RESPUBLİKA FƏNN OLİMPİADALARI
RAYON (ŞƏHƏR) MƏRHƏLƏSİ
T A R İ X
IX SİNİF –
A VARİANTI
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – IX sinif ( A variantı)
1.
Göstərilənlərdən
neçəsi
Peterburq
müqaviləsinə aiddir?
1. Dərbənddən Gilana qədər olan torpaqlar
Rusiyaya verildi.
2. Rusiya Səfəvilərə əfqanlarla müharibədə hərbi
yardım edəcəyini öhdəsinə götürdü.
3. Müqavilə Səfəvi şahı tərəfindən təsdiq
edilmədi.
4.
Şirvan
Osmanlıların
himayəsində
yarımmüstəqil xanlıq elan edildi.
5. Səfəvilər Van və Qars qalalarına hücum
etməyəcəklərinə
dair təminat verdilər.
6. Səfəvilərin bütün hakimiyyəti dövründə
ruslara gömrüksüz ticarət hüququ verildi.
A) 2-si B) 3-ü C) 4-ü D)5-i E) 6-sı
2. Uyğun olmayan variantı müəyyən edin:
A) Bəylərbəyiliklərin başlıca gəlir mənbəyi
vergilər idi.
B) Bəylərbəyi adlı-sanlı qızılbaşlar içərisindən
xalq tərəfindən seçilirdi.
C) Bəylərbəyilər və onlara tabe olan hakimlər
müəyyən miqdarda
silahlı
qulluqçu
saxlayırdılar.
D) Bəylərbəyiliklərin maliyyə işlərini vəzirlər
yerinə yetirirdilər.
E) Bəylərbəyilər yerlərdə ali hakimiyyət
nümayəndələri idilər.
3. XVIII əsrin 20-30-cu illərində Azərbaycanda
Osmanlı idarəçiliyi dövrünə aid olmayan
variantı müəyyən edin:
A) Osmanlılara xidmət edən yerli feodallara
bəylik və ağalıq adlanan şərti torpaq
mülkiyyəti verilirdi
B) vergilərin toplanması bəzən iltizama verilirdi
C) Kürdən şimaldakı torpaqlar yerli hakimlər
tərəfindən idarə olunurdu
D) Səfəvi və Osmanlı ölçü, çəki və pul
vahidlərindən istifadə olunurdu
E) Kürdən Şimaldakı ərazilərdə xeyli sayda
Osmanlı hərbi qüvvələri saxlanılırdı
4. Sxemi tamamlayın:
A) Ruslara qarşı mübarizə aparmaları
B) Osmanlı qoşunları üzərində qələbə qazanmaları
C) Səfəvi sülaləsinə mənsub olmaları
D)
İtirilmiş Azərbaycan torpaqlarını geri
qaytarmaları
E) Hərbi-inzibati islahat keçirmələri
5. 1667-ci il Səfəvi-Rusiya müqaviləsi və Rəşt
müqaviləsində nəzərdə tutulurdu:
A) Rus tacirlərinə güzəştli ticarət hüququnun
verilməsi
B) Xəzəryanı vilayətlərin Səfəvilərə qaytarılması
C) Osmanlı imperiyasına qarşı ittifaqın qurulması
D) Xəzərin Rusiyanın daxili dənizinə çevrilməsi
E) Don kazaklarına qarşı birgə mübarizə
aparılması
6. XVII əsrin II yarısında Səfəvilər dövlətində
sultan:
A) Mahallara rəhbərlik edirdi.
B) Ali hərbi - inzibati mövqe tuturdu.
C) Kiçik inzibati bölgə başçısı idi.
D) Bəylərbəyiliyinin maliyyə işlərinə nəzarət edirdi.
E) Daxili vilayətləri idarə edirdi.
7. Göstərilən üsyanlardan neçəsi yadelli ağalığına
qarşı baş vermişdir?
1.Bəndər üsyanı
2.Məhəmməd Amin üsyanı
3.Xürrəmilər hərəkatı
4.Məzdək hərəkatı
5.Uğurlu Məhəmmədin başçılığı ilə Şiraz üsyanı
6.Hacı Davudun başçılığı ilə Şirvan üsyanı
A) 2-si B) 3-ü C) 4-ü D) 5-i E) 6-sı
II Şah Abbas
Nadir xan
?
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – IX sinif ( A variantı)
8. Səfəvilər dövlətinin XVI əsrin 90-cı illəri
tarixinə aid deyil:
A) Azərbaycan bəylərbəyiliyinin yaradılması
B) Osmanlı imperiyası ilə sülh müqaviləsinin
imzalanması
C) Paytaxtın Qəzvindən köçürülməsi
D) Hakimiyyətə yeni hökmdarın gəlməsi
E) Hərbi islahatın keçirilməsi
9. XVII əsrin sonlarında Azərbaycanda baş
vermiş iqtisadi tənəzzülün səbəblərini
müəyyən edin:
1. Fasiləsiz Səfəvi-Osmanlı müharibələri
2.Hakimiyyət
uğrunda
mübarizənin
genişlənməsi
3.Əmtəə- pul münasibətlərinin pozulması
4. Əkin sahələrinin azalması
A)
3, 4 B) 2, 4 C)1,3 D)1,4 E)2,3
10. 1793-cü ildə Fransa əleyhinə təşkil edilmiş
birinci koalisiyanın əsas məqsədi:
A) Burbonlar sülaləsinin hakimiyyətini bərpa
etmək
B) Konsulluq idarə üsulunu devirmək
C) ölkədə respublika quruluşunu bərqərar etmək
D) Direktoriya rejimini bərpa etmək
E) yeni konstitusiya qəbul etmək
11. ABŞ konstitusiyasına 1791-ci ildə edilmiş
dəyişikliyə əsasən:
A) məhkəmənin qərarı olmadan heç kim həbs
edilə bilməzdi
B) prezident qanunlar üzərinə veto qoya bilərdi
C) ali məhkəmənin üzvləri senatın razılığı ilə
təyin edilə bilərdi
D) quldarlıq quruluşu tamamilə ləğv edilməli
idi
E) qəbul edilmiş qərarların konstitusiyaya
uyğunluğuna
nəzarət
ali
məhkəməyə
tapşırılırdı
12.Puritanlar tələb edirdilər:
A) kilsələrin katolik qaydalarından və yepiskop
hakimiyyətindən təmizlənməsini
B) kilsəyə kralın deyil, Roma papasının başçılıq
etməsini
C) katolik kilsəsinin əvvəlki qüdrətinin bərpa
edilməsini
D)feodal qaydalarının möhkəmləndirilməsini
E) kilsənin parlament qarşısında məsuliyyət
daşımasını
13. Poltava döyüşünün nəticələrindən biri deyil:
A) İsveç ordusunun məğlubiyyəti ilə başa çatdı
B) hərbi əməliyyatlar Baltikyanı ərazilərə keçirildi
C) Şimal ittifaqı yenidən bərpa edildi
D) Şimal müharibəsinin bütün gedişinə təsir
göstərdi
E) Reç Pospolita və Saksoniya Rusiya ilə
ittifaqdan imtina etdi
14. XIII əsrin sonu-XIV əsrin əvvəllərində
Azərbaycanda iqtisadi canlanmaya səbəb oldu:
A) Hülakü hökmdarı Qazan xanın islahatları
B) Monqolların ölkədən qovulması
C) Cəlairi Şeyx Üveysin tədbirləri
D) Abaqa xanın həyata keçirdiyi tədbirlər
E) Hülakülər dövlətinin yaranması və mərkəzi
hakimiyyətin güclənməsi
15.Ağqoyunlu
hökmdarı
Gödək
Əhmədin
fəaliyyətinə aiddir:
A) Avropa dövlətləri ilə geniş diplomatik əlaqələrin
qurulması
B) dövlətin əvvəlki qüdrətini bərpa etməyə cəhd
göstərməsi
C) Trabzonun osmanlılardan geri alınması
D) hərbi-inzibati islahatın keçirilməsi
E) Əbhər sazişinin imzalanması
16.Səfəvilər dövlətinin ilk dövrlərində şahdan sonra
ikinci şəxs sayılırdı:
A) sədr B) əmir-ül-üməra C) qorçubaşı
D) vəkil E) vəzir
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – IX sinif ( A variantı)
17. XVI əsrin 30-cu illərində Osmanlı-Fransa
yaxınlaşmasının səbəbi:
A)
Şərqlə ticarətdə Italiya şəhərlərinin
hegemonluğuna son qoymaq
B) Avstriya ilə mübarizədə mənafe ümumiliyi
C) Aralıq dənizində İspan ağalığına son
qoymaq
D) Səfəvilərin Rusiya ilə yaxınlaşmasına mane
olmaq
E)
Balkan
yarımadasında
Serbiyanın
mövqeyinə zərbə vurmaq
18. İlk dünya səyahətinin nəticələrindən biri:
A) Hindistana gedən dəniz yolu kəfş edildi
B)Yerin kürə şəklində olması qəti şəkildə sübut
edildi
C) Amerika qitəsi kəşf edildi
D) Amerika qitəsi bütövlükdə İspaniyanın
müstəmləkəsinə
çevrildi
E) Ümid burnu kəşf edildi
19. Slavyanların 987-ci il yürüşü zamanı
Azərbaycan torpaqlarında mövcud idi:
1. Sacilər dövləti
2.Salarilər dövləti
3. Şirvanşahlar dövləti 4.Rəvvadilər
dövləti
5. Şəddadilər dövləti
6.Ağsunqurilər
dövləti
A) 1, 3, 5
B) 2, 4, 6
C) 3, 4, 5
D) 1, 2, 6
E) 1, 5, 6
20. Azərbaycanın VII-VIII əsrlər tarixinə aid
deyil:
A) Ilk müstəqil feodal dövlət yarandı.
B) Yeni vergi sisteminə əsasən rahiblərdən də
can vergisi alınmağa başladı.
C) Azərbaycanın şimal torpaqları xəzərlərin
hücumuna məruz qaldı.
D) Xilafət ilə aparılan danışıqlar nəticəsində
Cavanşir Albaniyanın daxili müstəqilliyini
qoruyub saxlaya bildi.
E) Azərbaycan torpaqlarının ərəblər tərəfindən
işğalı başa çatdı
21. Daha gec baş vermişdir:
A)Xosrov Ənuşirəvanın vergi islahatı
B)Məzdəkilər hərəkatının başlanması
C) II Vaçenin hakimiyyətdən uzaqlaşdırılması
D) Atropatenanın Sasanilər tərəfindən işğal
edilməsi
E)Albaniyanın Girdiman vilayətini itirməsi
22. Qərbi Avropanın IX-XI əsrlər tarixi üçün
səciyyəvidir:
A)feodal dağınıqlığı
B)ərəb istilaları
C)Bizans imperatoru Yustinianın yürüşlərinə
məruz qalması
D)mərkəzləşmiş dövlətlərin yaranma prosesinin
başa çatması
E)“xalqların böyük köçü”nün baş verməsi
23. 661-ci ildən 750-ci ilə qədər ərəb xilafətində
hakimiyyətdə olmuş sülalə:
A) Əməvilər sülaləsi
B) Məzyədilər sülaləsi
C) Mehranilər sülaləsi
D) Abbasilər sülaləsi
E) Arşakilər sülaləsi
24. XI əsrdə parçalanmış dövlətləri müəyyən
edin:
1. Kiyev dövləti
2. Kordova xilafəti
3. Qaraxanilər dövləti
4. Sin imperatorluğu
5. Monqol dövləti
6. Şirvanşahlar dövləti
A)1, 2, 3
B)4, 5, 6 C) 1, 3, 5
D) 2, 4, 6 E) 2, 3, 6
25. Azərbaycanda hansı dövr mədəniyyət
abidələrində qadın heykəlləri tapılmışdır?
A) Alt Paleolit B) Üst Paleolit
C) Orta Paleolit D) Eneolit
E) Mezolit
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI Tarix – IX sinif ( A variantı)
26.Şumlama zamanı qoşqu heyvanlarından
istifadə edilmişdir:
A) Mezolit dövründə
B)Erkən Tunc dövründə
C) Neolit dövründə
D) Eneolit dövründə
E) Üst Paleolit dövründə
27. E. ə. VII əsrin sonlarında Mannanın
Assuriyaya hərbi yardım göstərməsinin
səbəbi:
A) Hetlərin hücumuna məruz qalması
B) Midiya və yeni Babil dövlətinin hücum
etməsi
C) Kutilərin qiyam qaldırması
D) Mərkəzi hakimiyyətə qarşı üsyanların baş
verməsi
E) Urartu hökmdarı I Rusanın hücumuna məruz
qalması
28. I Pun müharibəsi dövrünə aid deyil:
A) müharibənin başlanğıcında Romanın quru
döyüşlərində uğur qazanması
B) Romalıların güclü donanma qurmaları
C)
müharibənin
əvvəlində
Karfagen
donanmasının qələbə qazanması
D) Sardiniya və Korsika adalarının Roma
tərəfindən işğalı
E) Siciliya uğrunda Roma-Karfagen
döyüşləri
29. Qədim Misirdə çatiyə tabe deyildi:
A) dəftərxana
B) məhkəmə
C) ölkənin təsərrüfat həyatı
D) dövlət xəzinəsi
E) ordu
30. E.ə. VII əsrə aiddir:
1. "Drakon qanunu"nun qəbul edilməsi
2. Solon islahatının keçirilməsi
3. Demosla aristokratlar arasında mübarizə-
nin kəskinləşməsi
4. Afina şəhərinin salınması
5. Sparta şəhərinin salınması
A)3,4 B)1,5 C)2,4 D)1,3 E) 4, 5
Dostları ilə paylaş: |