Plan: Amerika regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 75,35 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix12.12.2023
ölçüsü75,35 Kb.
#148805
  1   2   3   4   5   6
BTC-movzu16




Mövzu 16. Amerika regionu. ABŞ-da beynəlxalq turizmin coğrafiyası 
PLAN: 
Amerika regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi. 
Amerika regionunda turist axınlarının dinamikası.
ABŞ-ın turizm resursları və onların mənimsənilmə xüsusiyyətləri. 
ABŞ-da turizm-rekreasiya rayonları.
ABŞ-da əsas turizm bölgələri. 
ABŞ-da Milli parklar və qoruqlar. 
Amerika regionu beynəlxalq turizmin inkişafına görə, yalnız Avropadan geri qalır. Bu regionda 
turizm sənayesinin ən yüksək inkişaf etiyi ölkələr, ABŞ, Kanada və Meksikadır. Dünyanın ən iri turizm 
ölkələrindən biri olan ABŞ-ın rolu xüsusilə böyükdür. Bundan əlavə ABŞ Avropa, ASR üçün rekreasiya 
tələbatının iri bazarı rolunu oynayır. ABŞ turizm sənayesi inkişafının əsas göstəricilərinin dinamikası, bu 
sahənin bütün Amerika regionunda inkişaf tempini müəyyənləşdirir. Avropada olduğu kimi, Qərb 
yarımkürəsində də regiondaxili mübadilə, regionlararası mübadiləni üstələyir. Regiondaxili turist axınının 
85%-i ABŞ, Kanada və Meksika arasında həyata keçirilir, çünki səyahət edənlərin böyük əksəriyyətinin əsas 
məqsədi adı çəkilən bu üç ölkənin birinə getməkdir.
Şimali Amerikanın mərkəzi hissəsində yerləşmiş ABŞ şimalda Kanada, cənubda Meksika ilə 
həmsərhəddir. Qərbdə Sakit, şərqdə Atlantik okeanlarının, cənubda Meksika körfəzinin suları ilə əhatə 
olunur. Vircin, Quam, Şərqi Samoa adaları, həmçinin Kuba adasındakı Quantanamo hərbi-dəniz bazası 
ABŞ-a məxsusdur. 
Səyahət və turizm, ölkənin milli iqtisadiyyatına gəlir gətirən mühüm bölmələrindən biridir. Turizm 
sənayesində 9 mln.-dan çox adam çalışır. Turizm səhiyyədən sonra ölkədə ən çox insanın işlə təmin 
olunduğu sahədir. 
1880-ci illərdə ABŞ-da ilk səyahət agentlikləri yaranmışdır. Onlar əsasən gəmi və qatarlara bilet 
satışı ilə məşğul olurdular. Agentliklərdən bir neçəsi isə turlar təşkil edirdilər. Hazırda ABŞ-da təxminən 43 
min səyahət agentliyi fəaliyyət göstərir. Agentliklər komissiyon güzəştlər hesabına işləyirlər. Agentliklər 
daxili reyslərə satılan hər aviabilet üçün – 10%, beynəlxalq reyslərdə isə - 11% komissiyon haqqı alır. 
Mehmanxananın hər nömrəsinin icarəsi zamanı komissiyon güzəştlər 10-15, kruiz paketinə görə isə 11-14% 
arasında olur. 
Milli turizm büroları mehmanxanaların, nəqliyyat sisteminin, tur təşkilatçılan və bələdçilərin 
işlərinin yüksək standartlara uyğun olmasına nəzarət edirlər. Bu büroların əsas funksiyalanrı- öz ölkələri 
haqqında müsbət, təqdirəlayiq rəy, müəyyən marşrutlar üzrə səfərlərə tələbat yaratmaqdan, reklamla məşğul 
olmaqdan və turistləri müxtəlif informasiyalarla təmin etməkdən ibarətdir. 
Meksika körfəzi, Atlantik okeanı və Böyük göllərin sahilləri xüsusilə də cənubda Florida ərazisi, 
rekreasiya baxımından çox qiymətlidir. ABŞ-ın qərbindəki milli parklar və qoruq zonaları bu bölgənin 
dağlıq ərazilərinin rəngarəng təbiətinin nümunələridir. 
Kolorado çayının Böyük Kanyon (Qrand Kanyon) milli parkı ölkənin görməli yerlərindəndir. Park, 
Arizona ştatında Yer kürəsinin ən böyük dərəsində yerləşir. Onun eni 8-25. uzunluğu 1500 km-dir. Bu ərazi 
məşhur milli parkdır. Hər il buraya 3,5 mln. turist gəlir. 
Təbii əhəng daşından ecazkar qüllələri olan Mono gölü Kaliforniya ərazisindədir. Gölün suyu Sakit 
okeanın suyundan üç dəfə duzludur. Niaqara şəlaləsi iri şəhərlərin memarlıq baxımından görməli yerləri 
turistləri cəlb edir. 
ABŞ-a gələn xarici qonaqlar iki əsas qrupa bölünür: qonşu Meksika, Kanada və okeanın o tayından 
gələn qonaqlar. Birinci qrup ölkəyə gələnlərin 62%-ni təşkil edir. Kanadalıların əksəriyyətini Florida cəlb 
edir, lakin Nyu-York, Havay adaları və Kaliforniya da onlar üçün mühüm turist mərkəzləridir. 
Kanadalıların və Meksika turistlərinin çoxu ABŞ-a yerüstü nəqliyyatla gəlirlər (Kanadalıların 77%-i 



avtomobillərlə gəlir). 
Əhalinin əsas hissəsi ölkə daxilində səyahət edir və turizm büdcəsinin çox hissəsi daxili turizmdən 
formalaşır (500 mlrd. ABŞ dollardan çox). Daxili sayahətlərin yarısı “week-end”lərin payına düşür. Xüsusi 
ilə həftə sonu səyahətlərin əsas hissəsi ölkənin şimal-şərqində həyata keçir. Daxili səyahət zamanı 
abtomobil nəqliyyatına üstünlük verilir (82%). Təyyarə ilə 12%, avtobus ilə 1% səyahət edir. Daxildə edilən 
səyahətlərin 30%-i şopinq, 27%-i bayram və festivallar, 11%-i təbiətdə dincəlmək, 8%-i tarixi yerləri 
görmək məqsədilə edilir. Daxildə də turistlərin ən çox getdiyi ştatlar Kaliforniya və Floridadır.
Qitələrarası qonaqların əksəriyyəti Avropa (47%) və Asiyadan (31%) gələn turistlərdir. Avropalı 
səyahətçilər arasında ABŞ-a üstünlük verənlər - Britaniyalılar (ildə 2,5 mln. nəfər), Asiyalı səyahətçilər 
arasında isə yaponlardır (3,5 mln. nəfər). Yaponiyalı qonaqların 2/3-si Havay və Quam adalarında olmağa 
üstünlük verirlər. Qitələrarası qonaqlar, ölkəyə səyahət zamanı orta hesabla iki ştatda olurlar. 
Qitələrarası qonaqlar üçün ABŞ-ın əsas qapıları - Nyu-York (29%, əsasən Avropadan gələnlər), 
Mayami (11%), Los-Anceles və San-Fransiskodur. Son iki şəhər birlikdə ölkəyə gələn qitələrarası 
qonaqların 20%-ni (xüsusilə də Asiyadan gələn qonaqları) qəbul edir. San-Fransisko yaxınlığında yerləşən 
Silikon vadisi, yüksək inkişaf etmiş texnologiyanın əsas mərkəzi olduğu üçün, turistlərin, xüsusilə də 
Yaponiyadan gələnlərin diqqətini cəlb edir. 
Xarici qonaqların regionlar üzrə bölünməsinə nəzər saldıqda turistlərin 17,9%-nin Nyu-York 
rayonunda cəmləşdiyi müşahidə olunur, Sakit okean sahilləri – 19,5%, Florida və yaxın dəniz sahili ştatlarla 
birgə - 18,5% təşkil edir. 
ABŞ dünyanın yeganə ölkəsidir ki, onun əhalisi səyahətə, xüsusilə xarici ölkələrdə turist səfərlərində 
olmağa üstünlük verir. Amerikanların məzuniyyətlərinin qısa müddətli (iki həftə) olmasına baxmayaraq, 
ABŞ-ın daxili turizm bazarı böyükdür. Bu, ölkə ərazisinin böyüklüyü və əhalinin çoxluğu ilə izah olunur. 
Amerikanlar əsasən istirahət günlərində ölkə daxilində səyahətə çıxmağı sevirlər. 1999-cu ildə öz ölkəsi 
daxilində keçirilən məzuniyyət günlərinin sayı 3 gecədən çox olmamışdır. Səfərlərin əksəriyyətinə (80%) 
avtomobillərlə, 15%-i isə 1500 km-dən uzaq məsafələrə təyyarə ilə gedilmişdir. Son zamanlar sahil 
kurortları və göllərin ətrafındakı istirahət zonaları, amerikalılar arasında daha məşhur olduğu üçün dağ 
kurortlarına və iri şəhərlərə gedişlərin sayı azalmışdır. 
ABŞ-da öz istirahətlərini keçirən, alış-verişlə məşğul olan, dostlarını və qohumlarını görməyə gedən, 
teatr və muzeylərlə maraqlanan və s. səyahətçilər, müxtəlif tələbatlı iri vahid bir turizm bazarı təşkil edirlər. 
Onların bir hissəsi ən yaxşı otellərdə yaşamağa və restoranlarda nahar etməyə üstünlük verirlər. Son 
zamanlar qısa müddətli səyahətlərə və ucuz restoranlarda qidalanmaya üstünlük verilir. Belə vəziyyət 
ölkənin turizm sənayesində nəzərə almır. Nyu-York, Çikaqo. San-Fransisko kimi şəhərlərdə, turistlərin orta 
tobəqəsi üçün kiçik və nisbətən ucuz qiymətli yeni otellər tikilmişdir. 
ABŞ-ın yaşlı əhalisinin 30%-dən çoxunun yaş həddi 55-dən yuxarıdır. Bu təbəqə daha çox səyahət 
edir. Amerika Təqaüdçülər Assosiasiyası, əhalini müdafiə edən iri təşkilatdır. Bu Assosiasiyanın "Olsen 
Trevelord LTD" şirkəti tərəfındən idarə edilən səyahət bürosu, təqaüdçülərə güzəştli qiymətlərlə fərdi 
səyahətlər təklif edir. ABŞ dünyanın əsas turizm ölkələrindən biridir. Dünya reytinqində xarici turistlərin 
qəbulu üzrə üçüncü turizm fəaliyyətindən əldə olunan gəlirə və getmə turizminin həcminə görə birinci yer 
tutur. 
ÜTT-nin məlumatına görə ABŞ 2015-ci ildə 77.5 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi 
gəlir isə 24.5 mlrd. ABŞ dolları təşkil etmişdir.
Turizm sənayesi (daxili və xarici) dövlətə hər il 60 mlrd. dollara qədər vergi ödəyir, xarici turistlərin 
ABŞ-da xərclədikləri məbləğ, amerikalı turistlərin ölkədən kənarda xərclədikləri məbləğdən 15,6 mlrd. 
dollar artıqdır. 

Yüklə 75,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə