"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda məqalə
"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"
Yaşadığımız XXI əsr İnformasiya Kommunikasiya Texnologiyalarının özünün pik nöqtəsinə çatdığı , İKT –nin hər kəsin ayrılmaz dostuna çevrildiyi bir dövrdür. 2013-cü il İKT ili elan olunub və bu gün artıq texnologiyalar çağımızın vaz keçilməz hissəsinə çevrilib.Eləcə də hər yeni inkişaf müəyyən dərəcədə həyatımızın dəyişməsinə səbəb olur.XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan informasiyadan keçir. Niyə məhz informasiya? Bu gün informasiya həm bilik, həm təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq fikrimizə internet gəlir.
İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Bu qlobal sistemdə kim informasiyaya daha yaxındırsa, kim informasiyadan daha səmərəli istifadə edə bilirsə O da daima irəlidədir. Bu gün güclü, ağıllı, intellektual olmağın yolu internetə və informasiyaya yaxınlıqdan, bütövlükdə cəmiyyət olaraq informasiya cəmiyyətinə qoşulmaqdan gedir.Bu gün “internet” sözü “sürət” sözünə paralel olaraq istifadə olunur.
İnsan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə E-Azərbaycan, Elektron Hökumət, E-Təhsil, E- Məktəb, E-Müəllim, E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza, E-xəritə, E- poçt ,E-məktub, E-Xidmət , E-Ticarət və sairə ifadələr gündəlik həyatımızda müntəzəm işlətdiyimiz və istifadə etdiyimiz məfhumlara çevrilmişdir.Son illər ölkəmizdə müxtəlif sahələrdə məqsədyönümlü inkişaf siyasəti müəyyənləşdirilmiş və uğurla həyata keçirilməkdədir.Mövcud informasiya sistemləri və ehtiyatları arasında səmərəli məlumatlandırma mübadiləsinin təmin olunması, eyni məlumatların müxtəlif mənbələrdə formalaşmasını aradan qaldırmaq üçün artıq vahid informasiya portalları yaradılır və istifadəyə verilir.Artıq bir neçə ildir ki, inkişaf etmiş ölkələrdə demokratiyanın inkişaf etməsinə stimul verən amillərdən biri və əsası Elektron Hökumət (ingilis dilində E-Government) formalaşdırılması hesab olunur.
“E-Hökumət” nədir?
Bəzilərimiz üçün bu məfhum hələ də aydın deyil.Ölkəmizdə formalaşan elektron hökumət beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında sərəncamına əsasən yaradılmışdır və cəmiyyətdə şəffaflığı inkişaf etdirən mühüm amillərdən biri E-hökumətin formalaşdırılmasıdır.Elektron Hökumət anlayışı ilə yanaşı işlənən Elektron imza isə qlobal aləmdə şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.
Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
E- imzanın tətbiqində iki açardan istifadə olunur: gizli və açıq açarlar. Belə ki, informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk etmir. İmza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun müəllifliyinin həqiqiliyinə əmin ola bilər.E- imza infrastrukturunun yaradılması, istifadəçilərin e-imza ilə təmin olunması və ümumilikdə ölkəmizdə vətəndaşların e-hökumətin imkanlarından yararlanması məqsədi ilə bir çox layihələr uğurla həyata keçirilir.Təhlükəsiz internetin təmin olunması Elektron Hökumət-in başlıca inkişaf xətlərindəndir.Hər hansı bir vətəndaş e-portalda onlayn qeydiyyatdan keçə və ya poçt şöbələrindən kod şifrə əldə edərək həm e-hökumətin imkanlarından faydalana, həm də e-imzaya sahib ola bilər.
Müasir texnologiyaların gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi qədimlərdən bəri istifadə etdiyimiz “ənənəvi imza”-nın elektron alternativini reallığa çevirdi.
E-imzanın tətbiqi vergi hesabatları və ödəmələri zamanı hüquqi və fiziki şəxslərin məsuliyyətdən yayınmlarının aradan qaldırılmasında, sosial müdafiə sistemlərində saysız-hesabsız sənədlərin toplanması, arayış alınmasına ehtiyac olmamasında özünü biruzə verəcəkdir.Artıq vətəndaşlar dövlət məmurunun hansısa sənədi imza etməsini çox gözləməyəcək, e- imza sahibləri bürokratik əngəllərə rast gəlməyəcəklər.
Artıq bir neçə müddətdir ki ölkəmizdə fəaliyyətə başlayan
“Asan Xidmət”-in
də E-hökumətə inteqrasiya edilməsinə hazırlıq gedir. Mobil autentifikasiya sertifikatlarımərkəzinin yaradılması, onlayn qeydiyyat,mobil operatorların 2G və 3G şəbəkələri üzərindən internetin respublikamızın bütün regionlarında əlçatan olması e-xidmətlərin inkişafına və genişlənməsinə zəmin yaratmışdır.
E- hökumət portalının sosial şəbəkələrdə maarifləndirmə məqsədi ilə paylaşmalar etməsi, Məlumat Hesablama Mərkəzinin(MHM) fəaliyyəti doğrudan da təqdirəlayiqdir.
http://www.rabita.az/az/c-haqqimizda/umumi-melumat/Elektron xidmətlərin və dövlət informasiya ehtiyatlarının reyestrləri MHM tərəfindən aparılır. Məlumat Hesablama Mərkəzinin 157 çağrı xidməti, vətəndaşların layihələr haqqında olan suallarının operativ şəkildə cavablandırılmasını təmin edir.
Təsadüfi deyil ki, RİTN- nin MHM tərəfindən e-hökumət portalına daxil olmaq üçün təqdim olunan sadələşdirilmiş kod parolların sayı 10 000-dən yuxarıdır.Təkcə facebook sosial şəbəkəsində 14 iyun 2013-cü il tarixində portal istifadəçilər tərəfindən 50000 dəfə bəyənilmişdir.Bu günə olan bəyənilmələrin sayı
59 236-dır.
https://www.facebook.com/egov.az
Ölkəmizdə "Elektron hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var.
İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti “Elektron- Hökumət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır.www.e-gov.az Hal -hazırda Azərbaycanda geniş vüsət götürən “Elektron Hökumət” Proqramı uğurla davam etdirilir.
Məqsəd, xalqımıza xidmət edərək hər bir vətəndaşımızın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir.
Beynəlxalq təcrübəyə əsasən bütün ölkələrin
“ e- hökumət”sistemlərinin inkişafı 3 əsəs indeks üzrə həyata müəyyənləşdirilir.
1. Onlayn xidmətlərin göstərilməsi
2. İnnovativ(müasir) tələbata uyğun telekommunikasiya infrastrukturu
3. İnsan kapitalı
Mənbələr və təcrübələr göstərir ki, “Elektron- Hökumət” texnologiyalarına daha tez keçən ölkələr güclü iqtisadiyyata malik olan ölkələrdir.E- xidmətlərin mühüm qollarından olan mobil xidmətlər artıq 33 qabaqcıl ölkədə reallaşmışdır. Elektron -Hökumət texnologiyalarından istifadə etməsinə görə ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sinqapur, Niderland, Danimarka kimi aparıcı iqtisadiyyata malik ölkələr ön sıralardadır.İKT sahəsində məşhur olan Yaponiya və Estoniya isə bir qədər geridə qalır.ABŞ dövlət qurumlarının 66%-i öz sosial siyasətlərini yürütmək üçün mikrobloqlar və digər veb səhifələrdən istifadə edirlər. “ Usa- gov” adlı elektron sistemdə e-xidmətlər cəmlənmişdir.
Böyük Britaniyada “ Direct Gov” portalı vasitəsi ilə bütün hökumət məlumatları və e- xidmətlər istifadəçilərə təqdim olunur.Hökumətin təqdim etdiyi əməliyyatlar və ictimai xidmətlər “ Do İt Online”(“Bunu onlayn et”) adlı səhifədə cəmlənmişdir.İş axtarışlarını isə “Job Center Plus” səhifəsində görmək olar.
İnsanların sosial şəbəkələrə,servislərə olan hədsiz marağı 78 dövləti Tvitter-də, Facebook-da və başqa şəbəkələrdə öz rəsmi səhifələrini açmağa vadar etmişdir.
“ Sinqapur Vətəndaşının portalı” Asiya regionunda onlayn ödənişlərin aparılması, vergilər, lisenziyalar və müxtəlif e-xidmətlər üzrə geniş imkanlara malikdir.
Onlar ənənəvi “bulud texnologiyalarını” inkişaf etdirirlər və artıq “Müəllimlər üçün Bulud data Mərkəzi”-ni yaratmağa müvəffəq olmuşlar.
Ölkələr üzrə yaradılmış və istifadə olunan onlayn xidmətlərin əsas meyarı ölkəmiz Azərbaycanda da artıq uğurla tətbiq olunan “bir pəncərə” prinsipi üzərində qurulmuş elektron xidmətlər portalıdır. www.e-gov.az portalın veb ünvanıdır.
E-hökumət” portalı bütün dövlət qurumlarının,nazirliklərin, idarə və təşkilatların,müəssisələrin, fiziki və hüquqi şəxslərin onlayn xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsilə istifadəçilər özlərinə lazım olan məlumat və xidmətlərdən asanlıqla istifadə edə bilərlər.
"Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
Vahid "Elektron hökumət” ( www.e-gov.az) portalı qeyd etdiyim kimi "bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərir və 2012-ci ilin sentyabr ayında internet vasitəsi ilə (onlayn) vətəndaşların istifadəsinə təqdim olunmuşdur. 2020-ci ilə dövlət orqanlarının bütünlüklə elektron xidmətlərlə əhatə olunması nəzərdə tutulub və bu, hökumətin fəaliyyətində şəffaflığın tam təmin edilməsində mühüm alət olaraq sahibkarlara və vətəndaşlara qarşı mənfi halların və bürokratik maneələrin aradan qaldırılmasına xidmət edir.
E-hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 e-xidmət artıq portalda yerləşdirilmişdir.İnternetə bibaşa çıxışı olan vətəndaşlar portaldan asanlıqla istifadə edirlər.
Yaxın günlərdə planşet istifadəçiləri üçün nəzərdə tutulmuş "Elektron hökumət" portalının mini versiyası təqdim edilib (www.e-gov.az/mini/ ).
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin AzDataCom XDMX-nin State Net, Delta və Aztelekom şirkətlərinin yüksəs sürətli informasiya ötürücü şəbəkələri ölkəmizin ərazisində və dövlət orqanları arasında elektron məlumat mübadiləsinin intensiv təşkilinə real şərait yaratmışdır.
Azərbaycan Respublikası prezidentinin “İKT sahəsinə verilən diqqət və əldə edilmiş uğurları nəzərə alaraq 2013-cü ili "İKT ili” elan etməsi haqqında sərəncam, gənclərə, texnologiyanın imkanlarından istifadə etmək istəyənlərə böyük stimul verdi.Azərbaycanın ilk Telekommunikasiya peykinin orbitə çıxarılması və kosmik ölkəyə çevrilməsi həm sevindirici həm də tarixi haldır.Bu ölkəmizin müasir,güclü,regional müstəvidən çıxmış müstəqil ölkə olmasının bariz sübutudur. Bu gün İKT sektoru 2004-13-cü illər üzrə hər üç ildə təxminən 2 dəfə genişlənmiş, 2012-ci ildə artım tempi 18% olmuşdur.Hal-hazırda RİTN və Dövlət Neft Fondu ölkədə “evlərə optika” modeli üzrə bütün yaşayış məntəqələrinə genişzolaqlı, təhlükəsiz internetin çəkilməsi ilə bağlı layihəni uğurla həyata keçirir.
2013-cü ilin yanvar ayından etibarən hər ay dərc olunan (onlayn) Elektron Hökumət bülletenləri də əhali, vətəndaşlar arasında maraqla qarşılanır və sevilərək oxunur.
Azərbaycanın e- idarəçilik sahəsindəki nailiyyətləri bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.Bu, Azərbaycanın inkişaf naminə e-idarəçilik sahəsindəki potensialın istifadəsində və BMTİP ilə birgə həyata keçirilən digər layihələrdəki uğurlu təcrübəsilə bilavasitə bağlıdır. E- hökumət portalı da artıq dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrilir.
Ölkə prezidenti İ.Əliyev cənablarının İKT-nin tətbiqini prioritet sahə elan etməsi və Təhsil Nazirliyinin orta məktəblərdə 1 şagird 1 kompyuter, kompyuterləşdirmə işlərini həyata keçirməsi, Elektron Təhsil müsabiqəsinin
(http://musabiqe.edu.az/) təşkil olunmasıməktəbimizin genişmiqyaslı intranet-internet şəbəkəsinə qoşulması ingilis dili müəllimi kimi mənim məqsədimə çatmağımı asanlaşdirir. Beynəlxalq arenada təhsil sistemimizdə aparılan islahatların təqdim olunması, sonsuz virtual məkan olan internetin imkanları vasitəsi ilə labüddür və gərəklidir.
Elektron məktəbdə çalışan, Mimio, Smart, Promethan qurğuları ilə e-dərslər hazırlayan, Elektron müəllim statusu olan bir pedaqoq kimi bütün həmvətənlərimin, xüsusilə həmkarlarımın və şagirdlərimin respublikamızda aparılan E-hökumət quruculuğunda iştirak etməsi üçün mən də bacardığımı əsirgəməyəcəyəm.
Pərvanə Piriyeva
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin ingilis dili müəllimi.
Автор: Peri Arif на 13:12 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook
Elektron Hökumət Portalı vasitəsilə təqdim olunan elektron xidmətlərin i...
Автор: Peri Arif на 6:49 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook
Elektron hökumətə keçid korrupsiyanın səviyyəsini aşağı salacaq
Автор: Peri Arif на 6:48 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook
Elektron hökumət portalı
Автор: Peri Arif на 6:47 Комментариев нет:
Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook
“Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” müsabiqəsi
http://ismaillycitysecondaryschool1.blogspot.com/
Dostları ilə paylaş: |