Qarabağın yenidən qurulması istiqamətində Ağdam şəhərinin bərpası mühüm əhəmiyyətə malikdir



Yüklə 13,27 Kb.
tarix10.10.2023
ölçüsü13,27 Kb.
#126591
Qarabağın yenidən qurulması istiqamətində Ağdam şəhərinin bərpası mühüm əhəmiyyətə malikdir


Qarabağın yenidən qurulması istiqamətində Ağdam şəhərinin bərpası mühüm əhəmiyyətə malikdir
Cari ilin oktybar ayının 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Cənab Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı bır sıra mühüm məsələlər toxunmuşdur. Cənab Prezident İlham Əliyev çıxışı zamanı Ağdam şəhərinin erməni vandalizminin qurbanı olması məsələsinə diqqət çəkərək bildirdi ki: Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb. Mən, həmçinin bizimlə birgə olduqlarına, Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün buraya gəldiklərinə görə müxtəlif ölkələrdən olan qonaqlarımıza, - Forumumuzda 40-dan çox ölkənin nümayəndələri iştirak edirlər, - minnətdarlığımı ifadə etmək istərdim. Artıq qeyd etdiyim kimi, Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb”.
Bu gün biz Qarabağda Böyük Qayıdış planının reallaşdırılması istiqamətində irimiqyaslı işlərin görülməsinin şahidi oluruq. Azad olunan ərazilərdə tikilməyə başlayan ilk yaşayış evinin təməlinin Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmasını simvolik addım kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, dövlətimizin başçısı ona doğma olan torpaqlarımızda bütün quruculuq, yenidənqurma işlərinin hər bir incə detalına kimi diqqətdə saxlayır, viran edilmiş tarixi kənd və rayonlarımızın müasir üslubda bərpasında birbaşa özü iştirak edir. Onun azad edilən şəhər və rayonlarımıza həssas yanaşması xalqımız tərəfindən təqdir edilir. Elə Ağdamda da eyni həssasiyətin şahidi olduq. Cənab İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edərək bütün dünyaya bundan sonra bu müqəddəs şəhərin əmin əllərdə olacağını göstərmiş oldu.
Yüklə 13,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə