Qalat yalilara məktubu g r



Yüklə 115,07 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü115,07 Kb.
#52805


PAULUN  

QALAT YALILARA MƏKTUBU  

G R Ş  

Paulun bu məktubu Asiyadakı Roma vilayətlərindən biri olan Qalatiya 

imanlılarına ünvanlanıb. Məktubun əsas mövzusu Yəhudi olmayan 

millətlərin  sa Məsihi öz Rəbbi və Xilaskarı olaraq qəbul etdikdə Tövratın 

qanunlarına əməl edib-etməmək məsələsidir. Paul qanuna əməl etmənin 

vacib olmadığını sübut edirdi. O yazır ki, Məsihlə birgə həyat yalnız imana 

ə

saslanmalıdır. Lakin Qalatiyadakı cəmiyyətlərin bir neçəsi Paula qarşı 



çıxmış və Allahla düzgün münasibətlər qurmaq üçün Tövratın qanunlarına 

ə

məl etməyi tələb etmişdi.  



Paulun Qalatiyalılara məktub yazmağının məqsədi bu yanlış təlimlə 

aldanmış adamları həqiqi iman yoluna və əsl məsihçi dəyərlərinə qaytarmaq 

idi. Paul həm də  sa Məsihin həqiqi həvarisi kimi öz hüquqlarını müdafiə 

edirdi. O yazır ki, Allah onu Yəhudi olmayan xalqlar üçün həvari olmağa 

çağırmışdı. Sonra Paul Allahla insanlar arasındakı düzgün münasibətlərin 

yalnız iman vasitəsilə qurulmasını vurğulayır. Sonuncu fəsillərdə Paul 

göstərir ki, məsihçi davranışı Məsihə iman etməkdən qaynaqlanan 

məhəbbətə əsaslanmalıdır.  



Kitabın məzmunu:  

1:1-10 Giriş  

1:11-2:21 Paulun həvari kimi səlahiyyəti  

3:1-4:31 Allahın lütf müjdəsi  

5:1-6:10 Məsihdə azadlıq və məsuliyyət  

6:11-18 Son öyüdlər və salamlar  

 

Nə insanlardan, nə də insan vasitəsilə, yalnız  sa Məsih və Onu ölülər 



arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan 

və 



mənimlə olan bütün qardaşlardan Qalatiyada

a

 olan imanlı cəmiyyətlərə 



salam! 

Atamız Allahdan və Rəbb  sa Məsihdən sizə lütf və sülh olsun! 



Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi 

ki, bizi indiki şər dövründən qurtarsın. 

Allaha əbədi izzət olsun! Amin.  



                                                 

 

a



1:2 Qalatiya – indiki Türkiyə ərazisində olmuş bir vilayət. 


Tək Müjdə  

Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk 



edib başqa bir müjdəyə tərəf dönürsünüz. 

Ə



slində başqa müjdə yoxdur. 

Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır. 

Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız 



Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun! 

Ə



vvəlcə 

dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir 

ş

ey yayırsa, ona lənət olsun! 



10 

ndi mən insanları, yoxsa Allahı məmnun 

etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ 

də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım.  



Paul Məsihin həvarisi olur  

11 


Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi 

insan deyil. 

12 

Çünki mən onu insandan almadım və insan tərəfindən də 



öyrədilmədim. Bunu mənə  sa Məsih vəhy vasitəsilə açdı.  

13 *


Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü 

eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım. 

14 

Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha 



irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq 

çəkirdim. 

15 *

Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah 



16 

Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə 

zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. 

17 


Yerusəlimə, 

məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana 

getdim, sonra yenə Dəməşqə qayıtdım.  

18 *


Üç il keçəndən sonra isə Kefa

b

 ilə tanış olmaq üçün Yerusəlimə getdim 



və on beş gün onun yanında qaldım. 

19 


O biri həvarilərin heç birini 

görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm. 

20 

Allahın önündə sizə 



yazdıqlarımın yalan olmadığını deyirəm. 

21 


Sonra Suriya və Kilikiya 

diyarlarına getdim. 

22 

Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni 



şə

xsən tanımırdılar. 

23 

Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən 



şə

xs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir». 

24 

Beləliklə, mənə görə 



Allahı izzətləndirirdilər.  

                                                 

 

*

1:13-14 Həv. 8:3; 22:2-5; 26:9-11 



 

*

1:15-16 Həv. 9:3-6; 22:6-10; 26:13-18 

 

*

1:18 Həv. 9:26-30 



 

b

1:18 Kefa – yəni Peter. Bax: Yəhya 1:42. 




Digər həvarilər Paulu qəbul edir  

On dörd il keçəndən sonra isə Barnaba ilə birlikdə Titi də özümlə götürüb 



yenə Yerusəlimə getdim. 

Vəhy vasitəsilə getdim. Başqa millətlər arasında 



vəz etdiyim Müjdəni onlara, etibarlı olanlara şəxsən təqdim etdim ki, boş 

yerə cəhd etməyim yaxud da cəhd etmiş olmayım. 

Yanımda olan Tit də 



Yunan olduğu halda sünnət olunmağa məcbur edilmədi. 

Bu iş aramıza 



gizlicə soxulan yalançı qardaşlar üzündən oldu. Onlar Məsih  sada malik 

olduğumuz azadlığı əl altından öyrənib bizi kölə etmək üçün gizlicə aramıza 

girdilər. 

Onlara bir anlıq da olsa, baş əyib təslim olmadıq ki, Müjdənin 



həqiqəti sizinlə qalsın.  

6 *


Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, 

Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim 

dediklərimə heç nə artırmadılar. 

Ə



ksinə, sünnətlilərə

c

 Müjdə yaymaq işi 



Peterə tapşırıldığı kimi sünnətsizlər

d

 arasında Müjdə yaymaq işinin mənə 



tapşırıldığını gördülər. 

Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal 



olan Allah başqa millətlər üçün məndə də fəal oldu. 

Cəmiyyətin sütunları 



sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və 

Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa 

millətlərin, onlarsa sünnətlilərin yanına getsin. 

10 


Yalnız yoxsulları yad 

etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.  



Paul Antakyada Peteri məzəmmətləyir  

11 


Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki 

tənqidə layiq idi. 

12 

Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən 



ə

vvəl Peter başqa millətlərdən olanlarla yemək yeyirdi. Həmin adamlar 

gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq başqa millətlərin yanından 

çəkilib ayrı durdu. 

13 

Onunla birlikdə o biri Yəhudilər də ikiüzlülük etdilər. 



Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı. 

14 


Amma mən Müjdənin 

həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında 

Kefaya dedim: «Əgər sən Yəhudi olduğun halda Yəhudi kimi deyil, başqa 

millətlərdən biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi 

yaşamağa məcbur edirsən?»  

15 


Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» 

deyilik. 

16 *

Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız  sa 



Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih  saya iman etdik ki, 

                                                 

 

*

2:6 Qanun. 10:17 



 

c

2:7 Sünnətlilə– yəni Yəhudilər. 

 

d

2:7 Sünnətsizlə– yəni başqa millətlər. 



 

*

2:16 Zəb. 143:2; Rom. 3:20,22 




Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki 

Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz. 

17 

Ə

gər biz Məsihdə 



saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah 

xidmətçisidir? Əsla! 

18 

Ə

gər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, 



özümü Qanunu pozan olaraq göstərirəm. 

19 


Çünki mən Qanun vasitəsilə 

Qanuna münasibətdə öldüm

e

 ki, Allah üçün yaşayım. 



20 

Məsihlə birlikdə 

çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır.  ndi cismən 

yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın 

Oğluna olan imanla yaşayıram. 

21 


Allahın lütfünü rədd etmirəm. Çünki əgər 

salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.  





Qanun və iman  

Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi?



f

  sa Məsihin çarmıxa 

çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu! 

Sizdən yalnız bunu 



öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman 

etməklə aldınız? 

Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi 



cismani səyləmi bitirirsiniz? 

Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, 



bunlar boş yerə idi? 

Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr 



yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman 

etməyinizlə icra edir?  

6 *

Məsələn, « brahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 



7 *

ndi 


isə bunu bilin ki,  brahimin övladları imana əsaslananlar olur. 

8 *


Müqəddəs 

Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb 

brahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək 

Müjdəni qabaqcadan bildirdi. 

Beləliklə, imana əsaslananlar iman etmiş 



olan  brahimlə birlikdə xeyir-dua alırlar.  

10 *


Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki 

yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq 

                                                 

 

e



2:19 Qanuna münasibətdə öldüm – yəni Qanunun mənim üzərimdəki 

hakimiyyətindən qurtuldum.

 

 



f

3:1 Tilsimlədi? – bəzi əlyazmalarda tilsimlədi ki, həqiqətə itaə

etməyəsiniz? 

(Qal. 5:7). 

 

*

3:6 Yar. 15:6; Rom. 4:3; Yaq. 2:23 



 

*

3:7 Rom. 4:16 

 

*

3:8 Yar. 12:3 



 

*

3:10 Qanun. 27:26 




etməyən hər kəsə lənət olsun!» 

11 *


Aydındır ki, Allah qarşısında heç kim 

Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». 

12 *

Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən 



adam bunların sayəsində yaşayacaq». 

13 *


Məsih bizim uğrumuzda 

lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan 

asılan hər kəsə lənət olsun!» 

14 


Belə ki  brahimin aldığı xeyir-dua Məsih 

sada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman 

vasitəsilə alaq.  

Qanun və Allahın vədi  

15 


Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq 

etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə 

bilməz. 

16 *


Vədlər yalnız  brahimə və onun nəslinə verildi. Allah çox adam 

barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə 

danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir. 

17 *


Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi

g

 Əhdi bundan dörd yüz otuz 



il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin. 

18 *


Çünki əgər 

irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah  brahimə irsi vəd 

vasitəsilə lütfə görə verdi.  

19 


Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün 

ə

lavə olundu. Vədi alan və  brahimin nəslindən olan Şəxs gələnə qədər 



qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi. 

20 


Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.  

Qanunun məqsədi  

21 


Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat 

verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla 

gələrdi. 

22 


Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki,  sa 

Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.  

23 

Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, 



gələcək iman zühur edənə qədər əsir tutulmuşduq. 

24 


Yəni Qanun bizə 

Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq. 

                                                 

 

*



3:11 Hab. 2:4 

 

*



3:12 Lev. 18:5 

 

*



3:13 Qanun. 21:22-23 

 

*



3:16 Yar. 12:7; 13:14-15 

 

*



3:17 Çıx. 12:40 

 

g



3:17 Təsdiq etdiyi – bəzi əlyazmalarda Məsih barəsində təsdiq etdiyi. 

 

*



3:18 Rom. 4:14 


25 

Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.  

26 

Siz hamınız Məsih  saya olan iman vasitəsilə Allahın övladlarısınız. 



27 

Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. 

28 

Artıq 


Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki 

hamınız Məsih  sada birsiniz. 

29 *

Ə

gər Məsihə aidsinizsə, deməli,  brahimin 



nəslindənsiniz və vədə görə varissiniz.  

Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında 



kölədən fərqlənmir. 

O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və 



idarəçilərin nəzarəti altındadır. 

Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən 



dünyanın ibtidai təlimlərinə kölə idik. 

4 *


Lakin vaxt tamam olanda Allah 

qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, 

Qanun altında 



olanları satın alsın və biz övladlığa götürülək. 

Övladlar olduğunuz üçün 



Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə 

göndərdi. 

Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, 



həmçinin Allahın təyin etdiyi varissən.  

Paulun Qalatiyalılar üçün qayğıları  

Ə



vvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri 

idiniz. 


ndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən 

tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə 

qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz? 

10 

Xüsusi günlərə, 



aylara, mövsümlərə və illərə riayət edirsiniz! 

11 


Sizin üçün qorxuram, bəlkə 

sizə görə boş yerə zəhmət çəkmişəm.  

12 

Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi 



oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. 

13 


Bildiyiniz kimi, mən 

Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. 

14 

Cismani 


vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də 

məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih  sanı qəbul edər 

kimi qəbul etdiniz. 

15 


ndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda 

şə

hadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə 



verərdiniz. 

16 


Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum? 

17 


Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların 

qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər. 

18 

Yaxşı niyyətlə 



olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum 

vaxt deyil, daimi olsun. 

19 

Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, 



                                                 

 

*



3:29 Rom. 4:13 

 

*



4:4-7 Rom. 8:15-17 


sizlər üçün yenə doğuş ağrısı çəkirəm. 

20 


ndi yanınızda olmaq və səsimi 

dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.  



Sara ilə Həcərin məsəli  

21 


Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə 

dediyini eşitməmisinizmi? 

22 *

brahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu 



cariyədən, o biri oğlu isə azad qadından

h

 doğulmuşdu. 



23 

Cariyədən doğulan 

bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu. 

24 


Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina 

dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir. 

25 

Həcər Ərəbistandakı 



Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki 

Yerusəlim övladları ilə birlikdə köləlikdədir. 

26 

Səmavi Yerusəlim isə 



azaddır, o bizim anamızdır. 

27 *


Çünki yazılıb:  

«Şənlən, ey sonsuz, qısır qadın!  

Sevinclə mahnı oxu, qışqır,  

Ey doğuş ağrısı çəkməyən qadın!  

Çünki atılmış qadının övladları  

Ə

rli qadının övladlarından çoxdur».  



28 

Sizsə, qardaşlar,  shaq kimi vədə görə doğulan övladlarsınız. 

29 *

Amma o 


zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə 

təqib etdisə, indi də belədir. 

30 *

Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və 



onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis 

olmayacaq». 

31 

Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının 



övladlarıyıq.  



Məsihin verdiyi azadlıq  

Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun



i

 

və yenidən köləlik boyunduruğuna tabe olmayın.  



Budur, mən Paul sizə deyirəm: əgər siz sünnət olunsanız, Məsih sizə heç 

bir fayda verməz. 

Sünnət olunan hər adama yenə şəhadət edirəm ki, elə bir 



                                                 

 

*



4:22 Yar. 16:15; 21:2-3 

 

h



4:22 Cariyədən … azad qadından – yəni Həcərdən … Saradan. 

 

*



4:27 Yeş. 54:1 

 

*



4:29-30 Yar. 21:9-10 

 

*



4:30 Yar. 21:10,12 

 

i



5:1 Məsih … durun – bəzi əlyazmalarda Ona görə də Məsihin bizə verdiyi 

azadliqda möhkəm durun.

 



adam bütün Qanuna əməl etməyə borcludur. 

Ey Qanun vasitəsilə saleh 



sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız, Allahın lütfündən uzaq 

düşdünüz. 

Amma biz Ruh vasitəsilə imanla saleh sayılacağımıza ümid 



bağlayıb onu həvəslə gözləyirik. 

Məsih  sada sünnətlilik də, sünnətsizlik də 



ə

həmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə məhəbbətlə fəal olan 

imandır.  

Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi? 



Belə 


inandırılmağınız sizi Çağıranın istəyi deyil. 

9 *


Azacıq maya bütün xəmiri 

acıdır. 


10 

Mən Rəbdə sizə etimad edirəm ki, başqa cür düşünməyəsiniz. Sizi 

lərzəyə salansa, kim olursa olsun, öz cəzasını çəkəcək. 

11 


Amma, qardaşlar, 

ə

gər mən hələ də sünnəti vəz edirəmsə, nə üçün hələ də təqibə məruz 



qalıram? Elə olsaydı, onlara büdrəmə daşı olan çarmıx ləğv olunardı. 

12 


Ah, 

kaş sizi çaşdıranlar özlərini axtalayaydılar!  



Cismani təbiət və Müqəddəs Ruh  

13 


Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani 

təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin. 

14 *

Bütün Qanun tək bir sözdə tamamlanır: «Qonşunu özün kimi sev». 



15 

Ə

gər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf 



etməyəsiniz.  

16 


Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz 

cismani təbiətin ehtirasını əsla icra etməzsiniz. 

17 

Çünki cismani təbiət Ruha 



zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur 

ki, siz istədiyinizi etməyəsiniz. 

18 

Amma Müqəddəs Ruhun rəhbərliyi altında 



olsanız, siz Qanun altında deyilsiniz.  

19 


Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq,

j

 



murdarlıq, pozğunluq, 

20 


bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, 

qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr, 

21 

paxıllıq,



k

 sərxoşluq, 

eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi 

indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs 

almayacaqlar.  

22 


Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, 

xeyirxahlıq, yaxşılıq, sədaqət, 

23 

həlimlik, nəfsə hakim olmaq. Bu kimi 



ş

eylərə qarşı qanun yoxdur. 

24 

Məsih  saya məxsus olanlar isə öz həvəs və 



ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. 

25 


Madam ki, biz 

                                                 

 

*

5:9 1Kor. 5:6 



 

*

5:14 Lev. 19:18 

 

j

5:19 Cinsi əxlaqsızlıq – bəzi əlyazmalarda zinakarlıq, cinsi əxlaqsızlıq. 



 

k

5:21 Paxıllıq – bəzi əlyazmalarda paxıllıq, qatillik. 




Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. 

26 


Ş

öhrətpərəst olmayaq, bir-

birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.  



Bir-birinizin yüklərini daşıyın  

Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu 



həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver. 

Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra edin. 



Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü 

aldadır. 

Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının etdikləri ilə 



deyil, yalnız öz etdikləri ilə fəxr edəcək. 

Çünki hər kəs öz üzərinə düşən 



yükü daşımalıdır.  

Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün.  



Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə, onu da 

biçəcək. 

Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh 



üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. 

Yaxşılıq edərkən ruhdan 



düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. 

10 


Buna görə də 

nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı 

işlər görək.  

Son öyüdlər və salamlar  

11 


Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım! 

12 


Zahirən və cismən 

yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib 

olunmamaq üçün sizi sünnət olunmağa məcbur edirlər. 

13 


Axı sünnət 

olunanların özləri də Qanuna riayət etmirlər. Lakin sizin sünnət olunmanızı 

istəyirlər ki, sizin cisminizlə öyünsünlər. 

14 


Mənsə Rəbbimiz  sa Məsihin 

çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsilə dünya mənim 

üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. 

15 


Çünki

l

 



ə

həmiyyət kəsb edən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. 

16 

Nə qədər bu qaydaya riayət edənlər varsa, onların üzərinə, Allahın  sraili 



üzərinə sülh və mərhəmət gəlsin.  

17 


Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən  sanın 

yara izlərini bədənimdə daşıyıram.  

18 

Qardaşlar, Rəbbimiz  sa Məsihin lütfü ruhunuza yar olsun! Amin.  



                                                 

 

l



6:15 Çünki – bəzi əlyazmalarda Çünki Məsih  sada. 

Yüklə 115,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə