Neft bazalarının yerləşdirilməsi



Yüklə 23,98 Kb.
səhifə1/4
tarix23.12.2023
ölçüsü23,98 Kb.
#155289
  1   2   3   4
Neft bazalarının yerləşdirilməsi


Neft bazalarının yerləşdirilməsi

Neft məhsullarının qəbulu, təhvili və saxlanması əməliyyatları texniki qurğular kоmpleksindən ibarət neft bazalarında aparılır


Neft bazaları aid edildiyi qrup və kateqoriya əsasında yerləşdirilirlər. Birinci qrup neft bazaları müstəqil müəssisə kimi verilən rayonun baş planı və rekonstruksiyasına uyğun şəkildə xüsusi ayrılmış ərazidə yerləşdirilir və dəmir yolu, su və sahil qurğuları ilə əlaqələndirilir. İknci qrupa aid edilən, yəni hər hansı sənaye müəssisəsinə xidmət göstərən neft bazaları bilavasitə həmin müəssisəyə yaxın və ya onun ərazisində yerləşdirilir. Neft bazaları üçün ərazi ayıran zaman mövcud texniki normalar daxilində gələcəkdə onların genişləndirilməsi imkanı və digər şərtlər nəzərə alınmalıdır. Cədvəl 6.1–də həcmindən asılı olaraq neft bazalarına ayrılan ərazilərin təqribi sahələri verilmişdir.
Neft bazaları yaşayış məntəqələrindən, sənaye müəssisələrindən aralıda və ya dəmir yolundan 200 m-ə qədər məsafədə, habelə səviyyəcə qeyd olunan obyektlərdən hündür olan ərazilərdə yerləşdirilərkən çənlərdə qəzalar baş verdikdə mayelərin dağılmasından mühafizə məqsədilə əlavə tədbirlər nəzərdə tutulur. Neft bazaları, bir qayda olaraq, şəhərlərdən kənarda yerləşdirilir və ümumi təyinatlı yollarla, dəmir yolu və su nəqliyyatı ilə əlaqələndirilir.

Çay sahilində tikilən neft bazaları körfəz, çay vağzalı, donanmaların yerləşdiyi və floteliyanın təlim sahələrindən, hidrotexniki qurğular və hidroelektrik stansiyalarından, gəmiqayırma və gəmi təmiri zavodlarından ən azı 100 m (axınla) aşağıda yerləşdirilməlidir. Çay sahilindən 200 m-dən aralı qurulan neft bazaları üçün bu qaydaların gözlənilməsi məcburi deyildir. Anbarların çay axınının aşağısında yerləşdirilməsi mümkün olmadıqda, neft bazalarının hidroelektrik stansiyalarından, gəmiqayırma və gəmi təmiri zavodlarından I kateqoriya üçün - 3000 , II kateqoriya üçün - 2000 , III kateqoriya üçün - 1500 m, digər obyektlərdən isə - 1000 m məsafədə yerləşdirilməsinə icazə verilir. Yeni tikilən neft bazaları üçün ərazi ayrılarkən, bütün hallarda həm bazadaxili, həm də ətraf ərazidə yerləşən bina və qurğular arasındakı məsafələrin gözlənilməsi zərurəti nəzərə alınmalıdır. Digər tərəfdən, bütün kommunikasiyalar – avtomobil və dəmir yolları, su və elektrik təchizatı xətləri mümkün qədər qısa, onlara çəkilən iqtisadi məsrəflər və istismar xərcləri kifayət qədər az olsun.


Neft çənləri parkı neft bazasının və magistral neft kəmərləri stansiyasının əsas və baza qurğusudur. Parkın tikilməsinə sərf оlunan vəsaitin 60 – 70% -i bu qurğuya sərf оlunur. Neft çənləri parkının texniki – iqtisadi cəhətdən qiymətləndirilməsi aşağıdakı göstəricilərə əsaslanır:
çənin 1m3 həcminin qiyməti;
neft çənləri parkının 1m3 tutumunun (həcminin) ümumi qiyməti. Buraya tоrpaq işləri, texnоlоji bоru kəmərləri, su xətləri, kanalizasiya, yоllar, işıqlandırma və s. daxildir;
əsas tikinti materiallarının parkın 1m3 tutumlu sərfi.

Yüklə 23,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə