Qaydaları 2 İş yerində davranış qaydaları > Biz dinləyir, anlayır və cavab veririk



Yüklə 183,83 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü183,83 Kb.
#321
növüQaydalar


1

İş yerində davranış qaydaları

İş yerində 

Davranış 

Qaydaları



2

İş yerində davranış qaydaları



>

 

Biz dinləyir, anlayır və cavab veririk



>

 

Biz aydın gözləntilər üzərində razılığa gəlirik



>

 

Biz daima mükəmməl xidmət göstərməyə  



   çalışırıq

>

 

Biz əməyin təhlükəsizliyinə önəm veririk



>

 

Biz etik və vicdanla davranırıq



>

 

Biz icmalarımızın qeydinə qalırıq



>

 

Biz insanlarımıza sərmaye yatırırıq



>

 

Biz müxtəlifliyi və əhatəliliyi qəbul edirik



>

 

Biz bir şirkət olaraq dünya səviyyəsində  



   təmasda oluruq

Vədlərin yerinə 

yetirilməsi

Düzgün

addımların 

atılması

Tam potensialın 

inkişaf 

etdirilməsi


3

İş yerində davranış qaydaları

Amec Foster Wheeler şirkətinin yeni bir şirkət olmasına baxmayaraq 

bizim daima mükəmməl xidmət göstərmək üçün (ərzində) özümüzə 

nüfuz qazandığımız 150 ildən artıq qürurla dolu irsimiz var.

Tam potensialımızı inkişaf etdirməklə və düzgün işlər görməklə diqqətimizi verdiyimiz vədlərin 

yerinə yetirilməsinə yönəldərək dəyərlərimiz bizim üçün adi görünən davranışları özündə ehtiva 

edir. 


Biz hər zaman etik davranmağa və vicdanla hərəkət etmeyə 100% sadiq olmalıyıq.  

Bu başqalarının işi olmamalıdır - bizim hər birimiz öz davranışımıza görə məsuliyyət daşıyırıq. 

Dəyərlərimizə sadiq olmağımızın nümayiş etdirilməsi icbari qaydalar toplusuna əməl etməkdən 

daha böyük anlama malikdir - biz onların əsil mahiyyətini anlamalıyıq. 

Biz bütün əlaqələrimizdə və işlərimizdə həmişə ən yüksək etik standarlata əsasən hərəkət 

etməliyik və dəyərlərimiz və iş yerində davranış qaydaları ilə ziddiyyət təşkil edən davranışı 

qəbul etməməliyik və ya ona bəraət qazandırmamalıyıq.

Şirkətimizdə və ya rəhbərliyimiz altında çalışan bütün insanlar eyni 

davranış prinsiplərini qəbul etməlidir və şirkət rəhbərliyinin belə 

məlumatları verən insanları dəstəkləmək üçün üzərinə götürdüyü 

öhdəliyə müvafiq olaraq bu prinsiplərdən yayınması şübhə altına 

alınan və ya onları faktiki olaraq pozan davranış halları barədə 

tam əminliklə məlumat verilməlidir. 

Əgər hər hansısa bir davranışın düzgün olmadığını hiss 

ediriksə, (çox güman ki bu belədir) və beləliklə uzun 

müddət ərzində müştərilərimiz, tərəfdaşlarımız və digər 

həmkarlırımızın etibar edəcəyi uğurlu və dayanıqlı bir iş 

birliyi yaratmaq istəyiriksə biz hamımız nə etmək lazım 

olduğunu bilməliyik. 

 

 



Jon Lewis 

İcraçı Direktor

“Mükəmməl xidmət göstərmək, 

etimad və sadiqlik hisslərini 

aşılamaq - və dəyərlərimizi 

yaşatmaq.”




4

İş yerində davranış qaydaları



4

İş yerində davranış qaydaları

Hər zaman etik davranışa 

üstünlük verin - qısamüddətli 

əməkdaşlıqda bunun daha çox 

səy tələb etməsinə rəğmən

Şəkildə: Con Konnoli, Sədr




5

İş yerində davranış qaydaları



İcraçı Direktorun məktubu 

Giriş

    


 

 

 



 

 

 



 

Gündəlik iş fəaliyyətimizdə rəhbər tutulan qaydalar toplusu



Müştərilər və digər

 

 

 

 

 

 

 

9

 



işgüzar tərəfdaşlarımız qarşısında məsuliyyətimiz

   


Yüksək etik standartlara müvafiq olaraq düzgün və ədalətlli əlaqələr qurmaq

Bir-birimizə qarşı məsuliyyətimiz

   


 

 

 



 

11 


Digərləri ilə ünsiyyətdə olarkən hörmət və ehtiramın ən yüksək  

standartlarına əməl etmək



Amec Foster Wheeler şirkəti qarşısında məsuliyyətimiz

 

 



 

15 


Amec Foster Wheeler şirkətinin uğurunu genişləndirmək etdirmək  

üçün Amec Foster Wheeler şirkətinin vaxtı, imkanları və resursları



Hökumət qarşısında məsuliyyətimiz

 

 



 

 

 



18 

Ən yüksək etik standartlara riayət etmək



İcmamımız qarşısnda məsuliyyətimiz

 

 



 

 

 



19 

Daxilində fəaliyyət göstərdiiymiz icmaların və ümumilikdə cəmiyyətin  

dəstəklənməsinə sadiq olmaq

Qaydalara Riayət

 

 

 

 

 

 

 

21

Ümumi məlumat və oxumaq üçün əlavə materiallar



 

 

 

23

Etik məsələlər üzrə qaynar xətt barədə məlumat 



 

 

 

24

Mündəricat

“Bu qaydalara riayət 

etdiyinizə görə sizin dəstək 

gözləmək hüququnuz var.”



6

İş yerində davranış qaydaları

azadolmaya da gətirib çıxara bilər. Ciddi 

qayda pozuntularına yol verildikdə sizə qarşı 

cinayət sanksiyaları tətbiq oluna bilər. Amec 

Foster Wheeler şirkətindən ayrıldığınız, lakin 

bu qaydaları pozduğunuz aşkara çıxdığı 

təqdirdə biz, müvafiq sayıldığı halda hələ də 

sizi məhkəməyə verə bilər və ya bu barədə 

aidiyyəti orqanları məlumatlandıra bilərik.



Hamımızdan aşağıdakılara riayət tmək 

gözlənilir:

u

 Digərlərinə hörmətlə yanaşmaq.



u

 Qanunsuz, qeyri-etik və ya uyğun 

sayılmayan olduğunu bildiymiz hərəkətlərə 

yol verməməkş.

u

 Öhdəliklərimizə təsir edən qanun, qayda və 



Amec Foster Wheeler şirkətinin qayda və 

prosedurlarının (bu Qaydalar daxil olmaqla) 

praktiki iş bilgisinə malik olmaq və tələb 

olunduqda təlimlərdə iştirak etmək.

u

 Bütün qarşılıqlı əlaqələrdə Amec Foster 



Wheeler şirkətinin nümayəndəsi kimi 

hərəkət etmək.

Qaydalarımız fəaliyyət göstərdiiymiz 

bütün ölkələrdə bütün müvafiq qanunlara, 

qanunvericilik tələblərinə və aidiyyati qaydalara 

tam əməl etməkdən ibarətdir. . Bəzən Qaydalar 

hətta bu qanunverici tələblərdən daha da sərt 

olaraq bizdən işgüzar fəaliyyətimizi ən yüksək 

etik standartlara uyğun aparmağımızı və 

daima vicdanla hərəkət etdiyimizi tələb edir. 

Hərəkətlərimzlə biz BMT-nin bütün 10 Qlobal 

Müqavilə prinsiplərinə dəstəyimizi nümayiş 

etdirməyi hədəfə alırıq (əlavə məlumat üçün 

Qaydalarımızın 23-cü səhifəsinə nəzər yetirin).

Bu qaydalara riayət etməmək çox güman ki, 

inzibati tənbeh tədbiri ilə nəticələnəcəkdir, 

hərəkətin ciddiliyindən asılı olaraq işdən 

Giriş

“İş yerində davranış qaydaları” (Qaydalar) gündəlik iş fəaliyyətimizdə tərəfimizdən və ya 

şirkətimiz adından və ya onun rəhbərliyi altında çalışan insaları tərəfindən rəhbər tutulan 

qaydalar toplusudur. Bu qaydalar bütün Amec Foster Wheeler şirkətlər qrupuna şamil 

olunur. Qaydalar dünyanın istənilən yerində işlədiyimizdən və kimlə çalışdığımızdan asılı 

olmayaraq etibarlı sayılır və bütün direktorlar, məsul şəxslər, əməkdaşlar və adımızdan 

fəaliyyət göstərən digər insanlara şamil olunur. Bu bizim dəyərlərimizin pratiki olaraq 

tətbiq edilməsidir. Biz vədləri yerinə yetirməklə. tam potensialımızı inkişaf etdirməklə və 

düzgün işlər görməklə müştərilərimizə daima mükəmməl xidmət göstərməliyik.

Düzgün qərarları qəbul 

etmək üçün mühakiminizdən 

istifadə etmək üçün sizə 

kömək etmək

* Amec Foster Wheeler şirkətinin hər hansı bir digər şirkətlə qurduğu birgə müəssisədə və ya tərəfdaşlıqda çalışdığınız halda siz 

hazirki Qaydalara riayət etməlisiz. İstisna hal birgə müəssisədə və ya tərəfdaşlıqda bu Qaydalarla müqayisədə tamamilə və ya 

qismən daha sərt olan oxşar qaydaların tətbiq olunmasıdır ki, bu halda da həmin daha sərt qaydalara və ya onların nisbətən daha 

sərt hissəsinə əməl etməlisiz.



7

İş yerində davranış qaydaları

u

 Sağlamlıq, əməyin təhlükəsizliyi, 



təhlükəsizlik, ətraf mühit və dayanaqlığa 

olan öhdəliklərimizi dəstəkləmək.

u

 Müəyyən vəziyyətdə öhdəliklərimizin nədən 



ibarət olduğunu bilmədikdə və ya hazırki 

qaydaların necə tətbiq olunmasına tərəddüd 

etdikdə menecerimizdən məsləhət almaq. 

u

 Bu Qaydalar toplusunda hər bir ssenarinin 



əhatə olunmasının mümkün olmadığını dərk 

edərək, qaydaların düzgün seçimini etmək 

üçün mühakimənizdən istifadə etməyə 

çalişmaq və bunun təbliğ etmək üçün tərtib 

olunduğunu bilmək. 

u

 Maraqlar münaqişəsinə yol verməmək.



u

 Qanun, qayda və ya hazırki qaydaların və 

ya Amec Foster Wheeler şirkətinin istənilən 

digər qayda və ya prosedurlarının ehtimal 

olunan pozuntuları barədə bu Qaydaların 

"Qaydalara Riayət" fəsilinə müvafiq olaraq 

məlumat vermək. 

Bütün menecerlərdən gözlənilir:

u

 İşçilərinizin bu Qaydaları və qaydalara 



əsasən öhdəliklərini başa düşməsinə və 

öhdəliklərinə təsir edən qanun, qayda, 

Amec Foster Wheeler şirkətinin qayda və 

prosedurları barədə praktiki iş bilgisinə malik 

olmasına əmin olmaq. 

u

 Cavab tədbiri barədə narahatçılıq olmadan 



mümkün qayda pozuntularının səmimi və 

açıq şəkildə müzakirəsinə şərait yaradan iş 

mühitini saxalamq.

Tərəddüd içində 

olduqda - həmişə 

soruşun.



8

İş yerində davranış qaydaları

Dürüstlüyümüzü  

şübhə altına atan  

heç bir hərəkətə bəraət 

qazandırıla bilməz.




9

İş yerində davranış qaydaları

Biz antitrest və antiinhisar qanunlarına riayət 

etməliyik, qeyri-qanuni ödənişləri heç vax yol 

verməməliyik etməməliyik və ya onları qəbul 

etməməliyik və hədiyyələr və qonaqpərvərliklə 

bağlı qaydalarımızdan agah olmalıyıq.

Bizim səlahiyyətli agentlər, sponsorlar və 

məsləhətçilər bizim nümayəndələr qismində 

hərəkət edirlər. Onlar ehtiyatla seçilməli 

və onların fəaliyyələti sənədləşdirilərək 

monitorinq olunmalıdır. Ətraflı məlumat üçün 

Conex kitabxanasında satış agentləri və milli 

sponsorlar üzrə qaydalarla tanış olun.



aşağıdakılar bizim öhdəliklərimizdir

u

 



Hər zaman müştərilərimiz və digər biznes 

tərəfdaşlarımızla munasibətlərə məsuliyyətlə 

yanaşmaq və yüksək etik standartlara 

əsaslanan ədalətli və dürüst davranmaq. 

u

 

Müştərilərimiz və digər biznes 



tərəfdaşlarımızı dinləmək, başa düşmək 

və onlara cavab vermək və aydın və 

razılaşdırılmış gözləntilərə malik olmaq. 

u

 



Müştərilərimiz və digər bizes tərəfdaşlarımız 

barədə məlumat və informasiya ilə 

müvafiq şəkildə davranıldığını və onların 

toxunulmazlıdını lazımınca təmin etmək.

u

 Müştərilərimizə hesab fakturaların kəsilməsi 



və maliyyə hesabatlprosesində tamlığı təmin 

etmək üçün İşçi qüvvəsi, materiallar və digər 

işlərə görə dəqiq haqqların tutulduğunu 

təmin etmək. Belə bir informasiyanın 

dəqiqliklə qeydə alınmaması Şirkətin  

izzzəti-nüfuzuna zərər vuracaq və 

qanunvericiliyə müvafiq olaraq şirkət 

əleyhinə müəyyən tədbirlərin görülməsinə 

gətirib çıxara bilər.

u

 



Fəaliyyət göstərdiyimiz ölkələrdə antitrest 

və antiinhisar qanunlarının tələblərinə riayət 

etmək. Bu qanunlar ölkələrə görə fərqlənir, 

lakin onlar ümumilikdə bazarda anti-rəqabət 

xüsusiyyətli və rəqabətin ədalətli şəkildə 

aparılmasına əngəl olan təcrübə və razılıqları 

qadağa edir. 

u

 



Cari və perspektiv müştərilərimiz və ya digər 

biznes tərəfdaşlarımızdan hədiyyələri və ya 

qonaqpərvərliyi yalnız aşağıdakı hallarda 

təklif və ya qəbul edin

 

>

  

Hədiyyələr onları qəbul edən tərəf  



   üzərində heç bir öhdəlik yaratmasın;

 

>

  

Hədiyyələrin şirkətin hesabına eyni  



   qaydada verilməsi münasib sayılsın ;

 

>

  

Hədiyyələr kommersiya məsələlərində  



   qərarqəbuletmə prosesinə heç bir halda  

   təsir etməsin;

 

>

  

İctimaiyyətə açıqlandığı halda Amec  



   Foster Wheeler şirkətini və ya sizi rüsvay  

   etməsin;



Müştərilərimiz və digər biznes 

tərəfdaşlarımız qarşısında məsuliyyətimiz 

Müştərilərimiz və onlarla münasibətlərimiz bizim uğurumuzun təməlidir. Daima 

mükəmməl xidmət göstərməklə biz müştərilərimizin ən etibarlı tərəfdaşı olmaq istəyirik. 

Bizim həmçinin Amec Foster Wheele şirkətinin uzunmüddtəli uğuruna töhfə verən 

bir çox işgüzar tərəfdaşlarla (o, cümlədən təchizatçılar, səlahiyyətli nümayəndələr, 

məsləhətçilər, borcverənlər və birgə müəssisə tərəfdaşlar ilə) münasibətlərimiz var.




10

İş yerində davranış qaydaları

u

 

Özəl informasiyanı oğurlamaq və qanunsuz 



şəkildə əldə etmək və digər şəxsləri belə bir 

açıqlamaları etməyə təhrik etmək. 

u

 

Qiymətləri təyin etmək, müştəriləri, ərazini, 



bazar və ya xidmətləri bölüşdürmək, satış 

şərtlərini müəyyən etmək (qiymət endirimləri 

daxil) və kimə təklif verilməsinin və ya mal 

və xidmətlərin kimdən alınmasının müəyyən 

olunması üçün rəqabət aparan tərəflərlə* 

istənilən razılığa gəlmək.

u

 

Qiymət, marja, xərc, təklif, satış təcrübəsi 



və ictimaiyyətə məlum olmayan bizim və ya 

rəqabət aparan tərəflərin* işgüzar şərtlərinin 

digər vacib aspektləri ilə əlaqəli həmin 

tərəflərlə istənilən informasiyani ilə paylaşmaq 

və ya onlardan bu informasiyanı gözləmək. 

u

 



İstənilən şəxsə rüşvət , satışdan faizin 

geri qaytarılmasını, rəsmi tələblərin 

sadələşdirilməsi üçün ödənişləri və ya 

digər qadağan olan ödənişləri təklif etmək, 

ödəmək, tələb etmək və ya qəbul etmək. 

Rəsmi tələblərin sadələşdirilməsi üçün 

ödənişin nədən ibarət olması barədə 

məlumatla rüşvət və korrupsiya əleyhinə 

prosedurlar bölməsində tanış olmaq olar.

 

>

  

Amec Foster Wheeler şirkətinin  



   rüşvətxorluq və korrupsiya əleyhinə  

   qaydaların hədiyyələr və qonaqpərvərlik  

   müddəalarına əsasən təsdiq edilmiş  

   olsun (təsdiq tələb olunan hallarda).

 

Hədiyyə və qonaqlığın verilməsi və ya 



qəbulu üçün hər zaman yaxşı səbəb 

olmalıdır. Əsas məqsəd həmişə Amec 

Foster Wheeler şirkətini təbliğ etmək və 

Amec Foster Wheeler şirkətinə uyğun 

işgüzar məsələləri müzakirə etməkdir. 

İstənilən qiymətdə olan hədiyyə verilməsi 

və aşırı qonaqpərvərlik göstərilməsi çox 

zaman qanunsuzdur və hətta qanuni olduğu 

halda belə rəhbərliyin razılığını tələb edir. 

Ətraflı məlumat üçün Conex kitabxanasında 

ruşvətxorluq və korrupsiya əleyhinə 

qaydalarla tanış olun.

u

 

Rüşvəti verməkdən, satışdan faizi 



geri ödəməkdən və rəsmi tələblərin 

sadələşdirilməsinə görə ödənişi 

aparmaqdan və ya qəbul etməkdən imtina 

edən Amec Foster Wheeler əməkdaşının 

müdafiə etmək və dəstəkləmək.

u

 



Səlahiyyətli agentlərin, sponsorların və 

məsləhətçilərin bütün aidiyyəti qanun və 

qaydalara, hazirki Qaydalara, Satış Agentləri 

və Milli Sponsorlar üzrə qaydalara və Amec 

Foster Wheeler şirkətinin digər müvafiq 

qayda və prosedurlarına əməl etməsini və 

təmin edilmiş xidmətlər müqabilində onlara 

ödənilən bütün komissiya haqqları və ya 

ödənclərin ağlabatan olduğunu təmin etmək. 

Biz aşağıdakıları etməməliyik: 

u

 



Müştərilərimiz və ya digər işgüzar 

tərəfdaşlarımızla münasibətlərimizdə 

informasiyanın sui-istifadəsi, gizlədilməsi 

və ya təhrif olunması və ya digər ədalətsiz 

təcrübə vasitəsilə uyğunsuz üstünlük əldə 

etməyə çalışmaq.

*Vaxtaşırı olaraq biz başqa hallarda bizim rəqiblərimiz sayılan şirkətlərlə birgə tenderə təklif irəli sürmək 

üçün birgə müəssisə yarada bilərik. Bu birgə müəssisə daxilində rəqabət qanunvericiliyini pozmamaq 

üçün ehtiyatlı davranmaq lazımdır və hüquq departamentindən məsləhət istənilməlidir. 

Hərəkətlərimin  

qəzetdə dərc  

edildiyini görmək  

məni sevindirərdirmi?



11

İş yerində davranış qaydaları



Bir-birimiz qarşısında 

məsuliyyətimiz 

Əməkdaşlarımız bir çox ölkələrdəndir və müxtəlif mənşə və mədəniyyətlərə 

malikdilər. Hər birimiz Amec Foster Wheeler şirkətinin uğuruna töhfə veririk və 

hörmətin üstünlük təşkil etdiyi iş mühiti saxlanıldıqda bu töhfələr daha da artır. 

Amec Foster Wheeler şirkətində biz 

insanlarımızın müxtəlifliyinə dəyər veririk 

və onların insan hüquqlarını dəstəkləyirik. 

Sizin əməyin təhlükəsizliyi təmin olunmuş, 

sağlam və təhlükəsiz və qarşılıqlı hörmət 

və açıq ünsiyyət üzərində qurulmuş, 

təqibdən azad və peşəkar yüksəliş üçün 

bərabər hüquqlar təklif edən iş yerində 

çalışmaq hüququnuz vardıır. 

Başqaları ilə ünsiyyətimizdə hörmət və 

ehtiramın ən yüksək standartlarına əməl 

etməliyik və tətbiq olunan bütün məxfilik, 

əmək və məşğulluq qanunlarına riayət 

etməliyik.

Fikir müxtəlifliyi çox yüksək qiymətləndirlir 

çünki bu, bizim müştərilərimizə və digər 

biznes tərəfdaşlarımıza təmin etdiyimiz 

həllərin zənginləşdirilməsi vasitəsilə 

işimizə əlavə töhfə verir. Biz müxtəlifliyin 

qiyməti nəinki tanınan, hətta müsbət 

şəkildə dəstəklənən əhatəlilik və hörmət 

mədəniyyətinin qurulmasına çox vurğunuq.

Bizim hamımızın təhlükəsiz, səmərəli və 

məhsuldar şəkildə işləməyimiz, ayıq-sayıq 

olmağımız, təlimatlara cavab verməyimiz 

və hərəkətlərimizin fəsadlarını dərk 

etməyimiz üçün Amec Foster Wheeler 

şirkətinin qaydalarına görə iş yerində 

narkotik və spirtli içkilərdən istifadə 

olunmamalıdır. 

Düzgün seçim 

etmək biznes 

nöqteyi nəzərdən 

məntiqlidir.



12

İş yerində davranış qaydaları

u

 İnsanlarımızın milli və mədəni irsini 



və onların bir çox müxtəlifliklərini 

qiymətləndirmək. Amec Foster Wheeler 

şirkətinə şəxsən sizin və həmkarlarınızın 

gətirdiyi müxtəliflik elementlərini anlamaq. 

Hər birimiz fərqliyik və bu fərqlərə görə 

hamımız şirkətimizə əlavə dəyər veririk. 

Fərdi müxtəlifliklər iş yerini zənginləşidirir 

və Amec Foster Wheeler şirkətinin ən yaxşı 

işçiləri cəlb etmək və saxlamaq və müştərilər 

və digər biznes tərəfdaşları ilə işləmək 

bacarığını təkmilləşidirir. 

u

 



Sizin ideyalardan fərqli olan fikirləri 

alqışlayın və həmkarlarınızı dəstəkləyin. 

Müxtəlifliklə gələn yaradıcılıq və əhatəlilik 

sizə yeni ideyalar verə bilər. 

u

 Öyrənməyə, rəyləri qəbul etməyə və 



ətrafınızda olanları narahat edən məsələləri 

dinləməyə istəkli olun. Biz hamımız daha da 

inkişaf etmək üçün fürsətlər əldə edə bilərik.

u

 



Müxtəlifliyi, əhatəliliyi və mənsubiyyət 

prinsiplərini bütün hərəktələriniz və 

davranışlarınızda vizual olaraq təbliğ 

edin. Əməyin təhlükəsizliyinə doğru 

yanaşmamızda olduğu kimi müxtəliflik, 

əhatəlilik və mənsubiyyət prinsiplərini 

dəstəkləməyən davranış gördükdə və ya 

eşitdikdə müdaxilə edin və maarifləndirin.

u

 

İşçilərin və üçüncü tərəflərin məxfiliyinə 



hörmətlə yanaşın.

u

 Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf 



mühit və təhlükəsizliyin idarə edilməsi üzrə 

funksional sistemləri icra etməklə, ən yaxşı 

təcrübələri qəbul etməklə və fəaliyyəti 

davamlı olaraq təkmilləşdirməklə işçiləri, 

müştəriləri, işgüzar tərəfdaşları və ətraf 

mühiti müdafiə edin və dəstəkləyin. 

u

 

Cəlb olunduğumuz işi dərk edin, riskləri 



bilin və hamısının sağlamlığı, əməyin 

təhlükəsizliyi və fiziki təhlükəsizliyi üçün 

zəruri və müvafiq ehtiyat tədbirlərini görün.

Biz aşağıdakıları etməliyik:

u

 



Fərqli fikirlərlə razılaşma zərurəti 

olmadan onları qəbul etməklə, digərlərini 

dinləməklə və digərlərini gülünc və utanc 

obyektinə çevriməkdən çəkinməklə fərqli 

xüsusiyyətlərə malik digərləri ilə sivil şəkildə 

və hörmətlə davranmaq.

u

 

Ümumiyyətlə, digər insanlarla peşəkarlıq və 



vicdanla rəftar etmək. Daha vacibi, həmişə 

digərlərinə qarşı hörmətçil olmaq. 

u

 

İşçi və onun meneceri arasında gündəlik 



olaraq açıq və səmimi ünsiyyətin 

aparılmasına şərait yaratmaq. Əməkdaşın 

töhvəsi alqışlanmalı, ona məsləhət sərbəst 

şəkildə verilməli və məsələlər səmimi 

şəkildə qaldırılaraq paylaşımalıdır.

u

 



İrq, milli mənsubiyyət, yaş, cins, din, seksual 

oriyentasiya, əllillik və ya tələb olunan 

vəzifənin yerinə yetirilməsinə aidiyyəti 

olmayan digər keyfiyyət və xüsusiyyətlərdən 

asılı olmayaraq həm məşğulluq, həm də 

peşəkar yüksəliş məqsədləri üçün işçilər 

və iş üçün müraciət edənlərlə ədalətli 

ayrıseçkiliyə yol vermədən davranmaq. 

Məşğulluq və peşəkar yüksəliş qabiliyyət, 

bacarıq, vərdiş və kvalifikasiyaya 

əsaslanmalıdır. 

Dəyərlərimiz:  

Bir komanda 

olaraq dünya 

səviyyəsində 

təmasda olmaq




13

İş yerində davranış qaydaları

u

 

Təhlükəli olan istənilən vəziyyət və ya Amec 



Foster Wheeler şirkətinin sağlamlıq, əməyin 

təhlükəsizliyi, fiziki təhlükəsizlik və ətraf 

mühit üzrə müəyyən etdiyi standartların 

pozulması ilə qarşılaşdığınız təqdirdə dərhal 

məlumat verin. Bizim gördüyümüz heç bir iş 

onun təhlükəsiz şəkildə icra ediməsinə vaxt 

ayıra bilmədiyimiz qədər vacib deyil. 

u

 Sağlamlığa, əməyin təhlükəsizliyinə və ya 



fiziki təhlükəsizliyə mənfi şəkildə təsir edən 

işi dayandırın.



Biz aşağıdakıları etməməliyik:

u

 



İnsanlarımız tərəfindən və ya onlara qarşı 

edilən hər hansı qeyri-qanuni təqibə dözmək. 

Buraya insanları hədələyici, alçaldıcı, 

təhqiramiz, utanc doğuran və ya rüsvayedici 

və seksual və digər xoşagəlməz qəbul edilə 

bilən davranış növləri daxildir: 

 

>

  

Kiməsə ləkə yaxmaq, kimisə qaralamaq,  



   gülünc obyektinə çevirmək və dolamaq;

 

>

  

Arzuolunmayan fiziki əlaqə, hücum və  



 

ya hədə-qorxu, güdmə və ya izləmə;

 

>

  

Təhqiramiz və ədəbsiz qeyd, zarafat,  



 

mahnı, elan, qraffiti və ya jestlər;

 

>

  

sosial fəaliyyətdən, görüş və  



 

söhbətlərdən uyğunsuz və ya təkrar  

 

olunan təcridolunma;



 

>

  

Müəyyən üstünlükləri əldə etmək üçün  



 

məcburetmə;

 

>

  

Təcavüz etmək və ya bilərəkdən real  



 

olmayan hədəflər və/və ya son tarixlər  

 

qoymaq, icitmai qınaq etmək,  



 

göstərilmiş səyyləri lazımınca  

 

qiymətləndirməmək və məsul vəzifələri  



 

aşağı kvalifikasiyalı və əhəmiyyətsiz  

 

işlərlə əvəzləmək.



u

 

Şirkətin işini apararkən qanunsuz narkotik 



maddələrini saxlamaq, paylamaq və 

ya istifadə etmək və ya qanuni narkotik 

maddələrindən və ya spirtli işçkidən 

uyğunsuz şəkildə istifadə etmək.  

Conex kitabxanasında narkotik maddələrdən 

sui-istifadə prosedurumuzla tanış olun.

u

 

Amec Foster Wheeler şirkətinin mülkiyyəti 



olan istənilən yerdə və ya Amec Foster 

Wheeler şirkətinin işi ilə əlaqədar olaraq 

iş başında olarkən maşında və ya iş 

sahəsindən kənarda istənilən növ silaha 

malik olmaq. Burada aidiyyəti əməliyyat 

bölməsinin rəhbərindən üzərində silah 

daşımaq üçün açıq şəkildə icazə istəmiş 

və almış təhlükəsizlik əməkdaşları istisna 

olunur. Bu qayda sizin üzərinizdə silah 

daşımaq üçün qanuni icazə əldə etdiyiniz  

də belə qüvddədir.

İnsanlarla peşəkar 

qaydada, vicdan və 

hörmətlə davranmaq."




14

İş yerində davranış qaydaları

Özünüzə sual edin: 

Bu hərəkəti etməklə 

özümü rahat hiss 

edəcəyəmmi?




15

İş yerində davranış qaydaları

İnformasiya vacib aktivdir və buraya ticarət 

sirri, biznes prosesləri, daxili hesabatlar və 

prosedurlar, marketinq məlumatı, araşdırmalar, 

spesifikasiyalar, proqram təminatı və 

metodologiyalar və bir çox digər məsələlər 

kimi məxfi və şəxsi informasiya daxildir. Belə 

informasiya müxtəlif formalarda saxlanıla bilər, 

lakin o, öz təhlükəsizlik təsnifatına müvafiq 

olaraq saxlanılmalıdır. Bu informasiya Amec 

Foster Wheeler şirkəti tərəfindən hazırlana bilər 

və ya müştərilərimiz, biznes tərəfdaşlarımız və 

digərləri tərəfindən bizə etibar edilə bilər. 

Rəqabət aparan heyət üzvləriniz, vəzifələrinizin 

ədalətli və qərəzsiz şəkildə yerinə yetirilməsinə 

təsir edən ailə və ya digər maraqlarınız olduğu 

halda maraq münaqişəsi baş qaldıra bilər. 

Maraqlar münaqişəsinin sadəcə üzə çıxması 

Amec Foster Wheeler şirkətində etibara əngəl 

ola bilər, hətta bu maraqlar münaqişəsini 

yumuşaldan amillər movcud olsa da belə. 

Amec Foster Wheeler şirkətinin səhmləri London 

Fond Birjasında, Amerikan depozit səhmləri isə 

Nyu York Fonda Birjasında açııq satıılır. Açıq 

səhmdar cəmiyyəti qismində bizə şamil olunan 

qanunlar və bizim qayda və prosedurlarımız Amec 

Foster Wheeler şirkətinin hökumət orqanları və 

fond birjalarına təqdim etdiyi maliyyə hesabatları 

və sənədlərində və tərəfimizdən təqdim olunan 

digər ictimai kommunikasiyalarda informasiyanın 

tam, düzgün, dəqiq, tarazlaşdırılımış və anlaşıqlı 

olmasını tələb edir. Qeyri-dəqiq və ya natamam 

məlumatın təqdim edilməsi və ya bəyanatların 

verilməsi Amec Foster Wheeler şirkətinin 

nüfuzuna ciddi təsir edə bilər və böyük hüquqi 

məsuliyyətlə nəticələnə bilər. 

Amec Foster Wheeler şirkətinin siyasəti 

ictimaiyyətə vaxtı-vaxtında dəqiq, etibarlı 

və tam informasiyanı təmin etməkdən və 

eyni zamanda müəyyən informasiyanı məxfi 

saxlamaq və səhmlərimizin olduğu bazara təsir 

edə biləcək maliyyə infromasiyasının seçmə 

üsulla açıqlanmasının qarşısını almaq üçün 

öhdəliklərimizə riayət etməkdən ibarətdir. 

Dəqiq və etibarlı sənədlər işimiz üçün böyük 

əhəmiyyət təşkil edir. Onlar bizim qazanc 

və maliyyə hesabatlarımızın və ictimaiyyətə 

etdiyimiz digər açıqlamaların əsasını təşkil edir 

və bizim biznes üzrə qərarqəbuletmə prosesini 

və planlamamızı istiqamətləndirir.

Biz aşağıdakıları etməliyik:

u

 



Amec Foster Wheeler şirkətinə və ya 

bizim müştərilər və ya digər biznes 

tərəfdaşlarımıza məxsus olan aktivlərin və 

məxfi informasiyanın açıqlanması, itirilməsi, 

oğurlanması, zədələnməsi və ya icazəsiz 

istifadəsinin qarşısını almaq üçün tədbirlər 

görmək.

u

 



Qəsdən olmayaraq ticarət sirri və ya 

digər məxfi və ya özəl informasiyanın 

açıqlanmasına səbəb ola bilən hərəkətlərə 

həssas olmaq.

u

 

Maliyyə və dərc olunan hesabatlarımızın 



tam, ədalətli, dəqiq, vaxtı-vaxtında, 

tarazlaşdırılmış və anlaşıqlı olmasını təmin 

etmək.

Amec Foster Wheeler şirkəti 

qarşısında məsuliyyətimiz

Biz hamımız Amec Foster Wheeler şirkətinin uğurunu davam etdirmək üçün Amec 

Foster Wheeler şirkətinin vaxtı, imkanları və resurslarından istifadə etməliyik Amec 

Foster Wheeler şirkətinin aktivlərindən uyğunsuz və ya icazəsiz şəkildə istifadə etmək 

Amec Foster Wheeler şirkətinin fəaliyyəti optimallaşdırmaq üçün imkanlarını azaldıır.



16

İş yerində davranış qaydaları

u

 

Amec Foster Wheeler şirkəti adından edilən 



bəyanatlar barədə bütün xəbər, media və 

informasiyanı əldə etmək üçün digər ictimai 

müraciətləri Şirkətlər Qrupunun Korporativ 

İşlər üzrə Direktoruna yönəltmək. 

u

 

Amec Foster Wheeler şirkətinin bütün 



sənədlərinin tam, dəqiq və etibarlı olmasını və 

tərəfimizdən şirkətin sənədlərin saxlanması 

prosedurlarının başa düşüldüyünü və bu 

qaydalara riayət edildiyini təmin etmək . 

u

 

Müvafiq təhlükəsizlik təsnifatına uyğun 



olaraq informasiyanı qorumaq. 

u

 



Bütün idxal, ixrac və təkrar ixrac 

fəaliyyətlərini və/və ya əməliyyatlarını bütün 

aidiyyəti idxal və ixrac fəaliyyətlərinə nəzarət 

üzrə qanun və qaydalara tam əməl edərək 

həyata keçirmək. 

u

 



İstənilən potensial və ya faktiki maraq 

münaqişələrini birbaşa rəhbərinizlə 

müzakirə etmək. O, isə öz nəvbəsində bu 

məsələni biznes bölmənizin insan resurlsarı 

departamenti və ya hüquqi məsələlər üzrə 

baş vitse-prezidentlə müzakirə etməlidir. 

  Maraqlar münağişəsinin nümunələrinə 

daxildir:

 

>

 

Amec Foster Wheeler şirkətindəki  



     vəzifələrinizə müdaxilə edə biləcək  

     şirkətdən kənar yerdə işlə təmin olmaq;

 

>

  

Amec Foster Wheeler şirkətinin cari və  



     ya perspektiv biznes tərəfdaşı və ya  

     rəqib şirkətində işlə təmin olmaq;



>

  

Amec Foster Wheeler şirkəti ilə eyni  



     sahəyə cəlb olunan və ya Amec Foster  

     Wheeler şirkətinin cari və ya perspektiv  

     biznes tərəfdaşı və ya rəqibi olan  

     istənilən təşkilatın məsləhətçisi və ya  

     direktoru qismində hərəkət etmək;

>

  

Amec Foster Wheeler şirkəti ilə biznes  



     münaqişələri törədə və ya onu utandıra  

     biləcək potensiala malik istənilən təşkilata  

     cəlb olunmaq (o, cümlədən könüllü  

     fəaliyyət);



>

  

Ailə üzvü tərəfindən idarə olunan və ya  



     ona məxsus olan işi şirkətə tövsiyə  

     etmək və ya vermək, yaxın qohumu  

     və ya şəxsi dostu işə götürmək və ya  

     sizin vəzifələrinizlə münaqişə yarada  

     bilən yaxın qohum və ya dostla əlaqəli  

     istənilən digər fəaliyyətə cəlb olunmaq.  

     Bütün bu məsələlər sizin menecerinizə  

     yönəldilməlidir:



>

  

Amec Foster Wheeler şirkəti ilə iş  



     aparan və ya bizimlə rəqabət aparan  

     şirkətlərdə özünüzə məxsus (və ya  

     birbaşa ailə üzvləri vasitəsilə)  

     əhəmiyyətli dərəcədə paya və ya  

     tərəfdaşlıq maraqlarına sahib olmaq  

     və ya bu şirkətlərlə digər şəxsi maliyyə  

     əməliyyatlarını aparmaq (kredit və ya  

     qarantiyalar kimi)

.

  Əlavə misallar və istiqamət əldə etmək üçün 



Conex kitabxanasında maraqlar münaqişəsi 

proseduru ilə tanış ola bilərsiz.

u

 

İstənilən menecer və ona hesabat verən 



şəxs, komanda üzvləri və ya eyni şəxsə 

hesabat verən insanlar arasında uyğunsuz 

münasibətlərin mövcud olması barədə 

təəssüratın olmamasına əmin olun. 

u

 

Biz əməkdaşlarımız arasında komanda 



işini və əməkdaşlıq şəraitində iş birliyini 

dəstəkləyirik və iş yerində uzunmüddətli 

şəxsi münasibətlərin formalaşmasını 

dərk edirik. Belə bir münasibət yaranarsa 

əməkdaşlar birbaşa rəhbərinə və ya hər 

hansı bir tədbirin (başqa bir komandaya 

keçid kimi) görülməsinə ehtiyacın olub 

olmadığını sənədləşdirəcək İnsan Resursları 

Departamentinə müraciət etməlidir.



17

İş yerində davranış qaydaları



Biz aşağıdakıları etməməliyik:

u

 



Səlahiyyəti olmayan şəxslərə ticarət sirrləri 

və konfidensial informasiyanı açıqlamaq.

 

u

 



Vəzifənizə və ya Amec Foster Wheeler 

şirkətinin korporativ mülkiyyətindən və ya 

informasiyasından istifadə etdiyinizə görə 

əldə etdiyiniz istənilən biznes fürsətini 

Amec Foster Wheeler şirkətinə aid olmayan 

vəziyyəədə təqib etmək. Bu biznes fürsətinin 

Amec Foster Wheeler şirkətinə tərəfinizdən 

təqdim olunması və onu Amec Foster 

Wheeler şirkətinə aid olmayan vəzifədə 

təqib etmək üçün şirkətdən açıq şəkildə 

icazə əldə edilməsi istisna hal təşkil edir.

u

 



Konfidensial informasiyadan istifadə etməklə 

qiymətli kağızlarla icazəsiz əməliyyatları 

aparmaq. Bu ictimaiyyətə açıqlanmayan 

maddi informasiya əsasında qiymətli 

kağızların satışı, alışı, mübadiləsi və digər 

şəkildə onlar üzərində aparılan əməliyyatlar 

deməkdir (yəni qiymətli kağızların alqı-satqıya 

çıxarılması qərara alındıqda investorun 

vacib hesab etdiyi informasiya). Bu Amec 

Foster Wheeler şirkətinin özünə və ya cari 

və perspektiv müştərilər və digər biznes 

tərəfdaşları kimi bizim iş apardığımızı digər 

şirkətlərə təsir edən informasiya ola bilər. 

Dəyərlərimiz: 

tam potensialın 

inkişaf etdirilməsi

Konfidensial informasiyadan istifadə etməklə 

qiymətli kağızlar üzərində icazəsiz əməliyyatların 

aparılmasına görə həm əməkdaşlar, həm də 

onların dostları və ailə üzvlərinə cinayət məsuliyyəti 

və mülki məsuliyyət daşıyırlar. Əlavə məlumat 

üçün Conex kitabxanasında Amec Foster Wheeler 

ASC-nin Qiymətli Kağızlarla Davranış Qaydaları 

ilə tanış olun. Bu qaydalarda tərəfinizdən Amec 

Foster Wheeler şirkətinin səhmləri ilə əlaqədar 

əməliyyatlar və ya qeyri-sistem sövdələşmələri 

aparılan zaman nə vaxt əvvəlcədən razılığın 

alınmasının tələb olunduğuna dair məlumat verilir. 

Amec Foster Wheeler ASC-nin səhmləri ilə 

əlaqədar təklif olunan əməliyyatın nəticələri 

barədə tərəddüd etdiyiniz halda siz belə 

bir əməliyyatı həyata keçirmədən öncə siz 

Amec Foster Wheeler şirkətinin baş hüquq 

məsləhətçisi və ya katibi ilə əlaqə saxlamalısız.




18

İş yerində davranış qaydaları



Biz aşağıdakıları etməliyik:

u

 



Hökumət və cari və ya sabiq hökumət məmurları ilə t ən yüksək etika standartlarını 

gözləmək..

u

 

Müvafiq sosial, hüquqi və etik tələbləri bilmək, anlamaq və onlara riayət etmək üçün 



məsuliyyət daşıdığımızı dərk etmək. 

Biz aşağıdakıları etməməliyik:

u

 



Rüsvətxorluq və korrupsiya əleyhinə prosedurlar tərəfindən tələb olunan əvvəlcədən 

razılıq almadan istənilən növ siyası ianə etmək üçün Amec Foster Wheeler şirkətinin 

vəsaiti və ya aktivlərindən istifadə etmək.

u

 Qanunla qadağan olunduğu təqdirdə dövlət məmuruna istənilən hədiyyəni və ya 



qonaqpərvərliyi göstərmək. Hədiyyələrin və/və ya qonaqpərvərliyin təklif edilməsi tələb 

olunduğu kimi əvvəlcədən razılığın verilməsi istisna olmaqla belə bir hərəkətlərə yol 

verməməliyik.

Hökumət qarşısında məsuliyyətimiz

Amec Foster Wheeler şirkəti bir neçə ölkələrdə hökumətdən podrat işləri alır. 

Bir çox hökumətlərdə mal və xidmətlərin satın anması üzrə təfərrüatlı prosess 

və prosedurlar olmaqla yanaşı ədalətli və qərəzsiz qararların qəbul olnmasına 

təsir edə bilən hazırki və sabiq hökumət məmurlarının işə cəlb olunmasını, dövlət 

məmurlarına pul və ya digər imtiyazların təklif olunmasını, dövlət məmurlarına 

hədiyyələrin verilməsi və onlara qonaqprəvərliyin göstərilməsini və digər 

davranışları əhatə edən qaydalar mövcuddur. Nəticə etibarilə bu məsələlər 

həmişə diqqətlə araşdırılmalıdır. Ətraflı məlumat üçün siz Conex kitabxanasında 

ruşvətxorluq və korrupsiya əleyhinə prosedurlarla tanış olmalısız.

Sizdən hüquqşünas olmaq 

tələb olunmur - lakin sizdən 

nə zaman ayıq-sayıq olmaq 

lazım olduğunu bilməlisiz. 



19

İş yerində davranış qaydaları



Biz aşağıdakıları etməliyik:

u

 Təbii mühitin keyfiyyətini saxlamağa kömək 



edəcək və ya onu yaxşılaşdıracaq, ehtiyacı 

olanların iqtisadi vəziyyətini düzəldəcək 

və sosial inkişafı ünvanlayacaq hərəkətləri 

təbliğ etmək. 

u

 Aşağıdakılar etməklə Amec Foster Wheeler 



şirkətinə töhvə vermək:

 

>

 

işlədiyimiz mühitə hörmət etmək;



 

>

 

işlədiyimiz icmalarda həyat səviyyəsini  



  yaxşılaşdırmaq üçün təşəbbüslər irəli  

  sürərək onların qeydinə qalmaq ;



>

 

Müştəri, biznes tərəfdaşı, təchizatçı,  



  maliyyə bazarı, daxilində işlədiyimiz  

  icma və ya biri-birimiz olduğundan asılı  

  olmayaraq bütün maraqlı tərəflərlə etik  

  və vicdanla davranmaq.

u

 İşimiz və ya vəzifələrimiz üçün əhəmiyyətli 



olan peşəkar qurumlarda və digər 

təşkilatlarda iştirakı təbliğ etmək. Biz sizin öz 

icmanızın işinə fəal şəkildə cəlb olunmanızı 

dəstəkləyirik.



İcma qarşısında məsuliyyətimiz

Amec Foster Wheeler şirkəti daxilində fəaliyyət göstərdiyimiz icmaların və 

ümumilikdə cəmiyyətin dəstəklənməsinə sadiqdir. Bura əməkdaşlarımızı 

daxilində fəaliyyət göstərdiyimiz icmaların qeydinə qalmağa və icmaların 

işinə cəlb olunmağa sövq edən dayanıqlı inkişafın təbliğ edilməsini və 

məcburi və ya uşaq əməyinin aradan qaldırılmasını dəstəkləmək daxildir.

u

 Bütün müvafiq əmək qanunu və 



qaydalarında minimum yaş müddəalarına 

əməl etməklə uşaq əməyinin istismarını 

səmərəli şəkildə aradan qaldırılmasını 

dəstəkləyin.



Biz aşağıdakıları etməməliyik:

u

 Aşağıdakı işlərdə iştirak etməməli və ya 



onlardan faydalanmamalıyıq

:

>

 

məcburi əmək və ya uşaq əməyinin  



   istismarından istifadə etmək; 

>

 

istər öz hərəkətlərimiz, istərsə də bizim  



   adımızdan faəliyyət göstərənlərin  

   hərəkətləri ilə istənilən şəxs və ya  

   daxilində fəaliyyət göstərdiyimiz icma  

   ilə pis davranmaq və ya onların insan  

   hüquqlarını pozmaq.

 

u



 Qaydaları pozması şübhələndiyimiz 

davranış barədə məlumat verməmək.

 



20

İş yerində davranış qaydaları

Dəyərlərimiz müştərilərimizə 

dayanıqlı olaraq mükəmməl 

xidmət göstərməkdir.



21

İş yerində davranış qaydaları



Etik məsələlərin idarə olunması

İdarə Heyətinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, 

Təhlükəsizlik, Ətraf Mühit və Etika üzrə Komitəsi 

Amec Foster Wheeler şirkəti daxilində bu 

Qaydalara nəzarət edir və onların icrasına 

və etik məsələlər barədə maarifləndirməyə 

görə məsuliyyət daşıyır. Komitəyə baş hüquq 

məsləhətçisi, şirkətin katibi və korporativ qaydalara 

riayət üzrə baş məmur dəstək verir. Bunlara da öz 

növbəsində hər biz biznes bölməsi səviyyəsində 

və mərkəzi qaydada etika və qaydalara riayət 

üzrə məsul şəxslər kömək edirlər. 

Etik məsələlərlə bağlı hər hansı bir sualınız və 

ya məsləhətə ehtiaycınız olarsa siz eitka və 

qaydalara riayət üzrə müvafiq məsul şəxslə 

əlaqə saxlamalısız. Onlar barədə məlumatları 

intranet saytı olan onespace-də əldə etmək olar.

Bu Qaydalar hər il nəzərdən keçirilir. Bu 

Qaydalara tələb olunduqda yenilənən müxtəlif 

qayda, prosedur və təlim proqramları ilə dəstək 

verilir. Əgər təkmilləşdirmə üçün hər hansı bir 

iradınız olarsa xahiş edirik etika və qaydalara 

riayət üzrə məsul şəxslə əlaqə saxlayasız.

Bu Qaydaların yaratdığı öhdəliklərdən azadolma 

yalnız müstəsna hallarda veriləcəkdir. Qaydaların 

yaratdığı öhdəliklərdən azad olmaq üçün 

istənilən müraciətlər baş hüquq məsləhətçisinə 

və şirkətin katibinə yönəlməlidir və öhdəliklərdn 

azadolmaya yalnız baş icraçı direktor tərəfindən 

icazə verilə bilər. Amec Foster Wheeler şirkətinin 

direktorları, baş icraçı direktor, baş maliyyə 

direktoru, şirkətlər qrupunun maliyyə nəzarətçisi 

və ya biznes vahidinin istənilən rəhbərinin 

bu öhdəliklərdən azadolması üçün müraciəti 

yalnız Amec Foster Wheeler ASC-nin idarə 

heyəti tərəfindən irəli sürülə bilər. Öhdəliklərdən 

istənilən azadolma qanuna və Amec Foster 

Wheeler şirkətinə məxsus qiymətli kağızlar 

açıq şəkildə alqı-satqı olunan fond birjasının 

qaydalarına əsasən ictimaiyyətə açıqlanacaqdır. 



Qanun və ya bu qaydaların potensial, 

şübhəli bilinən və ya faktiki pozuntuları 

barədə məlumatın verilməsi

 

İşlə təminatla və şikayətlərlə əlaqəli məsələlərdə 



İnsan Resursları üzrə Prosedurlarımıza əməl 

olunmalıdır. Bunlarla Conex kitabxanasında tanış 

olmaq olar. Əgər siz sizinlə hazırki Qaydalar da 

daxil olmaqla Amec Foster Wheeler şirkətinin 

qayda və prosedurlarına əsasən davranılmadığını 

hesab edirsizsə siz birinci növbədə bunlardan 

istifadə etməlisiniz. Problemləri şirkət daxilində 

həll etməyə çalışdığımıza baxmayaraq hazırki 

Qaydalarda və ya Amec Foster Wheeler şirkətinin 

digər siyasət və prosedurlarında heç bir müddəa 

qeyri-qanuni davranış barədə səlahiyyətli 

hökumət orqanlarına məlumat verməyi əməkdaşa 

qadağan edən kimi təfsir edilməməlidir.

Aşağıda izah olunan hallar istisna olunmaqla 

qanunun və ya hazrki qaydaların istənilən 

potensial, şübhəli bilinən və ya faktiki pozuntusu 

barədə aşağıdakı etik prosedurlarından istifadə 

edərək məlumat vermək olar:

u

 

İlk öncə birbaşa rəhbəriniz və ya etika və 



qaydalara riayət üzrə müvafiq məsul şəxslə 

danışın. Sizin faəliyyət sahənizə aid etika 

və qaydalara riayət üzrə məsul şəxsin adını 

və əlaqə məlumatlarını onespace saytından 

əldə etmək olar. 

Qaydalara Riayət 

 

 

 

 

 

 

Amec Foster Wheeler şirkəti etik davranışa ciddi yanaşır. Hər zaman vicdanla 

hərəkət edərək biz bütün maraqlı tərəflərlə münasibətlərimizi saxlayırıq və 

onların hörmətini və etibarını qazanırıq.



22

İş yerində davranış qaydaları

u

 

Əgər bunu etmək sizdə narahatçılıq 



yaradırsa onda aşağıdakılarla əlaqə saxlayın:

 

>

 

müstəqil üçüncü tərəf tərəfindən  



 

idarə olunan, həftədə yeddi gün,  

 

24 saat ərzində işləyən etika üzrə  



 

qaynar xəttə zəng edin. Siz sualınızı  

 

bir çox dillərdə verə bilərsiz. Əgər  



 

sizin qaldırdığınız məsələyə  

 

əməkdaşların şikayətləri üzrə  



 

prosedurlara əsasən baxılmalıdırsa  

 

qaynar xətt operatorları sizi insan  



 

resursları departamentinə ; və ya

 

>

 

Baş Hüquq Məsləhətçisinə və ya  



 

Şirkətin Katibinə yönəldəcəklər.

Aşağıdakı məsələlər barədə məlumat birbaşa 

Baş Hüquq Məsləhətçisinə və ya Şirkətin 

Katibinə verilməlidir. 

u

 



Ehtimal olunan, şübhəli bilinən və ya faktiki 

baş verən istənlən fırıldaqçılıq və digər 

maliyyə pozuntusu.

 

u



 

Aşağıdakı məsələlərlə əlaqəli qanunun və 

ya hazırki qaydaların ehtimal olunan, şübhəli 

bilinən və ya faktiki baş verən istənilən 

pozuntusu: 

 

Amec Foster Wheeler şirkətinin  

  

hökumət orqanlarına və ya fond  



  

birjalarına təqdim etdiyi sənədlərdə və  

  

ya ictimaiyyətə açıqladığı məlumatlarda  



  

maliyyə hesabatlarının və maliyyə  

  

informasiyasının tamlığı, düzgünlüyü,  



  

dəqiqliyi və aktuallığı;

 

Amec Foster Wheeler şirkətinin  

  

sənədlərinin tamlığı, dəqiqliyi və  



  

etibarlılığı. 

Ətraflı məlumat üçün siz Conex kitabxanasında 

etik məsələlər üzrə araşdırmaları nəzərdən 

keçirə bilərsiz.

Biz bizə verilən məlumatlara həmişə ciddi 

yanaşırıq və Amec Foster Wheeler şirkəti 

məlumatı verən şəxsin kimliyinin gizli 

saxlanması üçün əlindən gələni edəcəkdir. 

Bununla belə siz bilməlisiniz ki, müəyyən 

vəziyyətlərdə sizdən məsələ barədə aidiyyəti 

orqanlara məlumat vermək tələb oluna bilər.



Biz aşağıdakıları etməliyik:

u

 



Hazırki qaydalarda müəyyən olunmuş 

standartlara əməl etmək.

u

 

Hazırki qaydaların ehtimal olunan, şübhəli 



bilinən və faktiki pozuntularından agah 

olduğumuz an məlumat vermək.

u

 

Bizi narahat məsələlər barədə məlumat 



verərkən hazırki Qaydalarda təsvir olunmuş 

etik məsələlər üzrə prosedurlara riayət etmək.

u

 

Şübhəli bilinən hərəkət və ya Qaydaların 



pozuntusu barədə məlumat vermiş istənilən 

şəxsi dəstəkləmək.



Biz aşağıdakıları etməməliyik:

u

 



Bu Qaydalara riayət etdiyinə və ya şübhəli 

bilinən hərəkət barədə və ya qanunun və 

ya hazırki qaydaların pozulması barədə 

şübhəsi olduğuna görə məlumat verən 

istənilən şəxsi cəzalandırmaq və ya ona 

zərər vermək. 

u

 

Vicdanla məlumat verən şəxsə qarşı cavab 



tədbirləri görmək və ya ondan intiqam 

almaq. Bu cür hərəkətlər tamamilə yasaqdır 

və özü özlüyündə hazırki Qaydaların 

pozuntusunu təşkil edir.

u

 

Məlumatvermə prosesindən sui-istifadə etmək, 



yalandan məlumat vermək və ya Amec Foster 

Wheeler şirkəti tərəfindən aparılan araşdırma 

zamanı tam əməkdaşlıq göstərməmək.



23

İş yerində davranış qaydaları



BMT-nin Qlobal Müqavilə  

Prinsipləri

Amec Foster Wheeler şirkəti 

BMT-nin 10 qlobal müqavilə  

prinsiplərini dəstəkləyir.  

Onlar aşağıdakılardır:

İnsan Hüquqları

u

 

 



Müəssisələr beynəlxalq səviyyədə bəyan 

olunmuş insan hüquqlarının müdafiəsini 

dəstəkləməli və onlara hörmət etməlidir; və

 

u



 

 İnsan hüquqlarının pozulmasında iştirak 

etmədiklərinə əmin olmalıdırlar.

Əmək


u

  

Müəssisələr birləşmə azadlığına və kollektiv 



müqavilənin bağlanılması üçün danışıqların 

aparılması üzrə hüquqların tanınmasına 

riayət etməlidirlər;

 

u



  

Zor və məcburi əməyin bütün formalarının 

aradan qaldırılması; 

u

 



 Uşaq əməyinin istismarının effektiv ləğvi; və 

u

 



 Məşğulluq və işlə təminatla bağlı 

ayrıseçkiliyin aradan qaldırılması.

Ətraf Mühit

u

  



Müəssisələr ekoloji dəyişikliklərə doğru 

ehtiyatlı yanaşmanı dəstəkləməlidirlər;

 

u

 



 Daha böyük ekoloji məsuliyyəti təşviq etmək 

üçün təşəbbüslər həyata keçirməlidirlər və 

u

 

 Ekologiyaya mənfi təsir etməyən 



texnologiyaların inkişafını və yayılmasını 

dəstəklməlidirilər. 

Antikorrupsiya

u

 



 Müəssislər bütün formalarda təzahür edən 

korrupsiyaya qarşı,o, cümlədən soyğunçuluq  

və rüşvətxolrluğa qarşı fəaliyyət göstəməlidirlər.

Oxumaq üçün əlavə materiallar 

Onespace sayıtnda hazırki Qaydaların tətbiqi 

ilə bağlı daha təfsilatlı informasiya verilir. Siz 

aşağıdakıların faydalı olduğunu aşkar edə 

bilərsiz:

u

 



 Dəyərlərimiz

u

  



Etika sahəsi 

 

Qaynar xətt barədə məlumat 

 

Etika və qaydalar üzrə məsul şəxslər 

 

Ümumi suallara cavablar 

 

Bu baş verərsə mən nə etməliyəm..?

u

  



Conex kitabxanasında olan qayda və 

prosedurlar, o, cümlədən

 

 



Satış agentləri və milli sponsorlar 

 

Rüşvətxolruq və korrupsiya əleyhinə  

   qaydalar

 

 



Maraqlar münaqişəsi

  

 



Narkotik maddələrindən sui-istifadə 

 

Qiymətli kağızlar üzrə qaydalar 

 

İnsan resursları üzrə prosedurlar

u

  

Amec Foster Wheeler şirkətinindayanaqlılıq 



hesabatları

Qaynar xətt barədə məlumatı həmçinin iş 

yerinizdə olan afişalardan əldə etmək olar

.

Ümumi məlumat və oxumaq üçün əlavə materiallar 



23

İş yerində davranış qaydaları




Etik məsələlər üzrə qaynar xətt

Siz etik məsələr üzrə qaynar xətlə telefonla zəng edərək və ya 



amecfw.ethicspoint.com 

ünvanından müstəqil üçüncü tərəfin idarə etdiyi vebsayta daxil olaraq əlaqə yarada billərsiz. 

 

Əlavə məlumatları aşağıdakı vastiələrdən əldə etmək olar:



u

 

 



Sizin ofisinizdəki afişalar

u

 



 

www.amecfw.com/ethics saytı

u

 



 

onespace adlı intranet saytı

Nəşr tarixi: May 2015 Iyun 2016

Azərbaycanca 



© Amec Foster Wheeler 2016

Yüklə 183,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə