Növbədənkənar prezident seçkiləri, Qazaxıstan Respublikası 26 Aprel, 2015-ci IL



Yüklə 15,98 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü15,98 Kb.
#24524


TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ 

BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİSSİYASI 

Növbədənkənar prezident seçkiləri, Qazaxıstan Respublikası  

26 Aprel, 2015-ci il 

RƏY 

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 26 aprel 2015-ci il tarixində Qazaxıstan 

Respublikasında  keçirilən  növbədənkənar  Prezident  seçkilərinin  qısamüddətli 

müşahidəsini həyata keçirmişdir.  

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən bu seçkilər üçün müvafiq 

qanunvericilik bazası 1995-ci ildə qəbul edilmiş “Qazaxıstan Respublikasında Seçkilər 

haqqında”  konstitusiya  qanununda  öz  əksini  tapmışdır  (03.02.2011  tarixində  qanuna 

düzəlişlər edilmişdir, №404-IV). 

TÜRKPA  beynəlxalq  müşahidəçilər  missiyasının  tərkibinə  Azərbaycan  Respublikası, 

Qırğızıstan  Respublikası,  Turkiyə  Cümhurriyətinin  parlamentariləri,  və  həmçinin 

TÜRKPA Katibliyinin nümayəndələri daxil idi.  

Seçki  məntəqələri  səhər  saat  07:00-dan  etibarən  axşam  saat  20:00-a  qədər  açıq 

olmuşdur.  Qazaxıstan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  məlumatına  əsasən 

səsvermədə 95% seçici iştirak etmişdir.  

Səfər  çərçivəsində,  müşahidəçilər  Qazaxıstan  Parlamenti  Məclisinin  sədri  cənab 

Kabibulla Jakupov, Mərkəzi Seçki Komissiyasının sədri cənab Kuandık Turgankulov və 

xarici  işlər  naziri  cənab  Erlan  İdrisovla  gorüşlər  keçirmişdir.  Həmin  görüşlər  ərzində 

prezident  seçkilərinə  hazırlıqla  bağlı  həyata  keçirilən  tədbirlər  və  seçki  prosesinin 

təkmilləşdirilməsi barədə müşahidəçilərə ətraflı məlumat verilmişdir.   

Missiya  seçkilərdə  namizədlərin  seçkiqabağı  qərargahın  nümayəndələri  ilə  görüşlər 

keçirmişdir.  Seçki  günündən  bir  gün  öncə  missiya  üzvləri  paytaxtın  Esil  rayonunun 

ərazi  (dairə)  seçki  komissiyasını  ziyarət  etmişdi  və  orada  səsvermə  ilə  bağlı  hazırlıq 

işləri ilə tanış olmuşdu.  

Qazaxıstanda beynəlxalq seçki müşahidəsinin həyata keçiriməsi üçün zəruri hüquqi və 

təşkilati-texniki  şərait  yaradılmışdır.  Xarici  müşahidəçilərin  seçki  dövründə 

mövcudluğunun  təmin  edilməsi  ictimai  və  qərəzsiz  şəkildə  beynəlxalq  müşahidəsinin 

aparılmasına  imkan  yaradır.  TÜRKPA  müşahidəçiləri  seçkilərin  qısa  müddətli 

monitoringı  üzrə  funksiyasını  yerinə  yetirərək  seçki  komissiyaların  və  səsvermə  üçün 

nəzərdə  tutulmuş  yerlərin  hazırlığını  qiymətləndirmiş,  seçkiqabağı  təbliğat-təşviqat 

kampaniyasını təhlil etmiş, həmçinin seçicilərlə, seçki məntəqələrin üzvləri və Mərkəzi 




Seçki  Komissiyasının  nümayəndələri  ilə  söhbət  etmişdi.  “Qazaxıstan  Respublikasında 

seçkilər  haqqında”  konstitusiya  qanununa  uyğun  olaraq  namizədlərə  azad  təbliğat-

təşviqat kampaniyasını aparmaq üçün bərabər imkanlar yaradılmışdır. 

Səsvermə  günü,  26  Aprel  2015-ci  il  tarixində,  TÜRKPA  beynəlxalq  müşahidəçiləri 

Astana şəhərinin 97, 91, 88, 81, 82 və 104 nömrəli seçki məntəqələrində olmuş, orada 

səsvermənin müxtəlif mərhələlərində – məntəqələrin açılmasından başlamış, seçicilərin 

səslərinin  hesablanmasına  və  seçkilərin  nəticələrinin  müəyyən  edilməsinə  qədər  – 

səsvermə prosesi haqqında şəxsi təəssürat formalaşdırmaq imkanına malik olmuşlar.  

Müşahidəçilər  missiyası  öz  fəaliyyətində  Beynəlxalq  Millətlər  Təşkilatı  tərəfindən 

2005-ci  ildə  qəbul  edilmiş  “Beynəlxalq    Müşahidəçilərin  Davranışı”  Məcəlləsində,

 

Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri və 



digər beynəlxalq-hüquqi aktlarda 

təsbit  olunmuş  obyektivlik,  aşkarlıq,  ədalətlilik  və  qərəzsizlik  prinsiplərini  rəhbər 

tutmuşlar. 

Müşahidə  zamanı  inzibati  və  hüquq-mühafizə  orqanları  tərəfindən  seçki 

komissiyalarının işinə müdaxilə edilməmişdir. Exit poll-un həyata keçirilməsi üçün hər 

cür şərait yaradılmışdır. 

 

TÜRKPA  müşahidəçiləri  öz  fəaliyyətində  Qazaxıstan  Respublikasının  seçki 



qanunvericiliyini,  eyni  zamanda  siyasi  neytrallıq,  qərəsizlik  və  seçki  prosesinin 

iştirakçılarına üstünlüyün verilməməsi prinsiplərini rəhbər tutmuşlar. 

Qazaxıstan  Respublikasında  keçirilən  növbədənkənar  prezident  seçkiləri  demokratik 

şəraitdə  keçmiş,  seçkilər  haqqında  milli  qanunvericiliyə  və  beynəlxalq  normalara 

tamamilə  müvafiq  olmuşdur.  Bu,  Qazaxıstan  dövləti  tərəfindən  demokratik  seçkilər 

keçirilməsi  üzrə  beynəlxalq  öhdəliklərə  riayət  edilməsini,  seçki  prosesinin  bütün 

iştirakçılarının  seçki  hüquq  və  azadlıqlarının  təmin  olunmasını  təsdiq  edir.  Qeydə 

alınmış cüzi texniki qüsurlar ümumi seçki prosesinə hec cür təsir göstərə bilməzdi. 

Bütövlükdə,  26  aprel  2015-ci  il  tarixində  Qazaxıstanda  keçirilmiş  növbədənkənar 

seçkiləri beynəlxalq demokratik standartlara uyğun olaraq həyata keçirilmişdir.    

                  

 

 



 

 

Yüklə 15,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə