox  vacibdir.  Kredit  sövdələş- 

məsinin bağlanılmasmı 4 mərhələyə bölmək olar:

•  kreditin  alınmasına  sifarişin  qəbulu  və 

ekspertizası

•  kreditin verilməsi  (kredit müqaviləsinin 

rəsmiləşdirilməsi, vəsaitin təyinatı üzrə köçürül- 

məsi);

•  kreditin müşayiət olunması (müqavilənin 



icrasınm gedişinə nəzarət);

•  kreditin qaytarılması.

Sadalanan mərhələlərin hər birisi üzərində 

ayrılıqda dayanaq: birinci mərhələ bankın borc- 

alana münasibəti,  ikincisi isə kreditin  almma- 

sma  sifarişin  verilməsi  ilə  başlanır.  Sifarişin 

forması (ərizə) müxtəlif ola bilər və bank tərə-

21



10(292)-2016

Mühasibat uçotu, audit və iqtisadi təhlil

findən  müxtəlif  qaydada  müəyyənləşdirilir. 

Bu sənəddə göstərilir:

•  borcalamn  rekvizitləri,  rəhbər haqqmda 

məlumat;

•  kreditin məqsədli təyinatı;

•  kreditin soruşulan parametrləri;

•  kreditin ehtimal olunan təminatı;

• borcalanm hesablaşma və digər hesabları 

haqqmda məlumatlar;

•  kreditin tarixi;

Qaydaya görə sifarişə bankm müəyyənləş- 

dirdiyi aşağıdakı sənədlərin dəsti əlavə edilir:

• borcalanın hüquqi cəhətdən dürüstlüyünü 

təsdiq edən sənəd;

•  onun  maliyyə  vəziyyətini  xarakterizə 

edən sənədlər;

•  krediti və onun təminatmı rəsmiləşdirən 

sənədlər;

•  digər sənədlər.



Kreditləşmənin birinci mərhələsində bank 

borcalamn imicini, ciddiliyini, etibarhlığını, kre­

diti  ödəyə  bilmək  qabiliyyətini,  habelə  kredit 

sifarişinin  əsaslılığını,  kreditdən  istifadənin 

effektivliyini,  kredit  riskinin  dərəcəsini  və  s. 

məsələləri  aşkara  çıxarmalıdır.  Bu  məsələlər 

müsbət həllini tapdıqdan sonra kreditləşmənin 

-  kreditin verilməsi prosesinin ikind mərhələsinə 

başlamaq  lazımdır.  İkinci  mərhələ  kredit  mü- 

qaviləsinin  bağlanılmasmdan,  kreditin  uçotu 

üzrə  hesabm  açılmasından  ibarətdir.  Kredit 

müqaviləsi о zaman bağlamlmış sayılır ki, onun 

bütün  forma  və  şərtlərinə  tam  şəkildə  əməl 

olunsun.  Kredit  müqaviləsinin  forması  bank 

tərəfindən müstəqil surətdə hazırlamr və burada 

aşağıdakı maddələr öz əksini tam tapmalıdır:

1) tərəflər haqqmda tam məlumat (adı, ün- 

vanı, bankdakı hesablaşma, yaxud digər hesab 

haqqmda məlumat, müqaviləni imzalayan şəx- 

sin göstərilməsi, onun vəzifəsi və səlahiyyəti);

2) müqavilənin predmeti (kreditin məbləği 

haqda şərtlər, onun qiyməti və alınması şərtləri, 

kreditin uçotu üzrə hesabdan istifadə qaydası, 

kreditləşən layihədə bankın payı və s.)

3) müqavilənin icrası çərçivəsində tərəflərin 

qarşılıqlı hüquq və vəzifələri;

4)  kreditin  məqsədi  və  onun  kreditləşmə 

obyektləri;

5)  hesablaşm alarm   şərtləri  və  qaydaları 

(əsas borc məbləğinin və ona görə hesablamlan 

faizlərin ödənilməsi müddətləri və qaydası);

6)  borcalanla  müqavilə  üzrə  öhdəliklərin 

icra təminatmm formaları və növləri;

7)  borcalan  tərəfindən  təqdim   olunan 

informasiyalarm həcmi və müddətləri;

8) müqavilənin icra olunmasınm nəticələri;

9)  müqavilə  üzrə  mübahisələrin  araşdırıl- 

ması qaydası;

10)  müqavilənin qüvvədə olduğu müddət;

11) sair şərtlər;

12)  tərəflərin hüquqi ünvanları.

Kredit  müqaviləsinin  ən  əhəmiyyətli  mə- 

sələlərindən  biri  kreditin  dəqiq  müəyyənləş- 

dirilən faiz dərəcəsi və onun ödənilməsi qaydası 

hesab  olunur.  Müqavilədə  onun  ödənilməsi 

şərtləri və dövrləri göstərilməlidir.

Hər şeydən əw əl bankm mənafeyi baxımm- 

dan  kredit  müqaviləsində  kreditdən  məqsədli 

istifadənin və onun təminatınm üsul və formala- 

nru nəzərdən keçirmək lazımdır. Belə yoxlamalar 

banklara  kreditləşmənin  gedişində  aşkarlanan 

problemləri aradan qaldırmaq üçün öz vaxtmda 

adekvat qərar qəbul etməyə imkan yaradır.

Müqavilə  sənədlərinin  rəsmiləşdirilməsi 

başa  çatdıqdan  sonra bank verilən kredit əsa- 

smda borcun uçotu üzrə borcalana hesab açır. 

Bununla da ikinci mərhələ başa çaür və üçüncü 

mərhələ  -   kreditləşm ə  prosesi  -   kreditin 

müşayiət olunması, yaxud kredit monitorinqi 

(nəzarət) prosesi başlayır.

Uçüncü  m ərhələ  m üqavilənin  icrasım n 

gedişinə  nəzarət  mərhələlərinin  hazırlanma- 

smdan ibarətdir:

•  borcun vaxtında və  tam həcmdə  ödənil- 

məsi;


•  kredit  işinin  təzələnməsi  (arayışlarm, 

hesabat  formalarınm  və  digər  əlavə  razılaş- 

malarm toplamlması və təqdim edilməsi);

•  borcalanm   ödəmə  qabiliyyətində  baş 

verən dəyişikliyin müntəzəm surətdə təhlili;

•  verilən  əmlakm  saxlanılma  şəraitinin  və 

keyfiyyətinin yoxlanılması (təsdiq olunan qrafik 

əsasmda əmlakın istifadə edildiyi yerlərdə olmaq).



Dördüncü  -   kreditin  ödənilməsi  mərhə- 

ləsində  müqavilə  başa  çatdıqdan  sonra  bir-

22


Mühasibat uçotu, audit və iqtisadi  təhlil

10(292)-2016

dəfəlik  ödənişinin  aparılması,  yaxud  müqa- 

vilə  qüw ədə  olduğu  bütün  dövr  ərzində bəra- 

bər  surətdə  ödəniş  həyata  keçirilir.  Ikinci  halda 

kapitalm dövranı müddətinə uyğun olaraq ödə- 

niş şkalası hazırlarur. Kredit tam həcmdə ödənildiyi 

halda,  işin  bağlanılması  barədə  arayış  kredit 

dosyesirıə yerləşdirilir və arxivə verilir.

Təşkilatın  pul borclarının ümumi  məbləğin- 

də  əsas  yeri  bank  kreditlərinin bir  çox  hallarda 

suallar  doğuran uçotu  qaydası  təşkil  edir.  Məs, 

alman  kreditin  məbləğinin  kreditor  -   bankm 

hesablaşma hesabına köçürülməsi zamanı kreditin 

verilməsi tarixi barədə sual meydana çıxır. Həmin 

tarix bankın uçot siyasətində dəqiqləşdirilmir.

Kommersiya təşkilatlarında bank kreditlə- 

rinin və borclarının mühasibat uçotu aşağıdakı 

passiv hesablarda aparılır:

501  N-li  "Qısamüddətli bank kreditləri";

502  N-li  "Işçilər  üçün  qısamüddətli  bank 

kreditləri";

504 N-li  "Qısamüddətli borclar";

401  N-li  "Uzunmüddətli  bank  kreditləri";

402  N-li  "İşçilər  üçün uzunmüddətli bank 

kreditləri";

404 N-li  "Uzunmüddətli borclar".

Qısamüddətli  kreditlər  təşkilatın  cari  fəaliy- 

yətinin ehtiyadan üçün verilir və bir ilədək müddətə 

nəzərdə  tutulur.  Bütün  hallarda  belə  kreditlər 

qısamüddətli aktivlərin maliyyələşmə mənbələrinə 

xidmət göstərir. Uzunmüddətli kreditlər bir ildən 

yuxan  müddətə  verilir  və  təşkilatın  istehsal  və 

sosial  inkişafı  məqsədləri  üçün  nəzərdə  tutulur 

(əsas vəsaitləxin inşası və əldə olunması, istehsalın 

genişləndirilməsi və təkrnilləşdirilməsi və i.a.).



Misal. "Ekvator" müəssisəsi ilük 18 % olmaqla 

6 ay müddətinə 120 000 man. məbləğində bankdan 

kredit almışdır. Bağlanılan müqavilənin şərtlərinə 

görə  kredit və  ona  hesablanılan  faiz  məbləğləri 

müddətin  sonunda  ödənilməklə  yanaşı,  krediti 

gecikdirdiyi hər gün üçün 0,2 % həcmində cərimə 

ödənilməsi nəzərdə tutulmuşdur. Kredit məblə- 

ğinin faktiki olaraq ödənilməsi 20 gün gecikdirilib. 

Sadalanan  əməliyyatlar  əsasında  mühasibat 

köçürmələrinin  tərtibi  metodikası  aşağıdakı 

ardıcıllıqla həyata keçirilməlidir:

1. 


Bankdan qısamüddətli kredit götürülmüş- 

dür:


Dt  223  N-li  -   "Bank  hesablaşma  hesablan" 

hesabı;


Kt  501 N-li -  "Qısamüddətli bank kreditləri" 

hesabı-  120000 man;

2.  Alınan kreditə  görə  faiz hesablanmışdır 

(bu əməliyyat 6 ay ərzində təkrarlamr):

Dt 202 N-li -  "İstehsalat məsrəfləri" hesabı;

Kt 721  N-li -  "İnzibati xərclər" hesabı;

Kt  537  N-li  -   "Faizlər  üzrə  qısamüddətli 

kreditor borcları"  hesabı-  1350 man;

3.  Hesablanılan kredit faizi ödənilmişdir:

Dt  537  N-li  -   "Faizlər  üzrə  qısamüddətli

kreditor borcları"  hesabı;

Kt 223 N-li -  "Bank hesablaşma hesabları" 

hesabı -1 0 8 0 0  man;

4.  Kreditin  ödənilməsinin  gecikdirildiyinə 

görə cərimə hesablanmışdır:

Dt  341  N-li  -   "H esabat  dövrünün  xalis 

mənfəəti (zərəri)" hesabı;

Kt 538 N-li -  "Digər qısamüddətli kreditor 

borcları"  hesabı- 4800 man;

5.  Hesablanılan cərimə ödənilmişdir:

Dt 538 N-li -  "Digər qısamüddətli kreditor 

borcları"  hesabı

Kt 223 N-li -  "Bank hesablaşma hesablan" 

hesabı -  4800 man;

6. Alınmış kredit ödənilmişdir:

Dt  501 N-li -  "Qısamüddətli bank kreditləri" 

hesabı;

Kt 223 N-li -  "Bank hesablaşma hesabları" 



hesabı -  120 000 man;

Alman  borclar  və  kreditlər  üzrə  xərclər, 

baş verdikləri dövrün xərcləri kimi tarunmalıdır.

Kreditlərin və borcların alınması, borc öh- 

dəliklərinin buraxılması  və yerləşdirilməsi ilə 

əlaqədar borcalanın əlavə xərclərinə aşağıdakılar 

aid edilə bilər:

• borcalana göstərilən hüquqi və konsultativ 

xidmətlər;

•  surətçıxaran  və  surətçoxaldan  işlərin 

həyata keçirilməsi;

•  qüwədə olan qanunvericilikdə nəzərdə tu- 

tulan hallarda vergilərin və rüsumlann ödənilməsi;

•  ekspertizanm aparılması;

•  rabitə xidmətlərinin göstərilməsi;

•  kreditlərin və borclann alınması, borc öhdə- 

Uklərinin yerləşdirilməsi ilə əlaqədar sair xərclər.

23



10(292)-2016

Mühasibat uçotu, audit və iqtisadi təhlil

Uzunmüddətli və qısamüddətli kreditlərin 

analitik  uçotu  alm an  k red itlərin   növləri 

ölçüsündə  banklar  üzrə  aparılır  (overdraft, 

kredit xətti və s.).

Ə D Ə BİYYA T

1.  Mühasibat uçotu  haqqmda Azərbaycan 

Respublikası Qanunu. Bakı, 2004.

2.  "M ühasibat  uçotu  haqqmda  Qanunun 

tətbiqi  haqqında"  Azərbaycan  Respublikası 

Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmam.

3. Azərbaycan Respublikası Nazirlər Kabi- 

netinin  18  iyun  2005-ci  ildə  təsdiq  olunmuş

"2005-2008-ci  illərdə  Milli  Mühasibat  Uçotu 

Standartlarının tətbiqi üzrə proqram".

4.  Kommersiya  təşkilatları  üçün  "M aliyyə 

hesabatlarımn  təqdimatı  üzrə  l№ -li  M MUS"

5. S.Səbzəliyev, V.Quliyev. İdarəetmə uçotu. 

Dərslik, Bakı, 2014.

6.  S.Səbzəliyev,  Q.Abbasov.  Xidmət  sahə- 

lərində mühasibat uçotu.  Bakı -  2015.

7. Ə.Sadıqov və b. "Mühasibat uçotu", Bakı, 

2015.


8. S.Səbzəliyev. Xarici ölkələrdə mühasibat 

uçotu. Bakı, 2014.



С.М.Сабзалиев 

Особенности учета банковских кредитов, займов и ссуды

РЕЗЮМЕ

В  работе рассмотрено сходство и отличие договоров  займа,  кредита и ссуды, учитывая, 

что  кредит  является  составной  частью  займа,  а  к  ссуде  во  многих  случаях  применяются 

правила, предусмотренные договором аренды. О близости договоров займа и кредита сви­

детельствует  применение  к кредитным  отношениям  правил  о  займе.  Сходство указанных 

договоров состоит в  следующем:  целевой характер,  момент возвращения,  возвращение по 

частям, срок давности взыскания процентов.

S.M.Sabzaliev 

Features of the account of bank credits, loans and advances 

S U M M A R Y

The paper discussed the similarities and  differences of the loan agreements,  the loan and the 

loan,  given that the loan is part of the  loan,  and  a  loan to,  in many  cases,  the  rules  provided  by 

the  lease  contract.  On  the  closeness  of  the  loan  agreements  and  loan  demonstrates  the  use  of  a 

credit relationship  rules  for  a loan.  The similarity of these  contracts  is  as  follows:  targeted,  time 

of return,  return piecemeal collection of limitations percent.



24

Yüklə 223,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə