2
Tərtibçi-müəllif:
Bəybala Ələsgərov
Elmi redaktor:
Kərim Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Elnarə Mehbalıyeva
Elçin. Ömrün 75-ci baharı /Bəybala Ələsgərov; elmi red.
K.Tahirov; red. E.Mehbalıyeva.- Bakı, 2018.- 95 s.
© M.F.Axundov adına Milli Kitabxana, 2018
3
E.İ.Əfəndiyevin “İstiqlal” ordeni ilə
təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə
görə Elçin İlyas oğlu Əfəndiyev “İstiqlal” ordeni ilə təltif edilsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2003-cü il
4
E.İ.Əfəndiyevin “Şərəf” ordeni ilə
təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə
görə Elçin İlyas oğlu Əfəndiyev “Şərəf” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2013-cü il
5
E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə
təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikasında müasir ədəbiyyatşünaslığın və
ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Elçin
İlyas oğlu Əfəndiyev “Şöhrət” ordeni ilə təltif edilsin
.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2018-ci il
6
Xalq yazıçısı Elçinə
Hörmətli Elçin!
Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayən-
dəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz ədəbiyyatımıza 60-cı illərdə qədəm qoyaraq tez bir za-
manda tanınan istedadlı yazıçılarımızdansınız. Həmin dövrün
ideoloji qəliblərinə sığmayan üslubda yazıb-yaratmış və ədəbiy-
yatımızın yeni mərhələsini formalaşdırmış nasirlər arasında
adınız daim hörmətlə çəkilir. Xalqımızın tarixi taleyi və bədii irsi
ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlan-
dıran əsərləriniz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus
yer tutur. Milli mentalitetin daşıyıcıları olan qəhrəmanlarınız
milli olduqları qədər də ümumbəşəridirlər. Məhz buna görə
əsərləriniz istər keçmiş sovet dövründə, istərsə də indi müxtəlif
dillərə tərcümə olunaraq bir çox ölkələrdə oxucuların rəğbətini
qazana bilmişdir.
Müasir cəmiyyətdə insan fenomeni həmişə sizin diqqət mər-
kəzinizdə olub. Ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-sosial
proseslər, gərgin mənəvi-əxlaqi axtarışlar sizin qəhrəmanlarınızın
daxili aləmində öz əksini tapmışdır. Həyat haqqında olan ideal
təsəvvürlərin həyatın özündən nə qədər fərqli olduğunu dərk edən
qəhrəmanlarınız, əslində, ədəbiyyatımızın əzəli mövzusu olan
insan azadlığı problemini müasir dövrdə bütün çalarları ilə
təcəssüm etdirirlər.
Siz yaradıcılığınızın çoxşaxəli olması ilə seçilən, müxtəlif
janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindənsiniz. Teatr
üçün yazdığınız əsərlər ədəbi aləmdə sizi həm də dramaturq kimi
tanıtmışdır. Ölkəmizdə, habelə dünyada gedən ədəbi-bədii
proseslər barədə dövri mətbuatda müntəzəm olaraq dərc et-
dirdiyiniz tənqidi məqalələr ədəbiyyatşünasların yüksək qiymə-