Hüseynova Aysel Ramiz qızı
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu doktorantı
"NAXÇIVAN BƏŞƏRİYYƏT BEŞİYİ"
Naxçıvan memarlığı... Heç zaman aktuallığını itirməyən memarlıq
nümunələri ilə bol olan tarixi abidələr diyarı... Məni Naxçıvana elmi işim və
Naxçıvana olan sevgim apardı. Təyyarədən endiyim an qarşıma Nizami Əliyev
çıxdı. Onun isti gülərüzlə qarşılaması naxçıvanlıların böyük mədəniyyətə sahib
olmalarının, gülərüz və mehriban olmalarının göstəricisi idi.
Səhər açıldı... Artıq tədqiqatlara start verildi. Tətqiqat üçün ilk istiqamət
Ordubad qoruq şəhəri oldu. Dünyanın ən qədim insan məskənlərindən olan
Ordubadda e.ə VII-I minilliklərdə insanların məskunlaşıb, daşlar üzərində
yaratdıqları təsvirlərlə bol olan Gəmiqaya dağı, e.ə IV-II min illiyə aid Sabir-Dizə
yaxınlığındakı Plovdağ yaşayış yerindən tapılmış maddi mədəniyyət nümunələri,
yaşayış evləri və qəbir abidələri, e.ə II minilliyin sonu I minilliyin əvvəllərinə aid
edilən qədim Sumbatan şəhərinin qalıqları, Xaraba Gilan ərazisində orta əsrlərə aid
şəhər ərazisi və memarlıq abidələri, orta əsrlərdə şəhər kimi formalaşan Aza, Əylis
kimi
memarlıq
abidələri
ərazidə
insanların
çox
qədim
dövrlərindən
məskunlaşmasının xəbərçisidir.
Naxçıvan tarixi keçmişi olan şəhərləri içərisində Ordubad şəhərsalma və
memarlıq irsi ilə çox seçilir. Ordubadın qədim tarixi mərkəzi Ambarabas məhəlləsi
və bu məhəllənin mərkəzində tikilən Ambarabas məscididir.
Ordubad şəhərində mərkəzi meydan bazarı, Qeysəriyyə, buzxana, hamam,
meydan məscidləri, mərsəyələr mövcuddur ki, Cümə camı əsas dini mərkəz kimi
mövqe və mahiyyəti ilə digər məhəllə məscidi özünə tabe etmişdir.
Ordubad yaşayış məskənlərin görə dünyada ikinci, kiçik şəhərlərinə görə
Avropada ikinci yerdədir.
Ordubad buzxanası
Ordubad Came məscidi
Ordubad hamamı
Ordubad mədrəsəsi
Ordubadın tarixi məhəllələrini gəzdikdən sonra Kəngərli rayonunun
Qarabağlar türbəsi və Şahtaxtı hamamına getdik.
XII əsrin sonu XIII əsrin əvvəllərinə aid edilən Qarababağlar türbəsindən
başqa burada qoşa minarə və onların arasında yerləşən dini binaların qalıqları da
var idi. Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatının şərəfinə tikildiyi ehtimal
edilir. Daş kürsülük üzərində on iki yarımsilindrik çıxıtılı türbəni 2003-cü ildə
iranlılar, hal-hazırda yerli bərpaçılar tərəfindən bərpa edilir.
Qarabağlar türbəsi
Naxçıvan memarlıq məktəbinin
nümunələri hər zaman diqqətləri özünə cəlb
etməyi bacarıb. Bunlara Möminə Xatun türbəsi,
Yusif Kuseyr oğlu türbəsi, Qarabağlar kimi
dillər əzbəri olmuş abidələr misal ola bilər.
Məşhur
Azərbaycan
memarı
Əcəmi
Naxçıvanının şah əsəri və Naxçıvan-Marağa
memarlıq məktəbinin ən dəyərli abidələrindən biri olan Mömünə Xatun türbəsi
Naxçıvan şəhərinin tarixi mərkəzində - Atabəylər Memarlıq Kompleksinin
tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış
yeganə abidədir. Memarlıq tarixi tədqiqatçısı Ə. Ə. Ələsgərzadə baştağ
çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı
ilin yaz çağı olduğunu aydınlaşdırılmışdır.
Ümumi hündürlüyü 34 m olmuş, sonralar 8 m hündürlüyündə xarici örtüyü
dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarət, sərdabə hissəsi
planda 10 bucaqlıdır. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin
tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru
bir tağ salınmışdır. Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə, qotika
memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli olub
bütün tərəfləri kufi kitabələrlə haşiyələnmiş, daxildən isə dairəvidir. Türbə
günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var.
(2)
Bişmiş kərpicdən tikilmiş Mömünə Xatun Türbəsinin bucaqları çıxıntı şəklində,
səthləri isə batıq formada həkk edilmişdir. Türbənin bucaqlarındakı çıxıntılar kufi
xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 m çatır.
Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu həndəsi ornamentlərlə
kompozisiyaya daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir.
Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə
bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həkk edilmiş, yuxarı
hissəsində isə ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşa
tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilmişdir. Türbənin sadə
quruluşlu daxili səthi gəc ilə suvanmış, günbəzin iç tərəfınə 4 medalyondan ibarət
bəzək vurulmuşdur.
(3)
Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və
memarlıq üslubuna görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən
sayılır. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim
tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq
məktəbinə malik olduğunu göstərir. XIX əsrə aid rəsm əsərlərindən və
fotoşəkillərdən görünür ki, Mömünə xatun türbəsinin yanında monumental tikililər,
o cümlədən Cümə məscidi yerləşirdi.
Möminə Xatun türbəsi hər zaman Naxçıvanın əsas simvolu sayılıb. Bu
abidəni illər boyu məhv etmək arzusunda olanlar olub. 1953-cü ildə Möminə
Xatun türbəsində ruslar tərəfindən qazıntılar və axtarışlar aparılmışdır. Tədqiqatçı
qadın türbədə qazıntı işləri aparmaq məqsədilə onun şərq hissəsini sökməyi
fəhlələrə göstəriş verdi. 2 m-ə yaxın aparılan qazıntılardan sonra uzun bir taxta
sandıq çıxarılmışdır. Bu sandığın içində qədim kitabələr, sənədlər aşkar edilmişdir.
Burada üç ədəd karton üzərində çəkilmiş qadın rəsmi də aşkarlanmışdır. Daha
sonra həmin yer betonlandı. Oradan tapılan yazıların isə Sankt-Peterburqdakı
Saltıkov Şedrin adını daşıyan kütləvi kitabxananın xüsusi fondlarında saxlanıldığı
ehtimal edilir.
1973-cü ildə Naxçıvan Şəhər Soveti Rəhim xanın həyətindəki su kranını
türbənin qərbində yerləşdirdikdən sonra, daim axan su türbənin bünövrəsinin
süxurlarının sürüşməsinə, bu da öz növbəsində abidənin əyilməsinə səbəb oldu.
(1)
1953-cü illərdə tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin dediyinə görə
məqbərinin qapısı indiki yerdə, sərdabənin girişi isə qərbdən idi. 1905-ci ildə
türbənin litoqrafik şəklində, yeraltı sərdabəyə giriş qərbdən, 1930-ci ilə aid şəkildə
isə artıq şərqdəndir.
Bəzi tətqiqatçıların fikrinə görə sərdabədə Atabəy dövlətinin başçısı
Şəmsəddin Eldəniz, onun həyat yoldaşı Mömünə Xatın və oğlu Məhəmməd Cahan
Pəhləvan dəfn edilmişdir. Təəsüflər olsun ki, sərdabədəki məzarların baş daşları
vaxtilə oğurlanıb aparıldığı üçün, bu haqda dəqiq məlumat əldə etmək mümkün
olmamışdır.
Aparılan tətqiqatlar göstərir ki, Naxçıvan memarlıq məktəbinin parlaq
nümunəsi olan Möminə Xatun türbəsi dəfələrlə təhrif olunduğu üçün, abidənin
davamlı olaraq araşdırılması mütləqdir.
Açıq səma altında muzey
Tətqiqatlar apardığım zaman mənə dəstək olan Nizami Əliyev, Gülnarə
Qəmbərova, Qadir Əliyev, Musa Quliyeva təşəkkür edirəm. Çünki tarixi
abidələrini mənə tanıdan və sevdirən məhz bu inslar oldu. Gulnarə xanımın
məqalələrimi oxuduğum zaman Naxçıvan memarlığının necə gizli və sirli aləm
olduğumu anladım. Bütün araşdırmalarımdan və tətqiqatlarım tək bir fikirə gəldim
– Naxçıvan bəşəriyyətin beşiyidir.
Ədəbiyyat
1. Şərq qapısı qazeti. fevralın 14: 2014
2.
C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı,
1991, səh 98.
3.
Ayvazian, Argam. 1988. The Historical Monuments of Nakhichevan.
Detroit: Wayne State University Press, 90-92
PЕЗЮМЕ
Айсель Гусейнова
"Нахчыван-Колыбель Человечества"
Нахчыванской школa архитектуры всегда удавалось привлечь к себе
внимание. В качестве примера можно сказать про Мавзолей Момина Хатун,
могила сына Юсифа Гусейр, Гарабаглар и.т.г. Мавзолей Момина Хатун
всегда считался символом в Нахчыване. Но в течение многих лет хотели
уничтожить памятник. Но не смогли.
Ордубад старейших населенных пунктов в мире. Горы Гемикайа,
Пловдаг, остатки города Сумбатан, Хараба Гилан, Аза, Айлис предвестник
старейших памятников в этом районе.
Ключевые слова: Нахчиыан, Ордубад, мавзолей Момина Хатун.
Summary
Aysel Huseynova
"Nakhchivan-The Cradle of Humankind"
Nakhchivan school of architecture has always managed to attract attention.
As an example we can say about the Mausoleum of Momina Khatun tomb of the
son of Yusif Guseyr, Garabaglar. Momina Khatun Mausoleum has always been
considered a symbol of Nakhchivan.
For many years wanted to destroy the
monument.
But they could not.
Ordubad oldest settlements in the world. Mountain Gemikaya, Plovdag,
remnants of the city Sumbatan, Kharaba Gilan, Aza, Aylis harbinger of the oldest
monuments in the area.
Keyword: Nakhchivan, Ordubad, Mausoleum of Momina Khatun
Dostları ilə paylaş: |