Abıl Əlıyev İbrahim Şirinov
Qaziyanlılar kimdir ?
Türkiyənin ən böyük tarixçisi, dünyaca məşhur Xəlıl İnalcığın (Halil İnalçık 1916-2016)
yazdığına görə Osmanlının (1299-1923) təməlini qoyan tayfalar Abdalan və Qaziyan adlı iki
türkmən tayfalarıdır. Abdalanlar Tanrı ərləri, Qaziyanlılar isə Tanrı savaşçıları anlamını
daşıyan adlardır. Bu Türkmən tayfaları batini inancına (ənəlhəlq və ya tanrı insanın öz
qəlbindədir fəlsəfəsi) sahib olaraq türk ruhunun coşqusunu öz yaşam tərzində də hopdurmuş və
Anadoluda türk dövlətinin böyüməsində əsas rol oynamışlar. Fəqət, sonradan Osmanlı
sarayında türk kımliyindən uzaqlaşmaq yaşandı. İstanbulun fəthi ilə Bizans Qeysər idarəçiliyinə
keçməsi ilə kökə olan bağlılıq zəiflədi. Sonradan Qaziyan tayfaları Anadoludan Səfəvilər
(Qızılbaşlar) dövlətnə keçərək onlarla birləşmişlər.(Türkiyədə hal-hazırda Adıyaman vilayətinin
Çelikhan rayonunda Qaziyan kəndi var ,oradada əsasən kürdlər yaşayır).Türk tarixçilərinlən
Aşıqpaşazadə(1400-1484) və Fuad Köprülünun(1890-1966) fikirincə sonradan bu tayfa adları
Qaziyan (Anadolu Qaziləri), Ahiyan (Anadolu Ahıları), Abdalan (Anadolu Abdalları) və Baciyan
(Anadolu Bacıları) şəkilinə düşmüşdür. Fuad Köprülünun araşdirdiğı bu dörd tayfa ilə bağlı
tarixi məlumat Şah İsmayıl Xətainin misralarındada təzahür etmişdir:
“Əzəlzdən dost olan evliyaya
Ahilər, Qazilər, Abdallar oldu”.
Osmanlının qurulmasında və genişlənməsində əsas rol oynamış Qaziyan-i Rum, Ahiyan-i
Rum, Baciyan-i Rum və Abdalan-i Rum adlanah bu dörd tayfa və qrupların Rum
adlandırılmasının səbəbi indi Anadollu adlandırılan bu ərazilərin Türklərin buraya yerləşmədən
əvvəl bu yerlərin "Diyarı Rum" (Rumlar ölkəsi) adlandırılmasından irəli gəlmişdir. Aşıq
Paşazadənin fikirincə Qaziyan-i Rumlar Osmanlı imperatorluğunun quruluşundan daha ilk
Anadolunun (Bizansın) fəthi dövründə bu yerlərdə mövcud olmuşlar. Bir sıra tarixi mənbələrdə
Qaziyan-i Rumlar Alplar, Alpərənlər adı altında mövcud olmuşlar. İslamiyyətdən əvvəlki
Türklərdə “qəhrəman”, “cəngavər” mənası verən Alp sözü İslamiyyətdən sonrakı dövrlərdə də
Müsəlman Türk dövlətlərində rəsmi titul kimi qəbul edilmişşşdir.
Tarixi mənbələr göstərir ki, türklərin islamı qəbul edənədək Alplar, Alpərənlər adlanan bu
tayfalar Türklər müsəlman olduqdan sonra Qaziyanlılar adlandırılmışlar. Bunlar qəsdedilən
vətən, millət və din uğurunda canlarını və mallarını fəda edən ərlər,ordu və şəhələrdəki bəlli
sinif qəhrəmanlardır.Bəzən Qazi zözü ilə Qazı(şəriət məhkəməsi) sözü qarışdırılaraq Qaziyan
sözünü kökü Qazı olduğu iddia olunur. Qaziyan zözünü belə qəbul etmək lazımdır Qazi -
qəhrəman, yan - lar cəm şəkilçisi olmaqla qəhrəmanlar mənasını bildirir. Örnək üçün XV əsrdə
yaşamış şair Tüfeylinin şerindən bir misal göstərək.
Ey Tüfeyli, Mehdiyi-Sahibizaman dövranıdır.
Əhli-fəzlə vadeyi-huri-cihan döbranıdır.
İsmi-əzəm zahir oldu, “Cavidan” dövranıdır…
Sərbəst tutdu cahanı q a z I y a n i-Şah Səfi
Qalmadı kəsarət cahanda, vəhdətin dövranıdır.
Burda qaziyanı- Şah Səfi sözləri Şah Səfinin qəhrəmanları kimi başa düşülür.
Muasir tarixşunaslıqda “Səfəvilər” adlandırəlan dövlət özündə “Qızılbaş dövləti” (dövləti-ali-
qəzəlbaşan), ölkəyə də “Qızılbaş ölkəsi”(ölkə-i qəzəlbaşan) deyilirdi. Bu dövləti meydana
gətirən türk tayfaları da “Qızılbaş tayfalari” (tayfeyı –qəzəlbaşan) adlanırdı. Səfəvi
mənbələrində tez-tez “padişahi – qızılbaş”,”ümərayi-qızılbaş”,”ləşkəri-qızılbaş”,”sipahi-
qızılbaş”,”qaziyani-qızılbaş (qızılbaş qaziyanları)terminləri keçməkdədir.
Tarixdən məlumdur ki Türk tayfaları üç qurupa: Qıpçaq - (Tatarlar, Başqurtlar,
Qazaxlar,Kırgızlar), Oğuz - (Türkmənlər,Azərbaycanlılar, Tüklər, Qaqauzlar, Balkan türkləri)
və Karluklar – (Özbəklər və Uyğurlar). Kırım tatarları dil baxımından Oğuz və Qıpçaqların
qarışığıdır.Oğuz türkləri - 24 Oğuz boyundan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun
(Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Oğuz Türkləri 950-ci ildən etibarən
İslam dinini qəbul etməyə başladılar. Oğuz sözünün kökü ilə əlaqədar müxtəlif fikirlər irəli
sürülmüşdür. Sözün boy, qəbilə mənasını verən "Ox" və çoxluq əlavəsi olan "z"in birləşməsindən
"Oxuq" (oxlar, qoylar) mənasında olduğu irəli sürüldüyü kimi, oyrat (haşarı, yaramaz) sözünün
sinonimi olduğunu iddia edənlər də vardır. Bu söz Anadolu ləhcəsində "həlim, səlim, ciddi"
mənalarında da istifadə edilməkdədir. Ərəb qaynaqlarında isə "guz" və ya "uz" şəklində
keçməkdədir. İlk zamanlar İç və Dış adlarıyla iki ana qola ayrılmış olan Oğuzlar, daha sonrakı
dövrlərdə, Doqquz Oğuz, Altı Oğuz, Üç Oğuz adlarında boylara da ayrıldılar. Oğuzlar iyirmi
dörd boydan meydana gəlmişdi. Bunlardan on ikisi İç, on ikisi Dış qoluna bağlı idi. Oğuz
boylarının nəslinin adı Oğuz Xanla bağlıdır.Oğuz Xanın Gün Xan, Ay Xan, Ulduz Xan, Göy Xan,
Dağ Xan, Dəniz Xan adlarında altı oğulu vardır. Oğuz Xanın hər oğulunun da dörd oğlu olub.
Oğuz Xanın altı oğulundan olan 24 nəvəsi 24 Oğuz Boyunu meydana gətirmişdir. Bütün dünyaya
yayılan Oğuzlar məhz bu 24 boya söykənir.
Oğuz dilləri bu gün
…
24 OğuzBoyu
…
Soyumuz, OğuzHan‘dangelmektedir. Atamız OğuzHan‘ın “Gün Han, Ay Han, Yıldız Han, Gök Han, Dağ
Han, Deniz Han” adlarında 6 (altı) taneoğluvardır. OğuzHan’ın her oğlunun da dört taneoğluvardır.
İşteAtamızOğuzHan’ınaltıoğlundanolan 24 tane torunu, bugünkü “24 OğuzBoyu“numeydanagetirmiştir.
BütündünyayayayılanOğuzlar, bu 24 boyadayanmaktadır.
Oğuz boylarının s i y a h ı s ı
Əşirət (Tayfa) Adı
Yaşadığı Yerlər
Boyu
Abbasan
Tunceli (Hozat, Pülümür, Ovacık rayonları),
Ərzincan, Gümüşxana (Kəlkit), Mardin
(Nusaybin)
İqdır, Döyər
Abdalan
Tunceli, Ərzurum (Xınıs, Aşqala), Ərzincan
(Tərcan), Bingöl, Gümüşxana (Kəlkit), Muş
(Varto), Qəhramanmaraş (Göksun)
Türkmen
Qaziyan
Adıyaman (Çelikhan)
Bayandur
.
.
Türkiyəli araşdırmaçı yazar Əli Rza Özdəmirin siyahısna əsasən Qaziyanlılar oğuzların Bayandır
boyuna məxsusdurlar.Bayandır daimi nemətlə dolu yer anlamındadır.Mərhum akademik B.Budaqov
isə qaziyanlıları qızılbaş tayfalarından biri hesab etmişdir(B.E.Budaqov, N.G.Məmmdov-
“Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlatı lüğəti –II-cilid)Qaziyan tayfaları Qızılbaş
Səfəvi dovləti zamanında (1501-1736) XVİ-cı əsrin əsrin əvvəllərində Qarabağa və Çuxur-sədd
(İrəvan) əyalətləri ərazisinə yerləşmişlər.(İrəvan xanlığının Qarabulaq nahiyəsində Qaziyan kəndi
olmuşdur.) Daha sonra Nadir şah Əfşarın zamanında Qızılbaş tayfalarının Xorasana, Əfqanstan və
Hindistana köçürülməsi zamanı qaziyanlılarda bu ərazilərə yerləşləşmimişdir. Bu gün İran,
Əfqanstan, Pakistan və Hindistan dövlətləri ərazisində çox sayda Qaziyan adında şəhər,kənd, küçə,
prospekt, məhəllə, cəmiyyətlər, ticarət mərkəzləri, soyadlar mövcuddur.
İran İ.R.ərazizində
1.
QAZİYAN-e Əliya
Fars vilayətində (ostanında) kənd
2.
QAZİYAN-e Sofla
Fars vilayətində (ostanında) kənd
3.
QAZİYAN - Gilan
vilayətində (ostanında) şəhər
4.
Məzraehye -
QAZİYAN
Albarz vilayətində (ostanında) kənd
5.
QAZİYAN-
Xorasan vilayətində (ostanında) kənd
6.
QAZİYAN-Zəncan
vilayətində (ostanında) dağ.Hündürlüyü 2568 metr
Əfqanstanın Kunar vilayətində və Kabil yaxınlığında Qaziyan adında kəndlər mövcuddur.
Qəznə vilayətində isə Qarabağ adında rayon mərkəzi və onun yaxınlığında Qaziyan adında kənd var.
Pakistan İ.R. və Hindistandada (Kəşmir və Pəncab bölgəsində) çox sayda Qazian adlı
şəhər,kənd,küşə mövcuddur Bunlardan ən böyük yaşayı məntəqəsi Pakistan İR Pəncab vilayətindəki
Qaziyan şəhəridir. İslam dinində Əhmədiyyə təriqətinin banisi Mirzə Qulam Əhməd Qazianin
(15.02.1835-26.05.1908) qəbri (məqbərəsi) burada yerləşir. Bu təriqətin digər İslam təriqətlərdən
fərqi ondan ibarətdir ki, Əhmədiyyə təriqətinin tərəftarları İslam dininin 5 təməl prinsipindən
(kəlmeyi-şəhadəti bilmək,oruc tutmaq,Namaz qılmaq,qurban kəsmək və həcc ziyarətinə ketmək) ilk
dördünü qəbul edib hər xalqın özMəkkəsi (beytullahı) olmalıdır prinsipini əsas götürürlər. Qazian
şəhəri Əhmədiyyə təriqətinintətəfdarları üçün müqəddəs məkan və ziyarətgah sayılır. Mirzə
QulamƏhməd Qəzyani özü Türk əsillidir.
Qaziyan şəhəri, Pakistan
Qaziyan Destination Guide (Kabul, Afghanistan)
Qazian kəndi, Hindistan
İran Fars vilayəti Qaziyan kəndi
Город Qaziyan: Область Gilan,Ираn
Yuxarıda qeyd etdiyimiz kimi Qaziyan tayfaları Anadoludan Səfəvi (Qızılbaş) dövləti (1501-
1736) ərazisinə köç etmişlər. XVI əsrin əvvllərində Qarabağ və Çuxur-sədd (İrəvan) ərazilərinə,
Nadir şah əfşarın zamanında Xorasan, Əfqanstan və Hindistan ərazilərinə köçürülmüşlər. Nadir
şahın ölümündən sonra Qarabağdan köçürülmüş əhalinin (daha çox Cavanşir qızılbaşları) bir
hissəsi geri qayıda bilmiş və sonradan Qarabağ xanlığının (1747-1805) əsasını qoymuşlar.
1797 -ci ildə Qaziyanlılar Qarabağ xanlığının Cavanşir elindən Şirvanşah dövləti ərazisinə (indiki Ucar
rayonundakı Qaziyan kəndi) köç etmişlər. Qarabağ xanlığığının tarixçisi Mirzə Camal Cavanşir (1773-
1853) əhalinin Qarabağ xanlığı ərazisini tərk etməsini belə izah etmişdir.”Mərhum (İçrahim) xan
Qarabağa gəlib hökumət taxtında oturduğu zaman vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsinə var-
yoxdan çıxıb olduqca pərişan idilər.Ellərin çoxu Gürcüstan, Gəncə, İrəvan, Ş i r v a n və hətta Rum
vilayətinə dağılıb getmiş, mal-dövlətləri qarət olunmuşdur. Digər tarixçi Əhməd bəy Cavanşir (1828-
1905) özünün “Qarabağ xanlığının 1747-1805 ci illərdə siyasi vəziyyətinə dair” əsərində isə haisələri belə
işıqlandırmışdır:” Dəhşətli !897-ci il yaxınlaşırdı. Ağa Məhəmməd şahın dəstələri Qarabağa soxulmuşdu.
Aclıq və qıtlıq bütün ölkəni bürümüşdür. Talan olmuş kəndlilər kütləvi surətdə öz yürdlarını tərk
edirdilər.”Məskunlaşma indi “Qurd yuvası “ dəngəsi adlanan yerdən başlamışdır. Qısa bir müddətdə 60-
70 kv\km ərazidə (kənd ərazisinin uzunluğu 15 km,eni 6-7 km-dir) böyük bir kənd salınmış və ətraf
kəndlərlə rəqabət aparacaq gücə malik olmuşlar. Məşğuliyyətin (iqtisadiyyatın) əsasını bağçılıq,
bostançılıq, heyvandarlıq və ipəçilik (baramaçılıq) təşkil etmişdir.
19 əsrin 2-ci yarısından sonra kənd bölgədə tanınmış kəndlərdən biri olmuş, hətta
S.Ə.Şirvaninin satiik şerlərindədə Qaziyanlılarıın adı hallanmışdırşdır
“Topladı bir neçə bimərfətü –Qəzyani
Birisi Məşədi Cəfərdi Xorasan lotusu,
Ki salır gündə imamlı davası
Biri sərrac Məciddir ki, oda babi olur”...
XIX əsrdə Şamaxı ipəkçilik mərkəzlərindən biri sayılırmış. Qazıyan kəndidə onu xammalla təmin edən
kəndlərdən biriimiş.Yaşlı adamların (söhbət XIX –XX əsrlərdə yaşamış şəxslərdən gedir.)
xatirələrindən məlum olur kı, baramaçılıq gəlirli sahə olduğundan əksəriyyət təsərrüfatın bu sahəsi ilə
məşğul olurlarmış. Hətta oğruların əlindən hazır məhsulu böyük xarallara yığıb ağacdan
asırlarmışlar ki oğrular məhsulu gecələr tapıb oğurlamasınlar.
İnzibati ərazi bölgüsü baxımından kənd 12 dəngə və 2 muxtar məhələdən ibarətdir.(“Dəngə” türk
dilində tarazlıq və bərabərlik mənasını bildirən zözdür). Hər dəngənin uzunluğu təqribən bir km
bərabərdir vəhər birinin öz adı varrdır.Dəngələr şimaldan cənuba doğru aşağıdakı qaydada
sıralanmmışlar; Qurd yuvası”,”Bəylik”,”Molla hüseynli”,”Kərimli”,”Hacı
Abbaslı”,”Süleymanlı”+”Çol dəngə”,“Bilağanlı”,”Cındırlı”(Köhnə qışlaq”),”Topçı”,”Zərbəçi”və
“Kalvasöyünlü”(“Kərbəlayi Hüseyinli”)“Kərimli”dəngəsiilə “Suleymanlı” dəngəsi arasındakı Kövər
deyilən yerlə indi Abuzərlilər küçəsi kimi tanənan aradakı ərazi “Mahmudlı”(Çar rusiyası
zamaninda kənddə yüzbaşı olmuş, kənddə və Qarabörk kəndindəsu dəyirmanı olmuş Mahmud
yüzbaşının ərazisi olub.) kəndin məkəzi hissəsi indi Mirzəyevlər, Babayevlər, Qasımovlar və
Abdullayevlər yaşayan hissəsi isə “Molla
Valı”adlanırmış.“Qurd yuvası”və”Zərbəçi”dəngəsi istisna
olmaqla(“Qurd yuvası”məskunlaşma zamanı kol-kosdan təmizlənmiş yerə verilmiş
addır,“Zərbəçi”1930 – cu illərdə kollektivləşmə zamanı kəndə təşkil olunmüş 5 kolxozdan birinin adı
olub,əvvəlki adı unudilub.) Kənd məskunlaşdırılarkən dəngələrərin adı dəngənin bəyi və yaxud həmin
dəngədən olan nifuzlu şəxsin adı ilə ya məşğuliyətinə müvafiq adlandıırılıb. (Rusiya imperiyasında
1860-cıillərdə təhkimçilik hüququ ləğv edilənə qədər və1910-cuillərdə Stolipin islahatlarına qədər
toppaq sahələri mülkədarların (bəylərin) mülkiyətində olub.
Azərbaycanda xanlıqlar dövrüdə əyalətlərə şah (xan) tərəfinlən təyin olunmuş bəylərbəyi başçılıq edirdi.
Bəylərbəylərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər başçılıq
edirdilər. Hakimlərin xan bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara
hakim və qazi başçılıq edirdi. Qəzalar mahallara ayrılırlı .Mahllara naiblər rəhbərlik edirdi. Mahallar
nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər. Bu
inzibatı ərazilərə yerinə görə kəndxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə
görə elxanilər, elbəylər, minbaşılar başçıləq edirdilər. Oymaqları kələntər adlanan
oymaqbəyləri idarə edirdilər. Qaziyan kəndinin bəyi və yüzbaşısı olmuş, kəndidə həmin şəxslər də
idarə etmişlərş.(Azərbaycanda Sovet hakimiyəti qurulduğu ərrəfədə “Bəylik” dəngəsində Ağalar
bəy,Məlik bəy, Məhəmmədəlı bəy, Rəhim bəy və Süleymanlı dəngəsində Süleyman bəy, bəy hesab
olunurmuşlar və bular kəndin sonuncu bəyləri olmuşlar. Çar hökumətinin aprdığı islahatlar
nəticəsində torpaqlarının böyük hissəsini itirdiklərinə görə bu bəylərə çox zaman “ac bəylər”
deyərmişlər.)
Hörmətli yazıçı Anar (Rzayev) Qəzyan kəndinin Rəsul Rzanən babası ,öz dövrünün feodalı olmuş
Məmmədxana məxsus olmasını iddia edir(bax;525-ci qəzet,05.03.2013),ancaq bu əsası
olmayan bir iddiaddır . Əvvəla Məmmədxanlıların Çiyni (Çiyinni) kəndi( ərazisi 1900 ha) və əhali
baxımından Qaziyan kəndindən(ərazisi 69350 ha) 30-35 dəfə kiçikdir. Kənddə Məmmədxan kimi 8-9
nəfər öz bəyi və yüzbaşısı olub(1886- cı ilin əhalinin siyahıya alma zamanı kənddə 9 bəy ailəsi
olmuşdur) və torpaq da həmin bəylərin mülkiyətində olub. Qaziyanlılar heç vaxt yaylaq-qışlaq həyat
tərzi keçirməyiblər. Elə dəngələrin adları da ərazi sahiblərinin və ya həmin dəngənin nifüzlu və
imkanlı şəxslərin adlarından qalmadır. Kəndin tarixini təsdiq edən əsas əlamətlər kəhdin
qəbrstanlıqlarıdər. Kənddə əsasən 5 qəbirstanlıq mövcüddur. Lakin əsas qəbirstanlıq “Süleymanlı”
və”Zərbəçi” qəbirstanlıqlarıdır. “Qurd yuvası”qəbirstanlığı kəndin ilk qəbstanlığı olub “Qurd
yuvası” dəngəsiiə “Göy çay”çayı arasında yerləşir. ”Topçu”dəngəsilə “Zərbəçi” dəngəsi
arasənda yerləşən “Bağ” qəbirstanlığı və “Cındırlı”(Köhnə qışlaq) dəngəsi ilə Lək kəndi arasıdakı
qəbirstanlıqlar 1921-23 –cü il (Sovet hökuməti “ərzaq Sapalağı”vergisi adı altında əhalinin taxılının
əlindən alınması zamanı kənddə böyük aclıq baş vermişdir) və 1941-45 il müharibəsi zamanı kənddə
baş vermiş aclıq zamanı kütləvi ölümlərin baş verdiyi zamanı meydana gəlmişdir. İlk qəbrlər hələ
itməmiş.”Baş ağacı”ndakı vəfat etmə tarixlərini oxumaq mümkündür.Qazyanlılarn qarabağlı
olmasınin subut edən əsas əlamətlərdən biri onların qarabağ ləhcəsində danışmasıdır.(danışıqda “C”
səsi əvəzinə ”j”səsindən istifadə olunur.” bajıoğlu”,”gələjəm”,”gedəjəm”bibiyə “mama”demək və s.)
və adət ənənəsidir. Kənddə qadınlar uşaqlarına “qarğış” edərkən “boyna Ləmbəran qamışı ölçüm”
cümləsini işlədirlər.(keçmişdə vəfat etmiş şəxs üçün qəbir qazmaq üçün adətən onun boyunu ölçmək
üçün qamışdah istifadə olunurmuş.Qamış bataqlıq bitkisi sayıldığıdan Qarabağda hər yerdə qamış
bitmirmiş.Ləmdəran kəndi Qarabağ ərazisində Tər-tər çayının Kür çayına töküldüyü yerin
yaxınlığında yerləşdiyi üçün qamışın bol olanyeri sayılırmış.) İkinci əlamət bağçılıq
mədəniyətidir.Qarabağ sözünün mənası elə sıx bağ olan yer deməkdir.
Kənd Şamaxı xanlığının, bu ərazilər Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra 1840-cı
ildən Kaspi vilayətinin tərkibində, 1846-cı ildə Şamaxı quberniyasının tərkibində, 1859 –cu ildə
Şamaxı zəlzələsindən sonra Bakı quberniyasının Şamaxı qəzasının ,1867-ci ildə Bakı qyberniyasının
tərkibində Göyçay qəzası yaradıldıqdan Sonra kənd Göyçay qəzasının tərkibinə daxil edilmişmişdir.
1939 –cu ildə Ucar rayonu Goyçay rayonunun tərkibindən ayrılması ilə əlaqədar Ucar Rayonun
tərkibinə daxil edilmişdir.
Tabeçilik baxımından kənd əraizisi son dövrlərdə tabe olduğü Göyçay 1867 –ci ildə təşkil
olmuşdur. (1859-cu ildə Şamaxı zəlzələsindən zərər çəkmiş əhalinin yerləşdirilməsi və yeni qəza
mərkəzinin yaradılması ilə əlaqədar). Elə o səbəbdəndə Göyçayın böyük əksəriyyətı ya Şamaxı
əsillidir,ya da türkmandır (oturaq həyatına keçmiş tərəkəmələr).
Ucar isə 1880-ci illərdə Bakı-Tiflis dəmir yolunun çəkilişi zamanı ruslar tərəfindən təməli
qoyulmuşdur. Adətən paravoz keçidin yanından keçərkənucadan “fit”verərmiş,əhali isə bunu öz tanış-
bilişlərinə “orda bir şey ğördük “ uuu”eləyib “car”çəkirdi şəkilində danışarlarmış. Elə “ucar”
sözüdə elə buradan yaranıb.
Qəzyan kəndi bölgədə bazarı.hamamı,dəyirmanı,məscidi və məktəbi olan tək-tük kəndlərdən biri
olmuşdur. Kənddə ilk məscid 1880-cı ilin əvvəllərində(Qaziyanbazar-Boyad yolunun bir km-də)
tikdirilmiş və Zaqafqaziya Ruhani idarəsində qeydiyatdan keçirilibmiş.(Məscidin ilk axundu axund
molla Məmmədhəsən İmanverdi oğlu olmuşdur) Sonradan həmin məscid kolxoz ambarı kimi istifadə
edilmişdir. Kəndin öndə gedənləri kənddə məktəb tikdirmək fikirinə düşüblər.Vəsaitləri olmadılarına
görə kömək üçün Hacı Zeynalabdin Tağıyevə məktub yazırlar. Tağıyev tərəfindən 2000 manat pul
verilir və həmin pulun hesabına məktəb üçün yer (mülk)alnaraq1885-cı ildə fəaliyyətə başlamış bişmiş
kərpicdən dörd ötaqlı bina tikdirilr. Məktəbdə həm dini,həmdə dünyəvi dərslər tədris
olunurmuş.(Mətəbə lik rəhbərlik edən Baba Səfərəlibəyov dini işlər üzrə isə Əmrah Mollaəli Nəzər
oğlu olmuşlar)Görkəmli akademik Feyzulla Qasımzadə 1917-ci ilin sentiyabr ayından məktəb müdüri
və müəllim kimi əmək fəaliyətinə burdan başlamışdır
. (F.Qasımzadənin fəaliyyəti 6 ay çəkmişdir. 1917-ci ildə Çar hökumətinin yıxılması və 1918 ci ildə ADR
qurulması və s.səbəblərdən)
Məlumat üçün onuda qeyd edək kı, bu bölgələrdəə su dəyirmanını 1840-cı ildən başlayaraq
Malakanlar quraşdırmışlar. Sovet hakimiyəti qurulana qədər bölgədə 40-a qədər su dəyirmanı olmuş
və bunlarin üçü (Qarabörk kədində və Qaziyan kəndində yan-yana 2) Mahmud yüzbaşıya məxsus
olmuşdur. Bölgədə ilk məktəb 1882-ci ildə Həsən bəy Zərd abi tətəfdən Zərdabda açılmışdır. Yalnız
üç kəndin Potu(mal bazarı), Müsüslü və Qaziyanda bazarı olmuşdur
İrad və təklifləri olanlar aşağıda qeyd olunan imel ünvanına və telefonlara müraciət edə bilərlər
Ibrahim Shirinov: İmeil adresi >
Mobil telefonu: 0503118759 ,şəhər telefonu: 502-66-89
Abıl Əliyev: İmeil adresi
aliev.abyl@mail.ru
Mobil telefonu: 0504655998 ,şəhər telefonu: 579-76-98
Re: Çox Hörmətli oxucular,Qazyan kəndinin,toponimi,tarixi,qazyanlıların mədəniyyəti,
etnoqrafik xüsusiyyətləri barədə kitab hazırlamaq fikrindəyik.Odur ki, bu mövzuda mövcud
məlumatları toplayıb bizə göndərməyinizi acizanə xahiş edirik.
Dostları ilə paylaş: |