MüNDƏRİcat giRİŞ 3 FƏSİL 3



Yüklə 151,26 Kb.
səhifə1/12
tarix11.09.2023
ölçüsü151,26 Kb.
#121648
  1   2   3   4   5   6   7   8   9   ...   12
audio-video konfrans proqramlari Talib


AZƏRBAYCAN REPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

R E F E R A T
Mövzu: “ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ AUDİO-VİDEO KONFRANS PROQRAMLARININ ROLU”
İddiaçı: İsmayılzadə T.R.


BAKI – 2023
MÜNDƏRİCAT

GİRİŞ 3
1.FƏSİL 3
1.1.Tədqiqatın motivləri və əhəmiyyəti 3
1.2.Tədqiqatın məqsədi və əsas suallar 4
1.3.Tədqiqatın əhatə dairəsi və məhdudiyyətlər 5
2.FƏSİL: Ədəbiyyat icmalı 6
2.1.Audio-Video Konfrans Proqramlarına Ümumi Baxış 6
2.2.Təhsilə çıxış: Boşluğu aradan qaldırmaq 7
2.3.Ali Təhsildə Audio-Video Konfrans Proqramlarının Ümumi Xüsusiyyətləri və Funksionallıqları 9
2.4.Audio-Video Konfrans Proqramları üçün Texnoloji İnfrastruktur 10
2.5.Ali Təhsildə Audio-Video Konfrans Proqramlarının Təhlükəsizlik və Məxfilik Aspektləri 13
3.FƏSİL: Tədqiqat metodologiyası 16
3.1.Uğurlu İcra üçün Mülahizələr 16
3.2.Nümunəvi Təcrübələr 18
3.3.Effektiv istifadə üçün tövsiyələr 20
NƏTİCƏ 22
ƏDƏBİYYAT 24



GİRİŞ

  1. FƏSİL

    1. Tədqiqatın motivləri və əhəmiyyəti


Təhsil müəssisələrində onlayn təhsil son illərdə çox araşdırılan bir mövzudur. Bu, internetin güclü və yayılmış olması ilə əlaqədar olaraq daha da mühüm hala gəlir. Online təhsilin artmasıyla birlikdə, bu sahədə yeni texnologiyaların inkişafı da nəzərə alınmalıdır. Onlayn təhsilin ən böyük avantajlarından biri, tələbələrin məcburiyyətli fasilələrə bağlı olmadan özlərinə uyğun tədris almaq imkanına sahib olmalarıdır. Bundan başqa, onlayn təhsil, tələbələrə təhsil aldıqları məkan və zamandan aslı olmadan, daha az məhdudiyyətlər ilə daha yaxşı təhsil imkanları yaradır. Lakin, onlayn təhsilin bəzi mənfi xüsusiyyətləri də var. Öncəliklə, onlayn təhsil, tələbənin tədris prosesində iştirak etməsinin fiziki hissəsini əks etdirir və bu, mənəvi tərəfdaşlıq və bir-birinə dəstək olmaq imkanlarını azaldır. Bundan başqa, online təhsil üçün lazım olan avadanlıqların və texnologiyaların tələbələrin və ali təhsil müəssisələrinin büdcəsi çərçivəsində olması da tələbələri müxtəlif problemlərlə qarşılaşdıra bilər. Tələbələrin onlayn təhsil almasında audio-video konfrans proqramlarının rolu böyükdür. Bu proqramlar müxtəlif formaları vardır və daim imkanları yenilənir.

Audio-video konfrans əsasən iki və ya daha çox istifadəçiyə məsafə və məkan məhdudiyyəti olmadan səs və video vasitəsilə ünsiyyət qurmağa imkan verən texnologiyadır. Texnoloji inkişaflarla yanaşı, videokonfrans sistemləri funksional xüsusiyyətlərlə təchiz olunub. Buna görə də, videokonfrans bu gün əhəmiyyətli üstünlüklər təklif edir. Audio-video konfrans proqramlarının üstünlükləri aşağıdakılardır.



  • Videokonfrans vaxta qənaət edir, xərcləri azaldır.

  • Bu rəqəmsal transformasiyanın bir hissəsidir.

  • İnklüziv təhsildə dünya standartlarını gətirir.

  • Marketinq dünyasına yeni nəfəs gətirir və s.

Audio-video konfrans proqramları, günümüzdə təhsil müəssisələrində də çox vacib rol oynayır. Bu proqramlar sayəsində tələbələr və müəllimlər arasında uzaqdan əlaqə qurmaq və canlı dərslərə qatılmaq mümkündür. Bundan başqa, fərqli şəhərlər və ölkələr arasında olan tələbə və müəllimlərin bir araya gəlməsinə imkan verir.


Bu proqramlar, tələbələrin dərsi qaçırmasını önəmli dərəcədə azaldaraq, davamsızlıq statistikasını aşağı salır və müəllimlərin tələbələrlə daha sıx bir əlaqə qurmasına kömək edir. Bundan başqa, tələbələr evdən və ya uzaqdan dərs materiallarına asanlıqla giriş əldə edə bilirlər.

    1. Yüklə 151,26 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə