4
birinin aslan başı, ikincisinin keçi, üçüncüsünün isə əjdaha başları olan üçbaşlı
bədheybət kimi də təsvir edilir. Tifon və Exidnanın qzı olduğu söylənir.
Eyni zamanda, zərurət yarandığı hallarda oxucuya geniş məlumat vermək üçün
bəzi maddələrin sonunda xüsusi qeydlər edilmişdir. Məsələn;
Ermenilik // (-ninq, -kə, -ni, -tə, -tənbiz) x. ism. –
Arameya, aramilər ölkəsi:
Ulu Ermeniliktənbiz, xulları ermeni Apqar xanınınq. Biz Böyük Arameyadanıq
(aramilər ölkəsindənik), arami Abqar xanın nökərləriyik. Eprades barıyır
Ermenilikkə, Erzingan ulusuna. Fərat çayı Arameyaya (aramilər ölkəsinə),
Ərzincan ulusuna varır. Ermenilik məmləkətinə yoxtur zaytun terəkləri havanınq
sovuxluxu üçün. Soyuq iqlim səbəbindən Arameyada zeytun ağacları yoxdur.
Qeyd:
Dyakonovun yazdığına görə, tarixdə “erməni” adını ilk dəfə aşşurlar
(assuriyalılar, assurlar) işlətmişlər. Onlar bu adla aramiləri adlandırırdılar.
Aramilər ölkəsinin aşşur (assur) və qədim fars dillərindəki adı isə «Аrmana» idi.
Bu adı farslardan əxz edən yunanlar, onu öz dillərinə uyğun olaraq «Аrmеniya»
kimi tələffüz edirdilər (Дьяконов 1985: 336). Samidilli xalq olan aramilərin isə,
məlum olduğu kimi, bu gün erməni kimi tanınan haylara heç bir aidiyyatı yoxdur.
Alimin sözlərinə görə, hayların bu ölkəyə kütləvi köçündən sonra “erməni” adı eyni
zamanda onlara da şamil edilməyə başlandı. Bu gün onları məhz qonşuları belə
adlandırırlar, onların özləri isə çox-çox əsrlər öncə olduğu kimi, bu gün də özlərinə
“hay” deyirlər (Дьяконов 1983: 168-169). Və hazırda bizim «Ermənistan
Respublikası» (Avropa dillərində “Armeniya”) kimi tanıdığımız ölkənin tarixi
Armeniyaya heç bir dəxli yoxdur, erməni-haylar “öz əski dövlətlərini” öz dillərində
“Hayastan” (haylar ölkəsi) adlandırdıqları kimi, bugünkü “Ermənistan”a da
«Hayastan» deyirlər. Alban yazılı qaynaqlarında haylar ölkəsi “Ermənilik”
(Armeniya, Ermənistan) kimi deyil, məhz “Hayastan” kimi yad edilməkdədir. Bax:
Hayastan
Yuxarda qeyd edildiyi kimi, “Alban türkcəsi Sözlüyü” indiyə qədər nəşr
edilmiş bütün albandilli mətnlərin, ilk növbədə də Qriqori Hamama, Mxitar Qoş,
Vardapet Vanakan (Vanağan), Kirakos (Giraqos) Gəncəli, Albaniya katalikosu
Nerses, Yohannes Sarğavaq kimi tanınmış alban mütəfəkkirlərinin əsər və
moizələrinin, eləcə də dövrümüzədək alban dilinə tərcümədə yetişmiş dini
kitabların bütün leksikasını əks etdirməyi nəzərdə tutur. Lakin bu heç də o demək
deyil ki, heç bir söz gözdən qaçmamşdır. Biz bu iddiada deyilik, çünki böyük
mütəxəssislər qrupunun, institutların tərtib etdiyi ən təkmil lüğətlər belə qüsursuz
deyillər və tam kamil sayıla bilməzlər. Bizim təkbaşına gerçəkləşdirməyə
girişdiyimiz işdən də ideal kamillik gözləmək, əlbəttə ki, böyük səhv olar. Çünki
istənilən dil elə böyük və zəngin xəzinədir ki, onu sınırlı zaman kəsimində tam
qavramaq və mənimsəmək imkan xaricindədir. Hətta elə də ola bilər ki, mənasını
tam qavraya bilmədiyimizdən bəzi söz və ifadələrin anlamı düzgün şərh edilməmiş
olsun. Bu da oxucularımızı qane və təmin etməsin. Ümidvarıq ki, bu tip
yanlışlıqları üzə çıxaracaq dostlarımız üzərimizə düşən yükün ağırlığını və
imkanlarımızın məhdudluğunu göz önündə tutaraq bizi qınamayacaqlar.
SÖZLÜKDƏN İSTİFADƏ QAYDALARI