Press-reliZ “Məcburi Köçkünlərin əmək hüquqları və məşğulluğu” layihəsinin icrasına artıq başlanılmışdır



Yüklə 9,34 Kb.
tarix01.08.2018
ölçüsü9,34 Kb.





Dünya Bankı “PRAKSİS” Sosial AİİATRM
İnkişafa Dəstək



PRESS-RELİZ
Məcburi Köçkünlərin əmək hüquqları və məşğulluğu” layihəsinin icrasına artıq başlanılmışdır
PRAKSİS” Sosial İnkişafa Dəstək İcitmai Birliyi Dünya Bankının Kiçik Qrantlar Proqramı çərçivəsində Azərbaycan İcma İnkişafı, Araşdırmalar Təlim və Resurs Mərkəzinin koordinasiyası ilə “Məcburi Köçkünlərin əmək hüquqları və məşğulluğu” layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihənin əsas məqsədi Məcburi Köçkün gənclərin mövcud əmək hüquqlarına əsasən işsizlik problemlərinin həllinin tapılmasında məlumatlılığının artırılmasından ibarətdir. Layihənin icrası zamanı qarşıda duran əsas vəzifə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan Məcburi Köçkün gənclərə əmək hüquqlarına dair seminarların keçirilməsi, fərdi məsləhət və yardımın göstərilməsi ilə paralel olaraq, Bakı Şəhər Baş Məşğulluq Mərkəzi ilə əldə olunmuş razılığa əsasən Məcburi Köçkün gənclərin Məşğulluq Mərkəzlərində təşkil olunan peşə - ixtisas kurslarına cəlb edərək gələcəkdə işlə təmin olunmalarında yardımçı olmaqdan ibarətdir.
Lahiyə nətcəsində MK gənclər Əmək hüquqları sahəsində lazımi biliklərə yiyələnəcək, müxtəif peşə ixtisas kurslarına cəlb olunmaqla müəyyən peşə sahəsində mütəxəssis olacaqlar. Onların məşğulluqla bağlı sualları Məsləhət Mərkəzlərində və Məşğulluq Mərkəzlərinin peşəkar mütəxəssisləri ilə görüşlərdə və həmçinin Məsləhət Mərkəzlərinin məsləhətçilərinin MK gənclər məskunlaşan ərazilərə edilən səyyari səfəri zamanı və paylanılmış Yaddaş Kitabçası vasitəsilə ətraflı cavablanacaqdır. Bu layihənin xidmətlərindən təkcə layihənin birbaşa məqsəd qrupu olan MK Gənclər deyil, həmçinin də işsizliklə bağlı müraiət edən bütün şəxslər bəhrənəcəklər.

Layihə çərçivəsində MK-lərin əmək hüquqlarına dair Təlim Modulu hazırlanacaq və Əmək Hüquqları və Məşğulluq məsələlərinə dair ilk Yaddaş Kitabçası işıq üzü görəcəkdir.

PRAKSİS” Sosial İnkişafa Dəstək İB

Mətbuat və İcitmaiyyətlə Əlaqələr Departamenti

Bakı şəh. Zahid Xəlilov küç.26, məhəllə 554. AZ-1141



Tel/faks:(+994 12) 447 57 37; e-mail: office@praxis.az
: ngos -> 1215 -> press-releases
ngos -> Müstəqil Sosial Tədqiqat Mərkəzinin (Sankt Peterburq, Rusiya) Direktor Müavini Baş Tədqiqatçı oleq paçenkov
press-releases -> “praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi
press-releases -> PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi
press-releases -> Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi
press-releases -> PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi
press-releases -> PraksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi
press-releases -> “praksiS” Sosial İnkişafa Dəstək İctimai Birliyi
1215 -> “Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə “Vətəndaşlar tərəfindən dövlət orqanlarına ərizə və müraciət edilməsi işinin təkmilləşdirilməsinə dəstək”


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə