MEHMAN AĞAYEV
NEFROLOGİYA
Bakı – 2007
1
MEHMAN AĞAYEV
NEFROLOGİYA
Azərbaycan Respublikası
Təhsil Nazirinin 25.06.2007–ci il tarixli,
752 saylı əmri ilə təsdiq edilmişdir.
Bakı – 2007
2
Redaktor: prof. M. M. Ağayev
Rəyçilər: prof. K. İ. Abdullayev
prof. C. T. Məmmədov
Mehman Ağayev, “Nefrologiya”
“ bilov, Zeynalov v o ullar ”, Bakı- 2007, 352 səh.
Təqdim olunan kitabda nefroloji biliklərin müasir səviyyəsinə uyğun
olaraq böyrək və sidik yollarının anatomo-funksional vəziyyəti, onların
müayinə üsulları və böyrək xəstəlikləri zamanı müşahidə olunan əsas
kliniki sindromlar verilmişdir. İfrazat sistemi orqanlarının əsas xəstəlikləri
– qlomerulonefrit, sidik yollarının infeksiyaları, interstisial nefrit, böyrək
vərəmi, polikistozu, şişləri, onların etiologiyası, patogenezi, klinikası,
diaqnostikası və müalicəsi haqda müasir məlumatlar təqdim olunmuşdur.
Eyni zamanda orqanizmin başqa orqanlarının patoloji prosesləri – şəkərli
diabet, hamiləlik, sistem xəstəlikləri, amiloidoz zamanı böyrəklərin
zədələnməsi, müasir kliniki-laborator diaqnostika və müalicə
işıqlandırılmışdır.
Kitab terapevtlər, Tibb Universiteti tələbələri, nefroloqlar, uroloqlar,
praktiki və ailə həkimləri üçün nəzərdə tutulmuşdur.
İSBN 5-87459-037-4
©
Mehman Ağayev 2007.
© “Əbilov, Zeynalov və oğulları” 2007.
3
4
Ön söz
Son onilliklərdə nefrologiyada böyük müvəffəqiyyətlər əldə
edilmişdir. Bu inkişaf fizika, kimya, optika və elektronika elmlərinin
inkişafı sayəsində edilmiş ixtiraların biologiyada, genetikada,
immunologiyada və tibbdə istifadə olunması, patoloji proseslərin
hüceyrədaxili və molekulyar səviyyəsinin öyrənilməsinə imkan
verməsi nəticəsində baş vermişdir.
Hazırda nefroloqlar böyrək xəstəliklərinin diaqnostikasında ult-
rasəs, doppler, rentgen-radioloji üsullardan, kompyuter tomoqrafi-
yadan, nüvə-maqnit rezonansından, böyrək biopsiyasından geniş isti-
fadə edirlər. Böyrək xəstəliklərinin dəqiq diaqnozunun qoyulması
üçün qanın geniş biokimyəvi, hormonal, immunoloji müayinələri apa-
rılır, orqanizmin ferment spektri öyrənilir, müxtəlif infeksion amillərin
aşkarlanması (viruslar da daxil olmaqla) üçün polimeraz zəncirvari
reaksiyalardan da istifadə olunur. Böyrək xəstəliklərinin terapiyasında
müasir müalicə üsullarının – periton dializi, hemodializ, ultrafiltrasiya,
hemosorbsiya, plazmaferez, limfosorbsiya, böyrək transplantasiyası-
nın istifadəsi nəticələrinin yaxşılaşmasına səbəb olmuşdur.
Birinci kitabın (“Böyrək xəstəliklərinin semiotikası və diaqnostika-
sı” Bakı, “Təbib”, 1993) nəşrindən 14 il keçdiyindən bu dövrdə nefro-
logiyada baş vermiş yeniliklər vəsaitdə təqdim olunmuş, bir çox sahə-
lər yenidən işlənmiş və ya əlavə olunmuşdur.
Müəllif hər hansı təklif və məsləhətə görə müvafiq mütəxəssislərə
əvvəlcədən məmnunluq və minnətdarlığını bəyan edir və dəyərli
fikirlərin sonrakı nəşrlərdə nəzərə alınacağını bildirir.
Müəllif
I F Ə S İ L
BÖYRƏKLƏRİN STRUKTURU VƏ FUNKSİYALARI
Böyrəklər insanın strukturca ən mürəkkəb və funksiyasına görə ən
əhəmiyyətli orqanlarına aiddir. Orqanizmin normal həyat fəaliyyə-
tinin saxlanılmasında onların rolu, əhəmiyyəti əvəzolunmazdır.
Böyrəklərin strukturu və funksiyaları bir-biri ilə sıx əlaqəlidir. Ekzo-
və endogen xarakterli təsirlər nəticəsində böyrəklərin makro- və
mikrostrukturunun pozğunluqları orqanın funksional qabiliyyətinin
aşağı düşməsi nəticəsində çox halda həyat ilə uyuşmayan, homeos-
tazın ağır dəyişikliklərinə səbəb olur. Ona görə böyrəklərin mor-
fologiyası və histologiyası, summar və parsial funksiyalarının öy-
rənilməsi həmişə və indinin özündə də, anatomların və patoloqoana-
tomların, fizioloq və patofizioloqların diqqət mərkəzində durur.
Fundamental elmlərin (fizika, biologiya və xüsusən immuno-
logiyanın) nailiyyətlərinin nefrologiyada istifadə edilməsi və yeni
müayinə üsullarının (böyrəklərin biopsiyası nəticəsində əldə olun-
muş böyrək toxumasının elektron mikroskopiyası, histokimyəvi,
immunoflyuoresent, radioimmun, ultrasonoqrafiya, kompyuter to-
moqrafiyası, nüvə-maqnit rezonansı və başqa) tətbiqi nəticəsində
böyrək toxumasının və nefronların histoloji strukturu və ultrastruktu-
ru haqda elmi cəhətdən maraqlı və praktiki aspektdən mühüm
məlumatlar əldə edilmişdir. Bunlar da öz növbəsində daha yüksək
səviyyədə böyrək fiziologiyasını öyrənməyə, yumaqcıq və kanalcıq
funksiyalarının incə mexanizmlərinin və onların sidik yaranması
prosesində iştirakı və orqanizmin daxili mühitinin sabitliyinin təmin
olunmasında (homeostaz) rolunu aşkar etməyə imkan vermiş, böyrək
və sidik yollarının xəstəliklərinin daha erkən və dəqiq diaqnozunun
qoyulmasına səbəb olmuşdur.
5
Dostları ilə paylaş: |