“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına
Hörmətli konqres iştirakçıları!
Sizi
–
Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi
qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə
nailiyyətlər arzulayıram.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun
kardiologiya və ürək
-
damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını
göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan
konqresinizin işində dünyanın müxtəlif mötəbər tibb mərkəzlərini, o cümlədən
ABŞ
-
ın
Klivlend Klinikasını, Almaniyanın Berlin Ürək Mərkəzini, Türkiyə, Rusiya, İsveçrə,
Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil edən 400
-
ə yaxın kardioloq alim və
cərrahın iştirakı təqdirə layiqdir.
Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı
xəstəliklərdəndir. Dünyanın nüfuzlu kardioloji mərkəzlərində aparılan ən çətin
əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində uğurla
həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca
faydalanmaqla kar
diologiyanın aktual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin
gözəl bəhrə verəcəyinə inanıram. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin
bugünkü vəziyyəti təbabətin sürətlə inkişaf edən sahələrindən biri kimi kardiologiya
elminin ən son nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi
üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradır.
Ölkəmizdə gerçəkləşdirilən bir çox tədbirlər, xüsusilə əhalinin müntəzəm
dispanserizasiyası, sağlam həyat tərzinin təbliği, idmanın və bədən tərbiyəsinin geniş
vüsət alması kardioloji xəstəliklərin profilaktikasına xidmət edir. Builki konqresinizin
böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilməsi
idman və təbabət arasında bağlılıq baxımından rəmzi məna daşıyır. Son illər
Azərbaycanda mütəmadi təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif
ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakı ilə,
xalqımızın mədəniyyət, elm və iqtisadiyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq
imkanı yaratmışdır. Əminəm ki, siz də doğma vətəninizə xalqımız və şəhərimiz
haqqında aldığınız xoş təəssüratlarla dönəcəksiniz.
Ümidvaram ki, yüksək elmi və elmi
-
təcrübi əhəmiyyətə malik bu konqres azərbaycanlı
mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək
və tibb elminin inkişafına layiqli töhfəsini verəcəkdir.
Ən səmimi arzularla,
İlham Ə
liyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2017
-ci il.